CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 

41 


Cənnətinə təkrar salarsanmı?”.  Allah: “Bəli” –  dedi

113


. 9. “And olsun ki, 

(Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də 

(merac  vaxtı)  görmüşdü;  (Yeddinci  göydəki)  Sidrətül-müntəhanın 

yanında.  (Mələklər,  şəhidlər  və  müttəqilər  məskəni  olan)  Məva  cənnəti 

onun  yanındadır”.  (ən-Nəcm  13-15).  Sidrətul  Muntəha  göyün  üstündə 

olduğu sabitdir.  

 

ADƏM - Əleyhissəlam -

 

IN GİRİB ÇIXDIĞI 



CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİ DEYİLDİR 

DEYƏNLƏRİN DƏLİLLƏRİ 

1.  Allah  əbədiyyət  Cənnətinə  girməyi  bütün  Rəsulların  dili  ilə 

açıqlamışdır.  O,  girmək  zamanı  da  hələ  gəlməmişdir.  Allah  kitabında 

Cənnəti bir çox vəsflərlə  vəsfləndirmişdir. Sonradan bu şeyləri dəyişməsi 

isə  mümkün  deyildir.  2.  Allah  müttəqilər  üçün  hazırlamış  olduğu  Cənnət 

əbədi qalmaq yurdudur. Oraya kim girərsə bir daha oradan çıxmaz. Lakin 

Adəm  –  əlehissəlam  –  girdiyi  Cənnətdə  qalmamışdır.  Allah  Cənnəti 

salamtlıq yurdu olaraq anmışdır. Oranı əmr, nəhy (qadağa), imtahan yurdu 

olaraq  anmamışdır.  Lakin  Adəm  –  əlehissəlam  –  o,  yerdə  ən  böyük 

imtahana  məruz  qalmışdır.  3.  Allah  oranı  içində  əbədiyyən  Allaha  üsyan 

olunmayacaq bir yurd kimi anmışdır. Lakin Adəm – əlehissəlam – girdiyi 

Cənnətdə Rəbbinə asi olmuşdur. Allah Cənnəti qorxusuz, kədərsiz, üzüntü 

olmayan bir yurd kimi anmışdır. Lakin Adəm və Həvva – əlehimussəlam 

 ın qorxu və üzüntü hiss etdikləri məlumdur. Darus Səlam olduğu halda, 

Adəm  və  Həvva  –  əlehimussəlam  –  orada  fitnə  (imtahandan)  səlim 

olmamışdır.  Darul  Qərar  olduğu  halda  onlar  orada  qərar  tutmamışlar. 

Oraya  girənlər  haqqında:  “Onlara  orada  (Cənnətdə)  heç  bir  yorğunluq 



(zəhmət)  üz  verməz.  Onlar  oradan  çıxan  da  deyillər.  (Cənnətdə  əbədi 

qalacaqlar)”. (əl-Hicr 48). Adəm və Həvva – əlehimussəlam – isə oradan 

çıxmışlar. Yenə orada boş, faydasız şeylərin (yalan) olmadığı, günahların 

olmadığı xəbər verilmişdir. Halbuki Adəm – əlehissəlam – o, yerdə İblisin 

yalan sözlərini  və günahkar sözlərini  eşitmişdir. Allah oranı  doğruluq  və 

sədaqət məqamı olduuğunu xəbər vermişdir. İblis isə orada yalan söyləmiş 

və  yalanına  and  içmişdir.  4.  Allah:  (Ya  Rəsulum!)  Sənin  Rəbbin 



mələklərə:  “Mən  yer  üzündə  bir  xəlifə  (canişin)  yaradacağam”,  - 

dedikdə  (mələklər):  “Biz  Sənə  şükür  etdiyimiz,  şəninə  təriflər  dediyimiz 

və  Səni  müqəddəs  tutduğumuz  halda,  Sən  orada  (yer  üzündə)  fəsad 

törədəcək  və  qan  tökəcək  bir  kəsmi  yaratmaq  istəyirsən?”-  söylədilər. 

(Allah  onlara):  “  Mən  bildiyim  şeyi  siz  bilmirsiniz!”  –  buyurdu”.  (əl-

                                                        

113

 Tifsir İbn Kəsir 1/85.  




 

42 


Bəqərə  30).  Allah  –  Cənnətul  Məvada  deməmişdir.  Yer  üzündə 

buyurmuşdu.  5.  (Allahın  bütün  bu  xəbərdarlığından sonra) Şeytan  ona 



(Adəmə)  vəsvəsə  edib  (pıçıldayıb)  belə  dedi:  “Ey  Adəm!  Sənə 

(meyvəsindən  yeyəcəyin  təqdirdə  heç  vaxt  ölməyəcəyin  və  həmişə 

Cənnətdə  yaşayacağın)  əbədiyyət  ağacını  və  köhnəlib  xarab  olmayacaq 

(fənaya uğramayacaq) bir mülkü göstərimmi?”. (Ta ha 120). Əgər Allah, 

Adəm  –  əlehissəlam  –  ı  əbədiyyət  Cənnətinə  və  əskilməz-tükənməz  olan 

bu Cənnətə yerləşdirsəydi Adəm – əlehissəlam – İblisi rədd edərək: Mənə 

verilən  bu  əskilməz-tükənməz  səltənəti  sən  mənə  necə  göstərəcəksən, 

halbuki  mən  onun içindəyəm. Nə  verə bilərsən sən  mənə?  (İstədiyim  hər 

bir şey burada var). Əgər bunları bilsəydi İblisin sözünə qulaq asmaz onun 

nəsihətini qəbul etməzdi. Lakin o, əbədiyyət yurdunda olmadığı üçün arzu 

etdiyi  əbədiliklə  İblis  onu  aldatmışdır.  6.  Əgər  Adəm  –  əlehissəlam  – 

əbədiyyət  Cənnətində  olsaydı  –  bu  Cənnətə  təmiz  və  pak  olanlardan 

başqası  girməz,  necə  ola  bilər  ki,  murdar,  lənətlənmiş,  aşağı  olan  İblis 

oraya  girmiş,  Adəm  –  əlehissəlam  –  ı  fitnəyə  məruz  qoymuş  və  ona 

vəsvəsə  vermişdir.  O,  məlun  Müttəqilərin  yurduna  necə  girmişdir?  7. 



(Allah)  buyurdu:  “Oradan  (Cənnətdən)  aşağı  en.  Orada  sənə  (Allahın 

əmrinə)  təkəbbür  göstərmək  yaraşmaz.  (Oradan)  çıx,  çünki  sən 

alçaqlardansan!”. (əl-Əraf 13). Necə ola bilər ki, bu sözlərdən sonra İblis 

Cənnətul  Məvaya  girsin.  Əgər  desəniz  ki,  ilanın  qarnına  girib,  ilan 

şəkilində  Cənnətə  girərək  Adəm  və  Həvva  –  əlehimussəlam  –  a  vəsvəsə 

verib. Bu batil bir sözdür. “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona 

tərəf  yüksələr  və  pak  sözü  də  (Allah  dərgahına)  yaxşı  əməl  qaldırar. 

(Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər)”. (Fatir 10). İblisin 

vəsvəsəsi  isə  sözlərin  ən  murdarıdır.  Əsla  Allaha  tərəf  yüksəlməz.  8. 

Munziri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Adəm  –  əlehissəlam  –  ı 

Cənnətdə  yatırdı...”

114

.  Halbuki  əbədiyyət  Cənnətində  yatmaq  yoxdur. 



Əbu  Nəcih,  Mucahid  –  rahmətullahi  aleyhi  –  rəvayət  edir  ki:  “Həvva, 

Adəm  –  əlehimussəlam  –  yatarkən  qabırğasından  yaradıldı”

115

.  «Orada 



bizə nə bir yorğunluq, nə də bir məşəqqət, əziyyət toxunacaqdır». (Fatir 

35).  Cabir  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  salallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  «Yatmaq  ölümün  qardaşıdır  və  Cənnətliklər 

yatmazlar»

116

.  9.  Allah,  Adəm  –  əlehissəlam  –  ı  yer  üzünün  torpağından 



yaratdığı  hamıya  bəllidir.  Bunun  da  dəlilləri  Quran  və  Sünnədə  var.  10. 

Biz  də  (Adəmə,  Həvvaya  və  Şeytana):  “Bir-birinizə  düşmən  kəsilərək 

                                                        

114

 Hədis Movqufdur – sənədi Peyğəmbər - sallallahu aleyhi və səlləm – çatmır.  



115

 Bu haqda bax: İbn Kəsir 1/82, əs-Sələbi “Qıssatul Ənbiya” s.29.  

116

 Heysəmi «Məcmua Zəvaid» 10/415, Əbu Nuaym “Sifatul Cənnə” 1/126.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə