Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

57 
 
Gündüzlər ayaqyalın, başıaçıq oynadığı bu  hay-küylü sahil gecə yuxusunda 
uyuyurdu.  Səssizlik onun qulağını batırır, qorxusunu artırırdı.  Sakit çay da elə bil 
gündüzün haray-həşirindən yuxuya getmişdi. Daş atmasan onun səsini eşitməzdin. 
Qamışlıq xışıldadı. İbrahim diksinib əlini yerə uzatdı. Nəsə qamışlığı yara-yara ona 
tərəf gəlirdi. Qaranlıqda iki göz od kimi yanırdı. İbrahim «a kafir» — deyib, qorxa-
qorxa daş atdı. Çaqqal sivişib qamışlıqda yox oldu. «Yaxşı ki, dovşan deyil, nənəm 
deyərdi çaqqal yola uğurludu». 
İbrahim  yenidən  Pənah  kişinin  evini  axtarıb  tapdı.  İlxıçının  qara  damının 
qapısı cırıltı ilə açıldı. Əvvəl Pənah kişi, sonra da əli xurcunlu arvadı çıxdı. 
—A kişi, uşaqlara tuman-köynək almağı unutma. 
—Rəhmətliyin qızı, mən at satmağa gedirəm, yoxsa tuman-köynək almağa, 
—  Pənah  kişi  arvada  hirsləndi.  —  Axşama  kimi  kor  Baqrat  tuman-köynək  satır, 
ondan alsan belin qırılarmı? 
—Onda  son atanın  goru, bir az  mampası al,  —  arvad  yalvardı,  —  uşaqlar 
neçə gündü sevincək olublar ki, dədəmiz şəhərdən mampas alacaq. 
Pənah kişi könülsüz: 
—Yaxşı,  yaxşı,  —  deyib,  xurcunu  atın  belinə  aşırdı.  Atı  yedəkləyib 
xalxaldan çıxartdı. İbrahimin yanına qədər ata minmədi. Qamışlığın arxasına çəkib 
atın sağrısını, boynunu sığalladı, oxşadı. 
—Əlimdən möhkəm tut, indi atıl min. 
İbrahim bir göz qırpımında ata sıçradı. 
—Geri  otur,  —  Pənah  kişinin  səsində  arvadla  danışdığı  əsəbilik  qalmışdı. 
O, birdən fikrini dəyişib: -  Yox, yox, a İbi, qabağa otur, bu üzülmüş xamdı, birdən 
çayın ortasında hürküb eləyər yıxar səni. Yalmanından bərk tut, çətini çayı keçənə 
kimidi. 
—İlxıçı  «ya  allah»  deyib  ata  mindi.  Xam  at  çayın  dərin-dayaz  yerinə 
baxmayıb suyu yarır,    fınxıra-fınxıra o taya tələsirdi. 
Sahilin  o  tayı  başdan-başa  meşə  idi.  Şəmkirdən  başlayan  qədim  Qarayazı 
meşəsi  Kürün  sahili  boyunca  yaşıl  kəmər  kimi  Gürcüstan  sərhədlərinə  doğru 
uzanırdı. Çayın sağ sahilindəki Salahlı, Şıxlı obalarının dolanacağı da bu meşə idi. 
Əhali otu, odunu buradan aparır, mal-qarasını burada otarırdı. Pənah kişi də burada 
ilxı saxlayırdı. Hər ilin payızında beş-altı dilbozu Tiflisə aparıb dolanacaq edirdi. 
O  taya  çıxan  kimi  at  tanış  cığırda  yerişini  artırdı.  Meşə  bir  az  seyrələndə 
duruxub kişnədi və birdən götürüldü. Pənah kişi atın başını çəkdi: 
—Əyə, üzülmüşün boynunu sığalla, gecə    vaxtı nə hay-küy salır. 
İbrahim atın yalmanını sığallaya-sığallaya: 
—Pənah əmi, — dedi, — bu nə dəli atdı,  bunnan heç oğurluğa-zada getmək 
olmaz. 
—Təzə  tutmuşam,  a  bala,  hələ  yaxşı  öyrəşməyib.  Sən  niyə  bu  gecə  vaxtı 
tərs atın üstündə tərs söz danışdın. Allaha şükür, nəsil-nəcabətində oğurluq eləyən 
də yoxdur. Oğurluq haradan ağlına gəldi? 


58 
 
İbrahim nə ağ dindi, nə də qara. 
—A İbi, sən Mirzənin evini tanıyırsanmı? 
Kişi İbrahimin yaralı yerinə toxundu. Odur ki, kefsiz-kefsiz: 
—Yox, — dedi. 
—Əyə, bə nə təhər gedib çıxacaqsan? Heç şəhərdə olubsanmı? 
—Ötən yay Mirzə kəndə gələndə bir kağız yazıb verdi. Ünvanı da var orda. 
—A bala,  səndən qorxuram,  gedib o dinsizlərin içində  itib eləyərsən,  mən 
qanda qalaram. Sonra anan Tükəzbanın əlindən qurtara bilmərəm. 
—Qorxma,  Pənah  əmi,  məndən  sonra  evdə  anamın  on  balası  var. 
Hürkütməsə saya bilmir. Mən heç yada düşməyəcəyəm. 
—Elə demə, a bala, ana ürəyidir, yoxluğundan əsim-əsim əsəcək. Bir də nə 
var o şəhərdə, bilmirəm, qaçıb gedirsən ora. Gərək qalıb kənddə işləyəydin, evin də 
böyüyü sən idin, anana da kömək olardın. 
—Yox, Pənah əmi, gedib oxuyub bir     sənət qazanacam adam olacam. 
Burada, kəndimizdə Molla Mustafanın məktəbi səni adam olmağa qoymur? 
Oxu molla ol, ya da  Abbasağa kimi özünən şer quraşdır. Elə o da molla kimi bir 
şeydi. 
—Şairlik mollalıq döyül, Pənah əmi, Abbasağa kişi şairdir. 
—Niyə o boyda Vidadiyə, Vaqifə mollalıq yaraşdı, Abbasağaya yaraşmadı? 
—Pənah əmi, Vidadiynən Vaqif sən deyən o Mustafa kimi molla döyül ey. 
O vaxtlar babalarımız onlara savadlarına görə molla deyiblər. 
—Yaxşı,  bunlar  bir  yana  qalsın,  sən  gedib  şəhərdə  nə  olacaqsan,  nə 
oxuyacaqsan?  —  Pənah  kişi  hirslə  soruşdu.  İbrahimin  canına  qorxu  düşdü  ki, 
birdən cavabımdan razı qalmasa bu dəli Pənah məni qaytarar ha... Özünü ələ alıb: 
—Mən başqa şey oxuyacam, voyenni olacam. 
—O nə sözdü əyə, olmaya əfsər olacaqsan? İbrahim qorxa-qorxa: 
—Hə, — dedi. 
—Dilini bilirsənmi? Urusun deyirəm. 
—Mampassatan  Baqratdan  bir-iki  söz  öyrənmişəm,  qalanını  da  orda 
öyrənəcəm. 
—Ay  öyrəndin  ha,  axşama  kimi  gürcü  çobanlarıynan  bir  yerdəyəm. 
Qoqodan,  bicodan  artıq  kəlmə  bilənin  dədəsi  tünbətün  olsun.  Dil  öyrənmək  su 
içmək döyül, oğul. 
İbrahim  istədi  desin  ki,  sənin  savadın,  fərasətin  yoxdu,  mən  neyləyim. 
Qorxdu  ki,  dəli  Pənah  elə  buradaca  onu  dəli  atından  düşürər,  qalar  dizinə  döyə-
döyə. 
Meşə yolu qurtardı. Onlar sonu görünməyən Ceyrançöl düzünə çıxanda Ay 
Avey dağının bərabərində idi. Çöl bulud arxasına girib-çıxan Aydan gah nurlanır, 
gah  da  qaralırdı.  Xeyli  uzaqda  otlayan  ilxı  qəbir  daşları  kimi  qaralırdı.  Onların 
mindiyi  at  ilxını  görəndə  bir  neçə  dəfə  kişnədi.  Atların  bir  neçəsi  başını  qaldırıb 


59 
 
fınxırdı.  Birdən  yaxındakı  kolun dibindən bir adam qalxdı. Vahimələnən İbrahim 
atın yalmanından yapışdı. Pənah kişi bunu dərhal hiss edib: 
—Qorxma,  —  dedi.  Mənim  ilxıçı  yoldaşımdı,  bunu  gördüyünü  heç  yerdə 
danışma  ha,  yazıq  bir  gürcüdü,  xozeyinini  öldürüb  qaçıb.  Mənə  pənah  gətirib. 
Godo kəndində bir dəmirçi dostum var, onun qardaşı oğludu. Zalım oğlu qorxu nə 
olan  şeydi  bilmir.  Deynən  get  qəbiristanda  yat,  yatacaq,  eymənmək-zad  yoxdur. 
Bunda urusca qəzet də var. Gündə çıxardıb oxuyur. Məni günortadan gözləyir... 
—Qatso, o kimdi, sənnən gələn? 
—Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir. 
—Xeyir ola, bu uşağın Tiflisdə nə işi var? 
Nə bilim, Nikolaz, — deyir gedib oxuyub,    voyennidi, əfsərdi, nədi ondan 
olacam. 
Nikolaz qayğılı-qayğılı: 
—Qatso, dəlisən-nəsən, — dedi, — xalqın uşağını aparıb itirərsən. 
—Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərmi? 
*** 
İbrahim  həmkəndlisi  Mirzə  Hüseyn  Əfəndi  Qayıbzadənin  Şeytanbazar 
yanındakı  evini  asanlıqla  tapa  bildi.  Çünki  o  vaxtlar  Tiflisdə  çoxlu  azərbaycanlı 
yaşayırdı. Mirzə Hüseyn Əfəndi də çox hörmətli və məşhur şəxs idi. 
O,  Tiflisdə  rus-tatar  məktəbində  şərq  dilləri  müəllimi,  Zaqafqaziya  müftisi 
vəzifələrində  işlədiyindən  böyük  nüfuza  malik  olm  həyata  keçməsinə  şərait 
yaratmağı  Mirzə  Hüseyn  Əfəndi  ən  nəcib,  ən  şərə  uşdu.  Oxumaq  istəyən  kasıb 
balalarına kömək əli uzatmağı, onların bu işıqlı arzularının fli vəzifə hesab edirdi. 
Müftinin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə gözlərinə inanmadı. 
Bu gözəl  və  nəcib  qadın  heyrətdən, təəccübdən az qala  qışqıracaqdı.  O, İbrahimi 
bağrına  basıb  doğma  balası  kimi  öpdü,  oxşadı.  Kəndi,  qohumları  soruşdu.  Atası 
Paşa  ağanın  vaxtsız  ölümünə  heyfsləndi.  İbrahimin  oxumaq  dalınca  gəlməsini    
eşidəndə  ona elə bil dünyanı bağışladılar. 
- Səadət xanım, — Hüseyn Əfəndi ağır-ağır soruşdu:  — İbrahimin haraya 
qəbul olunmaq     istədiyindən xəbərin varmı?  
        Xeyr! 
—Ot  kökü  üstə  bitər.  Praporşik  Paşa  ağanın  oğlu  hərbi  qulluqçu  olmaq 
istəyir. 
—Hə!  —  qadın  xeyli  duruxdu,  —  demək  mənim  kəndimin,  Salahlının  ilk 
savadlı  hərbi  qulluqçusu  olacaqsan,  çox  yaxşı,  çox  gözəl,  oğul,  —  Səadət  xanım 
onu yenidən qucaqladı. 
—Kadet  korpusunda  yer  yoxdur,  bir  az  gec  gəlib,  bu  gün  sentyabrın 
altısıdır. Amma Hüseyn əmisi onu məyus qaytarmaz. — Mirzə ipək kimi yumşaq 
və dumağ saqqalını sığallayıb ani olaraq susdu: 
Bəxtindən üçüncü Mejevoy hərbi gimnaziyasında bir yer var. Bu məktəbin 
direktorunun  mənimlə dostluğunu bilirsən. O, İbrahimi  himayəsinə  götürər. Mənə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə