132
Bax belə gərgin günlərin birində patronum Hikmət
mənə evlilik təkilf etdi.
Orxan çəngəllə qarşısındakı balıq tikəsini qurdalaya-qur-
dalaya sual verdi:
– Dərhal qəbul etdin?
– Əvvəl tərəddüd edirdim. Sonra ailəmdən xilas olmağın ye-
ganə yolu kimi onun təklifinə “hə” dedim. Evimizdə ye-
diyim hər tikə çörək baş qaxıncı idi. Üstəlik qardaşım özünə
ev alıb şəhərə köçmüşdü və demək olar ki, hər addımımı iz-
ləyirdi. Bezmişdim. Qaçmalı, xilas olmalı idim.
...Toyumuz çox dəbdəbəli oldu. Hikmət hamıya ya-
lan danışmışdı. İndi də onun bu fədakarlığını xatırlayanda
utanıram. Bəlkədə adi şeydir və onun üçün fərqi yoxdur.
Mənim əvvəlki evliliyimi gizlətmiş, el adəti ilə elçilik, toy et-
mişdi. Toydan sonra Hikmətin evinə köçdük. İlk günlər hər
şey qaydasında gedirdi. Birlikdə evdən çıxır, birlikdə qa-
yıdırdıq. Özümü çox xoşbəxt hiss edirdim. Onu sevməsəm
də, birtəhər alışmağa çalışır, yaşadıqlarımı unudurdum. Am-
ma Hikmət Tərlandan da beşbetər imiş. Getdikcə əsl siması
üzə çıxırdı. Başa düşürdüm ki, keçmişimlə barışa bilmir.
Yerli-yersiz məni təhqir edir, aşağılayırdı.
...Toyumuzdan bir il keçəndən sonra başa düşdük ki,
övladımız olmayacaq. Əvvəl Hikmət bunun da günahını
mən-də görür, haqsız yerə məni incidir, təhqir edirdi. Bilən-
də ki, problem ondadır və heç zaman uşağı olmayacaq, daha
da dəyişdi.
Orxan söhbətin bu yerində növbəti siqaretini yandır-
dı və Şahinin Könüllə bağlı dediklərini xatırladı. Artıq əmin
idi ki, Könül yalan danışır. Tərslikdən o bu yalanlara səbirlə
qulaq asmağa məhkum idi.
133
Könül isə öz işində idi. Baxışlarını naməlum bir nöq-
təyə zilləyib söhbətinə davam edirdi...
... Məni tez-tez döyür, evdən qovurdu. Özü də etiraz-
çı gənclərə qoşulmuşdu. Bütün günü onlarla görüşüb içir,
evə gecənin yarısı qayıdırdı. Hamının yanında mənim hicab
bağlamağıma lağ edir, məni aşağılayırdı. Və günlərin bir gü-
nü tələb etdi ki, hicabı açım. Beləliklə həyatımda daha bir
dönüş nöqtəsi yarandı. Onsuz da namaz qılmırdım. Hikmə-
tin təklifi də ürəyimdən olduğu üçün çox müqavimət göstər-
mədim. Bir gün ayıldım ki, artıq evimizdə içki məclisləri qu-
rulur.
İçki ilə ilk tanışlığım da Hikmətin sayəsində oldu. İs-
rarla məni içirdir və mənim sərxoş olmağımla fəxr edirdi.
Mənim içməyim, xüsusilə onun “seksual inqilab” carçısı olan
dostları ilə badə toqquşdurmağım onun qürur yeri idi. Sanki
hamıya necə modern və açıqfikirli olduğunu car çəkirdi.
Onun dostlarına, yaxınlarına alışmışdım. Hikmət işdən çı-
xana qədər səbrim çatmırdı. Onların yığışdığı ucuz barlarda,
kafelərdə özümü daha xoşbəxt hiss edirdim.
– Və bu ərəfədə Nicatla tanış oldun...
– Hə... Bu barədə danışmışam sənə. Yəqin özü də deyib. Bizə
tez-tez gəlirdi. Ərim onun söhbətlərini dinləməkdən zövq
alırdı. Belə görüşlərimizin birində yaxşıca içdik. Ərim tez
sərxoş oldu və yatağına güclə apardıq. Mən isə ustalıqla sər-
xoş rolunu oynayırdım. O isə dayanmadan içir və siqaret sü-
mürürdü. Rəfiqəmə Tərlandan danışıb ağlayır, əslində isə
Nicatın diqqətini çəkməyə çalışırdım. Yavaş-yavaş istəyimə
çatırdım. Nicat gözünü məndən çəkmirdi. Hiss edirdim ki,
sıxılır. Narahatlığı aydın hiss olunurdu. Sağollaşıb masadan
qalxdı. Onu yola salanda özümdən asılı olmayaraq boynuna
sarılıb ağladım. Hikməti sevmədiyimi, başqa birinə aşiq ol-
134
duğumu dedim. Hiss edirdim ki, onu yoldan çıxarmaq o qə-
dər də çətin olmayacaq.
– Nicata qədər Hikmətə xəyanət etmişdin?
– Yalnız düşüncələrimdə. Psixoloqlara görə, evli cütlüklər
arabir başqaları haqqında fantaziya qura bilərlər. Hər halda
beyində xəyanət yataqda xəyanətdən daha yaxşıdır. Həm də
güclü fantaziya sönmüş hisslərimi oyadırdı.
– Bilirsən, seksual fantaziyalar real xəyanətə yol açır...
– Nicat mənim fantaziyalarımdakı kişi deyildi. İlk günlər Ni-
catla dost olmaq, ona sadəcə yaxın olmaq istəyirdim.
– Qadınlar elə düşünürlər ki, kişilər dostluğu sevgiyə çevir-
mək istəyir. Amma məncə, məhz qadınlar dost müna-
sibətlərini fərqli tərəfə çəkirlər, sənin kimi. Axı qadınlar da-
ha emosionaldırlar və potensial sevgilini dostlarının arasın-
dan axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.
– Bəlkə də haqlısan. Amma razılaş ki, Nicat ideal kişi deyildi.
– Deməli Nicat da, Hikmət də ideal deyildi. Belə çıxır ki, sən
Nicatı da sevmirdin...
– Nicatı sevirdim. Əslində Hikmətə də biganə deyildim. Am-
ma nədənsə, mənə elə gəlirdi ki, Hikmət məndən soyuyub.
– Hmmm... Qadınlar düşünür ki, əri ondan bezib, yorulub
və yeniliklər axtarışındadır. Sən də Hikmətin bezdiyini dü-
şünürdün və ondan soyuyurdun. Əslində isə o sənin xi-
laskarın və qəhrəmanın sayılmalıdır. Hikmət də kənarda nə
axtardığını, onu nəyin cəlb etdiyini anlamırdı məncə. Məncə
o yaşaya bilmədiyi uşaqlığının, gəncliyinin, sən isə yaşaya
bilmədiyin qadınlıq hisslərinin axtarışında olmusan. Bilirsən,
xəyanət edən tərəf bu haqda heç düşünmür də. Bəzi kişilər
uşaqlıqda, bəziləri gənclikdə məhrum olduğunu axtarır.
Hikmətin soyuqluğunun səbəbi sən yox, yaşaya bilmədikləri
idi...
135
– Nicatla rastlaşdığımız gündən onu özümə aşiq etməyə
çalışırdım. Demək olar ki, ona hər gün ya zəng edirdim, ya
da feysbukda nə isə yazırdım. Onun davranışından mənə bi-
ganə olmadığını anlayırdım.
– Sən onu qucaqlayanda necə davrandı?
– Mənə toxtaq səslə təsəlli verib, yerimə uzanmağıma kömək
etdi. Rəfiqəm onu yola salanda titrək səsini eşitdim – “Kö-
nüldən muğayat ol, sakitləşdir və danışmağa imkan vermə.”
Sonra getdi. Səhər ona zəng elədim. Görüşdük. Ona bütün
həyatımı ən xırda detallarına qədər danışdım. Sakitcə siqaret
tüstülədir və hərdən sözümü yarıda kəsib, məsləhətlər
verirdi.
– Bu barədə danışmışdı mənə. Sonra bir yazı da yazmışdı.
Oxumamısan?
– Yox. Nadir hallarda onun yazdıqlarını oxuyurdum.
– Çox təsirli yazıdır – Orxan salfetlə əlini silib, əlini çantasına
uzatdı – gözlə, oxuyum.
– Ver, evdə özüm oxuyaram.
– Yox, qoy oxuyum. Bəlkə bir iradın oldu. Bəlkə nəyi isə
səhv yazıb?
– Sən oxu, mən qabağımdakı tikəni yeyim. Acından başım
ağrıyır.
Orxan çantasını eşələyə-eşələyə deyinirdi. Könül isə
öz işində idi. İştahla qarşısındakı balığı mədəsinə ötürürdü.
Orxan vərəqləri çantasından çıxarıb, masanın boş his-
səsinə qoydu. Ofisiantı çağırıb şərab sifariş verdi. Yenidən
Könülü süzüb, başını buladı və oxumağa başladı:
“...Bu əsl sevgi idi. Bəli, illərlə axtardığım və tapa bil-
mədiyim qadını tapmışdım. Amma eyni anda dünya başıma
uçmuşdu.
Dostları ilə paylaş: |