Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

70 
 
olduqlarındandır  ki,  həqiqəti  olduğu  kimi,  bütün  aydınlığı,  dərinliyi  və  saflığı  ilə 
keçmiş yanlış fikirlərindən azad şəkildə ifadə edə bilməyiblər. Bu adamların səhv 
edə  bilməyəcəkləri,  onların  bütün  dediklərinin  təkzibolunmaz  əsl  həqiqət  olduğu 
güman  edilsə  də,  onların  özlərindən  çox-çox  aşağıda  duran  şagirdləri  həqiqəti 
bütün  dərinliyi  ilə  dərk  etmədən,  təbiidir  ki,  onu  daha  dəbdəbəli  və  hamı  üçün 
mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil 
etdiklərindən,  əksəriyyət  üçün  həqiqəti  vacibliyi  ilə  görmək  çətin  olur.  Həqiqətin 
din tərəfindən belə təhrifi nə qədər çox etiraf edilmişdirsə, bu təhriflər o qədər də 
çox  artmış,  nəticədə  din  xadimləri  tərəfindən  kəşf  olunmuş  əsl  həqiqət 
qaranlıqlaşmışdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və 
mövhumatlar  hər  şeydən  çoxdur:  bu,  ən  çox,  ən  qədim  dində,  oramin  dinində, 
ondan az  yəhudi dinində, ondan da az budda, konfuksiya, taosist dinlərində, daha 
az  xristian  dinində,  nəhayət,  lap  az  və  axırıncı  böyük  din  olan  islam  dinindədir. 
Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir. 
İslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə 
Məhəmmədin  dini  —  mənəvi  təliminin  əsaslarını  qoysa,  təbiidir  ki,  bütün  böyük 
dinlərin  əsasları,  ələlxüsus,  həqiqəti  etiraf  edən  xristian  təliminin  əsasları  ilə 
birləşər.  Sizə  belə  uzun-uzadı  ona  görə  yazıram  ki,  siz  mənim  fikirlərimi 
oğullarınıza  çatdıracaqsınız  və  bu  fikirlər  onların  gözəl  məramlarının  həyata 
keçməsinə  yaraya  bilərlər.  Dinin  mahiyyətini  təşkil  edən  böyük  həqiqətlərin  onu 
qaranlıqlaşdıran hər şeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin ən yaxşı 
növlərindən  biridir.  Əgər  sizin  övladlarınız  bu  fəaliyyəti  həyat  məqsədləri  hesab 
etsələr, onda onların həyatı dolu və tam faydalı olacaq. 
Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqiqətləri gizlədən 
yanlış fikirlərdən və möhvumatdan azad edilməsinə xidmət edən iki təlim sizə və 
sizin övladlarınıza məlumdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb, 
indi də  məruz qalır. Bu təlimlərdən biri İranda yaranmış, sonra Türkiyəyə  keçmiş 
və  orada  da  təqibə  məruz  qalan  babistlər  təlimi  indiki  Akkedə  yaşayan  Baqo-
Ullanın oğlunda səfərbər olub. 
Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul edən bu təlim, 
ibadətin heç bir xarici formasını qəbul etmir. İkinci təlim Kazanda meydana çıxıb. 
Onun  tərəfdarları özlərini banilərinin adıyla,  Allah alayı  və  yaxud da Vaisovçular 
adlandırırlar.  Bu  adamlar  da  inamın  mahiyyətini  məhəbbətdə  görürlər  və 
məhəbbətə zidd gedən bütün tədbirlərdən kənarda qalırlar. Bu sekta da təqib olunur 
və bu günlərdə onun rəhbərləri tutulub həbsxanaya salınıblar. 
Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə  yarasalar, siz və  yaxud da 
sizin  oğullarınız  özlərinin  sonrakı  fəaliyyətləri  haqqında  qərarlarını  mənə 
bildirsələr, çox şad olaram. 
Lev Tolstoy. 
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd 
səhifəlik  və  demək  olar  ki,  təcili  yazılan  cavab  məktubundan  da  hiss  etmək  olur. 


71 
 
Tolstoyun  «müsəlmançılığın  öz  xarici  formasına  görə  kilsə  pravoslavlığından 
müqayisəolunmaz  dərəcədə  yüksəkdə  durması  məndə  heç  bir  şübhə  doğurmur» 
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub qanun 
kimi qəbul olundu. 
Lev  Tolstoyun  məktubundan  sonra  Tiflisdəki  Zaqafqaziya  ruhani  idarəsi 
general-mayor İbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiş və bu 
barədə  Müfti  Mirzə  Hüseyn  əfəndi  Qayıbzadənin  imzası  ilə  rəsmi  sənəd 
verilmişdir.  Uşaqların  adını  da  dəyişdirmişlər:  Boris  Faris  olmuş,  Qleb  isə  Qalib 
kimi rəsmiləşmişdir. 
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu 
Faris 1978-ci ildə Moskvadakı Lev Tolstoy adına muzeyə vermişdir. Surəti isə bu 
sətirlərin müəllifindədir. 
Dahi  Tolstoy  müsəlman  dininə  etiqadını  təkcə  bu  məktubla  izhar 
etməmişdir.  Onun  çoxminli  qələm  və  qəlb  dostları  Tolstoyun  İslam  dininə, 
Məhəmməd peyğəmbərin şəxsiyyətinə ülvi məhəbbəti barədə yazır, söhbət açırlar. 
Tolstoyun özünün birbaşa etirafı isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz 
aşağıdakı söhbətində aydınlığı ilə görünür. 
Milliyətcə slovak olan P. Makovitski altı il Lev Tolstoyun həkimi və katibi 
olmuşdur.  O,  yazıçının  gündəlik  söhbətlərindən,  ona  gələn  məktubların 
məzmunundan və çoxsaylı qonaqların Tolstoyu ziyarət etməsi barədə «1904-1910-
cu illərdə Tolstoyun yanında» adlı monumental bir əsər yazmışdır. 
1979-cu ildə həmin dörd cildlik «Yasnopolyana qeydləri» adı ilə Moskvada 
ilk  dəfə  nəşr  olundu.  Kitabın  üçüncü  cildinin  üç  yüz  əlli  altıncı  səhifəsində 
Tolstoyun  ailəvi  söhbəti  verilib.  Oxucu  orada  dahi  yazıçının  general  İbrahim  ağa 
Vəkilovun  həyat  yoldaşından  aldığı  məktuba  qayğısının  və  İslam  dinini  qəlbən 
sevməsinin bir daha şahidi olur. 
Duşan Petroviç Makovitski yazır: 
«1909-cu il martın 13-də Lev Nikolayeviç söhbət zamanı dedi: bir anadan 
məktub almışam, yazır ki, uşaqlarımın atası müsəlmandır, özüm isə xristianam. İki 
oğlum var: biri tələbədir, o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir. 
Sofya  Andreyevna:  —  Yəqin  ki,  oğlanları  müsəlman  dininə  çoxarvadlı 
olmaq xatirinə keçmək istəyir. 
Lev Nikolayeviç: — Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır? 
Sonra  Lev  Nikolayeviç  dedi  ki,  bu  məktub  haqqında  fikirləşərkən  mənim 
üçün çox şey aydınlaşdı. Məhəmməd həmişə Yevangelini üstələyir. O, İsanı Allah 
hesab  etmir  və  özünü  də  Allaha  bərabər  tutmur.  Müsəlmanların  Allahdan  başqa 
Allahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir müəmma və sirr 
yoxdur. Hansı yaxşıdır, xristianlıq, yoxsa müsəlmançılıq? Mənim üçün aydındır ki, 
müsəlman  dini  daha  yaxşıdır,  daha  üstündür.  Qısa  müddət  susduqdan  sonra  Lev 
Nikolayeviç  təkrar  etdi:  —  Müsəlmançılıq  müqayisə  olunmaz  dərəcədə 
xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə