Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Coğrafi təbəqənin sərhədləri Coğrafi təbəqədə proseslər həm günəş enerjisi, həm də
Yerin daxili enerjisi hesabına baş verir. Coğrafi təbəqədə həyat və üzvi maddələr
mövcuddur.
Coğrafi təbəqənin inkişafının ilkin mərhələsində dağ süxurları, su və hava olmuşdur.
Bir neçə milyard il əvvəl orqanizmlər inkişaf etmiş və sürətlə yayılmışdır. Onlar
coğrafi təbəqənin bütün komponentlərinə təsir


Biosfer
 
Coğrafi təbəqənin elementləri arasında əlaqələr
göstərmiş, onları dəyişmişdir. Nəticədə orqanizmlər coğrafi təbəqənin mühüm
tərkib hissəsinə çevrilmişdir.
 
Coğrafi təbəqənin inkişaf mərhələləri


§37. Coğrafi təbəqə
Coğrafi təbəqə
Biosfer coğrafi təbəqənin orqanizmlər yayılan və onlar tərəfindən dəyişdirilən
hissəsidir. Onun komponentləri daim inkişaf etdiyinə və yayılma arealı
genişləndiyinə görə coğrafi təbəqənin daha geniş hissəsini əhatə edir. Burada insan
cəmiyyəti yaşadığına görə onun tərəfindən dəyişdirilən sahələr də sürətlə genişlənir.
Nə öyrəndik
Tapşırıq
Ev tapşırığı
Litosfer, atmosfer, hidrosfer və biosfer birlikdə .... .... adlanır. Coğrafi təbəqənin
yuxarı sərhədi .... , aşağı sərhədi ... və ... yerləşir. Coğrafi təbəqənin inkişafının
ilkin mərhələsində onun tərkibinə .... ...., .... və .... aid olmuşdur.
1. Coğrafi təbəqəyə aid olan komponentləri göstərin: 
a) Biosfer, b) Mezosfer, c) Troposfer, d) Hidrosfer, 
e) Üst mantiya, j) Litosfer, f) Ekzosfer. 
2. Coğrafi təbəqənin komponentləri arasındakı əlaqələrə misallar göstərin. 
3. Cədvəli doldurun: 
Əlamətlər
Yer qabığı
Hidrosfer
Atmosfer
Biosfer
1. Sərhədləri 
2. Digər təbəqələrlə əlaqə 
3. Təbii hadisələr
 
 
 
 
Coğrafi təbəqənin tərkibinə daxil olan komponentlərin sxemini qurun.


Biosfer
§38. Bitki və heyvanların yaşayış mühiti
Yer üzərində istilik və rütubətlənmənin müxtəlif olması bitki və heyvanat aləminin
də müxtəlifliyinə səbəb olur. Orqanizmlərin xarici mühitə uyğunlaşması bitkilərin
istiliyə, günəş işığına, rütubətə tələbatında, enli, iynə və ya codyarpaqlı, tikanlı
olmasında, kök sisteminin inkişafında özünü göstərir. Heyvanlar dərisinin rənginə,
dərialtı piy qatına, qidalanmasına, həyat tərzinə görə fərqlənir və yaşadığı mühitə
uyğunlaşır.
Təhlil edək:
1.  Bitki və heyvanların yaşayışı üçün hansı şərait lazımdır?
2.  Bitki və heyvanlar yaşadığı mühitdə hansı formalarda qarşılıqlı əlaqədə olur?
Açar
sözlər
Biomüxtəliflik.
Yaşayış mühiti.
Yerin quru sahələrində yayılan bitki və heyvanların sayı daha çoxdur. Okeanlarda
günəş işığının kifayət qədər olduğu şelf zonasında (200 m-ə qədər) həyat zəngindir.
Mikroorqanizmlərin yayılma sahələri daha genişdir.
Biomüxtəliflik (bioloji müxtəliflik) – canlı orqanizmlərin növ müxtəlifliyi və
dəyişməsini göstərir. O, Yerdə həyat olması termini ilə eyni mənada işlənir.
Biomüxtəliflik ekoloji şəraitin müxtəlifliyini, onun daxilində müxtəlif bitki və
heyvanların olmasını ifadə edir. Azərbaycanda 2006-cı ildə “Biomüxtəlifliyin
qorunması üçün fəaliyyət planı” qəbul edilmişdir.
İl boyu istilik və rütubətin kifayət qədər olduğu ekvatorial enliklərdə bitki və
heyvanat aləmi çox zəngindir. Amazon və Konqo çaylarının hövzələrində, Böyük
Zond adalarında havanın orta illik temperaturu 25-28°C-dir, il boyu 2000-3000 mm
və daha çox yağıntı düşür.
Ekvotorial enlikdə – istilik və rütubət kifayət qədər olduğuna görə bitkilərin növ
tərkibi, qidalanma şəraiti və həyat tərzi də müxtəlifdir. Meşələrdə heyvanlar aləmi
zəngin və müxtəlifdir (yırtıcılar, quşlar, ilanlar, həşəratlar). Yırtıcı heyvanlardan
qorunmaq üçün onların bir qrupu ağaclarda yaşayır və ya gecə həyatı sürür. İl boyu
şərait eyni olduğuna görə bitkilərin əksətiyyəti həmişəyaşıldır, heyvanların
qidalanması üçün əlverişli şərait vardır.
Subekvatorial enliklərin savanna və seyrək meşə zonalarında yay isti və yağıntılı,
qış isti və quru keçir. Bu ərazilərdə aylıq orta temperatur 20-30°C-dir. İl ərzində 1000-
3000 mm yağıntı düşür. Savannalarda ot örtüyünün çox olması ilə əlaqədar otyeyən
heyvanlar və onlarla qidalanan


§38. Bitki və heyvanların yaşayış mühiti
yırtıcı heyvanlar çoxdur. Qış dövrü quraq olduğuna görə Afrikada heyvanlar
mövsümlər üzrə şimala və ya cənuba doğru miqrasiya edir. Hündür ot örtüyü
qidalanmaqla yanaşı, heyvanların qorunması üçün əlverişli şərait yaradır.
Tropiklər, mülayim və subtropikqurşaqların daxili rayonlarında yerləşən səhra və
yarımsəhralarda istilik kifayət qədər olsa da, rütubət çatışmır. Bu ərazilərdə illik
yağıntıların miqdarı 150-170 mm-dən az olur. Bəzi yerlərdə illərlə yağıntı düşmür.
Səhralarda qısa müddət axan çaylar olur və ya çaylar yoxdur. Yeraltı sular əsasən
şorsuludur. Ona görə bitkilər quraqlığa dözümlü olur, kökləri dərinə gedir, tikanlıdır.
Heyvanlar isə sürətlə su dalınca qaça bilir, ya da susuzluğa uzun müddət dözürlər.
Bəziləri gecə həyatı sürür, gündüz isə qumun altında gizlənirlər.
Buz səhralarının yayıldığı Antarktida və Şimal Buzlu okeanı sahil-
Qütbətrafı ərazilər


Biosfer
Bəzən təbii mühit dəyişməz olaraq qalır
ləri bitki örtüyündən demək olar ki, məhrumdur. Sahilboyu buzdan azad olan
yerlərdə yayda mamır və şibyə bitir. Sahil sularında qidalı maddələr və planktonlar
boldur. Ona görə balıqlar və digər heyvan növləri zəngindir.
Şimal yarımkürəsində mülayim enliklərin şimalında yanvarın orta aylıq temperaturu
-
20 – 25°C olur, cənuba doğru artır, iyulda 10-20°C-yə çatır, 300-600 mm yağıntı
düşür. Mülayim enliklərin meşələri bitki və heyvanlarla zəngindir. Geniş ərazini
əhatə etməsi, okeanlardan uzaqlaşdıqca və cənuba doğru yağıntıların azalması,
temperaturun artması təbii-coğrafi şəraitin də dəyişməsinə səbəb olur.
Şimalda nisbətən soyuq ərazilərdə həmişəyaşıl və soyuğa davamlı iynəyarpaqlı
ağaclar bitir. Onlara tayqa meşələri də deyilir. Həddən artıq nəmlənmə şəraitində
bataqlıqlar geniş ərazilərdə yayılır. Meşələrdə iri yırtıcı heyvanlarla yanaşı, xəz dərili
heyvanlar, quşlar çoxdur. Heyvanların bir hissəsi ağaclarda yaşayır. Cənuba doğru
getdikcə temperatur artır, yanvarın orta temperaturu 5°C-dən 15°C-yə qədər
yüksəlir. Sahilboyu ərazilərdə mülayim iqlim şəraiti, yağıntıların artması
enliyarpaqlı ağacların yayılmasına səbəb olur. Meşələrdə tayqa heyvanları ilə
yanaşı, onun özünəməxsus heyvanları da vardır.
Meşələrdən cənubda yağıntıların azalması istiqamətində meşələr tədricən meşə-
çöllərə, sonra isə çöllərə keçir. Çöllərdə ot örtüyü, onlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə