Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

 
161 
Zamanın gərdişi dolanar gedər,  
Hər dövr bir yeni şey tələb edər. 
Çalınar, dillənər köhnə havalar,  
Təzədən yeni bir hava yaranar,  
Təzə şairlər də belə yaranar,  
Köhnə tarixləri təzələr onlar. 
 
C.Cabbarlı  yaradıcılığına  diqqətlə  yanaşanda 
böyük  dramaturqun  həmişə  yüksələn  xəttlə  inkişaf 
edən  dramaturgiyasında  «1905-ci  ildə»  pyesindən 
sonra  müəyyən  bir  eniş,  «Dönüş»də  isə  qismən  də 
olsa,  bir  tənəzzülə  rast  gəlirik.  Təsadüfi  deyildir  ki, 
ədib son əsərini  «Şikəst övlad» adlandırmışdı. Bizcə, 
bunun  başqa  səbəblərlə  yanaşı,  bir  səbəbi  də  məhz 
dramaturqun  romantikadan  nisbətən  uzaqlaşması  ilə 
izah olunmalıdır. 
Fikrimizi,  hisslərimizi  cilvələndirən  bütün 
romantik  əsərlərinin  təbii  inkişafı,  xüsusilə,  realizm 
istiqamətində  inkişafı  bizi  «Sevil»  əsərinə  gətirib 
çıxardı  və  bu  əsərdə  sanki  sənətkarın  öz  romantik 
görüşlərinin xəsisliklə ifadəsi istər-istəməz bizi məyus 
edir.  Lakin  xoşbəxtlikdən  burada  da  sənətkar  sövq-
təbii qalib gəlir. Heç olmasa, əsərin finalında birdən-
birə  yenə  də  romantika  ilə  qarşılaşmalı  oluruq.  Bu, 
balaca  Gündüzün  sözləri  ilə  əlaqədardır.  Gündüz 
əlindəki təyyarə modelini göstərərək deyir: 

 
Mən  sabah  dünya  səyahətində  də  yol  başına 
bütün cocuqlardan tez çatacağam. Mən daha gəmi ilə 
getməyəcəyəm, bununla gedəcəyəm, bununla! 


 
162 

 
Mən daima  irəliyə  doğru gedəcəyəm  –  Marsa, 
Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm.
1
 
Deməli,  romantika  bütün  realist  əsərlərdə  belə 
arzu olunacaq bir keyfiyyətdir! 
Böyük şairimiz S.Vurğun doğru deyibdir: 
Qanadsız  bir  böcək  uçmaz,  sürünmək  qurda 
adətdir. Romantika sənətkarın qələmə aldığı əsərlərin 
təkcə  mayasında,  məzmununda  deyil,  bəzən  təsvir 
vasitələrində  də  özünü  büruzə  verə  bilər.  Məsələn, 
«Dönüş»də  Qüdrət  Arslanla  Gülsabahın  mükalimə-
sinə diqqət edin: 
  «Qüdrət  Arslan»  –  Yeni  insanların  mahnısını 
mən belə təsəvvür edirəm:  
 
Mənim yarım bir gözəldir,  
Altun kimi saçı var;  
Mirvaridən sırması var,  
Göy zümrüddən tacı var. 
 
Gülsabah – Altun saç... çeynənmiş obrazdır. Həp 
də tacir təbiridir. Bu günün təbiri deyildir. 
Qüdrət Arslan o biri bəndi oxuyur: 
 
Mərmər kimi ağ döşündə  
Al yaqutdan düyməsi, 
Şahanə bir baxışı var,  
Məftun edər hər kəsi... 
 
                                                 
1
 C.Cabbarlı. Əsərləri, 1-ci cild, Bakı, 1968, s.402 


 
163 
Gülsabah –  Əvvələn, sənin gəlinin zərgər qızına 
bənzəyir. Atasının bütün daş-qaşını oğurlayıb yar-ya-
xasına  sancmışdır.  Sonra  şahanə  baxış  da  bu  günün 
təbiri deyildir. 
Qüdrət  –  Sən  də  lap  döndün  bir  para  adamlara. 
Bəs  nə  yazım?  Yazım,  dvornikanə  baxışın,  ya  da 
biçinçiyanə baxışın? 
 
Gülsabah – Bilmirəm!  
Qüdrət – Sonra...  
 
Göydə uçan durnalara  
Kağız yazıb verərəm,  
Sevdiyimə yetirsin. 
Yazda bitən çiçəklərlə gözəl bir at bəzərəm 
Getsin gəlin gətirsin. 
 
Hə, buna ki sözün yoxdur? 
Gülsabah  –  Sən,  Qüdrət,  əsrin  can  damarını 
axtarırsan...  o  hər  halda  burada  deyildir.  Yeni 
insanların idealı bu deyildir. Məsələn: 
 
Radio verən dalğalara  
Sözlərimi deyərəm  
Sevdiyimə yetirsin.  
Göydə uçan aeroların 
Qanadların bəzərəm  
Səni gəlin gətirsin». 
 
Yeni insan belə düşünə bilər, onun arzuları belə 
təzahür edər. Bu da son hədd deyildir. Həyat hərəkət-


 
164 
dir,  dialektikanın  sonu  yoxdur.  Deməli,  romantika 
üçün  zəfərlərlə  dolu həyatımız, geniş göylərimiz, nə-
hayətsiz arzularımız vardır. Böyük dramaturq deyirdi:  
«Bizim  quruluşumuzun  misli  bərabəri  yoxdur».  Cab-
barlı  sənətinin  romantik  pafosunu  hamıdan  gözəl 
duyan S.Vurğun yazmışdır: 
 
Bir həqiqət, bəlkə canlı bir xəyal kimi,  
Vüqarlıdır Cabbarlının söz ülviyyəti.  
Uçsun Vətən göylərində bir qartal kimi  
Xalqımızın böyük qəlbi, böyük sənəti.  
 
Romantik ədəbi qəhrəmanlar. 
 
C.Cabbarlının  romantik  axtarışları  onun  yarat-
dığı qəhrəmanlarla reallaşır, təsbit edilir. Məhz bu eh-
tiraslı surətlərin timsalında böyük sənətkarın nəyə nail 
olduğu, hansı uğurlar qazandığı oxucu və tamaşaçıla-
ra, xüsusilə də tədqiqatçılara aydın və aşkar olur. Bu 
mülahizələri sübut etmək üçün  yenə də bizim istinad 
edəcəyimiz  material  müəllifin  öz  əsərləri  və  onlarda 
iştirak edən romantik surətlərdir. 
C.Cabbarlının romantikasının özü də iki mənbə-
dən,  qaynaqdan  nəşət  edirdi:  onlardan  biri  doğma 
folklorumuz  və  klassik  ədəbiyyatımızdırsa,  digəri  isə 
dünya və xüsusilə, Qərb ədəbiyyatıdır. Azərbaycanın 
böyük tənqidçisi, cavan ikən repressiyaya uğramış Əli 
Nazim  «Cəfər  Cabbarlının  yaradıcılıq  yolu»  adlı 
məqaləsində  bu  xüsusiyyətin  ikinci  tərəfini,  əsasən, 
düzgün  qiymətləndirərək  yazmışdı:  «Hər  iki  əsərdə 
(«Aydın» və «Oqtay Eloğlu» əsərləri nəzərdə tutulur– 


 
165 
Ə.N.)  Cabbarlı  Şillerçidir».  Tənqidçi  sözünə  davam 
edərək  deyir:  «Cabbarlının  bu  əsərlərdə  hər  zaman 
Şillerə  müraciəti,  hətta  Şillerin  «Qaçaqlar»ından 
bütün bir səhnənin «Oqtay Eloğlu»ya əlavəsi təsadüfi 
deyildir.  Şillerin  tendensiyalı  olsa  da,  sentimental 
romantizmi  bütün  xüsusiyyətləri  ilə  bərabər  bu 
pyeslərdə əsas üslubi istiqaməti təşkil edir. Onlar dövr 
ruhunun  əsas  borusudurlar.  Aydın  və  Oqtay  müba-
rizəçi deyil, bəlkə fikir carçısıdırlar. Hər iki pyes xita-
bətçilik, ritorika, aforizmlərlə doludur». 
Ə.Nazimin xarakteristikasını tamamilə qəbul et-
məklə yanaşı onu da deyək ki, elə ondakı «ritorika və 
aforizmlər»  də  yersiz  deyildir,  onların  da  müsbət 
mənası vardır. 
Romantikaya səmimi münasibət böyük sənətkara 
imkan verirdi ki, bu ədəbi priyomun vasitəsilə qəhrə-
manlarının daxili dünyasını, xəyal aləmini, sevinc  və 
kədərini  lazımınca  canlandırmağa  nail  olsun.  Ədibin 
ilk,  bəlkə  də  sütül  əsərlərindən  biri  olan  «Solğun 
çiçəklər»də insaf, vicdan, insaniliyin hələ tamam yox 
olmadığı  təbii  anlar  Bəhramı  tutduğu  əməldən  peşi-
man edərək sarsıdır, onu çılğınlaşdırır, dəlilik dərəcə-
sinə  gətirir.  Gecə  yuxularında  sayıqlayaraq,  özünün 
daxili monoloqunu söyləyir: 
«Ax 
yenə 
kimsən? 
Mələkəl-mövtmusan? 
Əzrailsənmi?  Gəl,  gəl,  al  canım,  bu  əzablardan  xilas 
olum!..  Mənim  həbibim!  Gəl,  gəl,  gəl,  al  canım! 
Ox,...indi tanıdum! Sara, sənmisən? Gəl. Gəl yanıma! 
Sara gəl!» 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə