CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 

39 


demişdir.  Munzir  b.  Said  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Cənnətin 

əbədiyyat  Cənnəti  olmayıb  yer  üzündə  bir  Cənnət  olduğu  görüşü  Əbu 

Hənifə və əshabının görüşüdür”. İbn Uyeynə – rahmətullahi aleyhi – deyir 

ki:  “Həqiqətən,  sən  orada  (Cənnətdə)  acmaq  nədir,  çılpaq  olmaq  nədir 



bilməzsən!”.  (Ta  ha  118).  Ayəsini  açıqlayarkən  orada  yəni  –  yer  üzündə 

demişdir”. İbn Quteybə “əl-Mârif” 11-18 deyir ki: “Sonra Allah onu Ədn 

baxçasının  şərq  tərəfindən  çıxardı  və  onu  (yaradıldığı  torpağın)  alındığı 

yerə  yolladı.  İbn  Quteybə  burada  Vəhb  –  rahmətullahi  aleyhi  –  dən  bir 

nəql də edir ki: “Adəm – əleyhissəlam – ın Ədn baxçasından çıxarıldıqdan 

sonra endiyi yer Hindistanın şərq tərəfidir. Qabil qardaşını öldürüb Ədnin 

şərqindəki Yəmən vadilərinə qədər daşıdıqdan sonra onu orada basdırır”.  

 

ADƏM - Əleyhissəlam - IN GİRİB ÇIXDIĞI 



CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİDİR 

DEYƏNLƏRİN DƏLİLLƏRİ 

1. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (Qiyamət 

günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara 

yaxınlaşdırılır».  İnsanlar  Adəm  –  əlehissəlam  –  gələrək:  «Ey  atamız! 

Cənnəti  bizə  açdır»  deyəcəklər.  Adəm:  «Sizləri  Cənnətdən  ancaq  atanız 

Adəmin  xətası  çıxartdı.  Mən  bunun  sahibi  deyiləm.  Sizlər  mənim  oğlum 

İbrahim – əlehissəlam – ın yanına gedin» deyəcəkdir

111


. 2. Əbu Hureyrə 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «Adəm  ilə  Musa  –  əleyhimussəlam  -  Rəbbləri  qatında 

bir-birləri  ilə  mücadələ  etdilər.  Nəticədə  Adəm,  Musaya  hüccətlə  qələbə 

çaldı.  Musa:  «Sən,  Allahın  əli  ilə  yaratdığı,  öz  ruhundan  üfürdüyü, 

mələklərini  sənə  səcdə  etdirdiyi,  Cənnətdə  yerləşdirdiyi,  sonra  da  etdiyin 

xətadan  ötrü  insanları  yer  üzünə  endirən  Adəm  deyilsənmi?»  deyə 

soruşdu


112

.  3.  (Sonra)  Biz  (Adəmə)  dedik:  “Ey  Adəm,  sən  zövcənlə 



(Həvva  ilə)  Cənnətdə  qal  və  hər  ikiniz  oradakı  meyvələrdən,  istədiyiniz 

kimi,  bol-bol  yeyin,  yalnız  bu  ağaca  (buğdaya)  yaxın  gəlməyin!  Yoxsa 

(özünüzə)  zülm  edənlərdən  olarsınız”.  (Lakin)  Şeytan  onları  azdırıb 

(buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. 

Biz  də  (Adəmə,  Həvvaya  və  Şeytana):  “Bir-birinizə  düşmən  kəsilərək 

(buradan  kənar  olub  yer  üzünə)  enin!  Yerdə  sizin  üçün  müəyyən  vaxta 

qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri 

var”  -  dedik”.  (əl-Bəqərə  35-36).  Enin  –  kəliməsi  yüksəkdən  aşağıya 

doğru  olur.  Yerdə  sizin  üçün  müəyyən  vaxta  qədər  (ömrünüzün 

                                                        

111


 Müslim 195.  

112


 Buxari 11/505, Müslim 2652.  


 

40 


axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var – ifadəsi Enin 

-  əmrindən  sonra  gəlmişdir.  Bu  o,  deməkdir  ki,  onlar  daha  öncə  yer 

üzündə  deyildilər. 4. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan 



ona  (Adəmə)  vəsvəsə  edib  (pıçıldayıb)  belə  dedi:  “Ey  Adəm!  Sənə 

(meyvəsindən  yeyəcəyin  təqdirdə  heç  vaxt  ölməyəcəyin  və  həmişə 

Cənnətdə  yaşayacağın)  əbədiyyət  ağacını  və  köhnəlib  xarab  olmayacaq 

(fənaya  uğramayacaq)  bir  mülkü  göstərimmi?”.  (Ta  ha  120).  Cənnət 

dünyada olsaydı Adəm – əleyhissəlam – İblisin sözlərinin yalan olduğunu 

bilərdi.  Çünki  Adəm  –  əleyhissəlam  –  bilirdi  ki,  dünya  keçici,  fanidir.  5. 

Cənnətdən  Enin  –  sözüylə  qəsd  edilən  Adəm,  Həvva  və  İblisdir  – 

deyilmişdir.  Bir  qrup  qeyd  edir  ki:  Cənnətdən  Enin  –  sözüylə  Adəm, 

Həvva  və  İlan  qəsd  edilir,  Digər  bir  qrup  deyir  ki:  Adəm  və  Həvva  – 



əleyhimussəlam – nın zurriyyətidir – deyilmişdir. Lakin bu görüşlərin hər 

ikisi  də  zəifdir.  Səhih  olan  birinci  görüşdür.  (Allah  Adəmə  və  Həvvaya) 

belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) 

düşmən  kəsilərək  hamınız  oradan  (Cənnətdən  yerə)  enin.  Məndən  sizə 

doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman 

hər kəs Mənim  haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə 

də (axirətdə) bədbəxt olar!”. (Ta ha 123). 6. Onlar qeyd edirlər ki, Cənnət 

kəliməsi  bütün  yerlərdə  Mərifə  olaraq  əl-Cənnəh  olaraq  işlənmişdir. 



(Sonra)  Biz  (Adəmə)  dedik:  “Ey  Adəm,  sən  zövcənlə  (Həvva  ilə) 

Cənnətdə  qal...”  (əl-Bəqərə  35).  Lakin  başqa  hər  hansı  bir  baxça  qəsd 

edildiyi  zaman “Əl”  müəyyənlik  olmadan  işlədilmişdir. “O bağların hər 



ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların 

arasından  bir  irmaq  axıtdıq”.  (əl-Kəhf  32).  7.  Əbu  Musa  əl-Əşari  

radıyallahu  anhu  –  rəvayət  edir  ki:  “Allah  Adəm  –  əlehissəlam  –  ı 

Cənnətdən  çıxardıqda  onu  Cənnət  meyvələri  ilə  ruziləndirdi.  Ona  hər  bir 

şeyin  sənətini  öyrətdi.  Sizin  yediyiniz  o,  meyvələr  də  (Cənnət) 

meyvələrindən  törənmədir.  Lakin  Cənnətdəki  meyvələr  xarab  olmaz, 

dünyada olanlar isə xarab olurlar. 8. İbn Abbas - radıyallahu anhu – deyir 

ki: (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva 



ilə  birlikdə  o  kəlmələr  vasitəsilə)  tövbə  etdi.  Doğrudan  da,  O  (Allah) 

tövbələri  qəbul  edəndir,  mərhəmətlidir”.  (əl-Bəqərə  37).  Ayəsi  barədə 

deyir ki: “Adəm – Ya Rəbbim! Məni əlinlə yaratmadınmı?”. Allah: “Bəli” 

–  dedi.  Adəm:  “Ey  Rəbbim!  Mənə  ruhundan  üfürmədinmi?”.  Allah: 

“Bəli”  –  dedi.  Adəm:  “Ey  Rəbbim!  Məni  Cənnətə  yerləşdirmədinmi?”. 

Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Rəhmətin qəzəbini üstələmədi-

mi?”. Allah: “Bəli” – dedi. Adəm: “Tövbə etsəm, halımı düzəltsəm, məni 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə