Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

86 
 
…Yox, Tanrıya şükürlər olsun ki, çox qorxduğum şe-
yi demədi. Əgər “ayrılaq” desəydi məhv olardım. Amma de-
mədi.  O başa düşür ki, ondan ayrılsam vəziyyətim çox çətin 
olacaq. Onsuz da bu barədə ona danışmışam. O bilir ki, ailə-
min  yanına  qayıtmaq  istəmirəm.  Başa  düşdüyünə  görə  sus-
dum. Sakitcə gəlib yanımda oturdu və boynumu qucaqladı. 
Saçlarımdan öpdü. Xoşlandığım, görüşmək istədiyim birinin 
olub-olmaması ilə maraqlandı. 
Başa saldım ki, heç kəsdən xoşlanmıram, sadəcə ehti-
raslıyam,  bütün  normal  istəklər  kimi  seks  mənim  üçün  də 
maraqlıdı.  Qadın  olaraq  o  hissləri  yaşamaq  istədiyimi  de-
dim.  Elvin  çarpayının  bir  küncünə  çəkildi.  Baxışlarını  yerə 
dikib, utancaq qız uşaqları kimi mızıldandı. Heç vaxt ağlıma 
gəlməyəcək bir təklif etdi.  
– Könül, bilirsən səni bu iyrənc həyatla baş-başa qoyub qaça 
bilmərəm.  Birlikdə  yaşamağımız  düzgün  olmasa  da,  ayrıl-
mağımız da yaxşı düşməz. Əgər qəbul eləsən öz sevgilimi – 
Akifi səninlə bölüşə bilərəm. Bölüşmək deyəndə ağlına baş-
qa şey gəlməsin. Yəni biləsən ki, Akif biseksualdır və yataq-
da  ikimizi  də  razı  sala  bilər.  Ümid  edirəm  xoşuna  gələcək. 
Mən isə nə səni, nə də onu qısqanıram. 
Bir anlıq nəfəsim kəsildi. Mənə elə gəldi ki, yataq ota-
ğı  başıma  uçdu.  Dəli  kimi  çığırıb  Elvinin  üstünə  atıldım. 
Onu  var  gücümlə  vurur,  vurduqca  çığırır,  çığırdıqca  sakit-
ləşirdim. O özünü müdafiə etmir, sakit-sakit ağlayırdı. Qəfil-
dən  onun  yaş  dolu  gözləri  məni  tamam  sakitləşdirdi.  Əllə-
rim  yanıma  düşdü.  Kənara  çəkilib  çarpayıdan  düşdüm  və 
hamama keçdim. Kranı açıb üzümə soyuq su çırpdım. Güz-
güdə  gözlərimə  baxanda  dəhşətə  gəldim.  Olduqca  qorxunc 
və qəzəbli görünürdüm. Sakitləşmək lazım idi. İndi ağlama-
ğa, saatlarla dayanmadan ağlamağa ehtiyacım vardı... 


87 
 
… Bir gün Akifi evimizə dəvət etmək istədiyini dedi. 
Daha  doğrusu  fikrini  qətiləşdirib  mənə  də  məlumat  verdi. 
Əvvəlcə  ağladım,  gic-gic  hərəkətlər  elədim.  Qab-qacağı  qır-
mağa başladım. Elvin olduqca sakit bir tərzdə dedi ki, “əgər 
sənə xoş deyilsə, ayrıla bilərik.”  Deyəsən bu ikili həyatdan, 
öz  istəklərini  gizlətməkdən  bezmişdi.  Özü  kimi,  doğulduğu 
kimi yaşamaq, özünü düşünmək istəyirdi. Nə edə bilərdim? 
Ev  onun  idi  və  Elvin  sözün  əsl  mənasında  xilaskarım  idi. 
Hər şeyə tüpürüb getməyə cəsarətim çatmırdı... 
...O gecə mənim yanımda “ot”  çəkdilər. Evdən gələn 
qoxudan başım fırlanırdı. Həyatımda hər şey  inanılmaz şə-
kildə davam edirdi. Gözümün qarşısında yataq otağına keç-
dilər və qapını örtməyi “unutdular”. Akif o qədər qızışmışdı 
ki,  Elvinin  qısqanacağını  belə  düşünmədən,  mənimlə  də  se-
vişmək istədi. Elvin üçün bütün bunların fərqi yox idi. O ya-
şadıqlarından məmnun idi. Onun üçün baş verənlər əhəmiy-
yətsiz  idi.  Öz  seksual  istəklərinin  əsirinə  çevrilmiş  ərimin, 
məni  sevgilisinə  “peşkəş  etməsi”  məni  də  narahat  etmədi. 
Öz iyrənc taleyimlə barışmışdım. Elvinin xaraktersizliyi mə-
ni  çarəsiz  vəziyyətdə  qoymuşdu.  Bilirdim  ki,  onun  girdiyi 
yoldan geriyə dönüş yoxdur.  
Qapının  arasından  bütün  baş  verənləri  izləyirdim. 
Akifin  israrlı  təklifi  məni  ehtiraslandırmışdı.  Hər  şey  iyrənc 
və ürəkbulandırıcı olsa da, marağımı boğa bilmirdim. Sözün 
düzü  onların  gözümün  qabağında  sevişməsi  məni  həyəcan-
landırmışdı. Onlar elə ehtirasla, sevgiylə öpüşürdülər ki, ya-
taq  otağına  nə  vaxt  girdiyimi,  onların  başının  üstündə  nə 
vaxt dayandığımı xatırlamıram. Qəfildən Akif əlimdən tutub 
məni  yatağa  çəkdi.  Əvvəlcə  etiraz  etməyə  çalışdım.Onu  itə-
ləmək,  qaçmaq  istədim.  Lakin  Elvindən  fərqli  olaraq  onun 
qüvvətli  qollarından  xilas  olmaq  mümkün  deyildi.  Kö-


88 
 
nülsüzcəsinə onlara qoşuldum. Əvvəl çəkinə-çəkinə yekəpər 
Akifi,  sonra  isə  bir  az  da  qisas  hissi  ilə  ərimi  öpdüm.  Sonra 
hər şey ehtirasın diktəsi ilə cərəyan etdi. Yataq otağının orta-
sında  üçümüz  də  çılpaq  dayanmışdıq.  Onlar  mənim  bütün 
bədənimi yalayır, arada isə fasilə verib öpüşürdülər... 
Səhər  ayılanda  isə  onlar  qucaqlaşıb  yatmışdı.  Elvin 
Akifin  qucağında  elə  büzüşmüşdü  ki,  bu  pozanı  dünyanın 
heç bir qadını öz ərinin qucağında ala bilməzdi. Ürəyim bu-
landı  və  gecə  olanları  xatırlayıb  tualetə  qaçdım.  Mələfədəki 
qan ləkəsi və qasığımdakı məstedici ağrıdan artıq bakirə ol-
madığımı  anlamışdım.  Ömrümdə  ilk  dəfə  yaşadığım  ləzzə-
tin ağrısı başımı gicəlləndirirdi. Amma getdikcə peşmançılıq 
hissi  bütün  bədənimi  bürüyürdü.  Dünən  baş  verənlərin  sə-
bəbkarı təkcə ehtiras deyildi, həm də “tüstüyə düşmüşdüm”. 
Tualetin  qapısını  arxadan  bağlayıb,  dünən  yaşadıqlarımızı 
düşündükcə özümdən də, onlardan da iyrənirdim. Qusdum. 
Mənim üçün bütün münasibətlərin, evliliyin də, sevginin də, 
ailənin də müqəddəsliyi həmişəlik bitdi. O gün hər şeyə qar-
şı nifrət hissi yarandı içimdə. Hamıdan qisas alacaqdım...elə 
özümdən  də.  Əşyalarımı  götürdüm  və  Elvini  biryolluq  tərk 
etdim. 
 
Orxanın  yarısərxoş  gözləri  heyrətdən  böyümüşdü. 
Elə  mən  də  bu  söhbətləri  quraşdıranda  xeyli  heyrət  elədim 
öz amansız düşüncələrimə. Orxan söhbətin bu yerə gəlib çı-
xacağını gözləmirdi. Əlini uzadıb Könülün əllərindən tutdu. 
O hıçqıra-hıçqıra ağlayırdı. Orxan təskinlik verməkdə çətin-
lik çəkirdi. Yaşadıqları olduqca dəhşətli və iyrənc idi. Dokto-
run  indiyə  qədər  homoseksual  pasiyentləri  çox  olmuşdu. 
Amma Elvin kimi xaraktersiz, özünə hörmət etməyən homo-
seksualla rastlaşmamışdı. O bir həkim kimi, açıq fikirli insan 
kimi  homofob  deyildi.  Homoseksuallara  normal  münasibət 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə