Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

bunun  də  əsas  məqsədi  iştirakçılardan  birinə  qarşı  yönələn  birbaşa 
təhlükənin  (həqiqi  və  ya  yalançı)  aradan  qaldırılmasıdır.  Dövlət, 
beynəlxalq  münasibətlərin  bir elementi kimi,  kompromisə gəlməyin, 
mübahisə  və  ziddiyyət  mərhələsində  münaqişənin  eskalasiyasını 
dayandırmağın  digər  yolu  olmadığı  hallarda  münaqişəyə  (onun  bir 
növü kimi müharibəyə) qoşulmağa məcbur olur. Bu səbəblərdən biri 
ikinci  tərəfin,  diplomatik  proses  çərçivəsində  kompromis  axtarmaq 
arzusunda olmaması (yəni, 1935- ci ildə faşist İtaliyasının Həbəşistana 
qarşı  etdiyi  kimi,  problemlərin  hərb  yolu  ilə  həll  olunmasına 
açıq-aydın  cəhd  göstərilməsi),  yaxud  da  həmin  dövlətin  (birinci 
iştirakçının) ərazisinə təcavüz faktı və ya artıq elan olunmuş müharibə 
ola bilər.  Bu halda münaqişənin  qərəzli təşəbbüskarı ilə ilkin  olaraq 
münaqişəli hərəkətlə yol verilməsi obyekti kimi çıxış edən digər tərəfi 
fərqləndirmək lazımdır. 
3.
 
Münaqişədən birbaşa mənfəət əldə etmək arzusu (maddi və 
digər  inikasda  öz  gücünün  artırılması  və  müvafiq  olaraq,  rəqibin 
zəiflədilməsi  hesabına),  yaxud  iştirakçılardan  birinin  malik  olduğu 
amillərin kifayət qədər olmamasının dərk edilməsi və münaqişə yolu 
ilə real və ya yalançı çatışmazlığı aradan qaldırmaq cəhdi. 
Bəzi alimlərin fikrincə, münaqişə iştirakçısı münaqişə güc yolu 
ilə  münaqişəyə,  yəni  müharibəyə  başlamaq  haqqında  qərar  qəbul 
edərkən şüurlu məhsuldar seçimə əsaslana bilər. B.Bueno de Meskita 
və  onun  görüşlərinin  davamçıları  bu  cür  nöqteyi-nəzəri  daha 
təmərküzləşmiş  qaydada  izhar  edir.  De  Meskita  hesab  edir  ki,  bu 
qərarın  qəbul  edilməsinin  əsas  tərkib  hissəsi  bir  dövlətin  digərinə 
hücum  etməsindən  «gözlənilən  mənfəətin»  (expec-  ted  utility) 
hesablanması və dərk olunmasıdır. Bu halda düşüncələrin gedişi məhz 
bu cürdür. 
De Meskitanın rəyincə, münaqişənin başlanması və aparılması 
nəticəsində  gücün  artırılması  ehtimalı  U(g)  >  U(m)  >  U(I) 
bərabərsizliyindən  uzaqlaşır  -  burada  birinci  üzv  gücün  artırılması, 
ikinci  üzv  əvvəlki  səviyyədə  saxlanılması,  üçüncü  üzv  isə  onun 
itirilməsidir.  Bu  zaman  yüksək  intensivliyə  malik  münaqişənin 
(müharibənin) xeyrinə edilən seçim ehtimalı aşağıdaki kimi olacaq: 
[P(Ug) + (l-P) (Ul)-C] >U(m) 
57 


Burada  P  həmin  əməliyyatlar  nəticəsində  gücün  artması 
ehtimalı,  C  isə  həmin  əməliyyatların  təşəbbüskar  dövlətə  yetirəcəyi 
mümkün ziyanların (itkilərin) dəyəridir. 
Dövlətin gücünün artırılması vasitəsi kimi müharibənin xeyrinə 
edilən seçimin bu cür inkişafı o halda mümkün olur ki, xarici siyasi və 
hərbi qərarları qəbul edən orqan «mənfəət» ehtimalının 0,5-dən artıq 
(50% və daha artıq) olması kimi nəzərdə tutsun. Məsələn, SSRİ üçün 
sovet-fin  münaqişəsi  halında  müharibədən  əldə  edilən  «mənfəət» 
ehtimalı, bu istiqaməti öyrənən alimlərin fikrincə, 0,842 təşkil edirdi 
və  müvafiq  olaraq,  hərbi  qələbə  və  Finlandiyanın  Sovet  İttifaqının 
tələblərini yerinə yetirməsi məqsədini güdən hücum qərarı verilmişdi. 
Çox  güman  ki,  gücün  artırılmasından  irəli  gələn  mənfəət  öz 
təzahürünü təkcə əyani, dərk olunan və ölçülə bilən formalarda tapmır. 
Mənfəət kimi təkcə maddi obyektlər (münaqişənin inkişaf etdiyi ərazi, 
münaqişə  ilə  əhatə  olunan  insani  və  təbii  resurslar)  yox,  həm  də 
uzunmüddətli statuslu anlayışlar - güc özünün birbaşa anlamında yox, 
həm  də  dünya  siyasətindəki  «dostların»  və  «düşmənlərin» 
düşüncəsində  çıxış  edir  (bəzən  münaqişənin  tədqiqatçıları  «güc 
qavrayışı» terminindən istifadə edirlər). 
Bəzən dövlətlər arasında nifaq yarada bilən maddi obyektlərin 
üzərində  də  statuslu  parametrlərin  izləri  olur.  Münaqişəli  qarşılıqlı 
əlaqələrin  obyektində  maddi  və  statuslu  amillərin  ehtiva  edilməsinə 
misal olaraq tarixi Elzas və Lotaringiya vilayətləri ilə bağlı münaqişəni 
misal göstərmək olar. Münaqişənin hər iki iştirakçısının (Fransanın və 
Almaniyanın) həmin amillərə malik olması təkcə həmin ərazinin güclü 
iqtisadi potensialından istifadə olunması nöqteyi-nəzərindən yox, həm 
də müəyyən dərəcədə həmin vilayətlərin, «tarixi rəqibə» münasibətdə 
üstünlük  təşkil  edən  vəziyyətin  rəmzi  kimi  çıxış  etməsi  səbəbindən 
prinsipial  səciyyə  daşıyırdı.  1945-ci  ildən  sonra  ABŞ-SSRİ 
münaqişəsində  bir  çox  obyektlər  də  «statuslu»  səciyyə  daşıyırdı: 
«superdövlətlərin» qarşıdurma xətlərindən biri məhz digər dövlətlərin 
davranışına  və  müvafiq  olaraq,  dünyanın  siyasi  inkişafının  gedişinə 
təsir göstərilməsinin yüksək səviyyəsinin təyin edilməsindən keçirdi. 
4.
 
Beynəlxalq  münaqişənin  inisiasiyası  hesabına  cəmiyyətin, 
ölkənin daxili problemlərini həll etmək cəhdi («münaqişənin eks- 
58 


lernalizasiyası», yəni daxili disharmoniyanın, cəmiyyətdəki gərginliyin 
xarici mühitə çıxarılması). 
Çox vaxt hakimiyyətdən olan siyasi qüwələrin və ya rejimlərin 
xarici siyasi uğurlar hesabına öz mövqeyini möhkəmlən- dirməsi və ya 
hakimiyyət  üçün  əlverişli  olmayan  daxili  siyasi  tendensiyaların 
dayandırılması cəhdi də mümkündür. 
Bu cür misallar tarixdən yaxşı məlumdur. Bunlardan biri kimi, 
İkinci  imperiya  (1852-1870)  dövründə  Fransanın  düşmənlərlə  açıq 
münaqişəyə  yönəldilmiş  xarici  siyasətini  göstərmək  olar.  İmperator 
Lui  Bonapart  (III  Napoleon)  hesab  edir  ki,  xüsusilə  1848-1849-cu 
illərdəki  gur  inqilab  koliziyalarından  sonra  öz  hakimiyyət  rejimini 
möhkəmləndirmək  və  cəmiyyətdə  aşkar  sabitlik  yaratmaq  üçün  yeni 
imperiyanın  böyük  səs-küyə  səbəb  ola  biləcək  xarici  siyasi  və  hərbi 
uğurlar qazanması zəruridir. Bu cür yanaşma əsasən, Fransanın Rusiya 
əleyhinə  Krım  müharibəsində  (1853-1856)  və  İtaliyada  Avstriya 
imperiyasına  qarşı  aparılan  müharibədə  (1859)  fəal  iştirak  etmək 
arzusunu  diktə  etdi,  Meksikada  avantüralara  və  ABŞ-dakı  vətəndaş 
müharibəsində  (1861-1865)  baş  verən  hadisələrə  dolayısı  yolla 
müdaxilə edilməsinə təkan verdi. 
Dünya  səhnəsində  dövlətlərin  münaqişəli  davranışının 
motivlərini  izah  edən  həmin  amillərdən  əlavə  müxtəlif  «meqa- 
nəzəriyyələr»  mövcuddur  ki,  onların  da  müəllifləri  ilk  növbədə  ya 
bütünlüklə  bəşəriyyət  tarixi  ərzində,  ya  da  yeni  və  ən  yeni  tarix 
dövründə münaqişənin bir növü kimi məhz müharibənin baş verməsini 
izah edən ümumi «qanun» çıxarmağa çalışırlar. Adı çəkilən Bueno de 
Meskitadan,  başqa  çoxlu  sayda  misallar  mövcuddur.  Bir  neçə 
ilüstrasiyası ilə kifayətlənək. 
Məsələn,  təxminən  30  il  bundan  əvvəl  A.Orqanskinin 
konsepsiyası  kifayət  qədər  geniş  yatılımşdı  -  o,  «realizm»  ənənəsi 
çərçivəsində  müharibələrin  baş  verməsinin  əsas  səbəbini  beynəlxalq 
arenada  gücün  qeyri-bərabər  çəkildə  bölüşdürülməsində  görməyə 
meylli  idi.  Bu  nöqteyi-nəzərə  müvafiq  olaraq,  «müasirləşmənin 
diferensasiyası»  -  dövlətlərin  sosial-iqtisadi  inkişafının  müxtəlif 
templəri - onlardan birinin münaqişədə gələcək artımla əlaqədar onun 
qarşısında  duran  vəzifələri  həll  etməyə  çalışaraq  digərinə  və  ya 
digərlərinə meydan oxunmasına gətirib çıxarır. 
C.Modelski və U.Tompson müharibənin baş verməsi prob 
59 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə