Coğrafiya 8


§26. Siklon və antisiklonlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

§26. Siklon və antisiklonlar
 
Siklonlar və antisiklonlar bir-birinin ardınca 
hərəkət edərəərazidə iqlimi formalaşdırır
mal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, Cənub yarımkürəsində
əksinə olur. Antisiklonda hava aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən
uzaqlaşır və yağıntı vermir, mərkəzində sakit hava olur və buna şəlakət deyilir.
Antisiklonlar subtropik enliklərdə və Antarktida üzərində, qışda materiklərin
mülayim enliklərində əmələ gəlir.
Azərbaycanda hava şəraitinin formalaşmasına dünyanın müxtəlif regionlarından
gələn hava axınları böyük təsir göstərir. Qışda yüksək atmosfer təzyiqi sahəsində
yerləşən Kara və Barens dənizlərindən kontinental arktika hava kütlələri gəlir.
Şpitsbergen və Qrenlandiya adalarından dəniz-arktika hava kütlələri daxil olur.
Mülayim enliklərdə yerləşən Azor antisiklonu sahəsindən gələn mülayim dəniz hava
kütlələri il ərzində temperaturun azalmasına, yağıntıların artmasına səbəb olur.
Avrasiyanın mərkəzi hissələrindən mülayim-kontinental hava axınlarının daxil
olması ilə temperatur azalır, az yağıntı düşür. Aralıq dənizi və Kiçik Asiyadan gələn
cənub siklonları yağıntı gətirir. Yayda havanın


Atmosfer
temperaturunun artması və quraq keçməsi Şimali Afrika və Ərəbistan
yarımadasından gələn tropik hava kütlələri ilə əlaqədardır. Xəzər dənizindən
keçməklə Mərkəzi Asiyadan gələn kontinental hava axınları yayda isti, qışda soyuq
və quru havanın yaranmasına səbəb olur.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Mərkəzində alçaq təzyiq sahəsi olan qapalı ərazi ....... adlanır. Siklonun
mərkəzində havanın ....... hərəkəti yağıntılara səbəb olur. Mərkəzində yüksək
təzyiq sahəsi olan ərazilərdə ...... yaranır. Antisiklonun mərkəzində hava .......
hərəkət etdiyinə görə yağıntı olmur. Tropik siklonlarda ....... düşür, .... küləklər
əsir.
1. Siklon və antisiklonlarda hava şəraitinin formalaşması hansı proseslərdən
asılıdır? 
2. Siklon və antisiklonların təsiri altında qalan ərazilər harada yerləşir? 3. Tropik
siklonlar hansı əlamətlərinə görə fərqlənir?
Şimal yarımkürəsində siklon və antisiklonların müqayisəsini göstərən cədvəli
doldurun:
Siklonlar
Əlamətləri
Antisiklonlar
1. Havanın aşağı və ya yuxarı hərəkəti 
2. Şimal yarımkürəsində hərəkət istiqaməti 
3. Küləklərin olması 
4. Rütubətlənmə şəraiti 
5. Buludlar 
6. Təsir etdiyi ərazilər
 


Tropik siklonlar xəritə-sxemdə göstərilən ərazilərdə yaranır. Bu zaman
yağıntıların çox, küləyin sürətinin yüksək olması səbəblərini izah edin.


§27. Yağıntıların paylanması
§27. Yağıntıların paylanması
Dünyanın ayrı-ayrı ərazilərində yağıntıların paylanmasında çox böyük müxtəliflik
müşahidə olunur. Onlar ilin mövsümləri, okeanlardan olan məsafə və mütləq
hündürlükdən asılı olaraq dəyişir. Yerin quru sahələrinə düşən yağıntılar çayları,
gölləri, bataqlıqları, yeraltı suları, buzlaqları qidalandırır. Bitki və heyvanat aləminin
paylanması, insanların yaşayış arealları da əksər hallarda su mənbələrinin
yerləşməsindən asılıdır.
Təhlil edək:
1.  Atmosfer yağıntılarının fəsillər üzrə paylanmasına hansı proseslər təsir edir?
2.  Yağıntıların coğrafi enliklər və yüksəkliklərdən asılı olaraq dəyişməsinə hansı
amillər təsir göstərir?
3.  Azərbaycanda yağıntıların paylanması xüsusiyyətləri nədən asılıdır?
Açar
sözlər
Atmosfer
yağıntıları.
Yağıntıların
paylanması.
Buludlardan və Yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara
atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu
formasında Yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qırov
və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı, düşən suyun əmələ
gətirdiyi qatın qalınlığı mm ilə ölçülür. Yağıntıların 79%-i okean və dənizlərin, 21%-i
qurunun üzərinə düşür. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və
çiskin formalı olur. Leysan yağışları qısa müddətli və gursulu olur, əsasən topa-
yağış buludlarından yağır. Aramsız-narın yağışlar az intensiv olur. Belə yağışlar bir
neçə gün davam edir, laylı-yağış və yüksək-laylı buludlardan əmələ gəlir. Çiskin
yağışların damcıları çox kiçik olur, havadan asılı vəziyyətdə yerə düşür. Onlar laylı
və laylı-topa buludlardan yağır.
Yağıntıların paylanmasına coğrafi enliklər, atmosfer təzyiqi sahələri, okeanlara
yaxınlıq, okean cərəyanları, dağların yamaclarının daimi küləklərə görə istiqaməti və
ərazinin mütləq hündürlüyü təsir edir.
Azərbaycanda yağıntılar ərazi üzrə qeyri-bərabər paylanır. Yağıntıların paylanmasına
relyef formaları, yamacların istiqaməti, Xəzər dənizinə yaxınlıq və hakim hava
axınları təsir göstərir. Respublika ərazisində ən az yağıntılar Abşeron yarımadasının
cənub-qərbində olan Puta məntəqəsinə düşür. Burada Abşeron yarımadasının
cənub-qərbində olan Puta məntəqəsinə düşür. Burada


Atmosfer
il ərzində 150 mm-ə qədər yağıntı olur. Ölkədə ən çox yağıntılar isə Talış dağlarının
ətəklərinə düşür və 1700-1800 mm-ə çatır.
Düzənlik və dağətəyi sahələrdən yüksək dağlara doğru yağıntıların miqdarı artır.
Talış dağlarında isə yüksəkliyə doğru yağıntıların miqdarı azalır və yüksək sahələrdə
150-200 mm-ə enir. Abşeron yarımadası və Qobustanın cənub-şərqində il ərzində
150-200 mm, Kür-Araz və Samur-Dəvəçi ovalıqları, Naxçıvan MR-in Arazboyu
zonasına 200-400 mm yağıntı düşür. Ölkədə yağıntıların miqdarına görə ikinci yeri
tutan Böyük Qafqazın cənubunda, dağətəyi zonalarda 300-400 mm, orta dağlıqda
1300 mm-ə qədər yağıntı olur. Kiçik Qafqazın yüksək dağlıq sahələrinə doğru
yağıntıların miqdarı 600-900 mm-ə qədər, Zəngəzur dağlarında 600-900 mm-ə qədər
artır.
Yağıntıların çox hissəsi dağlarda yazda və yayın əvvəlində, Lənkəranda payızda
(sentyabr-noyabr aylarında), düzənliklərdə yazda və payızda düşür. Düzənliklərdə ən
az yağıntılar yayda müşahidə olunur.
 
Okean hava kütlələrinin materiklərə yağıntı gətirməsi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə