www.vivo-book.com
148
– Heç nə, ancaq zövqünüzə söz ola bilməz. Mən sahildə
qalıb çürüyərdim, ancaq bu əl-ayağa dolaşan ləyənə tamah
salmazdım.
Nikolas sir-sifətinə məsum ifadə verib soruşdu:
– Axı onu suya salmasaydıq, necəliyini hardan bilərdik.
– Hamı gülməkdən uğunub getdi. O tələsik əlavə edib
soruşdu:
– Siz istridyələri necə tutursunuz? Bizə bir qalaq, lap
çox istridyə lazımdır, ona görə də bura gəlmişik.
Delfin sorğu-suala keçdi:
– Nəyinizə lazımdır?
Nikolas söz tapdı:
– Necə ki, nəyimizə lazımdır. Dostlarımıza hədiyyə
verməyə. Sizə də yəqin ki, buna görə lazımdır.
Cavab eşidiləndə dəniz quldurları yenidən qəhqəhə
çəkdilər; qonaqlar get-gedə lap mehribanlaşdılar. Onların
bizdən şübhələnmədiyinə tamamilə inanıb və nə məqsədlə
gəldiyimizi duymadıqlarını görüb arxayınlaşdıq.
Qırxayaq birdən soruşdu:
– Bu günlərdə Oklend körpüsündəki sən deyildin?
www.vivo-book.com
149
– Mən idim! – deyə cəsarətlə cavab verib qətiyyətlə
hərəkət etdim. – Mən sizə göz qoyurdum, fikirləşirdim ki,
əməliyyata baş qoşmağa dəyərmi. Belə qənaətə gəldim ki,
bu sərfəli işdir, biz də işə girişdik, – tələsik əlavə etdim, –
əlbəttə ki, sizin razılığınızla.
O bildirdi:
– Bir şey deyim, həmişəlik qulağınızda sırğa eləyib
saxlayın. Gərək özünüzü zəhmətə salıb başqa yaxşı şlyupka
alasınız. Biz qoymarıq ki, belə təknə ilə bizi biabır edəsiniz.
Bildiniz?
Cavab verdim:
– Əlbəttə. Bir qədər istridyə satıb, lazımi şəkildə
hazırlaşarıq.
Qırxayaq sözünə davam etdi:
– Əgər özünüzü düz aparsanız, bizə qoşulun. Olmasa, –
ciddiyyətlə və hədə ilə dilləndi, – işiniz bitdi. Yadınızda
yaxşı saxlayın. Aydındır?
Cavab verdim:
– Gün kimi aydındır.
www.vivo-book.com
150
Bir neçə dəqiqə də dəniz quldurları bizə bu üsulla
nəsihət verib qorxutdular, sonralar isə söhbət ümumi şəkil
aldı, bu söhbətdən öyrəndik ki, onlar elə bu gecə dayaz
yerlərə basqın etmək istəyirlər. Bir saatdan sonra quldurlar
yola düşməyə hazırlaşanda bizə basqında iştirak etməyi
təklif etdilər. Kimsə dedi: “Adam çox olanda kef olur”.
Onlar öz şlyupkalarında uzaqlaşmışdılar ki, Nikolas
soruşdu:
– Sən bu meksikalıya oxşar kişiyə fikir verdinmi? Adı
Berçidir. O, “Arsızlar” quldur dəstəsinin üzvüdür, yanındakı
Skillinqdir. Onların ikisini də beş min dollarla zaminə
buraxıblar.
Mən Oklendin aşağı məhəllələrinin sakinlərini dəhşətə
salan yalançı şahidlikdən, seçkilər vaxtı bülletenləri dəyişən
fırıldaqçılardan tutmuş adam öldürənlərə qədər hər cürə
nadürüstlərdən ibarət olan, üzvlərinin üçdə ikisi daima yerli
həbsxanalarda yatan “Arsızlar” quldur dəstəsi barədə çox
şey eşitmişdim.
Nikolas sözünə davam etdi:
www.vivo-book.com
151
– Onlar, ümumiyyətlə, istridyə oğurlamırlar, bura
şuluqluq törətmək və pul qazanmaq üçün gəliblər. Onlara
möhkəm göz qoymalıyıq.
Biz saat on birdə kubrikdə oturub planımızı
müəyyənləşdirirdik ki, “Kabus” tərəfdən ahənglə suya
salınan avarların səsi eşidildi. Biz öz yalikimizi hərəkətə
gətirib ora bir neçə kisə atdıq, “Kabus”a tərəf üzdük.
Qayıqların hamısının ora yığışdığını gördük, çünki dəniz
quldurları dayaz yerlərə hamı bir yerdə hücuma keçmək
qərarına gəlmişdilər. Təəccüblə lövbəri on fut açıb
buraxdığımız yerdə dərinliyin indi güclə bir futa çatdığını
müəyyənləşdirdik.
İyun ayı idi, ay göydə bədirlənmişdi, suyun həddindən
artıq qabardığı vaxt idi, suyun çəkilməsinə saat yarım
qalmışdı, mən bir şeyi bilirdim ki, su çəkiləndə bizim lövbər
saldığımız yer quruda qalacaq.
Mister Taftın dayaz yerləri üçmillik məsafədə idi. Biz
gah çayda batıb qalaraq, gah da ki, avarları çayın dibinə
toxundura-toxundura uzun müddət dinməz-söyləməz başqa
qayıqların dalınca getdik. Axırdan-axıra, iki düymdən artıq
www.vivo-book.com
152
suyu olmayan lilli yerdə batdıq. Bundan o yana qayıqlar üzə
bilməzdi. Buna baxmayaraq, soyğunçular bir göz qırpımında
özlərini suya atdılar, yastı dibli qayıqlarını itələyərək çəkib
apardılar. Biz ara vermədən irəli hərəkət edirdik.
Bədirlənmiş ayı hərdənbir hündür buludlar örtürdü,
buna baxmayaraq, dəniz quldurları bu yolu dəfələrlə keçib
getmiş adamlar kimi hərəkət edirdilər. Biz qayıqlarımızı
yarım miləcən lillə sürüyüb apardıq, sonradan isə təzədən
qayıqlara minib hər iki tərəfində istridyədən parıldayan
dayaz yerləri olan dərin kanala daxil olduq. Nəhayət, biz
istridyə yığılan yerə çatdıq. Dayaz yerlərin birində iki
gözətçi bizi səsləyib, çıxıb getməyimizi tələb etdi. Qırxayaq,
Delfin, Berçi və Skillinq irəli çıxıb düz gözətçilərin üstünə
yeridilər. Biz də başqaları ilə bərabər (on qayıqda otuzacan
adam olardıq) onların dalınca yollandıq.
Berçi dəhşətlə qışqırdı:
www.vivo-book.com
153
– Nə qədər ki, başınız-gözünüz salamatdır, rədd olub
gedin, yoxsa qayıqlarınıza o qədər qurğuşun doldurarıq ki,
heç patokanın
49
üzündə də duruş gətirə bilməz.
Düşmən qüvvələrinin çoxluğunu görcək, gözətçilər
ağıllı tərpənərək, geri çəkildilər, öz qayıqlarını kanal boyu
sahilə tərəf döndərdilər. Bizim plana görə onlar geri
çəkilməli idilər.
Qayıqlarımızın burnunu böyük dayaz yerin kənarına
sürüdük. Hərəmiz bir tərəfə dağılışdıq, istridyələri kisələrə
yığmağa başladıq. Hərdənbir ayın qabağını tutan buludlar
çəkilir, biz gözümüzün qarşısında iri qalaq vurulmuş
istridyələri açıq-aydın görürdük. Kisələr bir göz qırpımında
dolurdu; qayıqlar onları bir an içində aparır, başqaları ordan
istridyələri yığırdılar. Nikolasla mən bir o qədər də istridyə
yığmırdıq, tez-tez qayıqlara yaxınlaşırdıq, hər dəfə də ora
gedən və geri qayıdan dəniz quldurları ilə toqquşurduq.
Nikolas dedi:
49
Patoka – patka tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə (Tərc. qeydi).
Dostları ilə paylaş: |