www.vivo-book.com
293
www.vivo-book.com
294
LİT LİTİN ƏRƏ GETMƏSİ
Con Foks viskinin, demək olar ki, bütün il boyu bərk
olduğu, donduğu, ona görə də ondan pres-papye
86
kimi
istifadə etmək mümkün olan yerə gəlib çıxanda, uşaqlıqdan
həyata açıq gözlə baxmayan başqa macəra axtaranlardan
fərqli olaraq, idealların, illüziyaların əsiri olub qalmadı.
Uzaq Qərbdə anadan olub böyüyən Con Foksun ağlı iti
olmasa da, sağlam düşüncəli, işgüzar, qoçaq adam idi, hər
şeyə açıq gözlə baxırdı. Bu da onu Kanadada yeni sahədə
müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Qudzon körfəzi
şirkətinin adi xidmətçisi kimi bələdçilərlə birlikdə avar
çəkir, malları öz arxasında boyundan keçirirdi, ancaq irəli
tez çəkildi. Mələklər istehkamındakı alverə başçılıq etməyə
başladı.
Con Foks hər şeyə adi gözlə baxırdı, ona görə də yerli
tayfadan olan bir qızı aldı, bu ər-arvadlıq sözün əsl
mənasında xoşbəxt oldu. Çünki o, başqa, iradcıl kişilərdən
86
Pres-papye – yazını qurulamaq üçün alət (Tərc. qeydi).
www.vivo-book.com
295
deyildi, belələri işləyə bilmir, axırdan-axıra öz həyatlarını
cəhənnəm əzabına döndərirdilər. O, taleyindən çox razı idi,
şirkətə can-başla qulluq edirdi, bir neçə müddətdən sonra
sayılan işçilərdən biri oldu. Arvadı öləndə tayfası onun
cəsədini götürüb, yerli qayda-qanunla ağac başında dəmir
yeşikdə basdırdı.
Arvadı Foks üçün iki oğlan doğmuşdu. Şirkət onun
vəzifəsini artıranda, o da oğulları ilə uzaqlara Şimal Qərbin
ucu-bucağı görünməyən ərazisinə – Günah qayasına
yollandı. Orda onu dəri alveri kimi mühüm sahədə yeni
vəzifə gözləyirdi. O, burda bir neçə ay tənha qalıb, yeknəsəq
həyatdan darıxdı. Açıq-aydın nifrətlə bir o qədər də gözəlliyi
olmayan hindu qızlarına baxıb, daim ana nəvazişi və qayğısı
görməyən oğlanlarının dərdini çəkirdi. Birdən o, Lit-Liti
gördü.
– Lit-Lit... Sizə necə deyim, Lit-Litdir də...
O, qızı təsvir eləmək üçün böyük pirkeşik Aleksandr
Mak Linə bundan artıq söz tapıb deyə bilmədi. Mak Lin
sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən,
ağzından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq
www.vivo-book.com
296
fikrini heç yaxına belə qoymurdu. İşlər müdiri öz ölməz
ruhunu məhv etmək fikrinə düşsəydi, Mak Lin narazı
qalmazdı, çünki Mak Lin qorxurdu ki, özü Lit-Litin
gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər.
Şotlandın sərt qəlbi Lit-Litin qəlbə od salan baxışları
qarşısında az qala əriyəcəkdi. Lit-Lit mütənasib bədənli,
çevik qız idi, üzünün ifadəsi olmayan, ağır tərpənən, süst,
başqa hindu qadınlara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə
otura bilmədiyinə, kəpənək kimi ora-bura uçub qonduğuna
görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəhqəhə çəkib
güldüyünə, ora-bura qaçdığına, atılıb-düşdüyünə görə ona
Lit-Lit deyirdilər.
Lit-Lit yerli tayfanın şöhrətli başçısı Snitşeynin və
metis qadının qızı idi. Con Foks bir dəfə yayda, sözarası
evlənməkdən danışmaqdan ötrü ona baş çəkdi. Onlar tayfa
başçısı ilə ağcaqanadları qovlamaq üçün viqvamın
87
qabağında qalanmış ocağın qırağında oturub, tələsmədən
toydan başqa şimal diyarına aid olan hər şeydən danışırdılar.
87
Viqvam – Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tikdikləri
koma (Tərc. qeydi).
www.vivo-book.com
297
Con Foks ancaq toydan danışmaq üçün gəlmişdi, Snişteyn
bunu bilirdi, Con Foks onun bildiyini bilirdi, buna
baxmayaraq onlar xüsusən toydan söz salmayıb möhkəm
susdular. Bu, hindular arasında çox məharətlə danışıq
aparmaq bacarığı sayılırdı. Əslində isə bu adicə sadəlövhlük
idi.
Saatlar ötüb-keçirdi, Foksla Snitşeyn trubka dalınca
trubka çəkir, özlərini bir-birinə sadəlövh göstərirdilər.
Günün günortaçağı Mak Lin və o biri pirkeşik Mak
Teyviş
gəlib
keçdilər.
Onlar çaya gedirdilər, özlərini laqeyd göstərirdilər. Bir
saatdan sonra onlar qayıdanda, Foksla Snişteyn şirkətin xəz
dəyişmək üçün verdikləri barıtın və bekonun
88
miqdarı
barədə nəzakətlə mübahisə edirdilər. Bu ara faktoriyanın
89
işlər müdirinin niyə gəldiyini başa düşən Lit-Lit viqvamın
arxa divarının dalına sürünüb keçdi. Giriş qapısının ağzını
örtən dərinin qırağını qaldırıb, arasından ocağın qırağında
88
Bekon – hisə verilmiş, duzlanmış donuz budu (Tərc. qeydi).
89
Faktoriya – Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət məntəqəsi
(Tərc. qeydi).
www.vivo-book.com
298
oturub mübahisə eləyənlərə tamaşa edirdi. Qızın yanaqları
pörtmüşdü, gözləri alışıb-yanırdı, qəlbi iftixar hissi ilə aşıb-
daşırdı, axı işlər müdirinin özü onu seçmişdi (şimal
diyarlarında o Allahdan sonra birinci adam sayılır). Lit-Litin
qəlbini qadın marağı bürümüşdü, ona yaxşıca baxmağa,
tamaşa etməyə tələsirdi. Günəşin şüalarından, düşərgə
ocaqlarının istisindən, yağmurlu havadan kişinin sifətinin
rəngi qızın atasının üzü rəngdə, qıpqırmızı bürünc
rəngdəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu,
qızın xoşuna gəlirdi, sevinirdi ki, Foks belə cüssəli,
qüvvətlidir, qızı təkcə onun iri, qara saqqalı bir qədər
qorxudurdu, bu çox qeyri-adi idi.
Lit-Lit çox cavan idi, kişilərin necəliyindən heç baş
açmırdı. Qız günəşin cənuba çəkilib üfüqün arxasında yox
olmasını, günün göydə daha çox olmasını, gecənin nəhayət
onun qarşısında geri çəkilməsini on yeddi dəfə görmüşdü.
Bütün bu illər ərzində Snitşeyn qızını möhkəm qorumuşdu,
onun pərəstişkarlarını yaxına qoymamışdı. Onu almaq
istəyən gənc ovçuların təkliflərinə nifrətlə qulaq asıb, hamını
rədd etmişdi, sanki qızın, doğrudan da, misli-bərabəri yox
Dostları ilə paylaş: |