179
Ancaq bu, nadir hallarda baş verirdi.
O, daha bir üstünlük qazanmışdı: vaxtı və məsafəni
düzgün qiymətləndirə bilirdi. Əlbəttə, bütün bunları
tamamilə şüursuz edirdi. Sadəcə, müşahidəsi heç vaxt onu
aldatmırdı və Ağ Dişin başqa itlərə nisbətən daha yaxşı
inkişaf etmiş bədəni dəqiq və cəld işləyirdi. O biri itlərdən
fərqli olaraq, zehni və fiziki gücünün vəhdəti daha gözəl
nəticə verirdi. Onun görmə siniri hərəkət edən hər hansı bir
təsviri beyninə ötürəndə Ağ Dişin şüuru dərhal məsafəni
və vaxtı müəyyənləşdirərdi. Beləliklə, o, itlərin
sıçrayışından, yaxud onların köpək dişlərindən qoruna
bilirdi. Eyni zamanda öz rəqibinin üstünə sıçramaq üçün
hər bir saniyədən istifadə edə bilirdi. Lakin buna görə onu
mədh eləmək də lazım deyil: təbiət başqalarına nisbətən
ona daha çox səxavət göstərmişdi. Vəssalam.
Ağ Diş Yukon fortuna gələndə yay idi. Qışın axırında
Qrey Biver Makkenzi və Yukon çayları arasındakı
suayrıcını ötüb keçdi və bütün yazı qayalı dağların qərb
yamaclarında ov etməyə başladı. Porkyupay çayının donu
açılanda isə Qrey Biver qayıq düzəltdi və çayla üzüaşağı,
onun Yukonla kəsişdiyi səmtə üzdü, burdan qütb dairəsi
görünürdü. Burada Hudzon gölü şirkətinin fortu yerləşirdi.
Fortda çoxlu hindu, azuqə və digər şeylər vardı. Hər yerdə
canlanma gözə dəyirdi. 1898- ci ilin yayı idi. Minlərlə
downloaded from KitabYurdu.org
180
qızılaxtaran Klondayka, Dousona tərəf Yukon çayının
yuxarı boyunca hərəkət edirdi. Səyyahların mənzil başına
çatması üçün hələ yüz millərlə yol qət etməliydi, onların
çoxu düz bir il idi ki, yollarda idi: beş min mildən az yol
qət edən yox idi, bəziləri isə dünyanın lap o biri başından
gəlmişdi.
Yukon fortunda Qrey Biver dayandı. “Qızıl yürüşü”
haqqındakı şayiələr onun da qulağına çatdı. Özüylə bir
neçə dolu kisə gətirmişdi və bu taylardan biri əlcək və
mokasinlərlə doluydu. Əgər onu bura çoxlu var-dövlət əldə
etmək sövdası, ümidi gətirməsəydi, Qrey Biver ömründə
belə uzaq yola çıxmağı özünə rəva görməzdi, cürət
etməzdi. Ancaq burda gözlədiklərindən də çox şey gördü.
O, hesablamışdı ki, dəriləri satdıqdan sonra yüz faiz gəlir
götürəcək. Amma burada əmin oldu ki, lap çox qazanmaq
mümkündür. Qrey Biver əsl hindu kimi təmkinlə hərəkət
edərək qərara aldı ki, burada payıza kimi qalsın. Təki malı
ucuz getməsin.
Yukon fortunda Ağ Diş ilk dəfə olaraq ağ dərili adamlar
gördü. Hinduların yanında bu ağ adamlar başqa cinsdən
olan varlıqlar kimi görünürdü.
Onlar Allah idilər və bu allahların hakimiyyəti daha
böyük qüdrətə söykənmişdi. Bu inam Ağ Dişdə özbaşına
yaranmışdı. Ona ağ dərili allahların qüdrətinə inanmaq
downloaded from KitabYurdu.org
181
üçün öz düşüncə və qabiliyyətini işə salmağa heç kəs
ixtiyar verməmişdi. Bunu yalnız hiss edirdi, amma qeyri-
adi bir güclə hiss edirdi. Hinduların qurduğu komacıqlar
haçansa ona insanın nəhəngliyinin sübutu kimi
görünmüşdü. İndi isə onu möhtəşəm fort və yoğun
şalbanlardan düzəldilmiş evlər heyrətləndirirdi. Bütün
bunlar əzəmətdən, qüdrətdən xəbər verirdi. Ağ dərili
allahlar qüdrət sahibiydilər. Onların hakimiyyəti Ağ Dişin
əvvəlki allahlarının hakimiyyətindən daha güclüydü - hətta
onlar arasında ən güclü məxluq sayılan Qrey Biverin
hakimiyyətindən də üstün idi. Elə Qrey Biverin özü də ağ
dərili allahların yanında məzlum görünürdü.
Ola bilsin ki, bütün bunları Ağ Diş yalnız hiss edirdi və
öz hisslərinə duyğularına görə özünə aydın hesabat
vermirdi. Amma heyvanlar hər şeydən əvvəl bu duyğuların
əsasında hərəkət edirlər: indi Ağ Dişin hər bir hərəkəti də
ağ allahların qüdrətinə inamı kimi başa düşülürdü. Ağ Diş
ağ dərili allahlara çox böyük ehtiyatla yanaşırdı. Kim bilir,
bəlkə onlardan yeni bədbəxtlik, gözəgörünməz dəhşət gələ
bilərdi. Ağ diş maraqla ağ allahları izləyirdi. O, ağ dərili
adamlarla qarşılaşmağa qorxurdu. İlk saatlarda ağ allahları
uzaqdan, xəlvətcə izləməklə kifayətlənirdi. Sonra görəndə
ki, ağ allahlar öz itlərinə qarşı mülayimdirlər, onları
incitmirlər, yaxın gəldi.
downloaded from KitabYurdu.org
182
Fortda Ağ Diş hamının diqqətini cəlb etdi: onun
canavara daha çox oxşaması dərhal bilinirdi və adamlar
onu bir-birlərinə barmaqla göstərirdilər. Bu Ağ Dişi
ehtiyatlı olmağa məcbur edirdi. Ona yaxınlaşmaq istəyən
adamlara dişlərini qıcırdır, yan qaçırdı. Ona əl vurmaq
olmurdu. Yaxşı ki, əl vura bilmirdilər.
Tezlikcə Ağ Diş bildi ki, bu allahlardan bir neçəsi
həmişə fortda yaşayır. Hər iki-üç gündən bir gəmi sahilə
yan alırdı (ağ adamların qüdrətini göstərən daha bir nəhəng
sübut) və bir neçə saat körpünün yanında dururdu.
Allahlar gəmiylə gəlir, yenə də gəmiylə gedirdilər. Bu
adamların sayı-hesabı yox idi. Birinci iki gün ərzində Ağ
Diş bütün ömrü boyu gördüyü hindulardan daha çox adam
gördü. Onlar hər gün gəlib Fortda hərlənir, sonra yenə
çayın yuxarı hissəsinə qayıdırdılar.
Ağ allahlar qüdrətli varlıqlar olsalar da, onların itləri bir
şey deyildi. Ağ Diş öz sahibləri ilə sahildə hərlənən həmin
itlərlə qarşılaşanda buna tam əmin oldu. Bu itlər bir-
birlərinə oxşamırdılar. Və bu itlərin heç biri boğuşmağı
bacarmırdı.
Öz cinslərindən olan bütün heyvanlara nifrət bəsləyən
Ağ Diş bu itlərlə də boğuşurdu. Bir neçə sıçrayışdan sonra
o, dərin nifrət hissilə onların arasına girirdi: itlər o qədər
yazıq, aciz görünürdülər ki! Onlar da Ağ Dişə birlikdə güc
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |