Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

117 
 
yanəti  ilə  inqilabın  məğlub  olması  arasında  paralellər  apar-
mışdı.  İndi  bu  ideya  hardan  ağlına  gəlib,  bilmirəm.  Təzəcə 
başladığı roman daha maraqlı idi. 
–  Hmm.  Demək  Könüllə  ayrılıqlarının  səbəbi  xəyanət  olub? 
Bu versiyanı düşünməmişdim. Könülün xəyanəti Nicatın in-
tiharına  səbəb  ola  bilər.  Məncə  Könüllə  yenidən  gö-
rüşməliyəm. Dərindən araşdırsaq bundan bir şey çıxar. 
–  Mənim  sizinlə  görüşməkdə  məqsədim  də  budur.  Könül 
bir-iki  aya  Moskvaya,  dayısının  yanına  köçəcək.  Daha  doğ-
rusu  bu  barədə  planı  var.  Moskvaya  getmək  istəyi  ilə  bağlı 
heç kəsə deməməyimi xahiş edib. Sadəcə sizə deməyi özümə 
borc bildim. Bəlkə də yalan danışır. Amma doğru da ola bi-
lər.  Mən  Nicatın  ölüm  səbəbini  öyrənmək  üçün  bütün  gü-
cümlə dəstək verməyə hazıram. Əsas odur ki, faydam toxun-
sun.  Əgər  lazım  olsa  xəbər  edin,  pul  və  ya  başqa  köməklik 
edə bilərəm. Könül qəfildən yoxa çıxmamış bu məsələni çöz-
səniz əla olar. Onun çox şey bildiyinə əminəm. Sonrası özün-
dən asılıdır, yaza bilsə yazacaq... 
–  Təşəkkür  edirəm,  bəy!  Siz  həqiqətən  də  yaxşı  və  etibarlı 
dostsunuz.  Daha  doğrusu  mən  belə  düşünürəm.  Nicat  isə 
özü  bilər,  necə  düşünür.  Əminəm  ki,  köməyinizi  əsirgəmə-
yəcəksiniz. Bir daha minnətdaram. 
–  Dəyməz,  bu mənim  borcumdur.  Yaxınlarda  Nicatın  həyat 
yoldaşı  və  qızı  ilə  görüşməyi  düşünürəm.  İstəyiniz  və  boş 
vaxtınız olsa bərabər gedək. Bəlkə bu səfərin ümumi işə fay-
dası toxuna bilər. 
– Çalışacağam sizə yoldaşlıq edim. Mənim üçün də maraqlı 
olar.  Amma  əsəblərim  bu  görüşə  hazır  deyil.  Siz  isə,  doğ-
rudan çox yaxşı dostsunuz. Qayğıkeş, etibarlı... 
–  Mən  Nicatın  xanımı  ilə  görüşüb  onun  problemləri ilə  ma-
raqlanacağam. Siz də söhbət edə bilərsiniz. 


118 
 
– Çalışacağam. Bu həftə Könüllə danışa bilsəm, gedəcəyəm. 
Onunla görüşmək vacibdir. Məncə çox şey bilir. Sadəcə dü-
şünürəm ki, Nicatın xanımını narahat etmək düzgün olmaz. 
Necə  də  olsa,  artıq  ana-bala  Nicatın  yoxluğuna  çoxdan  alı-
şıblar. Boşandıqdan sonra münasibətləri yaxşı olmayıb. 
– Elə isə mən gedim. Sizinlə yenidən əlaqə saxlayacağam. 
 
Şahin çoxdan soyumuş çayı başına çəkib ayağa qalx-
dı.  Orxan  onu  qapıya  qədər  ötürüb,  otağa  qayıtdı.  Könüllə 
mütləq görüşməli idi. Bütün bu əzablı prosesi bitirmək üçün 
Könülə ehtiyacı vardı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


119 
 
 
18 
 
“Namuslu bir adam,  
Tanrının ən gözəl əsəridir.” 
 
Sean O'Casey 
 
Könül  əvvəlcə  bəhanələr  uydursa  da,  Orxanın 
israrından  sonra  yola  gəldi.  Birinci  dəfə  görüşdükləri gürcü 
kafesində  oturmağa  razılaşıb  sağollaşdılar.  Nahara  yaxın 
Orxan  artıq  onlar  üçün  ayrılmış  otaqda  oturub  Könülü 
gözləyirdi. Ağ şərab və pendir sifariş vermiş, sakit və səbirli 
simasındakı  yorğunluğu  gizlətməyi  ustalıqla  bacarmışdı. 
Kafenin  aurasına  qəribə  mistika  qatan  mahnını  zümzümə 
edirdi. 
“Deyəsən “My Sleeping Karma”  qrupudur. Nicat da 
bu qrupu çox sevir. Həə... O hər dəfə kafeyə gələndə bu mu-
siqini  səsləndirirdilər....  Adı  da...  adı  da  deyəsən  “Efed-
ra”dır..” – Orxan xatırlamağa çalışdı. 
Son vaxtlar pasiyentləri artıdığı üçün daha gərgin re-
jimdə işləyirdi. Amma başladığı işi davam etdirməliydi. Ro-
man  personajı,  roman  həmmüəllifi  olmaq  maraqlı  idi.  Bu 
məsələni  çözməyi  bacarardı.  Könül  vədələşdikləri  vaxtdan 
yarım  saat  sonra  otağa  daxil  oldu.  Əvvəlkindən  gümrah  və 
şən görsənirdi. Üstünə səpdiyi bahalı ətrin bihuşedici qoxu-
su Orxanın burnuna dolanda, uzun müddətdir ki, qadınlara 
qarşı  biganəliyini  yadına  saldı.  Bu  deyəsən  ən  yaxşı  qadın 
ətirlərindən  sayılan  “Today”in  qoxusu  idi.  Doktor  tanış  qo-
xunu  ciyərlərinə  çəkdi  və  başa  düşdü  ki,  əhvalı  düzələcək. 


120 
 
İş, gərginlik, dostunun müəmmalı ölümü ilə bağlı əyləncələr 
ona seks və əyləncəni unutdurmuşdu. 
Dost  da,  necə  dost!  Roman  yazmaq  üçün  bu  yol  heç 
Orxan Pamukun da ağlına gəlməz!  
Orxan  işvəylə  əl  uzadan  Könülün  əlini  nəzakətlə  sı-
xıb,  əyləşmək  üçün  yer  göstərdi.  Qadında  baş  verən  də-
yişikliyin  səbəbi  Orxan  üçün  müəmmalı  qalsa  da,  onun 
gümrah və şən olmasına sevindi. Nəzakətlə Könüldən nə si-
fariş edəcəyini soruşdu. 
–  Artıq  içəri  girəndə  sifariş  verdim.  Ofisiant  sənin  ağ  şərab 
içdiyini  dedi.  Bir  balaca  tünd  içki  içmək  istəyirəm.  Özümə 
viski sifariş verdim. 
–  Çox  gözəl.  Heyf  ki,  sənə  yoldaşlıq  edə  bilməyəcəm.  Mən 
şərabdan başqa içki içmirəm. 
– Eybi yoxdur, doktor. Mən də çox içməyəcəm. Danışmaq is-
təmədiyim,  amma  mütləq  danışmalı  olduğum  şeylər  var. 
Mənə elə gəlir ki, bütün bunları danışsam daxili rahatlıq ta-
param. 
–  Səni  dinləmək  üçün  burdayam.  Mümkünsə  hər  şeyi  xa-
tırlamağa  çalış.  Yəqin  ki,  danışacaqlarının  çoxsusu  Nicatla 
bağlı deyil. Amma artıq sən də mənim pasiyentim hesab olu-
nursan  və  səni  dinləməliyəm.  Eyni  zamanda  oxucu  bir  per-
sonaj  kimi  səninlə  daha  çox  maraqlanacaq.  Edəcəyin  söhbət 
sənin daxili rahatlığın üçün vacibdir. 
– Mən hələ də toparlanmamışam. Nə istədiyimi özüm üçün 
tam  olaraq  aydınlaşdıra  bilməmişəm.  Bəlkə  danışdıqdan 
sonra, bu yükü üzərimdən atandan sonra daxili rahatlıq tap-
dım. 
 
Ofisiant  viski,  “Red  Bull”  və  buz  gətirdi.  Orxan  Kö-
nülün  standart  sifarişlərini  görüb  gülümsədi.  Könül  isə  öz 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə