Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

110 
 
Sinəsinə  çəkdiyi  siqaretin  acı  tüstüsü  boğazını  yan-
dırdı. İndiyə qədər ağladığını, necə ağlamaq lazım olduğunu 
xatırlamaq istədi. Yox, o heç vaxt ağlamamışdı. Onu ağlada 
biləcək qüvvənin varlığını ağlına belə gətirmirdi. Praqmatik 
adamdı Doktor... Amma yox, deyəsən ona nə isə olub bu ge-
cə.  Yenidən  boğazında  qəribə  gizilti  hiss  elədi.  “Yəqin  si-
qaretdəndir”  deyə,  acıqla  siqaretdən  dərin  bir  qullab  aldı. 
Yanaqlarına  yayılan  ilıq  göz  yaşlarının  qəribə  istiliyini  hiss 
edəndə diksindi. Uşaq vaxtı bağçada yıxılıb  əlini əzəndə bu 
cür olmuşdu. Əvvəlcə yanaqlarına ilıq göz yaşları süzülmüş, 
sonra hönkürmüşdü. Siqareti pəncərədən aşağı vızıldatdı və 
əlini üzünə sıxıb hönkürdü... 
Neçə müddətdir keçirdiyi gərginlik sanki bu göz yaş-
ları  ilə  yuyulub  getdi.  Özünü  olduqca  rahat hiss  edirdi.  Ye-
rinə qayıdıb Nicatın yazısının son sətirlərinə göz atdı. 
 
“...Bayırda  narın  yağış  yağır,  külək  əsir.  Qızım  kim  bilir 
neçənci dəfədir yorğanı təpikliyib üstünü açır. Üzündən öpmürəm 
ki,  ayılar.  Şəkərburaya  oxşayan  balaca  ayaqlarından  öpüb  bayıra 
çıxıram, boz bulanıq səmaya baxıb siqaret sümürmək üçün. 
“Yaşamak  şakaya  gelmez”-  Nazimin  misralarını  pıçılda-
yıram qeyri-ixtiyari...” 
 
 
 
 
 


111 
 
17 
 
“Nədir axı dostluq? 
 Bizi heyrətə gətirən bir söz, illuziya.  
Xoşbəxt olanda arxanca qaçan, 
 çətin  anlarında sadəcə itən bir kölgədir dostluq.” 
 
Qoldsmit 
 
Orxan telefonun zəngini eşitmədi. Çarpayısında yor-
ğana  bürünüb  yatırdı.  Təxminən  yarım  saatdan  sonra  ye-
nidən  telefonuna  gələn    zəng  onu  yuxudan  oyatdı.  Zəng 
edən  kim  idisə  Orxanla  danışmaqda  israrlı  idi.  Orxan  ərin-
cəkliklə yorğanı üstündən kənara atıb ayaqlarını çarpayıdan 
aşağı  salladı.  Stolun  üstündəki  telefonun  səsi  əsəblərini  qı-
dıqladı.  Ayağa  qalxıb  telefonu  götürdü.  Tanımadığı  nöm-
rədən  gələn  zənglərə  cavab  verməyə  alışmışdı.  Peşəsi  bunu 
tələb  edirdi.  Bu  dəfə  də  tanımadığı  nömrəni  görüb  kefini 
pozmadı. Telefonu əlinə götürüb “Yes” düyməsini basdı: 
– Buyurun, eşidirəm. 
– Salam. Mənə Orxan həkim lazımdı. 
Orxan bu səsi harda eşitdiyini xatırlamağa çalışıb, ca-
vab verməyə tələsmədi. Bir neçə saniyə yaddaşını qurcalasa 
da, səs sahibini tanıya bilmədi. 
– Danışan Orxan Fərəclidir. 
– Həkim, sizi narahat edən Şahindir. Nicatın dostu. Yəqin ki
xatırladınız. 
– Əlbəttə xatırladım, bəy.  
– Sizinlə görüşmək, Nicatla bağlı danışmaq istəyirəm. 
– Məmnuniyyətlə, bəy. Bir saata ofisdə olacağam, əgər tıxaca 
düşməsəm. “Caspian Plaza”. Yəqin ki, tanıyırsınız. 


112 
 
– Əlbəttə tanıyıram. Qohumum sizin ofisdə çalışır. Ora yaxın 
bir yerdəyəm. Bir saat sonra, görüşürük. 
 
Orxan  telefonu  masanın  üstünə  qoyub  cəld  şəkildə 
komputeri  açıb  musiqi  qoşdu.  “Samsara  Blues  Experiment” 
qrupunun  “Singata mystic queen” musiqisinin sədaları ota-
ğa  yayıldı.  Bir  neçə  dəqiqə  mahnıya  qulaq  asıb  zümzümə 
edə-edə  hamama  keçdi.  Səhərlər  əvvəlcə  qaynar,  sonra  so-
yuq duş qəbul edirdi. Bu prosedur onu olduqca rahatladır və 
əsəblərini  sakitləşdirirdi.  Bu  dəfə  də  eyni  proseduru  təkrar 
etdi,  dişlərini  fırçalayıb  qurulana-qurulana  otağına  keçdi. 
Geyinib  saçlarını  daradı  və  mətbəxdə  anasının  hazırladığı 
süfrəyə əyləşdi. 
Evdən  çıxanda  saatına  baxdı.  “Cəmi  yarım  saat”  – 
Orxan yüksək və şən səslə dilləndi. “Hələ ki formadayam!” 
Orxan  maşını  işə  salıb  həyətdən  çıxdı.  Küçələrdə  sa-
kitlik  idi.  Tıxac  olmadığı  üçün  işə  vaxtında  çatacağına  se-
vindi. 
Vədələşdikləri  vaxt  Orxan  artıq  kabinetində  əyləşib. 
Şahini gözləyirdi. Şahin qapını döyüb, nəzakətlə icazə istədi: 
– Həkim, gəlmək olar? 
– Buyurun, buyurun. Elə sizi gözləyirəm.  
Orxan Şahinlə salamlaşıb, ona oturmaq üçün yer gös-
tərdi. Ofisin mətbəxinə keçib Şahinə də, özünə də çay süzdü. 
Şahin  fikirli  halda  uzun  müddət  susdu.  Nəhayət  ki,  Orxan 
sükutu pozdu: 
– Bəy, deyəsən Nicatla bağlı danışmaq istəyirdiniz. 
– Bəli. Könüllə danışdım bir neçə gün bundan əvvəl. O sizin 
Nicatla  bağlı  hansısa  araşdırma  apardığınızı  dedi.  Deyəsən 
roman zad... 


113 
 
–  Hə...Belə  bir  işə  düşmüşük...  İntihar  səbəblərini  araş-
dırıram. Əvvəl elə fikirləşirdim ki, o intihar edə bilməz. Son 
günlər isə fikirlərim çox qarmaqarışıqdır. Qəti bir qərara gələ 
bilmirəm. Yazılarını, xüsusilə  ölümündən əvvəl yazdığı bir 
neçə  yazını  və  bir  neçə  il  əvvəl  yazdığı  “İntihar  silsiləsi”ni 
oxudum.  Kənardan  necə  anlaşıldığını  bilmirəm.  Amma  psi-
xiatr  kimi  əminəm  ki,  onun  intihar  etmək  üçün  ciddi  sə-
bəbləri heç vaxt olmayıb. Kiçik şeylərlə xoşbəxt olan adamı, 
kiçik səbəblərin intihara sürükləməsi qəribədir. Bütün cəhd-
lərini araşdırdım, heç bir qeyri-adi detalla rastlaşmadım. Ni-
cat sadəcə axtarışda olan, özünü təsdiq etmək istəyən bir in-
san olub. Ətrafındakı adamların böyük əksəriyyəti özü kimi 
həssas  və  duyğulu  insanlardır.  Qadınlar  isə  intihar  səbəbi 
ola bilməz. Daha doğrusu məncə ola bilməz. Bu hələlik mə-
nim subyektiv fikrimdir. 
–  Həkim,  siz  neynəmək  fikrindəsiniz?  Guya  bu  roman  ya-
zılmasa  nə  olar  ki?  Niyə  dostumuz  oturub  Hüqo  kimi,  Bal-
zak kimi, lap elə Şlink kimi roman yazmır? 
– Nə bilim, a bəy. Belə məsləhət oldu. 
– Könül nə deyir, danışır? 
– Yox, son görüşümüzdə hiss etdim ki, narahatdır. Ona dü-
şünmək üçün vaxt vermək qərarına gəldim. Məncə hökmən 
danışacaq. Bir də onun roman-zad vecinə deyil. Dünyaya kef 
çəkmək üçün gəlib zalım qızı... 
– Allah köməyin olsun, həkim! Düzü, Könül çox qəribə qız-
dır.  Daha  doğrusu  özünü  çox  qəribə  aparır.  Onu  Nicatdan 
əvvəl tanıyıram. Əvvəllər mənə elə gəlirdi ki, ərini dəlicəsinə 
sevir.  Çünki,  belə  görüntü  yaradırdı.  Çətinliyi,  problemi 
olanda  yanında  olmuşam.  Nicatla  münasibətlərini  öyrən-
dikdən  sonra  yanıldığımı  başa  düşdüm.  Ümumiyyətlə  o  qı-
zın həyatdan nə istədiyi mənə maraqlıdır. 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə