Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

148  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

3. Kəramətləri 

Axiruz-zamanda  bütün  insanlar  daha  qüdrətli 

dövlətin  qurulmasını  və  zülmə  məruz  qalanların 

dayaq  olacağı  bir  hökuməti  səbirsizliklə  gözləyirlər. 

Lakin оnlar hakimiyyətə gələn bir çох dövlətlərə bir 

o  qədər  də  nikbin  deyillər  və  hər  hansı  bir 

partiyanın,  yaхud  dəstənin  sözünü  qəbul  etmirlər. 

Çunki  оnlar  dünya  хalqları  üçün  nizam-intizamı 

qaydasına  sala  bilmir  və  bu  qarışıq  dünyanın 

təhlükəsizliyini təmin etmirlər. 

Elə  bu  səbəbdən  də  cəmiyyətə  nizam-intizamı 

qaytarmaq,  dünyada  təhlükəsizliyi  təmin  etmək 

iddiası ilə meydana çıxmış dövlət işçilərinin yüksək 

potensiallara  malik  olmaları  gözlənilir.  Bu 

potensialları  sübuta  yetirmək  üçün  xüsusi 

kəramətlər  və  xariqüladə  işlər  görmək  gərəkdir. 

Bəlkə  də,  bu  mövzu  İmam  Mehdinin  (ə.c) 

zühurunun  ilk  günlərində  bəzi  möcüzələr 

gətirməsinə zəminə yaradacaq. Məsələn, rəvayətlərin 

dediyinə  əsasən,  quşların  uçduqları  halda  bir  işarə 

ilə yerə enib onun qolunda oturmaları, quru budağı 

torpağa basdırdıqda bir anın içində yaşıllaşaraq qol-

budaq atması və bu kimi möcüzələrə sahib olacaq. 

                                                                                                

vər-Ricə”, 1-ci cild, səh. 431; “Əl-Muhəccətul-Bəyza”, səh. 217; 

“Yənabiul-Məvəddə”, səh. 429. 

 



QIYAMIN RƏHBƏRI  

149 


Bu möcüzələr və kəramətlər camaata Allahın əmri ilə 

yerin  və  göyün  ixtiyarı  verilmiş  böyük  bir 

şəxsiyyətlə  üzləşdiklərini  sabit  etmək  üçündür.  Bu 

möcüzələr illərlə deyil, bəlkə də əsrlər bоyu özlərini 

məcburiyyətə  düçar  edən  insanlar  üçündür.  Göy 

üzündən  müxtəlif  təyyarə  və  qırıcı  pulemyotların 

qurbanlarından başqa, bir şey görməyən insanlar bu 

şər  qüvvələrə  mane  olacaq  bir  qüdrət  görməyiblər. 

Lakin birdən оnda yerin və göyün ixtiyarı olduğu bir 

şəxsiyyətlə qarşılaşacaqlar. 

Elə  dünənlərdə  qıtlıq  böhranı  yaşayan,  həyatını 

təmin edə bilməyəcəyi tərzdə ömür sürərək quraqlıq 

və  s.  səbəblərdən  ağrı-acılara  dözən  bəşər  övladı 

kəskin  iqtisadi  mühasirələri  aradan  qaldırmağa 

çalışan,  bir  işarə  ilə  bütün  torpaqları  yaşıllığa 

çevirən, yağışlar yağdıra bilən bir varlığın qarşısında 

diz çökəcək. 

Uzun  illər  əlacsız  xəstəliklərə  düçar  olmuş, 

həqiqətdə əlacsız qalmış dünya əhalisi bu xəstəlikləri 

asanlıqla müalicə edərək ölüləri dirildən bir insanla 

üzləşəcəklər.  Bütün  bu  kəramət  və  möcüzələr  bu 

ilahi rəhbərin qüdrətli, haqlı olması və sədaqətindən 

xəbər verir.  

Ümumiyyətlə,  dünya  xalqları  bu  şəxsin  əvvəlki 

iddiaçılardan  fərqli  olduğuna  iman  gətirəcəklər.  O, 



150  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

doğrudan da qurtuluş simvolu, ilahi vədəsi verilmiş 

Mehdidir (ə.c)! 

Bəzən  də  İmam  Mehdinin  (ə.c)  kəramətləri  onun 

yoldaşları  və  döyüşçülərinin  imanlarının  çoxalması, 

etiqadlarının  möhkəmlənməsi  üçün,  bəzən  də  ona 

qarşı etiqad yaratmaq, düşmənlərə və qəlbindəkilərə 

şübhəli yanaşanlara göstəriləcək. 

İndi  isə  sizi  bu  möcüzə  və  kəramətlərin  bəziləri  ilə 

tanış edirik: 



1. Quşların danışması 

Əmirəl-möminin  Əli  (ə)  buyurmuşdur:  “İmam 

Mehdi (ə.c) yoluna davam edərkən 12 minlik qoşunu 

olan  Həsəni  seyidlərindən  biri  ilə  üz-üzə  gəlir.  Bu 

şəxsin  İmam  Zamanın  (ə.c)  qarşısında  özünü  güclü 

hesab  etdiyini  görən  İmam  Mehdi  (ə.c)  cavabında 

belə deyəcək: Mən Mehdiyəm!  

O şəxs soruşacaq: Mənim səninlə beyət etməm üçün 

bir sübutun, yaxud nişanən varmı?  

İmam Mehdi (ə.c) göydə uçan quşa  işarə edəcək və 

quş  yerə  enərək  İmamın  (ə.c)  qoluna  oturaraq 

Allahın  izni  ilə  dil  açıb  Mehdinin  (ə.c)  imamətinə 

şəhadət verəcək. 

Həsəni  seyidinin  daha  da  yəqinliyə  çatması  üçün 

İmam  Zaman  (ə.c)  yerdən  quru  budağı  götürərək 

torpağa  sancacaq.  O  quru  budaq  yaşıllaşaraq  qol-




QIYAMIN RƏHBƏRI  

151 


budaq  atacaq.  Bununla  da  kifayətlənməyib  yerdən 

daş götürəcək və ovucunda xəmir kimi əzəcək. 

Həsəni  seyidi  bu  kəramətləri  gördükdə  İmam 

Mehdiyə  (ə.c)  iman  gətirəcək.  О,  özü  və  12  minlik 

ordusu  İmam  Zamana  (ə.c)  təslim  olacaqlar.  İmam 

(ə.c) də onu ön cəbhə komandanı təyin edəcək.”

1

 

2. Yerdən su və azuqənin çıхması 



İmam Sadiq (ə) buyurub: “İmam Mehdi (ə.c) Məkkə 

şəhərində  zühur  etdiyi  zaman  Kufəyə  getmək 

məqsədi  ilə  qoşunlarına  heç  kəsin  yol  azuqəsi 

götürməməsini  elan  edəcək,  çunki  o,  yol  əsnasında 

Musa  (ə)  peyğəmbərdən  qalmış  12  çeşmənin 

qaynadığı daş parçası оnunladır. О dayandığı yerdə 

оnu yerə dayayacaq və oradan su çeşməsi qaynayıb 

çıxacaq.  Aclıq  hiss  edən  hər  kəs  bu  suyu  içdikdə 

susuzluqdan  başqa,  aclığı  da  təmin  olunacaq  (yəni, 

bu suyun çoxlu kalorisi olacaqdır). 

Nəcəf  şəhərinə  çatana  qədər  yolda  azuqə  və  su  bu 

minvalla təmin ediləcək. Orada (Nəcəfdə) isə bu daşı 

yerə  basdırandan  sоnra  yerdən  həmişəlik,  aclıq  və 

susuzluğu yatıran su və süd qaynayıb çıxacaq.”

2

 

                                                 



1.  “Əqdud-Durər”,  səh.  97,  138  və  139;  “Əl-Qəvlul-Muxtəsər”, 

səh. 19; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 158. 

2.  “Bəsairud-Dərəcat”,  səh.  188;  “Kafi”  1-ci  cild,  səh.  231; 

Numani,  “Qeybət”,  səh.  238;  “Хəraic”  2-ci  cild,  səh.  690; 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə