Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

41 
 
və Gürcüstan hökumətləri arasında hərbi ittifaqın bağlanmasında Sulkeviçin böyük 
köməyi olub. Bu təşəbbüsü o irəli sürmüşdü: 
«Üç il müddətində imzalanmış hərbi müdafiə paktına görə Azərbaycanın və 
Gürcüstanın istiqlaliyyət və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz 
olduğu  təqdirdə  müqavilədə  olan  tərəflər  bir-birinə  yardım  göstərməyə  borclu 
idilər» (C. Həsənov ««Ağ ləkə»lərin qara kölgəsi» kitabı, 1991, səh. 85). 
Hər  iki  tərəf  üçün  ciddi  müdafiə  xarakteri  daşıyan,  on  maddəli  müqaviləni 
Azərbaycan  Respublikası  tərəfindən  Xarici  İşlər  Naziri  Məmmədyusif  Səfərov, 
Hərbi  Nazir  Səmədbəy  Mehmandarov,  Baş  Qərargah  rəisi  Məmmədbəy  Sulkeviç, 
Gürcüstan  Respublikası  tərəfindən  isə  Xarici  İşlər  Naziri  Geqeçkori,  Hərbi  Nazir 
Ramişvili,  Hərbi  Nazirin  köməkçisi  Qedevanov  və  general  Odişelidze 
imzalamışdılar. 
1920-ci  ilin  mayında  bolşeviklər  general  Məmmədbəy  Sulkeviçi  həbs  edib 
Bakı  fövqəladə  Komitəsinin  zərzəmisinə  salırlar.
1
  İyulun  15-də  «Əksinqilabi 
fəaliyyətdə» ittiham olunduğuna görə isə güllələyirlər. 
Məmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» kitabında iyirminci 
ildə güllələnən general Məmmədbəy Sulkeviçin adını yana-yana çəkir. Onun mərd, 
mübariz bir şəxsiyyət olduğunu iftixarla qeyd edir. O, xatirələrində yazır: 
«Qardaşım,  parlament  üzvü  Mehmed  Əli  bəyin  hekayətini  ilk  dəfə  xalqa 
çatdırmaq  istəyirəm.  O,  qorxmaz  general  Sulkeviçin  qəhrəmancasına  ölümünün 
şahididir.  Onunla  bir  kamerada  olan  Mehmed  Əli  bəy  söyləyirdi:  «Generala  əmr 
etdilər  ki,  çekistlərin  ardınca  getsin.  Bizə  aydın  oldu  ki,  onun  ölüm  saatı  çatıb. 
Ətrafa  ölüm  sükutu  çökmüşdü.  Onun  gözlərinə  baxmağa  cəsarət  etmirdik,  biz 
təsəlli sözü tapa bilmirdik... General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli 
səslə  dediyi  sözləri  ömrüm  boyu  unutmayacağam:  «Xoşbəxtəm  ki,  müsəlman 
Ordusunun zabiti kimi ölürəm. Xudahafiz!». 
O, öz mərd davranışı ilə könüllü qəbul etdiyi Azərbaycan vətəndaşlığını və 
Litva tatarlarının şöhrətini şərəflə qorudu. 
Əzablı  bir  ömür  yolu  keçərək  əlli  beş  yaşında  bolşevik-daşnak  gülləsinin 
haqsız 
qurbanı  olan  general-leytenant  Məmmədbəy  Sulkeviçin  nəinki 
Azərbaycanda, heç Rus imperiyası ərazisində belə sağ qalan kimsəsi yoxdur. Onun 
haqqında Musavat dövrünün arxivində az da olsa məlumat qalıb. 
Şuşadan,  Xankəndindən  və  Zəngəzur  ekspedisiyasından  vurduğu 
teleqramlar, Baş Qərargah rəisi kimi verdiyi əmr və sərəncamlar onun Azərbaycanı 
ürəkdən  sevdiyinə  əyani  sübutdur.  Rəyasət  və  stol  sevməyən  döyüş  generalı 
Məmmədbəy Sulkeviç həmişə ön cəbhədə olmuş, əsgərləri döyüşə ruhlandırmışdır. 
Onun  1920-ci  il  yanvarın  28-də  Şuşadan  Hərb  Naziri  əvəzi  general  Əliağa 
Şıxlinskiyə vurduğu teleqramda oxuyuruq: 
                                                           
1
 İndiki Yusif Məmmədəliyev küçəsindəki on beş nömrəli evin zirzəmisinə — müəl. 
 


42 
 
«Şəxsiyyətini  yaxşı  tanıdığım  və  birinci  Zəngəzur  ekspedisiyasında  əla 
döyüşünün  şahidi  olduğum  podpolkovnik  Novruzovun
1
  Qarabağ  dəstəsinin 
artilleriya rəisi təyin edilməsi üçün vəsadət edirəm. 
BaĢ  Qərargah  rəisi   
general Məmmədbəy Sulkeviç». 
İyirminci  ilin  iyulunda  general  Məmmədbəy  Sulkeviçin  son  gününün 
şahidlərindən  biri  də  Bakıda  bolşeviklər  tərəfindən  həbs  olunan  Azərbaycan 
Respublikasının  Xarici  İşlər  Nazirliyi  diplomatik  departamenti  ümumi  şöbəsinin 
müdiri Meçislav Stanislavoviç Rudzinski olmuşdur: 
—  1920-ci  il  aprelin  iyirmi  səkkizində  bolşevik  çevrilişi  baş  verdi.  Mən 
Polşa  nümayəndə  heyətinin  üzvləri  ilə  birlikdə  həbs  edildim.  Bir  neçə  gündən 
sonra bizi  fövqəladə Komitəyə apardılar. Az  sonra  general  Məmmədbəy Sulkeviç 
də  buraya  gətirildi.  Onun  əhval-ruhiyyəsi  çox  pis  idi.  Fikirləşirdi  ki, 
güllələyəcəklər.  Özü  haqqında  veriləcək  qərarı  təkminlə  gözləyirdi.  Onunla  bir 
kamerada  olduğumdan  bütün  günü  dərdləşirdik.  Birinci  günü  döşəmədə  yatır  və 
başımızın altına yastıq əvəzi qəzet qoyurduq. Sonra rəflər düzəldildi...  Çevrilişdən 
bir  neçə  həftə  sonra  sübh  çağı  çekistlər  içəri  girərək  bir  neçə  nəfəri  oyatdılar, 
şeylərini  yığmağı  onlara  əmr  etdilər.  Çekistlər  tələsdirir,  haraya  aparacaqları 
barədə  məhbuslara  heç  nə  demirdilər.  Mən  general  Məmmədbəy  Sulkeviçin 
yaxınlığında  yatmışdım.  General  bizlərdən  bir  neçə  nəfərin  əlini  sıxmağa  macal 
tapdı.  Xüdahafizləşərkən  o,  tam  yəqinliklə  bildirdi  ki,  güllələməyə  aparırlar. 
Özümüzün sağ qalacağımıza heç bir ümidimiz olmasa da, ona təsəlli verdik. Onu 
da qeyd etməliyəm ki, general özünü çox ləyaqətli və mərdanə   aparırdı... Bir neçə 
gündən  sonra  qəzetlərdə  «əksinqilabi  fəaliyyətində  ittiham  olunanların    
güllələnməsi  haqqında  məlumatı  oxuduq.  Bu  siyahıda  general-leytenant   
Məmmədbəy  Sulkeviçin  familiyası  da  vardı.  O  da  mənə  məlumdur  ki,  general 
Sulkeviç  haqqında  heç  bir  araşdırma,  məhkəmə  istintaqı  olmadı.  O,  Azərbaycan 
Demokratik Ordusunun generalı olduğuna görə sorğusuz-sualsız güllələndi. 
 
GENERAL CAVAD BƏY ġIXLĠNSKĠ 
(və hərbçi Şıxlinskilər haqqında qeydlər) 
Ata yurdumuzdan ilham almasaq, 
Zaman ağac kimi qurudar bizi. 
Bu gün babaları yada salmasaq,  
Sabah nəvələr də unudar bizi. 
Hüseyn ARĠF 
Bir  neçə  il  əvvəl  iyirminci  illərə  kimi  yaşamış  bir  çox  hərbçilərimiz 
haqqında  danışmaq  bizə  yasaq  olmuşdu.  Xüsusilə  də,  Azərbaycan  Xalq 
                                                           
1
 Xankəndində yerləşən ikinci dağ divizionunun    komandiri, podpolkovnik Nikolay İosifoviç 
Novruzovdur — müəl. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə