insident - münaqişədə tərəflərin bilavasitə toqquşmasının
başlanması üçün formal vəsilə (bəhanə).
İnstitutlaşmış
münaqişə
-
mübarizənin
aparılması
normalarının və qaydalarının şərtləşdirildiyi və onun başa
çatdırılmasının dəqiq mexanizmlərinin mövcud olduğu münaqişə.
Qarşıdurma - bir-birinə qarşı yönəlmiş hərəkət.
Qeyri-formal təşkilat - insanların şəxsi seçim əsasında kortəbii
surətdə yaranan birliyi.
Qeyri-sosiallaşdırma - fərdin, yaxud sosial qrupun öz
mədəniyyətindən sıxışdırılıb çıxarılması.
Qrup normaları - qrup üzvlərinin davranışının tənziminin
birgə qrup fəaliyyəti və ünsiyyəti nəticəsində işlənib hazırlanmış
qaydaları.
Katarsis - müxtəlif yayındıncı obyektlərə (düşmən kuklaları,
idman mübarizəsində iştirak və s.) yönəltməklə təcavüzkar
impulslardan azad olma.
Kompromiss - sosial münaqişələrin nizama salınmasının
tərəflərin qarşılıqlı güzəştlərinə əsaslanan metodu.
Konqruentlik - şəxsiyyətin münaqişəli vəziyyəti adekvat
emosional reaksiyası.
Koasensus - sosial münaqişələrin nizama salınmasımn
problemin birgə həllinə yönəlmiş metodu.
Lider - qrupun şəxsi nüfuzu (qeyri-formal lider), yaxud tutduğu
vəzifə (formal lider) ilə əlaqədar qalan iştirakçıların şüur və
davranışına mühüm təsir göstərən üzvü.
Liderlik - şəxsi nüfuza, liderin şəxsiyyətinin tanınmasına
əsaslanan qrupa təsir üsulu.
Marginallar - sosial şəraitə uyğunlaşmamış şəxslər.
Mənafe (lat. interest - əhəmiyyətli, mühüm olan) - sosial
hərəkətlərin real səbəbi.
Motivləşmə - bəzi müəyyən məqsədlə fəaliyyətə sövq edən
meyl, yaxud tələbat.
Mübahisə - birgə problemlərin həllinin ən yaxşı variantının
tapılması ilə bağlı fikir ayrılıqları.
Münaqişə obyekti - münaqişənin konkret səbəbi, motivləri,
hərəkətverici qüvvələri.
Münaqişəli davranış - mübahisəli obyektin tutulub
saxlanması, yaxud rəqibin öz məqsədlərindən imtina etməyə və ya on-
278
lari dəyişdirməyə vadar edilməsi məqsədilə qarşı tərəfə yönəlmiş
hərəkətlər.
Münaqişədə ətraf mühit - fiziki mühitdən (coğrafi, iqlim,
ekoloji və digər amillər) və sosial mühitdən (münaqişənin inkişaf
etdiyi müəyyən sosial şərait) ibarətdir.
Münaqişədə qələbə və məğlubiyyət simvolları - münaqişədə
bir tərəfin qələbəsinin və digər tərəfin məğlubiyyətinin hamı
tərəfindən tanınan amilə çevrilməsi ilə nəticələnən müəyyən
məqsədlərin əldə olunması (məsələn, düşmənin paytaxtının
tutulması).
Münaqişəqabağı vəziyyət - potensial münaqişə subyektləri
arasındakı münasibətlərdə müəyyən ziddiyyətlərlə şərtlənən sosial
gərginliyin artması.
Münaqişə yönəiişi - ehtimal olunan münaqişədə müəyyən
şəkildə hərəkət etməyə hazırlıq. O, tərəflərin məqsədlərini, göz-
ləntilərini və emosional yönəlişini ehtiva edir.
Münaqişənin diaqnostikası - əsas xarakteristikalarının
müəyyən edilməsi məqsədilə münaqişənin tədqiqi.
Münaqişənin genezisi - münaqişənin yaranış, təşəkkül anı və
sonrakı inkişaf prosesi.
Münaqişənin həlli - münaqişə doğurmuş ziddiyyətlərini
aradan qaldırılması və qarşıduran tərəflər arasında normal
münasibətlərin qurulması.
Münaqişənin nizama salınması - münaqişənin səbəblərini
aradan qaldırmadan tərəflərin qarşıdurmasının kəskinliyinin
götürülməsi.
Münaqişənin strukturu - münaqişənin sabit elementlərinin
bütöv sistem təşkil edən məcmusu.
Münaqişənin təkamülü - münaqişənin sadə formalardan daha
mürəkkəb formalara tədrici, fasiləsiz inkişafı prosesi.
Mütləq münaqişələr - mübarizənin bir, yaxud hər iki rəqibin
tam məhvinə qədər aparıldığı münaqişələr.
Nifrət - insanın onun tələbatlarına, mənafelərinə, dəyərlərinə
zidd təzahürə qarşı yönəlmiş sabit mənfi hissi (duyğusu).
Nüfuz - insanın, qrupun, institutun, yaxud təşkilatın malik
olduğu, hamı tərəfindən qəbul edilən əhəmiyyət, təsir; zorakılıq
işlətmədən itaəti təmin etmək qabiliyyəti.
Potensial münaqişə - münaqişənin yaranması üçün real
əsasların mövcud olması, lakin hələlik bir, yaxud hər iki tərəfin
279
bu və ya digər səbəblərə (məsələn, informasiya çatışmazlığına) görə
hələ vəziyyətin münaqişəli olduğunu dərk etməməsi.
Proyeksiya ~ subyektin öz fikir və niyyətlərini şüurlü, yaxud
şüursüz şəkildə başqalarının üzərinə keçirməsi.
Ranq - rütbə, çin, dərəcə, kateqoriya. Sosial konflikto- logiyada
«ali-ibtidai» prinsipi üzrə müəyyən olunur və münaqişə
subyektlərindən birinin qarşıduran tərəfə münasibətdə tutduğu az və
ya çox əlverişli ilkin mövqeyi nəzərdə tutur.
Reqressiya (insan psixikasında) - neqativ müdafiə mexanizmi
(vəziyyətdən qaçma). Reqressiya problemi həll etmir, vəziyyət qalır
və münaqişənin xaricə çıxmamış bütün enerjisi şəxsiyyətin özünün
dağılmasına yönəlir.
Rejim siyasi münaqişəsi (radikal siyasi münaqişə) - siyasi
sistemin dəyişdirilməsi (saxlanması) uğrunda mübarizə.
Resosiaiizasiya - fərdin, yaxud sosial qrupun başqa
mədəniyyətə məcburi (zorakı) inteqrasiyası.
Rəqabət - sosial münaqişənin mənfəət, aztapılan nemətlər,
başqa fayda əldə etmə məqsədi güdən növlərindən biri (xüsusi
mübarizə növü).
Rəqiblik - şəxsi nailiyyətlərin cəmiyyət, kollektiv, qrup
tərəfindən tanınması.
Rəsmiyyətdəııkənar təşkilat ~ rəsmi təşkilatın vəzifələrinin
təsbit olunmuş üsullardan fərqli üsullarla həllinə yönəlmiş, kortəbii
surətdə yaranan əlaqələr, münasibətlər, fəaliyyət sistemi.
Rigidlik (psixologiyada: lat. sərt, möhkəm) - dəyişən şəraitdə
qavrayış və təsəvvürlərin yenidən qurulmasının çətinliyi.
Risk - fəaliyyətin nəticəsinin qeyri-müəyyənliyindən və
uğursuzluq təqdirində mümkün mənfi nəticələrdən ibarət olan
situativ xarakteristikası.
Rollararası münaqişə - şəxsiyyətin icra etdiyi müxtəlif sosial
rolların tələbləri arasında ziddiyyətli vəziyyət.
Siyasi mədəniyyət - siyasi sistemin fəaliyyət qanunları və
qaydaları, siyasi həyat üsulları haqqında biliklərin, təsəvvürlərin,
yönümlərin dəyər-normativ sistemi.
Siyasi mədəniyyətlərin münaqişəsi - müxtəlif siyasi dəyərlərin,
normaların, adətlərin, ənənələrin, siyasi davranış üsullarının və siyasi
inkişaf məqsədlərinin (siyasi həyat tərzlərinin) toqquşması.
280
Siyasi münaqişə - siyasi subyektlərin hakimiyyət və
hakimiyyət münasibətləri ilə bağlı toqquşması.
Sosial münaqişə ~ bir-birini istisna edən tələblərin,
mənafelərin, dəyərlərin toqquşması.
Sosial münaqişədə güc - münaqişə tərəflərinin düşmənin
müqavimətinə rəğmən öz məqsədlərini reallaşdırmaq imkanı və
qabiliyyəti.
Sosial tərəfdaşlıq - işçilər (həmkarlar ittifaqları) və sahibkarlar
arasında qarşılıqlı güzəştlər vasitəsilə qarşılıqlı surətdə məqbul
razılaşmaların əldə edilməsi yolu ilə əmək münasibətlərinin və
münaqişələrinin tənzimlənməsi.
Sosial yönəliş - müəyyən vəziyyətlərdə müəyyən tərzdə
hərəkət etməyə hazırlıq.
Sosiallaşma - fərdin (qrupun) cəmiyyətdə uğurlu həyat
fəaliyyəti üçün zəruri olan davranış, sosial norma və dəyər
nümunələrini mənimsəməsi prosesi.
Sosial-əmək münaqişəsi - əmək münasibətləri mühitində
fəaliyyət göstərən subyektlərin mənafelərin əksliyi ilə şərtlənən
toqquşması.
Sosial-siyasi
böhran
-
sosial-siyasi
ziddiyyətlərin
kəskinləşərək cəmiyyətdə sabitliyin və normal inkişafın pozulması.
Sosial-siyasi münaqişə - əksər sosial qruplar arasında siyasi
münasibətlərə toxunan və həlli üçün siyasi nizamlama metodlarının
zəruri olduğu münaqişə.
Sosial tərəfdaşlıq - işçilər (həmkarlar ittifaqları) və sahibkarlar
(sahibkar birlikləri) arasmda qarşılıqlı güzəştlər vasitəsilə qarşılıqlı
surətdə məqbul sazişlərin əldə edilməsi yolu ilə əmək
münasibətlərinin və münaqişələrinin tənzimlənməsi metodlarından
biri.
Sosial gərginlik - insanların mövcud vəziyyətlə, yaxud
hadisələrin inkişafının gedişi ilə təmin olunmaması nəticəsində
yaranan psixoloji halı. Sosial gərginliyin ən xarakterik təzahür
formaları qrup emosiyalarıdır.
Staqnasiya - inkişaf qabiliyyətinin itirilməsi.
Status-rol siyasəti - cəmiyyətin siyasi strukturunda şəxsi və
qrup statusunun (rolunun) yüksəldilməsi (siyasi hakimiyyət
iyerarxiyasında yer) uğrunda mübarizə.
Stereotip - sosial obyektin (insanın, qrupun, təzahürün və s.)
nisbətən sabit və sadə obrazı.
281
Stereotipləşdirmə - hansısa sosial qrupun xarakteristikalarının
şamil
olunması
yolu
ilə
başqasının
qavranılması
və
qiymətləndirilməsi.
Stress - mürəkkəb (ekstremal) vəziyyətlərdə insanda yaranan
psixi (emosional) gərginlik halı. Stress həm müsbət, səfor- bəredici,
həm də mənfi təsir göstərə bilər. İkinci halda çox vaxt «distress»
anlayışı işlədilir.
Struktur zorakılıq - insanların tələbat və mənafelərini pozan
müəyyən şəraitin (strukturun) yaradılması (məsələn, cəmiyyətdə
insanın insan tərəfindən istismarı).
Şaquli siyasi münaqişələr - cəbhələşmənin «hakimiyyət-
cəmiyyət» xətti üzrə keçməsi. Şaquli siyasi münaqişələrin iki növü
mövcuddur: a) əsasında siyasi strukturda şəxsi və qrup statusunun və
rolunun yüksəldilməsi uğrıında mübarizə duran status-rol
münaqişələri; b) mövcud siyasi quruluşu devirmək, yaxud radikal
surətdə dəyişdirmək məqsədi güdən rejim münaqişələri.
Şəxsiyyət ~ mövcud ictimai münasibətlər sistemi, mədəniyyət
və fərdin bioloji xüsusiyyətləri ilə şərtlənən sabit sosial əhəmiyyətli
əlamətlər sisteminə malik insan.
Şəxsiyyətlərarası qavrama - insanın insan tərəfindən qav-
ranılması, başa düşülməsi və qiymətləndirilməsi aşağıdakı
mexanizmləri ehtiva edir: 1) eyniləşdirmə; 2) sosial-psixoloji reflek-
siya; 3) empatiya; 4) stereotipləşmə.
Şəxsiyyətlərarası münaqişələr - qarşılıqlı münasibət prosesində
bir-birini istisna edən tələblər. Mənafelər, dəyərlər, məqsədlər,
yaxud şəxsi nifrət səbəbindən şəxsiyyətlərin toqquşması.
Şəxsiyyətlərarası uyğunsuzluq - ünsiyyət və birgə fəaliyyət
tərəfdaşlarının fərdlərin dəyər yönümlərinin, temperamenlləri- nin,
psixofiziki reaksiyalarının, fərdi-psixoloji xarakteristikalarının
üst-üstə düşməsinə (qarşı-qarşıya gəlməsinə) əsaslanan qarşılıqlı
nifrəti.
Təcavüz - fiziki, yaxud psixoloji ziyan, zərər vurmağa, yaxud
başqa insanı, insanlar qrupunu və böyük sosial birlikləri məhv
etməyə yönəlmiş fərdi, yaxud kollektiv davranış.
Tələbatlar - insanın, cəmiyyətin qrupunun həyat fəaliyyətinin
və inkişafının təmin edilməsi üçün obyektiv surətdə zəruri olan
nəyəsə ehtiyac, fəallığın daxili sövqedicisi.
Təmin olunmama - bu və ya digər amillərin, hadisələrin,
282
halların, inkişaf meyllərinin və s. mənfi qavranılması
(qiymətləndirilməsi).
Təsadüfi münaqişə - anlaşılmazlıq üzündən, yaxud
hadisələrin təsadüfi inkişafı nəticəsində yaranmış münaqişə.
Təsəvvür - əşyanın, yaxud təzahürün əvvəl qavranılmış, yaxud
məhsuldar təxəyyüllün yaratdığı obrazı.
Tətil - işçilərin özlərinin iqtisadi, sosial-siyasi və digər
mənafelərinin müdafiəsi məqsədilə təşkil etdikləri işin kollektiv
surətdə dayandırılması, yaxud tənzimlənən əmək fəaliyyətində
iştirakdan imtina.
Kortəbii tətil - sosial-psixoloji gərginliyin boşaldılması
məqsədini güdür. Kortəbii tətilə bu və ya digər münaqişəli insident
vəsilə ola bilər.
Tolerantlıq - özgəsinin həyat tərzinə, rəyinə, davranışına,
dəyərlərinə və s. dözümlülük.
Tolerantlığın fərdi həddi - psixoloji gərginliyin artmasımn
fərdin münaqişəyə girdiyi, yaxud frustrasiyaya düşdüyü müəyyən
son həddi.
Üfüqi siyasi münaqişələr - mövcud rejim çərçivəsində,
məsələn, icraedici və qanunverici hakimiyyət arasında hakimiyyət və
hakimiyyət səlahiyyətləri uğrunda mübarizə.
Vasitəçilik - şəxsiyyətlərarası, qruplarası və dövlətlərarası
danışıqlara təkan verən proses.
Yalançı münaqişə - cəbhələşmə üçün real səbəblər olmasa da,
subyektin
(subyektlərin)
vəzİ
3
^ətinin
münaqişə
kimi
qiymətləndirməsi.
Yanlış qavramlan münaqişə - əsl «müqəssir» olan münaqişə
subyektinin «səhnə arxasında» qaldığı, qarşıdurmada isə ona
bilavasitə aidiyyatı olmayan iştirakçıların iştirak etdiyi münaqişə.
Yeri dəyişdirilmiş münaqişə - həqiqi səbəb gizlədilərək
yalançı əsasla yaranmış münaqişə.
Yönəliş - subyektin müəyyən vəziyyətə hazırlığı; subyektin
psixika və davranış təzahürlərinin müəyyən yönümü; gələcək
hadisələrin qavranılmasına hazırlıq.
Zorakılıq - dar mənada zorakılıq insana cismani və mənəvi
zədə yetirilməsi kimi qarşılanır; geniş mənada zorakılıq dedikdə
başqa şəxslərin və sosial qrupların barəsində məcburetmənin
istənilən forması başa düşülür.
283
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYAT
2
.
3
.
I.
A.N.Abbasbəyli. Beynəlxalq münaqişələr: nəzəri və
kon-
septual yanaşmalar. Bakı, 2006.
A.N.Abbasbəyli. Hərbi-siyasi münaqişələrin nizamlan-
ması texnologiyaları. «Beynəlxalq hüquq və inteqrasiya
problemləri». Bakı, 2005, №4.
A.N.Abbasbəyli. Beynəlxalq münasibətlərdə hərbi güc
faktoru. Yenə orada. Bakı, 2006, №1(05).
4.
A.N.Abbasbəyli. Müasir şəraitdə beynəlxalq təhlükəsizlik
və Azərbaycan Respublikası. «Tarix və onun problem-
ləri». Bakı, 2006, №1.
5.
А.Н.Аббасбейли. Взаимоотношение или соперничество
Российской Федерации и Соединенных ПЛтатов А.мери-
ки на современном этапе. «Diplomatiya aləti». Bakı.
2006, 14.
6.
Конфликтология // под. ред. В.П.Ратникова. М., 2005.
7.
Конфликтология // под. ред. А.С.Кармина. Санкт-Петер-
бург, 1999.
8.
Козырев Г.И. Введение в конфликтологию. М., 1999.
9.
Дмитриев А.В. Конфликтология. М., 2000.
10.
Анцупов Л.Я., Шипилов А.И. Конфликтология. М.,
2002
.
II.
Здравомыслов А.Г. Социология конфликта. М., 1995.
12.
Овчинников
В.С.
Политические
конфликты
в
международных отношениях и пути их разрешения. М.,
1990.
13.
Социально-политические
конфликты
в
сфере
межнациональных отношений и п>ти их разрешения. М.,
1990.
14.
Мацнев А.А. Этнополитические конфликты: природа,
типология
и
пути
урегулирования
//
Социально-политический журнал, 1996, №4.
15.
Михайлов К.А. Принцип «воронки» или ме.хаиизм
развертывания
межэтнического
конфликта
//
Социологические исследования, 1993, №5.
284
16.
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997.
17.
Диксон Ч. Конфликт. СПб., 1997.
18.
Каррас Ч. Искусство ведения переговоров. М., 1997.
19.
Лоренц К. Агрессия. М.; Прогресс, 1994.
20.
Основы конфликтологии // под ред. В.Ы.Кудрявцева. М.,
1997.
21.
Скотт Дж.Г. Конфликты, пути их преодоления. Киев,
1991.
22.
Фишер Р., Эртель Д. Подготовка к переговорам. М,, 1996.
23.
Шевцов В.М. Межнациональные конфликты: механизмы
их разрешения. М.: ГАВС, 1994.
24.
Əliyev G., Hacızadə Н. Konfliktologiyaya giriş. Bakı, Təbib,
1998.
25.
Üzeyir Şəfi. Konfliktologiya. Siyasi-sosioloji təhlil. Bakı,
2002
.
26.
Блищенко
В.И.,Солнцева
М.М.
Региональные
конфликты и международное право (вторая половина XX
- начало XXI века). Учебное пособие. М., 2005.
27.
Коваленко
Б.В.,
Пирогов
А.И.,
Рыжов
О.А.
Политическая конфликтология. Учебное пособие. М.,
2002.
28.
Лебедева
М.М.
Политическое
урегулирование
конфликтов. Подходы, решения, технологии. М., 1999.
29.
Аклаев А.Р. Этнополитическая конфликтология. Анализ
и менеджмент. Учебное пособие. М., 2005.
30.
Фельдман Д.М. Политология конфликта. М., 1998.
31.
Фишер Р., Юри У. Путь к согласию или переговоры без
поражения. М., 1992.
32.
Введение в теорию .международного конфликта. М.,
1996.
33.
Карнеги Д. Путь к согласию. М., 1991.
34.
Вебер М. Избранные произведения. М., 1990.
35.
Ле Бон Г. Психология народов и масс. СПб., 1995.
36.
Pruitt D., Rubin J. Social conflict: escalation, stalement, set
285
tlement. N.Y., 1984.
37.
Simmel G. Conflict. N.Y., 1955.
38.
Darcndorf R. Class and Class Conflict in Industrial Society. N.Y.,
1959.
39.
Schelling T.C. The Strategy of Conflict. Camridge, 1960.
40.
Shikman S. Theory of political conflict. N.Y., 1989.
41.
Thomas K.W., KiLLmann R.H. Thomas-KiLLmann conflict mode
instrument. XICOM, inc., 1990.
286
Dostları ilə paylaş: |