Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

114 
 
–  Nicatın  ona  qarşı  münasibəti  necə  idi?  Yəni  sadəcə  seks 
üçün  birlikdə  idilər,  yoxsa  ciddi  nəsə  vardı?  Bu  barədə 
Nicatdan soruşmağa cəsarət etməmişəm. Bəlkə siz nə isə bi-
lirsiniz? 
–  İlk  günlər  hər  şeyi  məndən  gizlədirdi.  Tək  məndən  yox, 
Könüllə münasibətlərini bütün dostlarından gizlədirdi. Uta-
nırdı.  Bəlkə  də  qorxurdu,  çəkinirdi.  Könülün  ərindən  ayrıl-
masında özünü günahkar bilirdi. Sonra hər şey yavaş-yavaş 
aydınlaşdı. Könül təzəcə ayrılmışdı. Köməksiz və tək idi. Ni-
cat uşaq kimi onun nazıyla oynayırdı. Hətta bir dəfə birlikdə 
pal-paltarını götürmək üçün, əri ilə yaşadığı evə getdik. Kö-
nül qapıdan çıxana qədər ağladı. Dostumuz da, balaca uşaq 
kimi ona qoşulmuşdu. 
 
Könül  birinci  dəfə  onu  atıb  ərinin  yanına  qayıdanda 
Nicat  bərk  sarsılmışdı.  Günlərlə  evdən  çıxmadı,  zənglərə, 
SMS-lərə cavab vermədi. Sanki dünya aşıb, altında qalmışdı. 
Kor-koranə bağlanmışdı... 
–  Könül  ərindən  ayrılandan sonra yenidən  onun  yanına qa-
yıtmışdı?  Bunu  necə  bacarıb?  Bu  ki,  vicdansızlıqdır.  Həm 
Hikmətə, həm də ona qarşı haqsızlıqdır bu. 
–  Könül  nə  istədiyini  bilmirdi.  Hikmət  də,  Nicat  da  onun 
üçün  hər  fədakarlığı  etsə  də,  o  Hikməti  atıb  Nicatın,  Nicatı 
tək  qoyub  yenidən  ərinin  yanına  qayıda  bilirdi.  Hər  şey  ol-
duqca  qəribə,  olduqca  inanılmaz  şəkildə  baş  verirdi.  Bu  qa-
dın üçün “olmazlar”ı aşmaq çətin deyildi.  
– Bəy, siz onların münasibətindən necə xəbər tutdunuz? 
– Nicat etiraf etdi. O məndən sirr saxlamağı bacarmırdı. Mə-
ni  böyük  qardaşı  kimi  sevirdi  və  güvənirdi.  Ona  görə  də 
məndən  heç  nə  gizlətmirdi.  Onun  aid  olduğu  mühitdən 
uzaq  olduğum  üçün,  mənimlə  münasibətlərində  daha  rahat 
idi.  


115 
 
– Siz onların münasibətinə necə reaksiya verdiniz? 
–  Normal.  Hər  ikisi  ağıllı,  yetkin  insanlar  olduğu  üçün  adi 
qarşıladım.  Düzdür,  Könül  indiyə  qədər  də  mənim  üzümə 
baxmağa cəsarət etmir, amma mən baş verənlərə normal ya-
naşmışam.  Sadəcə  Polisdən-  Könülün  böyük  qardaşından 
narahat idim. Nicata pislik edə biləcəyindən qorxurdum. 
–Siz Hikməti də tanıyırsınız. Necə insandır? 
– Olduqca savadlı, bacarıqlı və uğurlu iş adamıdır. Əvvəllər 
əmlak  bürosunda  çalışırdı.  4-5  il  olar  ki,  özəl  şirkət  yaradıb 
və  uğurla  həmin  şirkətə  rəhbərlik  edir.  Müxalif  düçüncəli 
gənclərə  maddi  yardım  göstərir.  Hakimiyyət  dairələri  onun 
bu hərəkətlərindən xəbərdar olsa da, hələ ki ona mane olan 
yoxdur. Yəqin ki, bir gün onu bərk “danlayacaqlar”. Amma 
bir versiya da var, Hikmətin kiməsə “işlədiyini” deyənlər də 
var. Bircə Könülün qardaşı Hikmətin bu işlərinə aqressiv ya-
naşır.  Amma  qəribədir,  Hikmət  Könüldən  ayrılsa  da,  mən 
Polisi  dəfələrlə  Hikmətlə  bir  yerdə  görmüşəm.  Yaman  bərk 
və ayrılmaz dostlardır. 
–  Demək,  Hikmət  etirazçı  gənclərə  yardım  edir  və  hələ  də 
Könülün qardaşı ilə ünsiyyət saxlayır? 
– Aha. 2 ildir ki, qazancından könüllü olaraq onlara ianə ayı-
rır.  Bizim  uşaqlar  onu  qəhrəman  hesab  edir.  Bircə  Polislə 
münasibətləri onu tanıyanlara qəribə gəlir. 
–  O  zaman  Nicatın  da  onunla  münasibətləri  normal  olub. 
Çünki  bildiyim  qədər  Nicat  da  müxalif    təşkilatın  üzvüdür. 
Etirazçı gənclərlə münasibəti normal olub. 
– Bəli, Nicat da, mən də o təşkilatın üzvüyük. Keçirilən əksər 
tədbirlərə  və  aksiyalara  qatılmışıq.  Nicat  bir  az  tənbəl  ol-
duğu  üçün,  çox  vaxt  tədbirlərdən  yayınırdı.  Hə,  Polislə  bir 
dəfə mübahisələri düşmüşdü, lap çoxdan. Hikmətgilin evin-


116 
 
də. Sonra özü mənə danışdı ki, Polisin arvadı da onun kirayə 
mənzilini yaxşı tanıyır. 
–  Səncə  Hikmət  və  ya  Polis  Nicatın  ölümünə  səbəb  olacaq 
addım  ata  bilərdi?  Qısqanclıq,  qisas  və  ya  başqa  bir  səbəb? 
Özümü  dağa-daşa  salmayım,  düzüm-qoşum,  qurtarım  bu 
roman əzabından. 
– Məncə yox. Çünki Könüldən ayrıldıqdan dərhal sonra Hik-
mət müxtəlif qızlarla görünməyə başladı.Pul var, imkan var, 
yaraşıqda...belə də, çirkin deyil... Polis isə üzdə qəhrəmanlıq 
etsə  də,  içiboş  adamdır.  İndi  Hikmətin  görüşdüyü  qa-
dınlardan  biri  hamilədir.  Ata  olmağa  hazırlaşır.  Yazıq  çox 
sonradan  başa  düşdü  ki,  övladının  olmamasına  səbəb  Kö-
nüldür.
 
Polis də onunla münasibətləri kəsmir.  
– Deməli Könül dünyaya uşaq gətirə bilməyəcək? Ağırdı. Bir 
qadın üçün bundan böyük dərd ola bilməz.  
– Düzü çox qarmaqarışıq məsələdir. Yəqin sizin üçün də ma-
raqlı  olacaq.  Könül  Nicatdan  ayrıldıqdan  sonra,  ona  hamilə 
qaldığını demişdi. Nicatı  ən çox bu məqam sarsıtmışdı. Son 
ana  qədər  özünü  günahkar  hesab  edirdi.  Könüllə  yollarını 
ayırmamışdan  öncə  bu  barədə  Könülün  rəfiqəsindən  soruş-
muşdu. Deyəsən Könül rəfiqəsi ilə əlbir olub onu bu yalana 
inandırmış,  abortla  bağlı  nə  isə  uydurmuşdular.  Onu  inan-
dırmaq çox da çətin deyildi. O insanlara bütün varlığı ilə ina-
nırdı.  Bütün  yalanlara,  xəyanətlərə  baxmayaraq  onu  qoru-
yan böyük inamı idi. Könül ona sonuncu dəfə xəyanət edən-
də, o günlərlə özünə gəlmədi. Sonra mənə elə gəldi ki, topar-
lanmağı bacarıb. Son görüşümüzdə gümrah görünürdü. Ye-
ni  romanından  parçalar  oxudu,  müzakirə  etdik.  Ədəbiyyat-
dan  uzaq  olsam  da,  israrla  mənə  oxumaq  istədiyini  dedi. 
Çox  maraqlı  gəldi.  Qadın  xəyanətindən  və  uğursuz  inqilab-
çılardan  yazırdı.  Əsərin  əsas  qəhrəmanı  olan  qadının  xə-


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə