Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

naqişələrin  təsnifləşdirilməsi  -  müxtəlif  konkret  münaqişələrin  bir 
qrupda  birləşdirilməsi,  yaxud  eyni  tipə  aid  edilməsi  yalnız  onların 
obyektiv  xarakteristikalarını  əks  etdirmir,  həm  də  onların 
öyrənilməsinin asanlaşdırılmasma xidmət edir. 
Siyasi  münaqişələr  öyrənilərkən  onların  arasında,  birincisi, 
daxili  siyasi  və  beynəlxalq  siyasi  münaqişələr  fərqləndirilir.  Daxili 
siyasi  münaqişələrə  dövlətin  sərhədləri  daxilində  cərəyan  edən 
münaqişələr  aiddir.  Məsələn,  bu  və  ya  digər  dövlət  vəzifəsinə 
iddiaçıların  qarşıdurması,  siyasi  partiyaların  arasında,  yaxud  partiya 
rəhbərliyində  yer  uğrunda  siyasi  xadimlərin  arasında  rəqabətlə 
şərtlənən  münaqişəli  vəziyyətlər,  eyni  ölkənin  müxtəlif  siyasi 
tələblərlə çıxış edən ictimai hərəkatlarının toqquşması və s. 
Beynəlxalq  siyasi  münaqişələrə  dünya  meydanında,  yəni 
milli-dövlət  sərhədlərindən  kənarda  baş  verən  siyasi  münaqişələr 
aiddir.  Məsələn,  müxtəlif  dövlətlər  və  onların  ittifaqları,  beynəlxalq 
təşkilatlar,  müxtəlif  ölkələrdə  fəaliyyət  göstərən  ictimai-  siyasi 
birliklər  arasında  münaqişələr  və  s.  Burada  vurğulamaq  vacibdir  ki, 
bütün beynəlxalq münaqişələr siyasi münaqişə deyildir. Ermənistanın 
Azərbaycan  ərazisinin  20%-ni  işğal  etməsi  ilə  nəticələnmiş 
Ermənistan-Azərbaycan,  Dağhq  Qarabağ 
münaqişəsi  siyasi 
münaqişələrin konkret təcəssümüdür. 
İkincisi,  beynəlxalq  siyasi  münaqişələr  silahlı  və  silahsız 
münaqişələrə ayrılır. Silahlı münaqişə (daha geniş mənada müharibə) 
dedikdə,  müasir  hərbi  konfliktologiyada  aşağıdakı  xarakteristikalara 
malik  olan  münaqişə  başa  düşülür:  mübarizədə  iki  və  ya  daha  artıq 
silahlı  tərəf  bilavasitə  iştirak  edir;  döyüş  əməliyyatları  heç  olmasa 
minimum  mərkəzləşdirilmiş  rəhbərlik  səviyyəsində  aparılır;  silahlı 
əməliyyatlar  münaqişə  tərəflərinin  kortəbii  hərəkətləri  kimi  deyil, 
müəyyən daimiliklə həyata keçirilir. Silahlı siyasi münaqişələrə misal 
kimi  1980-ci  illərdə  İngütərə  və  .Argentina  arasında  Folklend 
(Malvina) 
adaları 
uğrunda 
baş 
verən 
münaqişəni, 
Ermənistan-Azərbaycan münaqişəsini və s. göstərmək olar. 
Üçüncüsü,  beynəlxalq  siyasi  münaqişələr  onların  nizama 
salınması  perspektivi  baxımından  nəzərdən  keçirilərkən  siyasi 
münaqişələrin  «çarpışmalara  (yaxud  «döjmşlərwə),  oyunlar»a  və 
«deyişmələr»ə  (yaxud  «mübahisələr»ə)  bölünməsindən  istifadə 
olunur. Bu bölgü ədəbiyyatda geniş yayılmışdır və beynəlxalq 
75 


siyasi  münaqişələrin  spesifik  xüsusiyyətlərinin  və  dinamikasının 
öyrənilməsinə çox fəal surətdə cəlb olunur. 
«Çarpışma»  tipli  münaqişələrdə  hər  bir  iştirakçı  tərəf  digər 
tərəfi nəyin  bahasına olursa-olsun məhv, tabe,  yaxud təcrid edilməli 
olan düşmən kimi qavrayır. 
Düşmənə  mümkün  qədər  böyük  ziyan  vurmağa  çalışan 
münaqişə tərəfləri öz məsrəfləri ilə hesablaşmadan, optimal fəaliyyət 
strategiyasının  işlənib  hazırlanmasının  qeydinə  qalrmrlar.  Bu 
münaqişənin  iştirakçılarına  yalnız  qələbə  lazımdır,  qarşıdurmanın 
başqa nəticəsi onları qane etmir. 
«Oyunlar» 
iştirakçılarının 
onların 
qarşıdurmasını 
məhdudlaşdıran  özünəməxsus  çərçivələr  yaradan  qaydaları  rəhbər 
tutaraq,  uzlaşmaz  məqsədlərin  əldə  edilməsi  uğrunda  mübarizə 
apardıqları münaqişələrdir. 
Bu tip münaqişələrdə rəqiblər özlərini rasional tərzdə aparır, öz 
hərəkətlərini  hesablayır  və  mümkün  qazanc  və  məsrəfləri 
ölçüb-biçirlər.  Onlar  qələbəyə  can  atarkən  münaqişə  qurtardıqdan 
sonra, yaxud hətta münaqişənin gedişində əməkdaşlıq imkanını istisna 
etmir,  digər  münaqişə  iştirakçısını  rasional  düşüncəli  tərəfdaş  kimi 
qavrayırlar.  Belə  münaqişələr  bütün  iştirakçıların  qəbul  etdikləri 
norma  və  qaydalara  sadiqliyi,  habelə  həmin  qaydaların  institusional 
təsbitini nəzərdə tutur. 
«Mübahisə»,  yaxud  «deyişmə»  tipli  münaqişələr  üçün 
münaqişə  tərəflərinin  bir-birini  inandırma  metodu  ilə,  öz  dəlillərini 
irəli sürməklə və əks dəlilləri təkzib etməklə fikrini dəyişdirmək, öz 
tərəfinə  çəkmək  lazım  olan  yanılan,  səhv  edən  opponent  kimi 
qavraması  xarakterikdir.  Bu,  çeviklik,  digər  münaqişə  tərəfinin 
mövqeyində baş verən dəyişikliklərin  təsiri altında öz mövqeyini və 
baxışını  dəyişdirmək  bacarığı  tələb  edən  yüksək  rasional  qarşılıqlı 
fəaliyyətdir.  Bu  tip  münaqişələrdə  qarşılıqh  fəaliyyət  qaydalarının 
dəyişdirilməsinə,  yaxud  fikir  ayrılıqları  sahəsini  məhdudlaşdıran, 
yaxud  əldə  edilmiş  razılaşmaları  təsbit  edən  yeni  qaydaların  ifadə 
edilməsinə yol verilir. Buna misal kimi Rusiya və Yaponiya arasında 
dörd Kuril adası uğrunda münaqişə göstərilə bilər. 
Beləliklə,  qarşıdurma  ilə  yanaşı,  əməkdaşlıq  bu  tip 
münaqişələrin  tərkib  hissəsidir.  Belə  münaqişələrə  misal  kimi 
mübahisəli problemə dair iştirakçılarımn qarşılıqlı münasibətlərin, o 
76 


cümlədən,  ticarət  münasibətlərinin  inkişaf  etdirilməsində  maraqlı 
olduqları  beynəlxalq  danışıqları  göstərmək  olar.  Müzakirələrin 
gedişində onlar həm mübahisəli problemin həllində əsas götürüləcək 
qaydaları,  həm  də  onunla  bağlı  yaranmış  münaqişənin  qarşılıqlı 
münasibətlərin digər sahələrinə təsirini azaltmağa imkan verən üsulu 
işləyib hazırlayırlar. 
Hansısa  münaqişənin  sadalanan  növlərdən  və  tiplərdən  hər 
hansı birinə aid edilməsi bu münaqişəni, rəqib tərəflərin məqsədlərini
qarşılıqlı təsir və bir-birini qavrama üsullarını təsnifləşdirməyə kömək 
göstərməklə münaqişəli vəziyyətin xarakteri, yaxud inkişaf dinamikası 
haqqında təxmini təsəvvür yaradır. 
Qeyd  etmək  lazımdır  ki,  heç  bir  beynəlxalq  siyasi  münaqişə 
insanların fəal, şüurlu məqsədyönlü fəaliyyəti olmadan yarana, inkişaf 
edə və nizama salına bilməz. Onlar, xüsusilə, silahlı xarakter daşıyan 
qarşıdurmanın  yalnız  qurbanı  deyil,  həm  də  fayda  əldə  etmək 
məqsədilə  münaqişə  alovunu  qızışdıran  təşəbbüsçüsü  qismində  çıxış 
edirlər.  Müxtəlif  hallarda  bu  fayda  ehtiyatların,  sərvətlərin  əldə 
edilməsindən,  öz  dəyərlərinin  təsdiqindən  ibarət  ola  bilər.  Lakin 
siyasət  aləmində fayda həmişə bu və  ya digər dərəcədə hakimiyyətə 
münasibətlə  müəyyən  olunur.  Sübut  olunmuş  hesab  etmək  olar  ki, 
sosial  harmoniya,  münaqişəsizlik  vəziyyəti  real,  həqiqi  ictimai 
münasibətlərdə  əldə  edilə  bilməz.  Beynəlxalq  siyasi  münaqişələrin 
anlamından asılı  olmayaraq, istənilən halda onlar düşünən şəxslərin, 
yəni  şüurlu  surətdə  öz  qarşısında  məqsədlər  qoyan  və  həmin 
məqsədlərə çatmağa çalışan kəslərin münaqişəsidir. 
Bütün  bunlar  beynəlxalq  siyasi  münaqişələrə  tam  surətdə 
aiddir.  Həmin  münaqişələrdə  ayrı-ayrı  fərdlər,  dövlətlər,  ictimai 
hərəkatlar,  korporasiyalar,  habelə,  etnik,  dini,  yaş,  peşə,  yaxud  hər 
hansı başqa əlamət üzrə birləşmiş ayrı-ayrı sosial qruplar iştirak edir 
(yaxud  iştirak  edə  bilər).  Münaqişə,  birincisi,  onun  predmetini 
hakimiyyətin əldə edilməsi, yenidən bölüşdürülməsi, saxlanması, yəni 
siyasət təşkil etdikdə, ikincisi, münaqişə tərəfləri arasında qarşıdurma 
milli-dövlət  sərhədlərindən  kənara  çıxdıqda  beynəlxalq  siyasi 
münaqişəyə çevrilir. 
Beləliklə,  taxt-taca  iddia  edən  müxtəlif  sülalələrin 
nümayəndələri,  yaxud  hökuməti  formalaşdırmağa  çalışan  partiyalar 
arasında hakmiyyət uğrunda mübarizə daxili münaqişələrin xa 
77 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə