Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

 
195 
manı» məqaləsi xüsusi əhəmiyyətə malikdir. Analitik 
təhlilin gözəl nümunəsi sayılan bu məqalədə tənqidçi 
romanın  əsas  tarixi  və  əfsanəvi  -  macəra  qaynaqları 
ilə bərabər, onun süjet, kompozisiya, fabula, üslubun-
dakı  şairanəlik,  obrazlar  aləmi,  sənətkarlıq  prob-
lemlərinin  və  ən  başlıcası,  əsərin  ictimai  -  siyasi 
fəlsəfəsi, həyati məsələlərin, xüsusilə azadlıq uğrunda 
gedən  mübarizələrin  faciəli  mahiyyətini  peşəkar 
tənqidçi mövqeyindən təhlil süzgəcindən keçirmişdir. 
Ona  görə  də  həmin  tədqiqat  işi  M.S.Ordubadinin 
romançılıq  taleyində  necə  böyük  rol  oynamışsa, 
həmin  ildə  poeziya  məsələlərinə  dair  yazdığı  digər 
tədqiqat  -  «Özünü  yenidənqurma  yollarında»  adlı 
konseptual  səpgili  məqalə  də  Səməd  Vurğunun 
sonrakı  şair  taleyində  eyni  rolu  oynamışdır.  Elə  bu 
tarixdən  etibarən  gələcəyin  böyük  şairi  Səməd 
Vurğunun  poetik  irsi  digər  tənqidçilər  tərəfindən  də 
etiraf  edildi  və  onun  populyarlaşmağı  geniş  vüsət 
almağa başladı. 
Mir Cəlal bir tənqidçi və ədəbiyyatşünas kimi də 
istisnasız  olaraq  bədii  ədəbiyyatın  bütün  növ  və 
janrlarında,  bütün  formalarında  yaranan  əsərlərin  ən 
aktual  problemləri,  bu  və  ya  digər  yazıçının 
yaradıcılıq  irsi  haqqında  yazarkən  həmişə  dərinliyə 
enmiş,  daha  çox  elmi-nəzəri  məsələləri  ön  plana 
çəkərək  böyük  və  əhatəli  ümumiləşdirmələr 
aparmışdır.  O,  həmişə  uzaq;  perspektivi  düşünmüş, 
hər  bir  müəllifin  konkret  əsərində  səmərəli  cücərti, 
onun ilham və bədii istedadının sabahını, dinamizmini 
aşkarlamağa çalışmışdır. Məsələn, o yazır: 


 
196 
«Düşünmək  və  düşündürmək!  Həyat  hadisələ-
rinin  məna  və  mahiyyətinə  dalmaq  «düşünən  başlar» 
üçün  vacib  və  zəruridir.  Vurğun  mütəfəkkir  bir 
şairdir.  O  yalnız  qəlbin  mühəndisi  deyil,  həm  də 
böyük fikirlərin, idealların carçısıdır. Onun şeirlərində 
güclü  ehtiraslar,  qızğın  hisslər  heç  bir  zaman  aydın 
təfəkkürdən,  fikirdən  ayrı  olmamışdır.  Ağır  təmkin, 
zəka işığı onun şeirində məzmun zənginliyinin parlaq 
əlamətidir». 
Mir Cəlalın müasir şairlərdən ən çox sevdiyi və 
haqqında kifayət qədər yazdığı müəllif Səməd Vurğun 
idi.  Şairin  «Komsomol  poeması»nın  surətlər  aləmi, 
mövzu,  ideya  və  problemləri  haqqında  yüksək  fikir 
söyləyən  böyük  ədib  onun  haqqında  ayrıca  bir  kitab 
da  yazaraq  çap  etdirmişdir.  «Yeni  şeirin  manifesti» 
adlanan  həmin  kitabda  şairin  daha  çox  nəzəri 
görüşləri  –  şeiriyyət,  forma  və  məzmun,  həyati 
problemlər və müasirlik, xəlqilik, aktuallıq, bilavasitə 
xalqın həyatından yazmaq, dil  – üslub və s. ön plana 
çəkilmişdir. 
Bədii  nəsrin  yorulmaz  tədqiqatçısı  olan  Mir 
Cəlal,  eyni  zamanda,  poeziyanın  da  o  dərəcədə 
sərrafı,  dəyərləndiricisi,  qədirşünası  idi.  O,  mahir  bir 
gülüş  ustası  kimi,  eyni  zamanda,  romantik,  lirik-
rubabi  poeziyanı  duyur,  sevir  və  mənalandırmağı 
bacarırdı. 
Füzuli  poeziyasının  şeiriyyət  sirlərini  hələ  ki 
ondan  yaxşı  bilən,  düzgün  qiymətləndirən  olmadığı 
zamanlarda belə Mir Cəlal onunla çiyin - çiyinə yazıb 
yaradan  Səməd  Vurğun,  Osman  Sarıvəlli,  Əhməd 
Cəmil,  Süleyman  Rüstəm,  Səməd  Mənsur  kimi 


 
197 
şairlərin bədii irsinə dair qiymətli elmi - tədqiqat işləri 
meydana qoymuşdur. 
Onun  diqqətindən  sonrakı  nəsillərin  yaradıcılığı 
da  kənarda  qalmamışdır.  O,  Bəxtiyar  Vahabzadə, 
Nəbi  Xəzri,  Əli  Kərim,  Adil  Babayev,  Davud 
Ordubadlı,  Xəlil  Rza  Ulutürk,  Məmməd  Araz,  Famil 
Mehdi,  Musa  Yaqub,  İlyas  Tapdıq,  Fikrət  Sadıq, 
Fikrət  Qoca,  Nəriman  Həsənzadə,  Qabil  və  b. 
haqqında dəyərli fikirlər söyləmişdir. 
Məsələn, Əli Kərimin «Qaytar ana borcunu» şei-
rini Mir Cəlal elə təhlil etdi ki, şair bütün ictimaiyyət 
arasında  birdən  -  birə  sevilməyə  başlandı.  Onun 
əsərləri oxucuların masaüstü kitablarına çevrildi. 
Eyni  sözləri  başqa  bir  şairin  –  F.Mehdinin 
«Ana» adlı miniatür şeiri barəsində də demək olar. 
 
2008 


 
198 
 
ƏDƏBİ DÖYÜŞLƏRİN ÖN ATƏŞ 
XƏTTİNDƏ 
 
Böyük  xarakterlər,  kəskin,  epik  təbiət  lövhələri, 
həyati  gerçəkliyin  bənzərsiz  bədii  nümunələrini 
professionallıqla yaratmış Mehdi Hüseyn xalq yazıçısı 
səviyyəsinə  qalxdığı  kimi,  bir  tənqidçi  və  ədəbiyyat-
şünas  kimi  də  eyni  zirvəyə  ucalmış  böyük  sənətkar 
idi.  O,  həm  bədii,  həm  də  elmi-nəzəri,  ədəbi-estetik 
əsərləri ilə sovetlər dönəmində sevilib- seçilən ən fəal, 
mübariz,  ədəbi  döyüşlərdə  bərkimiş,  kamilləşmiş 
prinsipial,  ədəbiyyatın  nüfuzunu  qoruyan,  hər  vəchlə 
onu inkişaf etdirən bənzərsiz bir söz sərrafı idi. 
Onun  geniş  və  əhatəli  yaradıcılıq  diapazonunda 
bir-birindən  gözəl  və  orijinal,  həcmcə  kiçik,  mənaca 
dolğun  hekayələr  silsiləsi  ilə  yanaşı,  həm  də  həyatın 
ən  dərin  qatlarını  qələminin  gücü  ilə  aşkara  çıxarıb 
geniş  oxucu  kütləsinin  diqqətinə  təqdim  etdiyi 
povestlər, romanlar, dramatik əsərlər ölkəmizdə, hətta 
onun sərhədlərindən kənarda da məşhurlaşmışdır. 
Mehdi Hüseyn, hər şeydən əvvəl, gözəl nasir idi. 
Onun ilk qələm təcrübəsi olan epik növün roman kimi 
siqlətli  janrında  yaratdığı  «Daşqın»dan  tutmuş, 
sonralar müxtəlif dövrlərdə yazdığı «Abşeron», «Qara 
daşlar»,  «Tərlan»,  «Səhər»,  «Yeraltı  çaylar  dənizə 
axır»,  «Kin»,  «Fəryad»,  «Ürək»,  «Komissar»  kimi 
nəsr əsərləri mövcuddur. Böyük sənətkarın yaradıcılı-
ğının  ikinci  əsas  və  aparıcı  qanadında  –  yəni  drama-
turgiya sahəsində də bir sıra gözəl səhnə əsərləri diq-
qəti özünə çəkir. Onun dramatik nümunələri sırasında 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə