Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   31   32   33   34   35   36   37   38   39

136 
 
Sevgimi  tapmışdım,  amma  o  qadın  başqasının  səa-
dəti idi. Evli qadına vurulmuşdum.  Günlərlə gözümə yuxu 
getmirdi.  Bütün  gün  feysbukdakı  fotolarına  baxıb,  doluxsu-
nurdum.  Boşaltdığım  içki  şüşələri,  masamın  üstündə  qalaq-
lanmış siqaret qutuları ona olan sevgimin yeganə şahidi idi. 
Heç  kəsə,  hətta  ən  yaxın  dostlarıma  belə  danışa  bilmirdim 
bu sevdanın məni necə qovurduğunu... 
Özümü kifayət qədər yetkin və ağıllı saysam da, özü-
mə toxtaqlıq verə bilmirdim. Yersiz, səbəbsiz ağlamaq tutur-
du  məni.  Kirayə  mənzilimin  divarları  üstümə  gəldikcə  qə-
hərdən boğula-boğula fotolarına dəfələrlə baxıb üzümü yas-
tığa sıxırdım. Hər gün içirdim ki, bu acını, bu sevdanı, bu eş-
qi unudum. 
Hərdən  məclislərdə  və  ya  təsadüfən  görüşəndə  özü-
mü  itirirdim.  Gözlərinin  içinə  baxmağa  ürək  eləmirdim.  Və 
ən dəhşətlisi... Mən onu halal ərinə dəlicəsinə qısqanırdım. 
Qəribədir ki, bütün şərtlər məni ona doğru itələyirdi. 
Onun özünəməxsus sehrindən, cazibəsindən çıxa bilmirdim.  
Son  vaxtlar  dostlaşmışdıq  və  hərdən  görüşüb  birlikdə  vaxt 
keçirirdik. O mənim yanımda olanda özünü çox sərbəst apa-
rır, ərinə qarşı heç bir ilgisi olmadığını ciddi-cəhdlə mənə və 
ətrafdakılara göstərməyə çalışırdı. 
Baxışları, saçları, dodaqları, əlləri... 
Hər gün bir az da düşürdüm onun sehrinə. Sosial şə-
bəkələrdə olduqca quru, rəsmi danışırdı mənimlə. Amma bir 
gün...  Bir  gün  olmayacaq  şeylər  oldu  və  bütün  gecəni  göz 
yaşları içində çırpındım. 
 
Sərxoş  idi  və  ağlayırdı.  Rəfiqəsi  də,  əri  də  yanımız-
daydı. Dalbadal siqaret tüstülədirdim. Sərxoş olsam da, söh-


137 
 
bəti  eşidirdim.  O,  ərini  sevmədiyini,  başqa  birini  sevdiyini 
danışırdı rəfiqəsinə...  
Yenidən  dünyam  qaraldı,  bütün  ümidlərimi  itirdim 
və evə getmək üçün ayağa qalxdım. Ayrılanda qəfildən məni 
qucaqladı və ağlaya-ağlaya ərini yox, başqa birisini sevdiyini 
mənə də təkrar etdi. Mənə elə qısılmışdı ki, həyəcandan özü-
mü  itirmişdim.  Saçlarını  tumarlayır,  sakitləşdirmək  üçün 
onu dilə tuturdum. 
Evə  çatana  qədər  ağladım.  Yeniyetmələr  kimi  dilim 
söz  tutmurdu.  Yolüstü  bir  şüşə  də  araq  alıb  öz  otağıma  qa-
pıldım. Gecə səhərə qədər içdim... 
İki gün sonra təkrar görüşdük. Sakit kafelərin birində 
oturduq. O meyvə şirəsi, mən pivə sifariş verdim. Siqaret sü-
mürə-sümürə  onun  ağrılı  həyat  hekayətini  dinlədim.  Ərini 
sevmədiyini, onunla yaşamağa məcbur olduğunu anlatdı... 
Sonra sevdiyi oğlandan, o oğlanın onu necə atıb get-
məsindən,  aldatmasından  danışdı.  Mən  ona  məsləhət  ver-
dikcə  hiss  edirdim  ki,  boğazıma  dolan  qəhəri,  əllərimin  əs-
məsini gizlədə bilmirəm. 
Ayrılanda arxasınca baxdım, getmək istəmirdi... 
Bir  həftə  sonra,  gecə  sabaha  qədər  internetdə  da-
nışdıq. Söhbətimiz fırlanıb sevgi, eşq mövzusu üzərinə gəldi. 
O ərini sevmədiyini, sevdiyi oğlanı unutduğunu, başqa biri-
sinə  aşiq  olduğunu  yazdı  mənə...  Siqareti  bir-birinə  ca-
lamışdım.  Həyəcandan  əllərim  əsir,  gözüm  yaşarırdı.  İndi 
imkanım olsa, sevdiyi oğlanı da, ərini də, aşiq olacağı adamı 
da parçalayardım. Ürəyimdə gizli bir istəyim də vardı... "Kaş 
aşiq olduğu insan mən olaydım" deyə düşünürdüm... 
 
... Və birdən-birə mənə aşiq olduğunu deyəndə hön-
kürtümü  saxlaya  bilmədim...  Sonra  hər  şey  çox  sürətlə  baş 


138 
 
verdi. Heç vaxt xəyalını qura bilmədiyim anlar, dəqiqələr ya-
şadım  onunla.  Hər  şey  çox  kədərli,  inanılmaz və  möhtəşəm 
idi. Onu sevirdim...” 
Orxan  yazını  bitirəndə  Könül  heykəl  kimi  dayanıb, 
gözlərini  naməlum  istiqamətə  zilləmişdi.  Gözlərindən  yaş 
süzülürdü. Göz yaşları daş heykəlin üzündən süzülən yağış 
damcıları kimi sinəsinə damcılayırdı. Orxan da tutulmuşdu. 
Ahmet Kayanın “Mahur Beste” mahnısı ortalığı kədərə qərq 
eləmişdi... 
Könül üzündə anlaşılmaz bir ifadə, tez-tez siqaret sü-
mürür,  əlindəki  salfetlə  gözündən  qeyri-ixtiyari  axan  yaşı, 
burnunun  seliyini  silirdi.  Artıq  danışdıqca  hər  şeyin  anlamı 
itir, biganələşirdi. 
...Hikmətdən  ayrılanda  yaxşı  yaşamağa,  bahalı  pal-
tarlar  geyinməyə  alışmışdım.  Metrodan,  yarmarkadan  alış-
veriş  edənlərə  lağ  edirdim  həmişə.  Nicat  isə  həmişə  pul-
suzluqdan,  işsizlikdən  gileylənirdi.  Onun  bütün  paltarları 
mənim  şərfimdən  da  ucuz  idi.  Onunla  görüşdüyümü  ha-
mıdan gizlətməyə çalışırdım. Hikmətdən ayrılan kimi rəfiqə-
min kirayə qaldığı evə köçmüşdüm. Evdə müxtəlif səbəblər-
dən  ərindən  ayrılmış  dörd  qadın  da  yaşayırdı.  O  mənzildə 
yaşayan  qadınların  heç  biri  xoşbəxt  deyildi.  Hamımızın  ta-
leyində atılmışlıq, tənhalıq və sahibsizlik vardı. Kimsə evdən 
çıxanda  arxasınca  qeybət  başlayırdı.  Nicat  məni  orda  çox 
qalmağa qoymadı. Köməkləşib ev tapdıq. Dostu Şahinin kö-
məyi  ilə  o  xarabadan  yeni  evə  köçdük.  Hər  gün  zəngləşir-
dim. Şərait və şərtlər elə idi ki, onu itirməkdən qorxurdum. 
Hikmətdən  ayrılandan  sonra  Nicat  mənə  qarşı  bir  az  soyu-
muşdu.  Bilirdim  ki,  unuda  bilmədiyi  başqa  bir  qadın  var. 
Həmin qadından ayrılmaq ona pis təsir etmişdi. Tez-tez özü-


139 
 
nü,  məni  günahlandırır,  o  qadından  ayrıldığı  üçün  özünü 
yamanlayırdı.
 
 
Köhnə  tanışlarımdan  biri  –  deyəsən  “CCH”  radio-
sunun  Bakı  bürosunda  işləyirdi  –  mənə  aşiq  olmuşdu.  Üç 
uşağını  atıb  mənimlə  evlənmək  istəyidi.  Bütün  günü  kölgə 
kimi məni izləyir, gecə-gündüz feysbukda zəhləmi tökürdü. 
Nicata bu barədə deyəndə özündən çıxırdı. Fikirləri qarma-
qarışıq, mənə qarşı münasibəti konkret olmasa da, məni ha-
mıdan,  hətta  bütün  köhnə  dostlarımdan  da  qorumağa  ça-
lışırdı. Ona görə hamıdan yavaş-yavaş uzaqlaşırdım. Gecələr 
ona  qısılıb  yatmaq,  onun  enli  və  tüklü  sinəsinə  başımı  söy-
kəyib xəyal qurmaq məni heç vaxt olmadığım qədər xoşbəxt 
edirdi. İlk orqazmı onunla yaşamışdım... 
– Könül, lütfən bu söhbətləri etmə... 
–  Bilirsən,  əgər  Nicatdan  danışıramsa,  xatırladığım  bütün 
detalları danışmaq istəyirəm. 
–  Məni  isə  sizin  münasibətlərinizin  necə  pozulmağı  maraq-
landırır. 
– Doktor, icazə ver ilk gecəmizi danışım. Ürəyim gedir erotik 
söhbətlər, seksdən danışmaq üçün. 
–  Xahiş  edirəm,  lazım  deyil.  Nicatın  ölümünə  doğru  gedən 
yolu danış. Ayrılıq, davalarınız, problemləriniz... 
–  Orxan,  o  mübahisə  etməyi  sevərdi,  bilirsən.  Məni  Hikmət 
işə düzəltmişdi və mən hələ də onun dostlarının şərikli işlət-
diyi  şirkətdə  çalışırdım.  Bu  onun  xoşuna  gəlmirdi.  Mənim 
ordan uzaqlaşmağımı istəyirdi. Qısqanırdı. 
– Qısqanmaq üçün əsası vardı?  
– Vardı. Çalışdığım şirkətin təsisçilərindən biri Hacı idi. Din-
dar  olsa  da,  ona  müsəlman  demək  olmazdı.  Atası  rayonlar-
dan  birinin  icra  başçısı  idi.  Pul  hesabına  istədiyini  əldə  et-
məyi bacaranlardandı. Şirkətin şəriki dindar olmasa da, pulu 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə