Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

 
186 
çarski 1926-cı ildə çap etdirdiyi «Puşkinin qəbri üstə» 
məqaləsində  yazırdı  ki,  A.S.Puşkin  Triqorskdə 
yaşadığı  zaman  1817-ci  ildə  Osipovlar  ailəsinin 
üzvləri ilə tanış olmuş, sonralar da 1924-cü ildə oraya 
qayıtmışdı. 
  Osipovun dul arvadı Proskovya Aleksandrovna 
və  onun  iki  qızı  Tatyana  və  Olqa  ilə  və  onun  birinci 
ərindən  ola  A.N.Vulfla  tanış  olur.  Lunaçarskinin 
yazdığına  görə  «Yevgeni  Onegin»də  təsvir  edilən 
surətlərin prototipləri — Osipovlar bacıları – Tatyana 
və  Olqa,  student  Vulf  –  Lenski  sayılmalıdır.  Luna-
çarskinin qənaətinə görə, Olqa orijinala xüsusilə yaxın 
şəkildə  rəsm  edilmişdir.  Tatyana  isə  öz  qəmli,  qara-
qabaq  prototipindən  fövqəladə,  həddən  ziyadə 
yüksəkliyə,  ülviyyətə  qaldırılmışdır.  Onu  da  qeyd 
edək  ki,  Puşkin  Olqa  ilə  hərdən  zarafatlaşar, 
əylənərdi, ona xoş gəlməyən böyük bacı isə özü şairə 
vurulmuşdu.  Student  Vulf,  qızların  ana  bir  qardaşı  
əsərdə idealizə edilmişdi. 
Bununla  belə,  şairin  yaradıcılığında  qələmə  alı-
nan  bütün  qəhrəmanlarda  öz  qəlbinin  bir  parçası, 
müəyyən arzu, istək və nifrəti qismən ifadə olunsa da, 
onların  heç  biri  Puşkinin  özü  deyildi,  böyük  bədii 
ümumiləşdirmənin labüd, qanunauyğun nəticəsi idi. 
Elə  bil  bu  ehtimalların  gələcəkdə  qarşısını  indi-
dən almaq məqsədilə böyük şair böyük bir uzaqgörən-
liklə poemanın lirik ricətlərində yazmışdır: 
Çiçəklər, məhəbbət, kənd, avaralıq,  
Səhralar! Bağlıyam ruhumla sizə.  
Oneginlə mənə fərq qoyun artıq,  
Bir gözlə baxmasın insanlar bizə. 


 
187 
 Rişxəndcil oxucu, yaxud bir böhtan  
Naşiri, məni fərq etdiyi zaman.  
Yalandan üzümə durub da bəzən,  
Allahsızcasına deməsin ki, mən  
Onegin adını bu sətirlərdə, 
Şair Bayron kimi vüqarlanaraq,  
Özümün əksimi çəkmişəm ancaq.  
Xeyr! Düşməmişəm hələ bu dərdə, 
Sanki özümdən başqasını biz 
 Yazıb göstərməyə qadir deyilik
1

 
  S.Vurğun  bu  sətirləri  xatırladaraq  deyir  ki, 
Puşkin  poeziyasının  gücünü  şairin  özünün  subyektiv 
aləmində  deyil,  daha  böyük  aləmdə  —  həyat  və 
tarixin  yaradıcıları  olan  insanlar  aləmində  görmək 
lazımdır. 
  Şair göstərir ki, mən poemanın tərcüməsi vaxtı 
bir həqiqəti də sanki yenidən kəşf etdim: Bu, insanın 
mənəvi azadlığı, onun mənsub olduğu xalqın öz milli 
mədəniyyətinin 
çiçəklənməsi 
barədəki 
böyük 
arzularıdır. Puşkinin böyük, hər şeyə qadir rus dilinin 
islahatçısı  kimi  çəkdiyi  çətinliklər  mənə  nə  qədər 
doğma görünürdü: 
 
Hələ çətinlik var qarşımda bu gün:  
Vətən qeyrətini mən gözləyərək
Tatyana yazdığı məktubu bütün  
Bizim rus dilinə çevirəm gərək.  
Çünki rusca onun savadı azdır,  
                                                 
1
 S.Vurğun. Əsərləri. 6-cı cild, Bakı, 1972, s.150 


 
188 
Bizim jurnalları heç oxumazdı.  
Öz ana dilində danışan zaman  
Çətinlik çəkərdi Tatyana hər an.  
Ona fransızca olmuşdu vərdiş.  
Neyləsin! Deyirəm, yenə də təkrar;  
Hələ də eşqini bizim xanımlar;  
Doğma rus dilində bəyan etməmiş,  
Hələ də bizim məğrur dilimiz,  
Məktubda işlənmir, bunu biliniz. 
 
  Əlbəttə,  bu  işdə  Tatyana  da  müqəssir  deyildi. 
Günahkar rus aristokrat mühiti idi. Tatyana sözün hə-
qiqi  mənasında  namus  mücəssəməsi  kimi  yaradıl-
mışdır. 
  S.Vurğun  bu  məqamı  bir  qədər  də  incələyərək 
deyirdi:  «...nadanlığımız  üzündən  rus  qadınına,  rus 
qızına  elə  baxırdıq  ki,  guya  onda  sevginin  ələmləri, 
zərif  hissləri  ola  bilməz.  Lakin  Tatyana  məni 
tərkisilah etdi. Onun məhəbbəti dərindir: Mən səni se-
virəm,  fəqət  verilmişəm  bir  başqasına,  sadiq  qalaca-
ğam  ömürlük  ona.  O  öz  məhəbbəti  ilə  mübarizəyə 
başlayır.  Onun  dərin  zəkası,  incə  hissləri,  kədəri  və 
zərifliyi qarşısında bütün gözəlliyi və əzəməti ilə par-
layırkən mənim əllərim və qələmim titrəyirdi».
1
  
 
Şair: 
Bağışla, ey dahi, hüzurunda mən,
 
 
Bəzən utanmışam səhvlərimdən,—  
 
                                                 
1
 S.Vurğun. Əsərləri. 5-ci cild, Bakı, 1972, s.276 


 
189 
deyəndə  də  yəqin  ki,  milli  koloritin  ifadəsindəki 
çətinlikləri nəzərdə tuturdu. 
  Bu  mənada  digər  bir  məqamı  da  xatırlatmaq 
yaxşı olardı. Bu münasibətlə Səməd Vurğun yazırdı: 
  «Куда,  куда  вы  удалились  весны  моей 
златые  дни?». Sanki burada  heç  bir aforizm, heç  bir 
milli  xüsusiyyət  yoxdur.  Lakin  tərcüməyə  gələndə 
Azərbaycan dilində «hara, hara?» deyə bilməzsən, bu 
çox  quru  səsələnər.  Həmçinin  «весны  моей»   
«златые  дни»  kimi  ifadələri  olduğu  kimi,  hərfi 
tərcümə  etmək  olmaz.  Beləliklə,  əsərdəki  ən  gözəl 
misraları tərcümə etmək mümkün olmur! İki misrada- 
kı  ifadə  azərbaycanca  səslənmir.  Deməli,  burada 
axtarmaq,  yaratmaq lazımdır. Lenskinin ölüm qabağı 
yazdığı  həmin  şeyin  tərcüməsi  Vurğunda  belə 
alınmışdır: 
 
Hayana, hayana uçub getdiniz  
Ey bahar ömrümün əziz günləri?  
Kim bilir başıma nələr gələcək?  
Əbəs düşünürəm mən onu gerçək,  
Qaranlıq bürüyüb almış o günü,  
Verəcək onsuz da tale hökmünü.  
Dəlib deşəcəkmi sinəmi oxlar, 
Ötüb keçəcəkmi yoxsa yanımdan,   
Hamısı nemətdir, dəyişir zaman,  
Hər günün, gecənin özgə hökmü var.  
Dərdə, möhnətə də şükürlər olsun, 
Gələn zülmətə də şükürlər olsun! 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə