Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

102 
 
Hindular  şaqqanaq  çəkib  güldülər.  Hətta  əli  dişlənən 
hindu  da  hırıldamağa  başladı.  Onlar  gülə-gülə  canavar 
balasının  başına  yığışdılar.  Heyvan  ağrıdan  və  qorxudan 
ulayırdı. 
Birdən  canavar  balasının  qulaqları  şəkləndi.  Hindular 
da  duruxdular. Canavar  balası  yaxından gələn  səsi  tanıdı 
və  var  gücüylə,  ucadan  fəryad  qopartdı.  Bu  nərədə 
qorxudan  çox  zəfər  təntənəsi  duyulurdu.  Birdən  susdu. 
Azğın  rəqiblərlə  döyüşə  girə  bilən,  onları  parçalayıb  öl-
dürməyi  bacaran,  heç  nədən  qorxmayan  ana  canavarın 
gəlib  çıxmasını  gözlədi.  Ana  canavar  dəhşətli  ulartı  ilə 
yaxınlaşırdı. O öz balasının fəryadını eşitmişdi və köməyə 
gəlirdi. 
Ana  canavar  adamların  üstünə  şığıdı.  Hiddətlənmiş 
vəhşi,  yırtıcıya  dönmüşdü  və  bu,  canavar  balasını  yalnız 
sevindirirdi. 
Canavar  balası  sevinc  içində  zingildədi.  Anasının 
üstünə  yüyürdü.  Adamlar  isə  cəld  geri  çəkildilər.  Ana 
canavar insanlarla balasının arasında durmuşdu. Tüklərini 
pırpızlaşdıraraq,  qəzəblə  mırıldayırdı.  Hiddətdən  burun 
pərələri  və  dodaqları  titrəyirdi.  Birdən  hindulardan  biri 
qışqırdı. 
-  Kiççi! 
Bu  səsdə  heyrət  vardı.  Canavar  balası  insan  səsindən 
downloaded from KitabYurdu.org


103 
 
anasının  qısıldığını,  büzüşdüyünü,  gördü.  Hindu  yenə 
qışqırdı: 
-  Kiççi! 
Onun  bu  dəfəki  səsində  sərtlik,  hökm  vardı.  Canavar 
balası öz qorxmaz, cəngavər anasının dərhal yerə yatdığım 
gördü. Quyruğunu bulayıb aman istədi. Balaca vəhşi heç 
nə  anlamadı.  Onu  dəhşət  bürümüşdü.  O,  yenə  adamların 
qarşısında tir-tir əsməyə başladı. Bəli, instinkt ona həqiqəti 
söyləmişdi. Anası bu həqiqəti təsdiq etdi. O, insanlara baş 
əyirdi. 
”Kiççi”  deyən  adam  ana  canavara  yaxınlaşdı.  Əlini 
vəhşinin başına sürtdü, canavar bir az da yerə qısıldı. Ana 
canavar  hindunun  əlini  dişləmədi.  Heç  dişləmək  fikri  də 
yox  idi.  Qalan  dörd  nəfər  hindu  da  yaxına  gəldi  hamı 
Kiççiyə sığal çəkməyə başladı. O, etiraz eləmədi. Canavar 
balası  adamlardan  gözünü  çəkməmişdi.  Onlar  ucadan 
danışırdılar.  Bu  səslərdə  heç  bir  təhlükə,  heç  bir  hədə-
qorxu yox idi. Canavar balası anasına sığındı. O da barışıq 
elan  etdi.  Amma  tükləri  hələ  də  biz-biz  idi,  hindulardan 
biri dilləndi: 
- Niyə  təəccüblənirsiniz?  Bu  heyvanın  atası  canavar, 
anası isə itdir. Axı, ötən baharda mənim qardaşım onu üç 
gecəliyə meşədə bağlamışdı. Deməli, Kiççinin əri canavar 
olub. Vallah mən düz deyirəm. 
downloaded from KitabYurdu.org


104 
 
-  Qrey  Biver,  axı,  Kiççinin  qaçmasından  düz  bir  il 
keçir. 
- Vallah, təəccüblənməyin. Salmon Tank, bilmirsən ki, 
o vaxt aclıq düşmüşdü, itlərə ət verə bilmirdik? 
Üçüncü adam da söhbətə qoşuldu: 
-  Görünür, Kiççi canavarların arasında yaşayıb. 
Qrey Biver gülümsündü. Əlini canavar balasına vura-
vura dilləndi: 
-  Fri,  sən  düz  deyirsən.  Bax,  bu  balaca  dediklərinə 
sübutdur. 
Canavar  balası  belində  insan  əlinin  sığalını  hiss  etdi. 
Yaxşıca  mırıldandı.  Əl  geri  çəkilib  zərbə  endirməyə 
hazırlandı.  Bu  vaxt  heyvan  xırda  cəhənglərini  gizlədib 
itaətlə yerə qısıldı. Hindunun əli yenə uzandı. Sonra bu əl 
balaca  vəhşinin  qulağının  dibini  qaşıdı,  belini  sığalladı. 
Qrey Biver dedi: 
- Sənin  dediklərinə  canlı  sübut  budur.  Kiççi  bunun 
anasıdır. Amma atası canavar olub. Elə buna görə də bu 
balaca  vəhşidə  it  əlaməti  azdı.  Görmürsən  canavara 
oxşayır? Onun nə gözəl ağ dişləri var! Gəl adını da belə 
qoyaq: “Ağ Diş”. Bunu mən deyirəm ha!.. İt də mə 
nim  olacaq.  Axı,  Kiççi  qardaşımın  iti  idi.  Nə  olsun 
qardaşım dünyadan köçüb?! 
Canavar balasına ad qoydular. O, uzanıb qulaq asırdı. 
downloaded from KitabYurdu.org


105 
 
Adamlar  nəsə  danışırdılar.  Sonra  Qrey  Biver  boynundan 
asılmış bıçağını çıxartdı. Kolluğa yaxınlaşıb çubuq kəsdi. 
Ağ  Diş  onu  izləyirdi.  Qrey  çubuğun  uclarını  yardı  və 
onların  uclarına  xam  göndən  düzəldilmiş  qayış  bağlayıb 
xalta  düzəltdi.  Xaltalardan  birini  Kiççinin  boğazına 
keçirtdi, onu çox da hündür olmayan küknar ağacına tərəf 
dartaraq, qayışla ağaca bağladı. 
Ağ  Diş  anasının  dalınca  gedib  onunla  yanaşı  oturdu. 
Salmon Tank əlini canavar balasına uzadıb onu arxası üstə 
çevirdi. Kiççi qorxa-qorxa onlara baxırdı.  Elə  Ağ  Diş də 
qorxurdu. Balaca vəhşi dözə bilməyib mınldadı, amma diş 
atmağa  ürək  eləmədi.  Qarmaq  kimi  gərilmiş  barmaqları 
olan hindu əli canavar balasının qarnını qaşımağa başladı. 
Sonra vəhşini o tərəf-bu tərəfə yellətdi. Əlbəttə, arxası üstə 
uzanıb  ayaqlarını  havada  yellətmək  Ağ  Diş  üçün  böyük 
təhqir idi. O özünü yalqız və köməksiz hiss etdi. O, bütün 
varlığı  ilə  belə  təhqirə  üsyan  etmək  istəyirdi.  Ancaq 
neyləmək  olardı?  Hakimiyyət  insanın  əlində  idi.  Onu 
incitmək istəsəydi, incidəcəkdi. Ağ Dişin ayaqlan havada 
yellənirdi. Bu vəziyyətdə o, heç yerə qaça bilməzdi. Axır 
ki, itaətkarlıq, onu bürümüş qorxu hissini qovdu. Ağ Diş 
astadan mırıldamağa başladı. Bundan başqa nə edə bilərdi? 
O,  elə  hey  mınldanırdı.  Həmin  adam  isə  əsəbiləşib 
eləmirdi,  onu  kötəkləmirdi.  Qəribə  də  olsa,  bu  vaxt  Ağ 
downloaded from KitabYurdu.org


106 
 
Dişdə anlaşılmaz xoş bir duyğu oyandı. İnsanın  əli onun 
pırpız  tüklərini  sığallayırdı.  Canavar  balası  böyrü  üstə 
çevrilib  mınltısını  kəsdi.  Barmaqlar  çarpazlaşıb  onun 
qulağının  dibini  qıdıqlamağa  başladı  və  bu,  canavar 
balasına ləzzət verdi. Həmin adam sığal çəkib qurtarandan 
sonra  Ağ  Diş  xeyli  yumşalmışdı.  Hələ  bundan  sonra  o, 
insandan  neçə  dəfə  qorxacaqdı.  Amma  indi,  bu 
dəqiqələrdə 
insanla 
vəhşi 
heyvan  arasında  ilıq 
münasibətlər yaranmışdı. 
Bir az sonra Ağ Dişin qulağına qəribə səslər dəydi. Bu 
səslər  lap  yaxından  gəlirdi.  O,  insan  səslərini  tanımağa 
başlamışdı.  Bütün  hindu  tayfası  cərgə  ilə  yolun  üstünə 
çıxmışdı. Onlar başqa yerə köçürdülər. Burada təxminən 
qırx  nəfər  vardı.  Kişilər,  arvadlar,  uşaqlar  -  hamısı  ağır 
düşərgə əşyalarını bellərinə almışdı. Onların yanında çoxlu 
da  it  vardı.  Küçüklərdən  savayı  bütün  itlər  müxtəlif 
əşyalarla yüklənmişdilər. İtlərin hər biri belində təxminən 
20-30  funt  ağırlığında  kisə  aparırdı.  Ağ  Diş  heç  vaxt  it 
görməmişdi  və  ömründə  birinci  dəfə  idi  ki,  itlərin  onun 
nəslinə  mənsub  cinslər  olduğunu  görürdü.  Amma  onlar 
arasında  fərq  də  vardı.  Canavar  balasını,  ana  canavarı 
görən kimi itlər dərhal sübut etdilər ki, bu fərq o qədər də 
böyük  deyil.  Araya  qarmaqarışıqlıq  düşdü.  Ağ  Diş 
tüklərini pırpızlaşdınb onu hər tərəfdən dövrəyə alan ağzı 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə