Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

124 
 
hərəkətləri isə sürətli və sərt idi. Gözlərini yummuş, əllərini 
çiyinlərimin yanında bərk-bərk döşəməyə sıxmışdı. Nəfəs al-
masından, hərəkətlərinin sürətlənməsindən başa düşdüm ki, 
məni  orqazma  çatdırmamış  boşalacaq.  Bütün  hisslərim  bir 
anda  yoxa  çıxdı.  Tərlan  inildəməyə  başlayanda  penisini  va-
ginamdan  çıxarıb  əlimlə  boşalmağına  kömək  etdim.  Onu 
sevsəm də hamilə qalmaqdan qorxurdum. Boşaldıqdan son-
ra gözlərini açdı. Günahkar baxışlarından hiss etdim ki, belə 
tez boşalmaq ürəyincə deyil. Bəlkə də mənim orqazm olma-
mağıma yox, özünün bu həzzi uzunmüddətli yaşaya bilmə-
məyinə peşmandı. İndi heç nə dəqiq yadımda deyil. Yadım-
da  qalan  sadəcə  Tərlanın  ayağa  qalxıb  hamama  keçməsi  və 
qüsul alması oldu. Mən isə qarnımın üstünə yayılan sperma-
nı yumaq üçün ondan sonra iyrənə-iyrənə hamama keçdim. 
O çox xoşbəxt və rahat görünürdü.” 
Orxan  ehtirasdan  gözləri  alışıb  yanan  Könülü  əsəbi 
baxışlarla süzdü: 
–  Könül,  bura  sənin  seks  təcrübəni  dinləmək  üçün  gəlmə-
diyimi  bilirsən.  Başına  gələnləri  bu  qədər  xırdalığına  qədər 
danışmağa nə ehtiyac var?  
–Doktor,  nahaq  əsəbiləşirsən.  Mənim  peşəmdə  utancaqlıq 
yoxdur.  Elə  sənin  də  peşəndə  utancaqlıq  olmamalıdır  axı... 
Detalları danışmaqda məqsədim var. 
– Nə məqsəd? Tərlanın səninlə sevişməyi mənə niyə maraqlı 
olsun ki?  
Könül işvəylə gözlərini süzdürdü: 
– Yoxsa sən də tez boşalırsan? 
Orxan bu dəfə təmiz özündən çıxdı: 
– Könül, sənə nə olub? Əvvəl hər şeyə daha həssas yanaşır-
dın. Xatırlayırsansa, biz Nicatla bağlı danışmalıyıq. 


125 
 
– Hə... Nicat əsl kişi idi. Yataqda məni onun kimi anlayan ki-
şi qarşıma çıxmayıb. O nə zaman boşalmaq lazım olduğunu 
zərgər dəqiqliyi ilə hesablayırdı.  
– Könül!!! 
– Yaxşı, bağışla. Danışmaq istədiyim əlbəttə bu deyil. Sadəcə 
Tərlanla cəmi bir dəfə sekslə məşğul olmuşam. Bunu Nicata 
danışanda o ki var gülmüşdü.  
–  Məncə  bu  detallara  ehtiyac  yoxdur  –,  Orxan  siqaret 
yandırıb əsəbiliklə sümürdü. 
– Yaxşı, gəl bunu içək, söhbətimi davam edim. 
 
Orxan şərab qədəhini könülsüz qaldırıb, onun stəka-
nına toxundurdu. Səssiz-səmirsiz qədəhini yerə qoyub, siqa-
retini  çəkməyə  davam  elədi.  Könül  yersiz  hərəkət  etdiyini 
başa düşüb, Tərlanla münasibətləri haqqında xırda detallara 
varmadan danışmağa başladı. 
...Tanışlığımızdan  il  yarımdan  çox  keçmişdi.  Tərlan 
ailəsində  mənim  haqqımda  söhbət  açsa  da,  valideynləri 
onun mənimlə evlənməyinə qətiyyətlə qaşı çıxmışdılar. Am-
ma o israrlı görünürdü. Daha doğrusu mənə elə gəlirdi ki, o 
məni itirmək istəmir.  
O iş qurmaq, ailəsindən gizlin mənimlə evlənmək is-
təyirdi.  Yeni  açdığı  ofis  üçün  bir  neçə  kompüter  lazım  idi. 
Yeni ofisin açılmağına mən ondan daha həvəsli idim. Banka 
kredit  borcu  olduğu  üçün,  kompüterlərin  kreditini  mənim 
adıma rəsmiləşdirdik. Hər şey bundan sonra başladı. Əvvəl-
cə tez-tez yersiz əsəbiləşməyə, bəhanə ilə görüşləri azaltma-
ğa  başladı.  Sonra  isə,  biryolluq  yoxa  çıxdı.  Daha  onu  heç 
vaxt görə bilmədim.  Dostları Tərlanın ailəsindən küsüb Ru-
siyada  yaşayan  dayısının  yanına  getdiyini  desələr  də, 
inanmırdım.  Məni  pis  vəziyyətdə  qoyub  getməyi  ilə  qətiy-


126 
 
yən  barışa  bilmirdim.  Kredit  borcunun  müəyyən  hissəsini 
dostları ödəsə də, mənim üzərimdə qalan borc da az deyildi. 
Maaşımın böyük hissəsi borca gedirdi. İşləməyə yenicə baş-
ladığım əmlak bürosundakı müdirim mənimlə çox mehriban 
davranırdı.  Ancaq  Tərlanın  hərəkətlərini  bağışlaya  bilmir-
dim. Onun bu əbləhliyi məni bərk sarsıtmışdı... 
…Orxan  qaşlarını  çatıb  fikirli-fikirli  Könülə  baxırdı. 
Artıq  anlamışdı  ki,  Könüllə  söhbət  etməyin  heç  bir  mənası 
yoxdur.  Könül  bütün  fahişələr  kimi  ancaq  qəmli  əhvalatlar 
uydururdu. Ona isə Nicatın ölümü ilə bağlı ipucu tapmaq la-
zım  idi.  Böyük  ehtimalla  Könül  növbəti  dəfə  Hikmətlə  ta-
nışlığından  danışacaqdı.  Onu  isə  Nicatın  ölümü  maraqlan-
dırırdı.  Hər  dəfə  Könülün  qəmli  xatirələrinin  burulğanında 
başını  itirirdi.  Əsəbləri  bu  qədər  uydurmaya,  yalana  hazır 
deyildi. Sərt şəkildə əlini masaya çırpdı: 
–  Könül,  hər  şeyin  bir  həddi  var.  Bütün  roman  boyu  sənin 
cəfəngiyatını oxucuya sırıya bilmərik. 
– Nə roman, Orxan, nədən danışırsan? Yoxsa bütün bu heka-
yələri Elxan Daşdəmirə danışacaqsan ki, roman yazsın? 
– Yox…Bilmirəm… Elxan yazmasa da, romanın müəllifi bü-
tün bunları yazır axı. 
– Romanın müəllifi? Heç nə başa düşmədim? Könül təəccüb-
lə çiyinlərini çəkdi. 
Orxan  istədi  ki,  Könülə  romandan,  nəsr  ənənələrin-
dən danışsın. Ancaq başa düşdü ki, bütün bunların yeri yox-
dur.  Əgər  Orxanın  yerinə  filosof  Ramal  burda  olsaydı,  hər 
şeyi xırdalığına qədər Könülə danışar, ədəbiyyatın çətinliklə-
rindən bəhs edərdi. Həm də ağ şərabın məstliyi və süstlüyü 
yavaş-yavaş  onu  sərməst  edirdi.  Könülə  cavab  vermədən 
düyməni basıb, ofisiantı çağırdı: 
– Zəhmət olmasa hesabımızı gətirin. 


127 
 
Ofisiant nəzakətlə gülümsədi: 
–  Narahat  olmayın  doktor.  Hesabınızı  romanın  digər  qəh-
rəmanı ödəyib. Nuş olsun. 
Orxan özünü saxlaya bilməyib səsini yüksəltdi: 
– Bəsdir! Yığışdırın bu komediyanı!  
Könülə  elə  gəldi  ki,  Orxan  ofisiantla  sözləşib  onunla 
məzələnir.  Çantasını  qapıb,  otaqdan  çıxdı.  Doktor  başını 
əlləri arasına alıb, dərin fikirə getdi… 
 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə