Corc Buş Qorbaçov haqqında təsəvvürlərini hətta, Sovet rəhbəri
Birləşmiş Ştatlara bir neçə birtərəfli jestlər etdikdən sonra belə
dəyişmajnişdi. Yalnız böyük dəyişikliklər haqqında məlumatlar güclü
axın şəklində gəldikdə, nəhayət, özünün yaxşı formalaşmış
təsəvvürlərini dəyişdi. Hətta ən möhkəm sxem belə uyğun gəlməyən
güclü məlumatın və ya verilənləri daha yaxşı
sistemləşdirən alternativ
sxemin hücumuna davam gətirə bilmir.
Başqası haqqında sxemdə əhəmiyyətli dəyişiklik uyğun
olmayan məlumatın təsirinə məruz qalan subyektlərin davranışı
təsadüfi deyil, hədəfin xarakterini əks etdirdiyinə əmin olduğu zaman
da baş verir. Məsələn, xorvat və müsəlman rəhbərləri serblər haqqında
təsəvvürlərini Serbiyanın siyasətindəki dəyişikliyi - hərbi
səlahiyyətləri
Kracinadakı
Xorvat
qüvvələrinə
ötürməyi
gecikdirmələri ilə əlaqələndirdiklərindən dəyişmirdilər. Bu, uyğun
olmayan məlumat şərait deyil, mövqe amillərinin ayağına yazıldıqda
baş verir. Uyğun olmayan davranışın mövqe yox, şərait amillərinin
ayağına yazılmasına üstünlük verilməsi kimi ümumi meyl isə
dəyişikliklərin niyə belə gec-gec baş verdiyini izah edir.
Dəyişiklik, həm də idraki mürəkkəbliyin, və ya obyektlər və
şərait haqqında məlumatı emal etmək üçün istifadə edilən idraki
qaydaların mürəkkəbliyinin funksiyasıdır. İdraki mürəkkəblik fikrin
məzmunundan daha artıq dərketmə prosesinin strukturu və ya təşkilinə
aiddir. Mürəkkəblik sxemin dəyişməsinə bir qədər ziddiyyətli təsir
göstərir.
İdraki sistemin qəbul edənin
yeni məlumatla
qarşılaşdırılmasmda yeni və ya incə fərqlər qoymaq imkanı o qədər
böyükdür. Yüksək dərəcədə mürəkkəb sxemə malik mütəxəssislər
yeni məlumata bərkidilmiş və sərt olması daha ehtimallı olan aşağı
mürəkkəblik səviyyəli s.xemə malik yeni başlayanlardan daha
həssasdırlar. Çoxqat mühakimə ölçülərinə malik olanlar həm də
məlumatları birləşdirmək və müqayisə etməyi asanlaşdıran
mücərrədləşdirmə qaydalarına malik olmağa meyl edirlər. Onlar yeni
məlumatın alternativ yozumunu verməyə meyl göstərirlər, lakin
mücərrədləşdirmə və birləşdirmə imkanlarından istifadə edərək bu çox
variantlılığı aradan qaldırmağa qabildirlər.
Daha çox münasib məlumata malik olan mütəxəssislər uyğun
olmayan məlumatı istisna və ya xüsusi hal
kimi daha asan
202
daxil edə bilərlər. Ona görə də, uyğun olmayan verilənlər onların
sxemlərinə yeni başlayanlarmkından daha az təsirə malikdir.
Paradoksal da olsa xarici siyasətdə təcrübəli rəhbərlərin öz
mühakimələrində az təcrübəyə malik yeni rəhbərlərdən daha
mühafizəkar olması daha ehtimallıdır.
İdraki psixologiya yüksək dəyərlərin oyuna qoyulmuş olduğu
beynəlxalq münaqişələrin mənzərəsini yaradarkən rəhbərlərin apardığı
mühakimələri təhrif edə biləcək bir sıra sapıntılar müəyyən etmişdir.
Tədqiqatın mühüm bir hissəsi çərçivələməni fərdlə yox, şəraitlə
əlaqələndirir və seçimə güclü təsiri proqnozlaşdırır, Rasional seçim
nəzəriyyəsinin toplum xidmət funksiyaları variantına
ən böyük düzəliş
olan perspektiv (baxış bucağı) nəzəriyyəsi bildirir ki, qərarın qəbul
edilməsi məsələsinin necə çərçivələnməsi (strukturlaşdırılması) seçimə
təsir göstərir.
Çərçivələmə, sadəcə olaraq, variantların təqdim edilmə
ardıcıllığının və ya variantları təsvir edən dilin seçimə necə təsir edə
biləcəyi yollarını göstərir. Tədqiqat intuisiyaya güclü surətdə əks olan
nəticələr təklif edir: problemin məğzini dəyişmədən, seçimi mümkün
variantların ardıcıllığı və təsviri vasitəsilə idarə etmək mümkündür.
Sadəcə çərçivənin dəyişməsinin üstünlüklərdə dəyişiklik edə
biləcəyinin aydınlaşması rasional seçimin ən fundamental
aksiomlarından birini pozur. Beynəlxalq münaqişənin idarə edilməsi
üçün siyasətin əhəmiyyəti şübhəsiz və güclüdür. Məsələn, Dövlət
katibi Ceyms Beker 1991-ci ildə İsrailin baş naziri Yitzhak Şamiri
Madrid prosesinə qoşmaq üçün uğursuz cəhdlərinin yekununda ona
xəbərdarlıq etmişdi ki, qoy o, masa- mn arxasında oturacağı halda nə
əldə edəcəyini yox, kənarda duracağı halda nə itirəcəyini fikirləşsin.
Shamir iştirak etməyə razılaşmışdı.
Baker
təhtəlşüur
(intuitiv)
olaraq
nəzər
nöqtəsi
nəzəriyyəçilərinin irəli sürdüyü mühüm bir mülahizəni qəbul etmişdi.
İnsanlar aidiyyatlı nöqtə ətrafında problemi çərçivələyir və variantları
içəridə qalan hissənin üstünlükləri baxımından nəzərdən keçirirlər.
Onların müəyyən etdikləri variantlar qazanc oblastındadırsa, insanlar
risk etməməyə meylli olur, əgər müə
5
^ən etdikləri variantlar itki
oblastındadırsa, insanlar riskli variantı seçməyə meylli olur. Beləliklə,
risk qabaqcadan formalaşmış fərdi mövqeyin deyil, problemləri
çərçivələməyin funksiyasıdır.
203