www.vivo-book.com
143
Biz xeyli hərbi məşvərət keçdik və belə bir hərəkət
planı müəyyənləşdirdik. Aşağı körfəzdə nə məni, nə də
Çarlini üzdən tanımırdılar, ancaq “Şimal maralı”nın patrul
gəmisi olduğu hamıya məlum idi. Ona görə də belə qərara
aldılar ki, mən, yunan oğlan – onun adı Nikolas idi –
Asparaqus adasına şübhə doğurmayan başqa qayıqda
yollanaq və istridyə ovlayan gəmilər dəstəsinə qoşulaq,
Nikolasın təsvirindən dayaz yerlərə və basqın üsullarına
yaxşı bələd olduğumuz dəniz quldurlarının başının üstünü
istridyələri
oğurlayanda
kəsdirib
tuta
biləcəyimizi
fikirləşdik. Çarli, gözətçilər və polis dəstəsi bizi sahildə
gözləyəcəkdi, lazımi anda özlərini köməyə yetirəcəkdilər.
Neyl sözünün axırında dedi:
– Mən belə bir qayığın yerini bilirəm. Tiburonun o biri
sahilində köhnə, çox köhnə bir şlyup var. Sənlə Nikolas
bərədə o biri sahilə üzərsiniz, qəpik-quruş verib şlyupu
icarəyə götürərsiniz. Ordan düz birbaşa dayaz yerlərə
üzərsiniz.
İki gündən sonra Neyl xudahafizləşib dedi:
www.vivo-book.com
144
– Uşaqlar, sizə uğurlu yol arzulayıram! Bir şeyi yaddan
çıxarmayın ki, bunlar qorxulu adamlardır, ayıq olun.
Nikolasla mənə, demək olar ki, su qiymətinə şlyupu
icarəyə verdilər. Yelkəni dikəldəndə gülə-gülə dedik ki,
qayıq bizə təsvir ediləndən də köhnə və pis imiş. Bu iri,
yastı dibli, transı
47
dal tərəfi olan yelkənlə təchiz edilmiş
yöndəmsiz, etibarsız gəmi idi. Onun dor ağacı əyilmişdi,
burazları çəkilməmişdi, yelkənləri dəlmə-deşik idi, takelajı
çürümüşdü. Gəmidən iyrənc daş kömür qatranının qoxusu
gəlirdi, gəminin burnundan arxasına qədər kayutun
damından çıxarılan gilə qədər bulaşıq idi. Üstəlik, onun hər
iki kənarında bu ucundan o biri ucunadək nəhəng ağ
hərflərlə: “Daş kömür qatran”ı, “Meqqi” yazılmışdı.
Yolda Tiburodan ertəsi günü gəlib çatdığımız
Asparaqus adasınadək bizə gülənlər çox olsa da hər şey
salamat qurtardı.
İstridyəni vəhşicəsinə ovlayan çoxlu şlyupkalar dəstə
ilə “Tərk edilmiş dayaz yerlərdə” lövbər salmışdı. Bizim
47
Trans – taxta gəmilərdə, şlyupkalarda üfüqi, köndələn düzülən, gəminin dal tərəfini
əmələ gətirən tirlər (Tərc. qeydi).
www.vivo-book.com
145
“Meqqi” çox sürətlə, şappıltı ilə dəniz quldurlarının arasına
soxuldu, onlar bizə tamaşa etmək üçün göyərtəyə
tökülüşdülər. Nikolasla mən bizim gəminin xasiyyətinə
bələd olduğumuzdan şlyupkanı bacardıqca hər nə cür oldu
sürürdük.
Kim idisə səsləndi:
– Bu, görən, nədir belə?
O birisi dilləndi:
– Bundan heç kəs baş açmaz.
“Kabus”un göyərtəsindəki Qırxayaq söz atdı:
– Mərc gəlirəm ki, bu Nuhun gəmisidir.
Zarafatcıllardan biri də qışqırdı:
– Ey, bilmədiniz, bu ki kliperdir
48
. Hansı limana təşrif
aparırsınız?
Biz atmacalara fikir vermədən özümüzü səriştəsiz adam
yerinə qoyaraq, özümüzü elə göstərirdik ki, guya başımız
tamamilə bizim “Meqqi”yə qarışıb. Mən “Kabus”un külək
döyən tərəfindən dövrə vurub keçdim. Nikolas isə qabağa
48
Kliper – iti gedən yelkənli gəmi (Tərc. qeydi).
www.vivo-book.com
146
qaçdı ki, lövbər salsın. Hamı gördü ki, zəncirimiz düyün
düşüb, lövbər suyun dibinə çatmır. Biz hamının gözü
qarşısında xeyli əlləşdik, çalışdıq ki, zənciri açıb buraxaq,
hər nə isə, dəniz quldurlarını yaxşıca aldatdıq, işimizin rast
gətirməməsi onların həddindən artıq sevincinə səbəb olurdu.
Zəncir açılmaq bilmirdi. Atmacalar və bədxah
məsləhətləri eşidə-eşidə geri çəkildik, “Kabus”la toqquşduq,
onun buşpriti bizim orta yelkəni deşib anbar qapısı boyda
deşik açdı. Qırxayaq və Delfin göyərtədə gülməkdən uğunub
gedirdilər, biz də qorxa-qorxa, çəkinə-çəkinə işləri yoluna
qoymağa başladıq. Axırdan-axıra, biz bir o qədər də
bacarıqla hərəkət etməsək də, zəncir açıldı. Lövbər zəncirini
açdıq, suyun dərinliyi on futa güclə çatsa da, zənciri üç yüz
fut açıb buraxdıq. Bu bizə imkan verirdi ki, “Meqqi” altı yüz
fut diametri olan çevrə boyunca hərəkət etsin, bu çevrədəki
gəmi dəstəsinin heç olmasa yarısını tuta bilərdi.
Qısa burazları olan gəmilər bir-birinin böyründəcə
dayanmışdılar, hava sakit idi, istridyə ovlayan dəniz
quldurları bizim cahillik üzündən lövbər zəncirini açıb bu
qədər uzun dərinliyə buraxmağımıza ucadan etiraz etdilər.
www.vivo-book.com
147
Onlar nəinki etiraz etdilər, hətta bizi məcbur etdilər ki,
zənciri ancaq otuz futda saxlayaq. Onların bizim
təcrübəsizliyimizə möhkəm inandığını görüb, Nikolasla şam
yeməyi hazırlamaq üçün göyərtəyə düşüb bir-birimizi təbrik
etdik. Təzəcə yeyib qab-qacağı yumuşduq ki, “Meqqi”nin
böyrünə bir yalik yaxınlaşdı, göyərtədə ağır uzunboğaz
çəkmələrin tappıltısı eşidildi. Sonra anbarın ağzında
Qırxayağın iyrənc sifəti göründü, o Delfinin müşayiəti ilə
göyərtəyə düşdü. Onlar çarpayının üstündə oturmağa macal
tapmamışdılar ki, ikinci, sonra üçüncü, daha sonra dördüncü
göründü, bütün gəmi dəstəsinin sərnişinləri kayuta
tökülüşdülər.
Baxışları kinli meksikalıya oxşayan qıllı, alçaqboylu
kişi soruşdu:
– Bu köhnə ləyəni hardan çırpışdırmısınız?
Nikolas
dəniz
quldurlarını
bizim
“Meqqi”ni
oğurladığımıza möhkəm inandırmaq üçün onlara cavabı o
tərzdə verdi:
– Heç yerdən. Lap elə çırpışdırmışdıq, nə olar?!
Meksikalıya oxşayan istehza ilə gülümsündü.
Dostları ilə paylaş: |