Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

 
157 
Firəngizin  fəallığı,  sevgisi,  məhəbbəti  onu  bir  anlığa 
elə  hala  gətirmişdi  ki,  o,  artıq  ədalətin  ayaq  tutub 
yeridiyi  qənaətinə  gəlmişdi.  Lakin  qüvvətli  bir 
peripetiya  onun  bütün  fikirlərini  alt-üst  edir.  Bu, 
Firəngizin  qardaşı  Aslan  bəyin  təsiri  ilə  öz 
məktublarını    geri  istəməsi,  bir  növ  həyatda  rola 
girməsi  səhnəsi  idi.  Ona  görə  də  Oqtay  altunu,  pulu 
göstərərək  «Yüksək  bir  eşqi  alçaq  bir  oyuncağa 
çevirən,  üç  ildə  iki  söz  deməkdən  utanan  məsum  bir 
yavrunu qramafonlar kimi söylədən budur, bu!» deyir. 
Artıq  onun  hər  şeyə  inamı  sarsılır.  Hətta  bir  həqiqət 
olan  həyata  da  münasibəti  dəyişir.  Yeni  bir  həqiqət 
axtarır. O, hər şeyin göründüyü kimi yox, olduğu kimi 
görünməsini  istəyir.  Meyxana  divarlarına  vurulan 
kağızları  cıraraq  deyir:  «Axı  neçindir  bu  süni  bəzək-
lər?  Zavallı  bəşəriyyət,  neçin  həqiqəti  gizləyirsiz? 
Cırın onu! Bax, belə! Qoyunuz bu çirkin qara daşları 
olduğu  kimi  bütün  dəhşətilə  görsünlər...  neçin  gizlə-
dirsiniz? O, çirkin də olsa, həqiqət olduğu üçün gözəl-
dir».
1
 
Oqtay Eloğlu da, kimdən intiqam almaq istəyir-
sən  sualına  eyni  ilə  Aydın  kimi  cavab  verir:  «özüm-
dən,  öz  eşqimdən,  öz  taleyimdən,  öz  idealımdan,  öz 
tanrımdan,  həyatımdan,  mühitimdən,  gələcəkdən, 
həqiqətin yoxluğundan!». 
Görünür,  elə  bu  çılğıncasına  deyilmiş  romantik 
fikirlər  onu  öz  idealı  olan  Firəngizi  öldürməyə  sövq 
etmişdir. Əlbəttə, bu intihar məsələsi, bəlkə də, yerinə 
düşməmişdir.  Buna  dair  müxtəlif  rəy  və  mülahizələr 
                                                 
1
 C.Cabbarlı. Əsərləri, 3-ci cild, Bakı, 1969, s.165 


 
158 
yürüdülmüşdür.  Dünya  ədəbiyyatında  buna  bənzər 
hadisələr  olmuşdur.  Lessinqin  «Emiliya  Kolotti», 
Şillerin  «Qaçaqlar»,  Lermontovun  «İspaniyalılar» 
əsərlərində  qəhrəmanlar  öz  əzizlərini  bilə-bilə 
öldürürlər.  Çünki  bu  qəhrəmanların  hamısı  Aydın 
kimi ovu bərədən ötürmüşdülər. 
Böyük  dramaturqun  romantikasının  inkişafında 
əsas  mərhələ  hesab  olunan  «Od  gəlini»ndə  təsvir 
olunan baş qəhrəman  Elxanda  -  5 dirhəmə alınan bir 
qulda necə də böyük qüvvə vardır. Burada Elxan artıq 
romantik inqilabi bir faciənin baş qəhrəmanıdır. Onun 
tragizmi və geroikası artıq ictimai mahiyyətdə idi, bu 
qəhrəmanlıq  və  tragizm  xalq  ruhu,  xəlqi  mübarizə 
kəsb etmişdi. 
Həqiqi,  ictimai,  inqilabi  tragediyanın  «Fəlsəfə 
təqvimində ən müqəddəs əzabkeş» (K.Marks) Prome-
teydən  başlandığını  elmi  əsaslarla  sübut  edən 
realistlər necə də haqlıdırlar. 
Elxanın  mübarizə  və  arzularının  əzilənlərin 
ideologiyası,  psixologiyası  ilə  tamam  uyğun  gəlməsi 
tragediya  üçün  məqbul  hesab  olunan  bir  sıra  ümdə 
cəhətləri  tamamilə  əhatə  edir.  Onun  proqramı  realist 
romantika,  romantik  həqiqət  kimi  səsləndiyi  üçün 
daha cazibədardır: «Mən torpağından qan daman əski 
dünyanı  yıxıb,  çiçəklərindən  səadət  gülümsəyən  yeni 
bir dünya qurmaq istəyirəm». 
C.Cabbarlıya  Şərqin  və  Qərbin  ən  böyük 
romantiklərinin  xeyirxah  təsirini  də  qeyd  etmək 
ədalətli  olardı.  Diqqətli  tədqiqat  bu  təsiri  bizim  öz 
doğma 
şair-dramaturqumuz 
Hüseyn 
Cavidin 
simasında  həm  şeir,  həm  də  dramaturgiya  sahəsində 


 
159 
çox  asanlıqla  tapa  bilər.  Bunu  hər  iki  sənətkarın 
aşağıdakı  şeirlərinin  müqayisəsindən  apaydın  şəkildə 
görmək olar: 
 
Hüseyn Cavid: 
 
Hər qulun cahanda bir pənahı var. 
Hər əhli –halın bir qibləgahı var. 
Hər kəsin bir eşqi, bir Allahı var 
Mənim tanrım gözəllikdir, sevgidir. 
 
Həzz etməm firqədən, cəmiyyətdən, 
Zövq alamam hərbdən, siyasətdən, 
Bir şey duymam fəlsəfədən, hikmətdən, 
Mənim ruhum gözəllikdir, sevgidir. 
 
Gözəl sevimlidir cəllad olsa da,  
Sevgi xoşdur, sonu fəryad olsa da,  
Uğrunda mənliyim bərbad olsa da,  
Son dildarım gözəllikdir, sevgidir. 
 
C.Cabbarlı: 
 
Mən bir zaman öz-özümdən uzaqdım,  
Dün bir işıq buldum, ruhuma taxdım.  
Bütün əski tanrıları buraxdım,  
Şimdi artıq bir tanrım var – gözəllik. 
 
Bütün əski tanrılara darıldım.  
Həp məcazi sevgilərdən yoruldum,  
Bir həqiqət buldum, ona vuruldum,  
Gözəl də bir şüarım var – gözəllik. 


 
160 
Oxşa məni, yeni tanrım, sevindir,  
Artıq fikrim, ruhum, duyğum sənindir.  
Çıx könlümdən, əski dünya, sonundur,  
Çünki yeni bir tanrım var – gözəllik. 
 
Əlbəttə,  bu,  olsa-olsa,  adi  bir  illüstrasiyadır. 
Əslində  isə,  H.Cavidin  C.Cabbarlıya,  S.Vurğuna  və 
digər  sənətkarlara  təsiri  məsələsi  hələ  heç  öyrənil-
məmişdir.  Lakin  bu  məsələ  də  bəzən  çox  səthi  başa 
düşülür və belə bir mülahizə yürüdülür ki, əgər bu və 
ya  başqa  bir  sənətkar  başqalarından  bir  şey  əxz 
edibsə,  öyrənibsə,  təsirlənibsə,  bəs  onun  orijinallığı 
harada qaldı? Biz belə hesab edirik və buna tamamilə 
əminik ki, heç bir az– çox böyük sənətkar yoxdur ki, 
necə deyərlər, saf, yalnız öz-özünə, öz tematikası, öz 
problematikası, üslubu, poetikası, dəsti-xətti ilə ancaq 
özündən  ibarət  olsun.  Ədəbi-bədii  fikir,  təfəkkür  bir 
silsilə,  bir  vəhdət  təşkil  edərək,  bir  zəncirin  müxtəlif 
həlqələri  kimi  bir-birilə  bağlıdır.  Böyük  alman  mü-
təfəkkir  şairi  Gote  demişdir:
 
(«только  о  су-
мосбродном и совершенно беспорядочном худож-
нике  позволительно  говорить,  что  все  у  него  – 
Свое;  о  настояшем  -    невозможно»)  yalnız  diqqət-
siz,  səliqəsiz,  bəlkə  də  məhdud  sənətkar  haqqında 
demək  olar  ki,  onda  hər  şey  özününküdür;  həqiqi 
sənətkar barədə bunu demək olmaz. 
  Hələ  Gote  tarix  üçün  elə  uzaq  keçmiş  hesab 
olunmur.  Bəs,  həmin  alman  dahisinin  yüksək 
qiymətləndirdiyi  və  bilavasitə,  təsirləndiyi  böyük 
Nizami  səkkiz  əsr  yarım  bundan  əvvəl  eyni  mətləb 
barədə necə gözəl demişdir: 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə