Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə60/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

 
242 
 
«XIX ƏSR AZƏRBAYCAN 
POEMALARINDA EPİK RİCƏTLƏR» 
 KİTABI HAQQINDA 
 
Tənqid  və  ədəbiyyatşünaslığımızda  indiyədək 
xam  torpaqlar  kimi  toxunulmaz  qalan,  lakin 
araşdırılmasına xüsusi ehtiyac duyulan, öz aktuallığını 
itirməyən  problemlərdən  biri  də  bədii  ədəbiyyatda, 
poeziyada, xüsusilə poemalarda lirik ricət məsələsidir. 
Bu mənada gənc tədqiqatçı Samirə Mərdanovanın ön 
söz  yazdığımız  bu  monoqrafiyası  həmin  boşluğu 
doldurmaq 
üçün,  özünün  yüksək  elmi-nəzəri 
səviyyəsi ilə seçilən bir əsər kimi müasir elmi-nəzəri 
fikrin  təqdir  edəcəyi  bir  şəkildə  yazılaraq  lirik  ricət 
məsələsinin bütün komponentləri və inkişaf tarixinin, 
demək  olar  ki,  bütün  məsələlərinin  sistemli,  ardıcıl 
şəkildə  izlənilməsi  və  müəyyən  elmi  ümumiləş-
dirmələr,  məntiqi  qənaət  və  nəticələr  çıxarılması 
nöqteyi-nəzərindən də bizə gözəl təsir bağışladı. 
Monoqrafiya mövzu və problematikanın tələblə-
rindən,  təbii,  obyektiv  məzmun  və  mündəricəsindən 
irəli gələn, onunla şərtlənən bir planda işlənilmiş, böl-
mələr  və  fəsillər  arasında  möhkəm  və  qırılmaz  bir 
vəhdət  yaratmışdır.  Əsər  üç  əsas  fəslə  və  hər  fəslin 
daxilində  müəyyən  başlıqlara  ayrılmışdır.  Əsərin 
«Azərbaycan poeziyasında lirik ricət ənənəsi» adlanan 
I  fəslində  problemin  ədəbiyyatımızın  ən  qədim 
dövrlərindən  başlayaraq  çağdaş  günlərə  qədər  – 
Xaqani,  Nizami  S.Vurğun,  M.Müşfiq,  B.Vahabzadə 
və  başqalarına  qədər  keçdiyi  yola  ümumi  bir  nəzər 


 
243 
salınmış  və  müxtəlif  mərhələlərdə  onun  kəsb  etdiyi 
məna  və  əhəmiyyətindən  söhbət  açılmış,  ümumiləş-
dirmələr  aparılmışdır.  Həm  də  bu  zaman  problemin 
işlənmə tarixindən faktlar əsasında, müxtəlif alimlərin 
söylədikləri  fikir  və  mülahizələrə  əsaslanaraq  müm-
kün  qədər  daha  dərinlərə  getməyə  və  elmi-nəzəri 
polemika  və  mübahisələrə  əsaslanmağa  səy  edilmiş-
dir. 
Bu  fəsildə  Xaqani  Şirvaninin  «Töhvətül  - 
İraqeyn»  və  Nizami  Gəncəvinin  «Xəmsə»yə  daxil 
olan  poemalarında  lirik  ricət  məsələsi  əsil  zərgər 
dəqiqliyi  ilə  tədqiq  edilir.  Lirik  ricətlərin  iri  həcmli 
mənzum  roman  səciyyəsi  daşıyan  böyük  epik 
əsərlərdə  oynadığı  rol,  daşıdığı  məna  və  funksiya 
aydınlaşdırılır;  «haşiyə  hissələrdə  şairin  təsvir  etdiyi 
hadisələrdə  qəhrəmanların  vəziyyəti,  psixoloji  anları, 
onların ruhi, mənəvi halları və s. son dərəcə poetik bir 
gözəllik,  bədii  sözün  ecazları,  həyatdan  alınmış 
ibrətamiz  məsəllər,  təbii  bənzətmələrlə  ifadə  olunur» 
(H.Araslı). 
Tədqiqatçı lirik ricət kimi son dərəcə emosional, 
zərif  və  incə  hisslərin  verilməsini  izləyərkən  çox 
doğru  olaraq  şairanə  lirizmə  əsil  şairanəliklə,  bir 
qədər  heyranlıqla  olsa  da,  gözəl,  incə  və  həssas  bir 
duyumla,  poetik  sözün  hüsnünə  xələl  gətirmədən, 
onun özünə layiq bir tərzdə şərhlər, izahlar verir, fikir 
və  mülahizələr  üçün  S.Mərdanova  çox  doğru  olaraq, 
belə  hesab  edir  ki,  böyük  şairlərdə  epikliklə  liriklik 
hökmən  qırılmaz  vəhdət  təşkil  edir.  Belə  əsərlərdə 
tarixə, insanlara, hadisələrə, epik lövhələrə şahanə bir 
baxış,  yəni  bütün  kainatın,  təbiətin,  obyektiv  aləmin 


 
244 
obyektiv  təsviri  kimi,  mətn  daxili  məqamlarda 
insanların  iç  dünyasının  təsvirində  daha  dərin,  daha 
böyük  filosofa,  daha  böyük  psixoloqa  çevrilər. 
İnsanın  nəbzini  tutub  onun  ani  ürək  döyüntülərində 
məxfi, sirli-soraqlı bir aləmin açarını asanlıqla taparaq 
onun səhhət və mərəz diaqnozunu dəqiq müəyyən edə 
bilir. Buradan belə məlum olur ki, epik səpgili fikirlər 
lirik-emosional  biçimli  təsvirlərlə  vəhdət  təşkil 
edəndə həqiqi obraz, həqiqi tip, həqiqi insan xarakteri 
yaratmış  olur.  Çünki  xarakterin  özü  də  ümumiliklə 
fərdiliyin,  zahirlə  batinin  vəhdətindən  başqa  bir  şey 
deyildir. 
Poemalarda  lirik  ricətlər,  müəyyən  xüsusiləş-
mələr,  əsərin  süjet  və  kompozisiyasına  daxil  edilən 
pritçalar,  əxlaqi  –  nəsihətamiz  parçalar  olmayanda 
zahirən  gözəl  bir  binanı  xatırladır  ki,  onun  ahəngdar 
görünüşündə  yalnız  karkaslar  mövcuddur.  Bəs 
arakəsmələr,  müxtəlif  bəzək  işləri,  ornament  və 
naxışlar harada qaldı? Əlbəttə, bütün bunların hamısı 
müəyyən  bir  əndazə  daxilində  həyata  keçirilməlidir: 
çünki ziyadəlik heç vaxt müsbət səmərə verə bilməz. 
Deməli,  lirik  ricət  əsərin  mətnində  tamamilə  arzu 
olunan  bir  poetik  keyfiyyətdir.  Məsələn,  S.Vurğunun 
«Yanğın»  adlı  həcmcə  elə  də  böyük  olmayan  bir 
şeirində  adama  elə  gəlir  ki,  burada  lirik  ricətə  nə 
ehtiyac  ola  bilərdi.  Ancaq  şeirin  formalaşmasına, 
məna  və  mahiyyətinə  daha  dərindən  vardıqca 
tamamilə aydın olur ki, ricət yerinə düşmüşdür, çünki 
şair  burada  hökmən  öz  münasibətini,  bəlkə  də, 
müdaxiləsini göstərməli idi. Ona görə də tədqiqatçı bu 
məsələyə dair belə bir sual qoyur: lirik şeirlərdə ricət 


 
245 
ola  bilərmi?  Poemalarda  olan  lirik  ricətlər  lirik 
şeirlərdir.  Ayrılıqda  götürsək,  lirik  ricətlərlə  lirik 
şeirlər  arasında  ciddi fərq  qoymaq olmur. Lakin lirik 
şeirlər  ricət  deyil,  lirik  şeirlər  öz-özlüyündə  müstəqil 
şeirlərdir. Lirik ricətlər isə müstəqil şeirlər deyil, onlar 
epik mətn fonunda özünü göstərən ayrılmalardır. Belə 
bir  sual  da  meydana  çıxır:  müəyyən  süjeti  olan  lirik 
şeirlərdə lirik ricətlər ola bilərmi? 
S.Mərdanova  tamamilə  məntiqi  və  birmənalı 
olaraq hər iki suala böyük şairin şeirlərindən gətirdiyi 
nümunələrlə  cavab  verir.  «Yanğın»  şeirində  böyük 
şair  təsvir  etdiyi  dəhşətli  səhnələrə,  tükürpədici  löv-
hələrə,  təsvirlərə  müdaxiləsiz  keçə  bilmir,  bu,  müm-
kün də deyil, çünki bu dəhşətlər adamı elə sarsıdır ki, 
təsvirlə  məzmunu oxucuya təqdim etməklə iş qurtara 
bilməz: 
 
Gözəllər dolmamış hüsnə, camala, 
Yanır od içində min incə pəri. 
Bəlkə də, yetməyib bəşər kamala, 
Bəlkə də, görməyir bu dəhşətləri.  
 
Buludlar qan qusur, göylər sağırdır. 
Bir anlıq zülmətdə sönür min çıraq. 
Mən indi bildim ki, xeyli ağırdır 
Dünyanı düşünən bir şair olmaq. 
 
İkinci  sualın  cavabı  isə  yenə  həmin  şairin 
«Körpünün həsrəti» adlı süjetli şeirində tam dolğunlu-
ğu ilə verilmişdir. Körpünün həsrəti problemi torpaq, 
vətən, bir- birindən ayrı düşmüş dilbir, qanbir, canbir 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə