2-
ci MÖVZU
MÜNAQİŞƏ VƏ BÖHRAN:
BEYNƏLXALQ MÜNASİBƏTLƏR NƏZƏRİYYƏSİNDƏ
KATEQORİAL KOMPLEKSLƏR
Suallar
1.
Münaqişə və onun
ölçüləri
2.
Münaqişənin inkişaf dinamikası
3.
Münaqişənin yaranmasının və eskalasiyasınm səbəbləri
§1. Münaqişə və onun ölçüləri
«Münaqişə» ifadəsi və onun mümkün izahları ətrafında
mübahisələrin mövcüdluğu tamamilə qanunauyğun haldır. Təkcə
1945-ci ildən sonra dünyada 300-dən artıq dövlətlərarası münaqişə baş
vermiş və onların 200-dən çoxunda sistematik şəkildə silahlı
qüvvələrdən istifadə edilmişdir.
Bir
çox
tədqiqatçılar
beynəlxalq
münasibətlərdəki
münaqişələrə digər dövlətlərin birbaşa və ya dolayı iştiraki ilə
ayrı-ayrı ölkələr arasında baş verən vətəndaş müharibələrini də aid
etməyə meyl edirlər (bu kimi hallar bu gün «beynəimiləlləşdirilmiş
daxili
münaqişələr»
adlanır). Digər alimlər münaqişələri
«infra-səviyyə- dən» (dövlətdaxili koliziyadan) hipotetik ABC
«atomic-bioche- mical», yəni bütün növ kütləvi qırğın silahlarından
istifadə etməklə) səviyyəli irimiqyaslı müharibələrədək təsnif edirlər.
Çox va.xt hərbi mütəxəssislər münaqişələri yalnız silahlı zorakılığın
tətbiqi hallarına aid edirlər və müjyafıq olaraq, «aşağı intensivliyə
malik» münaqişələri döyüş əməliyyatlarının aparılması xüsusiyyətinə
malik xüsusi müharibə kateqoriyasına aid edirlər və sinonim kimi
«yerli münaqişə» və digər terminlərdən istifadə edirlər. Sosioloqlar
isə, əksinə, fərdlərlə sosial qruplar arasındakı münasibətlərin
qanunauyğunluqlarım, zorakılığın tətbiq edilib- edilməsindən asılı
olmayaraq, tamamilə başqa, xüsusən beynəlxalq münaqişələrə aid
etməyə çalışırlar. Müvafiq olaraq, müasir elm münaqişələrin
tipologiyası məsələləri üzrə çoxsaylı baxışlar təqdim edir - onları
«hərbi», «sosial», «siyasi», «etnosiyasi» və ya «etnomilli», «etik»,
«hüquqi» və s. münaqişələr adlandırırlar.
45