140
sonradan görüb quduran, özündənrazı, nəzakətsiz və acgöz
adamdı. Qardaşı gənc olsa da, rayonlardan birində polis rəisi
işləyirdi. Mən isə onların bütün maliyyə hesabatlarını apa-
rırdım. Təsəvvür edirsən, milyonlar... Nicatın heç zaman yu-
xusuna da girməyəcək milyonlar...
Tez-tez rayonlardakı restoranlarının, əyləncə mərkəz-
lərinin hesabatını aparmağa gedirdim. Nicat buna qəti razı
deyildi. Ancaq başqa şansım da yox idi. Ya ac qalmalı, ya da
işimin şərtlərinə razı olmalıydım. Patronlarım Hikmətlə dost
olsa da, mənim ondan ayrılmağımı sakit qarşıladılar. Çünki
ikisinin də məndə gözü vardı və məni ələ keçirmək üçün
gizli mübarizəyə başlamışdılar. Hər gün ayrı-ayrılıqda məni
çağırır, yüksək vədlər, bəxşişlər, pul boyun olur, yoldan çı-
xarmağa çalışırdılar. Nicat sanki bütün bunları hiss etdiyi
üçün məni daha çox qısqanırdı. Hərdən patronlarımın mü-
nasibətini ona danışanda özündən çıxır, məndən tələb edirdi
ki, bir daha ofisə ayaq basmayım. Sonra inandırırdım onu.
Əmin edirdim.
...Əslində bütün bunlar roman-zad deyil. Mənim ya-
şadıqlarımın, gördüklərimin yaza bildiyim çox cüzü bir his-
səsidir. Bunu niyə etdiyimi bilmirəm. Çəkdiyim əzablardan
xilas olmaq cəhdi deyə bilərsiniz bu duruma. Qınaya bilər-
siniz. Bəlkə də heç biriniz dəlicəsinə sevdiyiniz qadını hər
gün bir az itirməmisiniz. Bu unutmaq üçün uydurduğum,
özümə verdiyim təsəllidir. Onu yazmaq, yaza-yaza beynim-
də, düşüncələrimdə bitirmək arzusundan yarandı bu qarma-
qarışıq ideya. Unuda bilmədiyim xatirələrdən xilas olma
cəhdidir bu yazılar. Amma əsəbim bura qədər dözdü. Daha
bu xatirələrə qayıtmaq, o səfeh günləri xatırlamaq istəmirəm.
Amma Orxan öz işini görəcək. Könülü dinləməyə, onun he-
kayəsini öyrənməyə söz verib...
141
...Könül qəfildən susdu. Əlini atıb siqaret qutu-
sundan bir siqaret çıxardı. Araya ağır bir səssizlik çökdü.
Könül sanki danışdığı əhvalatlardan, uydurduğu hekayələr-
dən yorulmuşdu. Danışdıqca içində nələrinsə qırıldığını hiss
edirdi. Yorulmuşdu...
Qəfildən əlini masaya çırpıb, dik-dik Orxanın üzünə
baxdı:
– Bilirsən nə var? Mən patronlarımın ikisiylə də, onların ya-
xın çevrəsindəki kişilərlə də yatdım! Mənə pul lazım idi və
Nicat lütün, avaranın biri idi! Pullu kişiləri tora salmaq, özü-
mə aşiq etmək xoşuma gəlirdi. Onlar dəryadan bir damcı
versələr də, bu məni xoşbəxt etməyə kifayət edirdi. Həyatımı
mənasız bir şairlə çürüdə bilməzdim. Hikmətin dostlarıyla
da yatmışam. Bir-iki gənc yazara da şans vermişəm. Sənə nə
lazımdı? Nicatı öldürə biləcək səbəbləri tapmaq? Onu qəh-
rəman etmək? Boş şeydir. Nicat özünü ancaq axmaqlıqdan
asa bilərdi. Hər şeyin bir sonu olmalıydı. Mən xəyanət edir-
dim, o isə oturub ağlayırdı. Məni bu yoldan çəkindirmək
üçün heç nə etmirdi.
...Könülün söhbətləri məni çox uzaqlara apardı. O
məşum gecəni, ayrıldığımız günü xatırladım...
O gecə ulduzlar yerə daha yaxın idi...Əlimi atıb bir-
ikisini qoparmaq istədim, əllərimin ulduzlara çatmadığını
bilə-bilə.(Söhbətə bax, mən ölüm)
Son görüşümüzdə gedəcəyini bildiyim halda onunla
daha çox vaxt keçirmək istədim. Son xəyanətindən sonra qal-
mağının mümkünsüz olduğunu bilə-bilə.
“Niyə aldatdın? Axı xəyanət etmədən də yaşaya bi-
lərdin” – dedim.
142
“Mən nə etdiyimi bilmirəm, təmiz başımı itirmişəm”-
dedi.
Onu anlamaq istədim, anlamaqla heç nəyi dəyişdirə
bilməyəcəyimi bilə-bilə...
Dəhşətli gecə idi...
İlk dəfə hara getdiyimi bilmədən saatlarla dolaşdım
küçələri. Beynimdə yalnız bir sual dolanırdı-Niyə? Cavabını
yenə özündən soruşdum. “Məni nə üçün aldatdın? Mən sənə
nə pislik eləmişdim?”- deyib uşaq kimi hönkürdüm.
Bərk-bərk qucaqlayıb, başımı köksünə sıxdı. Bu sevgi
deyildi. Sadəcə gözlərimə baxa bilmirdi.
Səsindəki arxayınlıq məni dəli edirdi: “Səndən
əvvəlki bütün kişilər məni aldatdı, xəyanət elədi, yarı yolda
buraxdı. Səbəbini bilmirəm, amma onların hamısının qisasını
səndən aldım”...
Məni buraxıb kənara çəkildi. Susmuşdum. Ağlamır-
dım...
…Könül danışır, Orxan susurdu.
– Mənim Nicatla birlikdə olmağım çoxlarını qıcıqlandırırdı.
Onsuz da qardaşım and içmişdi ki, bir də Nicatla görüşsəm
ikimizi də öldürəcək...
Könül səhvini dərhal düzəltməyə çalışmaq üçün ra-
bitəsiz cümlələr qurmağa çalışsa da, Orxan heyrətlə Könülün
üzünə baxırdı. Aylardır çözülməyən sirr açılmışdı. Orxan
təbəddülatlar içərisində ona görə çabalayırdı ki, Nicatın
intihar etmədiyini sübut etsin. Və hər şey bu açar cümlədən
asılı idi...
143
20
Namus görünməyən sərvətdir.
Çox vaxt ona sahib olmayanlar, sərvət sahibi kimi
görünərlər.
Şekspir
İndi mən sizə, dünyanın ən mənasız dialoqunu təq-
dim edəcəm. Sizi əmin edirəm, heç vaxt bu qədər mənasız və
bəsit dialoq oxumamısınız. Bu Könülün qardaşı xoşqeyrət
Polislə əri Hikmətin söhbətidir...
– Hikmət, indiyə qədər səninlə bu barədə danışmamışam.
Xətrini istədiyim üçün, tərbiyənə, davranışlarına, mövqeyinə
görə susmuşam. Amma elə şeylər var ki, susa bilmirəm. Sə-
nin rahatlığın, heç nə olmamış kimi davranmağın məni əsə-
biləşdirir. Ola bilməz ki, bu söz-söhbətlər sənin qulağına
çatmasın.
– Qardaşım, hansı söz-söhbətdən danışırsan? Əgər Könüllə
bizim ayrılmağımızdan danışırsansa, düz eşitmisən. Mən
artıq sənin bacınla birlikdə yaşaya bilmirəm. Könül də bunu
istəmir. Qərarını verib. Bu söhbəti uzatmağın yeri yoxdu.
Ayrılırıq.
– Hikmət, mən başqa şeydən danışıram! Sənin arvadın, mə-
nim bacımdır. Onun haqqında yayılan dedi-qodu məni çox
narahat edir. Ayrılmağınıza bir şey demirəm, mən yayılan
söhbətlərdən narahatam. Bilirsən camaat nələrdən danışır?
Oturub birlikdə aydınlaşdırmalıyıq bu söhbətləri. Səni bilmi-
rəm, mən bu söhbətlərdən narahatam. Onsuz da əsəblərim
yerində deyil və bundan o tərəfə dözmək fikrim yoxdur. Na-
mus həssas məsələdir!
Dostları ilə paylaş: |