Coğrafiya 8


§38. Bitki və heyvanların yaşayış mühiti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

§38. Bitki və heyvanların yaşayış mühiti
arasında dənli bitkilər çox olduğuna görə otyeyən heyvanlar, gəmiricilər, dırnaqlılar,
sürünənlər çoxdur. Meşə-çöl və çöllər şimal yarımkürəsinin mülayim, hər iki
yarımkürənin isə subtropik enliklərində geniş ərazilər tutur.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Xəritə üzərində iş
Ev tapşırığı
Yerdə .... və .... qeyri-bərabər paylanması orqanizmlərin də müxtəlifliyinə səbəb
olur. Okeanlarda .... .... canlı orqanizmlərlə zəngindir. .... və .... enliklərdə istilik və
rütubətin bol olması sıx bitki örtüyü və zəngin heyvanat aləminə səbəb olur. ....
və .... .... bitki örtüyündən məhrumdur.
1.  Ekvatorial, tropik və qütbətrafı enliklərdə təbii şəraitin yaranması nə ilə
əlaqədardır? Belə şərait bitki və heyvanların növ müxtəlifliyinə necə təsir
edir?
2.  Hansı ərazilərdə bitki və heyvanat aləmi kasıbdır?
Azərbaycanın dağlıq və düzənlik ərazilərində bitki örtüyünün yayılması üçün
mövcud olan şəraitin müqayisəli səciyyəsini verin.
Dünyanın fiziki və iqlim xəritələrindən istifadə edərək cədvəli doldurun:
Göstəricilər
Ekvatorial
Tropik
Mülayim
Qütbətrafı
Temperatur, °C 
Yağıntı, mm 
Bitki örtüyü növü
 
 
 
 
Yaşadığınız ərazidə temperatur və yağıntıların bitki-heyvanat aləminin inkişafına


necə təsir göstərdiyini müəyyən edin.


Biosfer
§39. Təbii zonalar
Yerin ayrı-ayrı hissələrində istilik və rütubətin nisbətinin müxtəlif olması fərqli təbii
zonaların yaranmasına səbəb olur. Onlar ekvatordan qütblərə doğru üfüqi
istiqamətdə 
bir-birini əvəz edir. Təbii zonalar burada hakim olan bitkilərə görə adlanır. Heyvanat
aləmi də bitki örtüyünə uyğun olur. Onların qidalanması və həyat tərzi burada
yaranan iqlim şəraitindən asılıdır.
Təhlil edək:
1.  Bitki və heyvanların Yerin səthində qeyri-bərabər paylanmasını necə izah etmək
olar?
2.  Bitki və heyvanlar yaşadıqları təbii mühitə necə uyğunlaşır?
3.  Təbii zonalarda komponentlər arasında hansı əlaqələr mövcuddur?
Açar
sözlər
Təbii zonalar.
Coğrafi
qurşaqlar. Vahə.
Endemik bitkilər.
Tuğay meşələri.
Yer səthində günəş istiliyinin və rütubətin qeyribərabər paylanması nəticəsində bitki
və heyvanlar aləmi müxtəlif olur. İstilik və rütubətin daha çox olduğu ərazilərdə sıx
bitki örtüyü və zəngin heyvan növləri yaşayır. İstiliyin çox, rütubətin çatışmadığı
ərazilərdə isə bitki və heyvanlar aləmi zəif inkişaf edir, susuzluğa davamlı olurlar. İllik
orta temperaturu aşağı olan ərazilərdə də bitki və heyvanlar aləmi yaxşı inkişaf
etmir.
Coğrafi qurşaqlar – Yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki- coğrafi
bölgüsüdür. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə təxminən
üst-üstə düşür. Onların daxilində temperatur eynidir, lakin rütubətlənmə şəraiti
fərqlidir. Ona görə coğrafi qurşaqlar daxilində təbii zonalar əmələ gəlir.
Təbii zonalar oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq
örtüyünə, bitki və heyvanlar aləminə malikdir. Ekvatordan qütbə doğru istilik və
rütubətlənmə şəraitinin dəyişməsi təbii zonaların da dəyişməsinə səbəb olur. Onlar
arasında keçid zonalar əmələ gəlir. Bu zonalarda iqlim şəraiti il ərzində xeyli dəyişir.
Buna görə bitki və heyvanlar aləmi də əsas təbii zonalardan fərqlənir.
Arktika və Antarktika səhraları qütblərə yaxın ərazilərdə formalaşır. Sərt təbii
şəraitdə bitki örtüyü çox kasıbdır. Yayda buzdan azad olan ərazilərdə mamır, şibyə
və yosuna rast gəlinir. Antarktidada bu ərazilər vahə adlanır. Şimalda ağ ayı, morj,


suiti, cənubda pinqvinlər əsas heyvanlardır. Yayda quşlar (fırtına quşu, qağayı,
albatros) məskən salır. Sahil sularında balina, suiti, dəniz fili və dəniz bəbiri yaşayır.


§39. Təbii zonalar
 
Meşə-tundra təbii zonası
Avrasiya və Şimali Amerikanın şimalında tundra və meşə-tundra zonaları ayrılır.
Qısa və sərin yay dövründə otlar və alçaq kollar bitir, şimal maralı, şimal tülküsü,
canavar, quşlar yaşayır. Şam, küknar və tozağacından ibarət seyrək meşələr vardır.
Mülayim enliklərdə meşələr Avropanın orta enlikləri, Sibiri, Sakit okeanın sahillərini,
ABŞ-ın şimal-şərqi və Kanadanın cənubunu örtür. Şimalda soyuğa davamlı
iynəyarpaqlı ağaclardan ibarət tayqa meşələri yayılmışdır. Meşələrdə iynəyarpaqlı
şam, küknar, qara şam və ağ şam ağacları, xırdayarpaqlı tozağacı, ağcaqovaq və
qızılağac ilə birlikdə bitir. Burada qonur ayı, canavar, vaşaq, sığın
 
İynəyarpaqlı meşə


Biosfer
kimi iri heyvanlar yaşayır. Xəzdərili heyvanlar olan su samuru, dələ, qunduz, sincab,
quşlardan tetraquşu, ağacdələn, bayquş, qarabağır yayılmışdır.
Sahilboyu yağıntıların çox olduğu ərazilərdə tayqa heyvanları ilə yanaşı, yenot,
skuns, porsuq, zebu, Şimali Amerikada qrizli ayısı, Virciniya maralı yaşayır, çoxlu quş
növləri vardır. Cənubda istiliksevən enliyarpaqlı ağaclar (palıd, cökə, fıstıq,
ağcaqayın) çoxdur. Onlar arasında qarışıq meşələr keçid zonası təşkil edir.
Meşələrdən cənubda əvvəlcə ağac və kollardan ibarət meşə-çöllər, sonra isə ot
örtüyünün üstünlük təşkil etdiyi çöllər yayılır. Bu ərazilərin əsas heyvan növlərinə
mülayim və subtropik enliklərdə antilop, dəvə, sürünənlərdən kərtənkələ, ilan,
həşəratlardan əqrəb aiddir.
Tropiklər, subtropik və mülayim qurşaqların daxili rayonlarında isti və quru iqlimə
malik səhralar, yarımsəhralar geniş əraziləri tutur. İsti və quru iqlim şəraitində
bitki örtüyü kasıbdır. Onlar arasında tikanlı kollar, cod otlar,
 
Tropik səhra
yovşan, şoran, dəvətikanı, saksaul çoxdur. Tropiklərdə heyvanlar aləmi nisbətən
kasıbdır, əksəriyyətini sürünənlər təşkil edir. Yazda yarımsəhraların birillik quraqlığa
davamlı efemerlər ilə yaşıl libasa bürünməsi heyvanlar aləminə də öz təsirini
göstərir.
Səhralarda yeraltı suların səthə çıxdığı ərazilərdə palma ağacları bitir və xüsusi təbii
mühit yaranır. Onlara vahələr deyilir. Subtropiklərin qərbində codyarpaqlı
meşələr və kolluqlar zonası, subtropik və tropiklərin şərqində


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə