170
çiçəklər»in melodramatik aləmindən 1905-ci ilin sərt
realizminəcən, digər hallarda uzun illər tələb olunan
böyük yaradıcılıq yolu keçmişdir, ancaq Cəfər
istedadı bu yaradıcılıq metodlarının cərəyanlarının
heç birinin çərçivələrinə sığışmır.
Cəfər Cabbarlı romantikdir?
«Yox» – demək mümkün deyil, «bəli!»
Cəfər Cabbarlı realistdir?
Bəli!
Cəfər Cabbarlı sentimentaldır?
Bəli!
Cəfər Cabbarlı lirikdir?
Bəli!
Satirikdir?
Bəli!
Bu sualı beləcə davam etdirmək olar...
1
Demək lazımdır ki, C.Cabbarlının romantikası
milli zəminə, ana torpağa, Vətənə bağlı olduğu üçün,
son dərəcə sağlam, insanı yeni-yeni qələbələrə,
uğurlara qanadlandıran, onu, necə deyərlər, dağı-dağ
üstə qoymağa sövq edən həyati romantikdir. Bəlkə də,
bu romantika onun novator axtarışları ilə əlaqədardır.
Doğrudan da, novatorluq Cabbarlı istedadının üzvi-
tərkib hissəsidir: sənətkarın bədii axtarışları da məhz
bu yönümlə səciyyələndirilir. Yenilik və romantik
coşqunluq isə daima gəncliyə xasdır: «...Bu mənada
Cabbarlı yeni nəsillərin sənətkarı idi və bu yerdə
söhbət müəyyən bir dövrün yox, bütün dövrlərin yeni
nəsillərindən gedir; yəni illər keçir, nəsillər bir-birini
1 Elçin. Şəxsiyyət və istedad. Bakı, 2000, s.16
171
əvəz edir və Cabbarlı əvəz olunandan çox, əvəz
edənin sənətkarıdır».
1
Cabbarlını daim yaşadan, onu əbədiyyətə qovuş-
duran əsas və ümdə xüsusiyyətlərdən biri də böyük
sənətkarın novatorluq, axtarıcılıq, coşqunluq və ro-
mantiklik kimi keyfiyyətləri idi. Bu mənada Cabbarlı
novatorluğu, romantikliyi bədii surətlər sistemindəki
adlar seçimində də özünü daha praktik, daha aydın
göstərir. Aşağıdakı sözlərə diqqət edin:
«Bəli, Cəfər böyük sənətkar olduğu kimi, sözün
həqiqi mənasında, həm də gözəl insan idi. O, müa-
sirimizdir, bizimlə yanaşı gedir. Dəniz kənarında dos-
tuna rast gəlirsən, görüşürsən. Əllərindən tutub gəz-
dirdiyi ay parçası kimi iki uşağa baxırsan. Soruşursan:
«Qızım, adın nədir?» Deyir: «Sevil». Oğlandan
soruşursan: «Adın nədir?» Deyir: «Aydın». Əlində
zənbil tramvaya minmək istəyəndə, bir oğlan uşağı
sənə yanaşır: «Əmi, ver zənbili götürüm» – deyir.
«Sağ ol oğlum! Adın nədir?» Deyir: «Oqtay».
Trolleybusa minirsən. Oturmağa yer yoxdur. Gənclər
ayağa durur: «Əmi, gəl, əyləş» – deyirlər. Onlardan
soruşursan: «Adın nədir?» Biri deyir: «Sevil, Gülsa-
bah», o birisı deyir: «Gültəkin». Bir başqası deyir:
«Babək». Gözəl bır qız da deyir: «Almaz».
Cəfər yaşayır.Adların belə təzə, yeni, orijinal,
ən əsası isə saf və sırf Azərbaycan - Türk ismləri ol-
ması da böyük sənətkarın əngin xəyala, fantastik
təxəyyülə malik olması ilə əlaqədar idi: o, sanki
qaranlıqları da xəyalın işığı ilə işıqlandırırdı.
1
Yenə orada. s.19
172
C.Cabbarlı ideal bir şəxsiyyət kimi daim gə-
ləcəyə, irəliyə baxırdı. O, böyük istiqlalçı kimi keç-
mişə həmişə acıyır. Məşhur «Dan ulduzu» şeirində ol-
duğu kimi, hətta adi avtoqraflarında da bu böyük
amalı gözləyirdi. Məsələn, sovet dövründə, konkret
desək, 1922-ci ildə, tanış, məhrəm bir qadının albo-
muna onun xahişi ilə yazdığı bir şeirdə «gözlər,
gözlər, qara gözlər» epitetləri ilə bəzədiyi, fikri yayın-
dırdığı misraların məna və məzmununa, mahiyyətinə
varsanız, çox önəmli nəticələr çıxarmaq olar:
«Şeirimizin ilham pərisinə» adlı həmin əsərdə
oxuyuruq:
O gündən 5 ildir tamam
Oruc tutmam, namaz qılmam.
Səhər-axşam var bir duam:
Gözlər, gözlər, qara gözlər.
Göylərə etməm etibar,
5 ildir könlüm intizar.
Tapındığım bir tanrı var,
Gözlər, gözlər, qara gözlər.
Diləklərim erkən soldu,
Könlüm fəryaddan yoruldu.
Nə istərdim... nələr oldu...
Gözlər, gözlər, qara gözlər.
Siz bir gözəllik tanrısı,
Mənsə bir tale ayrısı.
Könlümün ilham pərisi
Gözlər, gözlər, qara gözlər.
173
C.Cabbarlı romantik təbiətli, romantik ruhlu bir
sənətkar idi. Dramaturqun qəhrəmanlarından çoxu öz
dövrünün, öz zəmanəsinin qabaqcıl, öndər, daima
irəliyə, gələcəyə can atan adamıdır. Onların qəlbi
böyük və nəcib arzularla, şirin xəyallarla dolu
olmuşdur. Romantik xəyyalla pərvazlanan qanadlar
bu qəhrəmanların həyat enerjisi, həyati gücüdür. Elə
bu qanad və enerji onun yaratdığı obrazların fəallıq və
nikbinliyini, həyatsevərliyini göstərən əsas amildir.
Onun qəhrəmanları həmişə həyatın əzablı, əziyyətli,
dolanbac yollarından, qasırğa və tufanlarından keçir-
di. Bu qəhrəmanların ruhu, qəlbi, içi, daxili, mənəviy-
yatı geniş və əngin üfüqlər dolaşırdı.
Onu da qeyd edək ki, bu romantik qəhrə-
manlar, oxucu və tamaşaçılar tərəfindən ona görə bu
səviyyədə sevilir ki, onlar öz şəxsi, fərdi məsələ və
problemləri ilə məşğul olmayaraq, dünyəvi, bəşəri,
qlobal məsələlər barədə düşünürlər. Onlar ümumi
ideallar uğrunda özlərini oda-közə vurur, ölümün
gözünə dik baxırdılar, onların ölümləri də romantik
ölüm idi; onların ölümü də özlərindən sonra bir işıq
və bir nur yayırlar. Onlar öləndən sonra da ürəklərini
məşələ döndərərək insanların yolunu işıqlandırmışlar.
Elə yazıçılar var ki, onlar gah romantik, gah
realist kimi bir qədər də sentimentalist olurlar. Lakin
belə yazıçılar nəticədə bir şey zühura gətirə bilərlərsə
də, bu da hünərdir.
C.Cabbarlının yaradıcılığının ilk dövrlərində
yazdığı əsərlər bu baxımdan da ibrətlidir. Doğrudan
da, bu tipli əsərlərində onun realistmi, romantikmi,
sentimetalistmi olduğunu asanlıqla aydın etmək ol-
Dostları ilə paylaş: |