Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

toplayın.


Yerin su təbəqəsi
§35. Ümumiləşdirici tapşırıqlar. Okean suyunun
temperaturu 
                                            və duzluluğunun təyin 
                    olunması
5. Cənubi Amerika sahillərində yerləşən cərəyanların adlarını tapın:
6. Okeanlarda suyun duzluluğu və
temperaturunun dəyişməsinə təsir göstərən amilləri qruplaşdırıb yazın:
Temperatur
Duzluluq
Artırır
Azaldır
Artırır
Azaldır
 
 
 
 
7. Qırmızı dənizdən 210 qr duz almaq üçün nə qədər su tələb olunur?
8. Dərinliyi
9000 m olan okean çökəkliyinə göndərilən səs dalğası nə qədər vaxtdan sonra
qəbul oluna bilər?
9. Xəzər
dənizinin 30 t suyundan nə qədər duz əldə etmək olar?
1. Donan dənizlərin adlarını seçin
A) Aralıq, Şimal, Çukot 
B) Berinq, Karib, Filippin 
C) Oxot, Baffin, Ross 
D) Şərqi Çin, Oxot, Yapon 
E) Ueddell, Norveç, Qara
3. Soyuq cərəyanları müəyyən edin:
1. Kaliforniya 
2. Şimali Sakit
okean 
3. Alyaska
4. Bengel 
5. Braziliya 
6. Somali
2. İsti cərəyanların adlarını seçin:
4. Sakit okeanda yerləşən
cərəyanları seçin:
A) Kaliforniya, Antil, Bengel 
B) Peru, Kaliforniya, Kurosio 
C) Qolfstrim, Antil, Kaliforniya 
D) Somali, Peru, Alyaska 
E) Bengel, Antil, Peru
1. Peru 
2. Braziliya 
3. Kanar
4. Labrador 
5. Kurosio 
6. Qolfstrim
A) Mozambik, Peru, Labrador 
B) Qviana, Kurosio, Antil 
C) Braziliya, Peru, Qviana
D) Peru, Kaliforniya, Bengel 
E) Labrador, Kurosio, Braziliya
A) 8 l;
B) 2 l;
C) 4,5 l;
D) 5 l;
E) 3 l;
A) 15 san;
B) 6 san;
C) 12 san;
D) 9 san;
E) 10 san;
A) 500 kq;
B) 360 kq;
C) 240 kq;
D) 300 kq;
E) 120 kq;


§36. Biosfer Yerin təbəqələri sistemində
Biosfer
§36. Biosfer Yerin təbəqələri sistemində
Yer planetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri canlı aləmin mövcud
olmasıdır. Canlılar Yerin inkişafının müəyyən mərhələsində olan əlverişli şəraitdə
yaranmış və daim inkişaf edirlər. Canlı aləmin ibtidaidən aliyə doğru inkişafı ilə
yanaşı, onlar digər təbəqələrlə qarşılıqlı əlaqədə olur, onlara təsir göstərir və
dəyişirlər.
Təhlil edək:
1.  Biosferin daxili komponentləri arasında hansı əlaqələr mövcuddur?
2.  Biosferin digər təbəqələrlə əlaqələri özünü necə göstərir?
Açar
sözlər
Biosfer, Üzvi
aşınma.
Yerin canlılar təbəqəsi olan biosferə bitkilər, heyvanlar, mikroorqanizmlər daxildir.
Onlar Yerin digər təbəqələri ilə daim qarşılıqlı əlaqədə və təsirdə olur.
Bitkilər litosferin yuxarı məhsuldar qatı olan torpaq üzərində inkişaf edir. Onlar
buradan qidalı maddələri qəbul edib böyüyür, məhv olduqdan sonra toplanan
qalıqlar üzvi mənşəli maddələrə çevrilir, torpaq örtüyünün yaranmasında
 
Biosferin digər təbəqələrlə əlaqəsi iştirak edir. Bitkilərdən ayrılan turşular dağ
süxurlarına təsir edir, kökləri çatlara daxil olaraq onları dağıdır. Buna üzvi aşınma
deyilir. Bitki örtüyü zəngin olan yerlərdə üzvi aşınma sürətlə gedir.
Orqanizmlər fotosintez prosesində atmosferlə əlaqəli olur. Bitkilər torpaqdan su,
havadan karbon qazı udur, günəş işığının təsiri ilə gedən fotosintez


Biosfer
prosesində oksigen ayrılır. Heyvanlar nəfəs alaraq karbon qazı buraxır, atmosferin
qaz tərkibi nizamlanır.
Bitki və heyvan orqanizmlərinin çox hissəsini su təşkil edir. Şirin su ilə təminat
planetimizdə bitki və heyvanların yayılması üçün mühüm amildir. Okeanlarda
yaşayan heyvanlar suda olan kalsiumu udur. Kalsium orqanizmlərdə skeleti
formalaşdırır. Məhv olduqda onların qalıqları suyun dibində süxurlar formasında
toplanır.
Biosferə daxil olan bitkilər, heyvanlar və mikroorqanizmlər arasında sıx əlaqələr
vardır. Bitkilər qeyri-üzvi maddələrdən üzvi maddələr yaradır, bu zaman oksigen
ayrılır. Bitki və heyvanların yaşaması üçün su, qidalı maddələr, günəş işığı və əlverişli
iqlim şəraiti lazımdır.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Bitkilər, heyvanlar, mikroorqanizmlər .... aiddir. Bitkilər litosferin yuxarı
məhsuldar qatı olan .... inkişaf edir. Bitkilər məhv olduqdan sonra qalıqları .... ....
süxurlar kimi toplanır. Orqanizmlərdən ayrılan .... dağ süxurlarını dağıdır. Buna
.... .... deyilir. Bitkilər .... prosesində atmosferlə əlaqəli olur. Dünya okeanında
olan kalsium .... .... qurulmasına sərf olunur.
1.  Biosfer və litosfer arasındakı əlaqələr hansı təbii proseslərdə özünü
göstərir?
2.  Biosferin daxili əlaqələrində Yerin digər təbəqələri necə iştirak edir?
2-ci şəklə əsasən (səh. 122) təbəqələr arasındakı əlaqələrin istiqamətini müəyyən
edən sxem qurun.
Biosferin digər təbəqələrlə əlaqəsi haqqında esse yazın.


§37. Coğrafi təbəqə
§37. Coğrafi təbəqə
Dünyanın həddən artıq isti, quru rayonları olan tropik və bunun əksi olan qütbətrafı
rayonlar bitki, heyvanat aləmindən məhrumdur. Bu ərazilər yaşayış üçün
əlverişsizdir, bitkilər üçün ya rütubət, ya da günəş işığı kifayət qədər deyildir. Buna
baxmayaraq tropik və qütbətrafı ərazilərdə Yerin təbəqələri və onlara daxil olan
komponentlər arasında əlaqələr vardır. Ona görə canlı aləmin də daxil olduğu
coğrafi təbəqə bütün Yer planetini əhatə edir.
Təhlil edək:
1.  Coğrafi təbəqənin formalaşmasına hansı coğrafi amillər təsir göstərir?
2.  Coğrafi təbəqənin sərhədləri haradan keçir?
3.  Coğrafi təbəqənin formalaşmasında günəş istiliyi hansı rola malikdir?
Açar
sözlər
Coğrafi təbəqə.
Coğrafi
təbəqənin
sərhədləri.
Yerin təbəqələri olan litosfer, atmosfer, hidrosfer və biosfer bir-biri ilə qarşılıqlı
əlaqədə mövcuddur və inkişaf edir. Litosferin üst, atmosferin aşağı hissəsi,
hidrosfer və biosfer Yeri vahid formada əhatə edir. Bura coğrafi təbəqə hesab
olunur. Coğrafi təbəqənin yuxarı sərhədi, ozon qatından aşağıda, yəni Yer
səthindən 20-25 km hündürlükdə (troposferdə) yerləşir. Onun aşağı sərhədi Yer
qabığında, səthdən 10-12 km dərinlikdə, hidrosferdə isə Marian çökəkliyində yerləşir
(bentoslar).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə