Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

 
234 
«Azərbaycanın  mağdur  şair-dramaturqu  Hüseyn 
Cavid»  adlı  monoqrafik  səciyyəli  tədqiqatının 
təhlilində  də  aydın  görünür.  Tural  Hüseynov  bütün 
tədqiqatı  prosesində  həm  Azərbaycanın  mühacirət 
ədəbiyyatşünasları,  həm  də  sovet  cavidşünasları  ilə 
yeri gəldikcə ciddi polemikaya girişir, bu zaman fikir 
və mülahizələrində, mövqe və münasibətlərində haqlı 
görünməyə müvəffəq olur. 
Bu  da  bəllidir  ki,  sovet  dövrü  Azərbaycan 
ədəbiyyatşünaslığında  Hüseyn  Cavid  yaradıcılığının 
mərhələləri  ilə  yanaşı,  cavidşünaslığın  mərhələlərini 
də  müəyyənləşdirmək  sahəsində  bəzi  təşəbbüslər 
edilmişdir.  Lakin  bu  təşəbbüslərin  heç  birində  Azər-
baycan  mühacirət  ədəbiyyatşünaslığı  nəzərə  alınma-
mışdır.  Ona  görə  də  cavidşünaslığa  dair  mərhə-
lələşdirmə təşəbbüslərində nəinki bir yanlışlıq olmuş, 
hətta  ciddi  metodoloji  qüsurlara  da  yol  verilmişdir. 
T.Hüseynov  monoqrafiyasında  cavidşünaslığın  mər-
hələləşdirilməsinə  dair  təşəbbüslərdə  yol  verilmiş 
yanlışlıqların  obyektiv  elmi  şərhini  verməklə  yanaşı, 
bu  işdə  ilk  dəfə  olaraq  Azərbaycan  mühacirət 
ədəbiyyatşünaslığının  müvafiq  materialları  ilə  sovet 
dövrü  cavidşünaslığını  birlikdə  götürüb  müqayisəli 
elmi  təhlil  süzgəcindən  keçirmiş,  öz  düzgün 
mərhələləşdirmə prinsipi əsasında bu gün ən münasib 
görünən bölgüsünü müəyyənləşdirmişdir. Bu bölgüyə 
görə,  cavidşünaslığın  birinci  mərhələsi  1920-1937-ci, 
ikinci  mərhələsi  1956-1990-cı  illəri  əhatə  edir. 
Azərbaycanın  müstəqilliyi  dövründə  isə  üçüncü 
mərhələ  başlanmışdır.  T.T.Hüseynovun  «Hüseyn 
Cavid  və  Azərbaycan  mühacirət  ədəbiyyatşünaslığı» 


 
235 
adlı monoqrafiyası cavidşünaslığın inkişafının üçüncü 
mərhələsində yazılıb tamamlanmış dəyərli bir əsərdir. 
Aktuallığına və elmi yeniliyinə, tədqiqata cəlb edilmiş 
mənbə  və  materialların  zənginliyinə  və  əhatəliliyinə, 
nəzəri  və  praktik  əhəmiyyətinə  görə,  ümumiyyətlə, 
bütün komponentləri ilə  müasir tələblər səviyyəsində 
mükəmməl  bir  elmi  tədqiqat  işidir;  cavidşünaslıqda 
yeni sözdür. 
 
2004 


 
236 
 
BƏDİİ NƏSRİN POETİK NÜMUNƏLƏRİ 
 
Müasir  Azərbaycan  ədəbiyyatında  böyük  xid-
mətləri  olan  görkəmli  dramaturq  və  nasir,  ssenarist, 
publisist  Sabit  Rəhmanın  bədii  irsi  müxtəlif  aspektdə 
elmi-tədqiqat  işlərinin  aparılmasına  zəngin  material 
verməkdədir. Müasir Azərbaycan komediyasından söz 
düşəndə  istər-istəməz  Sabit  Rəhman  yaradıcılığı, 
xüsusilə  onun  müasir  mövzulu  komediyaları  xatırla-
nır. Ona görə də çox təbii ki, bir sıra ciddi monoqrafik 
əsərlərdə,  dissertasiya  işlərində  Sabit  Rəhman  yara-
dıcılığı  mərkəzi  yerlərdən  birini  tutur.  Sabit  Rəhman 
eyni  zamanda,  gözəl  nasir  –  yığcam  məzmuna,  mü-
kəmməl süjet və kompozisiyaya malik, üslub və prob-
lematika  cəhətdən  bir-birindən  fərqlənən  roman,  po-
vest  və  hekayələr  müəllifidir.  Onun  bədii  nəsri  haq-
qında müxtəlif tədqiqat işlərində, icmal səciyyəli kon-
septual  məqalələrdə,  dərslik,  dərs  vəsaiti,  ədəbiyyat 
tarixlərində  yeri  gəldikcə  söhbət  açılsa  da,  hələlik 
sistemli,  müstəqil,  ayrıca  ciddi  tədqiqat  işinin  obyek-
tinə  çevrilməmişdir.  Bu  baxımdan,  Sürəyya  Sultano-
vanın  «Sabit  Rəhmanın  bədii  nəsri»  adlı  monoqra-
fiyası diqqəti çəkən əsərlərdən biridir. 
Qeyd etmək lazımdır ki, tədqiqatçı Sabit Rəhma-
nın həm konkret bədii nəsrini, həm bu nəsrlə səsləşən 
Azərbaycan  ədəbiyyatının  nümunələrini  və  bu  bədii 
irsin  söykəndiyi  rus  və  Avropa  ədəbiyyatını,  habelə 
sovet məkanında müasir estetik, tənqidi və ədəbiyyat-
şünaslığa dair nəzəri ədəbiyyatı diqqətlə öyrənmiş və 
ondan yeri gəldikcə yetərincə faydalanmışdır. 


 
237 
Əsərin  məziyyətlərindən  birincisi,  tədqiqatçının 
orijinal,  emi-nəzəri  yozumları,  mülahizələri,  araşdır-
maları  sayıla  bilər.  Belə  ki,  tədqiqatçı  heç  bir  avto-
ritetin təsiri altına düşmədən mümkün qədər müstəqil 
təhlillər aparmış, elmi ümumiləşdirmələr yolu ilə get-
mişdir.  Qeyd  etmək  lazımdır  ki,  ədibin  komediya-
larındakı  tənqidi  gülüş  onun  bütün  nəsr  əsərlərinə  – 
hekayə,  povest  və  romanlarına  da  sirayət  etdiyindən-
dir ki, nəsr əsərlərində də son  dərəcə şairanə bir dil, 
bilavasitə  vəziyyətdən,  şərait  və  konkret  situasiya-
lardan, tipin, obrazın öz təbiətindən doğan bəzən lirik-
yumoristik,  bəzən  satirik  yazı  tərzi,  bədii  ifadə  oriji-
nallığı  oxucuları  bir  ahənrüba  kimi  özünə  cəlb  edir. 
Bu  xüsusiyyətləri  biz,  demək  olar  ki,  yazıçının  qələ-
mindən  çıxan  irili-  xırdalı  bütün  nəsr  nümunələrində 
aydın  şəkildə  görüb  müşahidə  edə  bilərik.  Deməli, 
«gülüş  nemətdir,  gülüş  qüdrətdir»  –  Mehdi  Məm-
mədov. Bu baxımdan ədibin həm ilk, həm də sonrakı 
konkret  yaradıcılıq  mərhələlərində  yazdığı  əsərlər 
fikrimizi  əyani  şəkildə  təsbit  edə  bilərlər.  Onun 
«Böyük millət məhkəməsi», «Pozğun», «Mir Qasımın 
macəraları», «Şirin bülbül», «Nikolay taxtdan düşdü», 
«Dizi  yamaqlı»,  «Qudurğan»,  «Şlyapa»,  «Musiqi 
haqqında hekayə», «Sərhəddə hadisə» və s. bu tərzdə 
yaradılmış  hekayələrdir.  «Mirqasımın  macəraları» 
silsiləsinə  daxil  olan  «Kölgələr»,  «Xəyalplov», 
«Mirzə Kələntər», «Gizli seçki» hekayələrində satirik 
və yumoristik gülüş ustası Sabit Rəhmanın istedadının 
güclü  cəhətlərini  nümayiş  etdirən  epizodlar  az 
deyildir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə