Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə28/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   24   25   26   27   28   29   30   31   ...   125

72
 
istifadəyə verilmiş qırma sahələrində meşəqırma bileti, order alınmadan və ya 
qırma müddəti qurtardıqdan sonra oduncaq hazırlanarsa, hazırlanmış oduncağın 
nırx dəyərinin üç misli qədər;
 
qırıntıya təyin edilmiş, lakin kəsilməmiş ağaclar üçün nırx dəyərinin bir misli 
qədər;
 
ağacların qeyri səmərəli doğranması nəticəsində qırma sahəsi üzrə işlik oduncağın 
çıxışı meşəqırma biletində, orderdə göstəriləndən 10 faiz az olduqda, səmərəsiz 
istifadə olunmuş oduncağın preyskurant qiymətinin iki misli qədər;
 
müəyyən edilmiş müddətdə (verilmiş möhlət nəzərə alınmaqla) qırıntı yerində, 
anbar  yerində,  ağac  daşınan  yollarda,  tikililərdə  və  sair  yerlərdə  daşınmamış 
oduncaq qalarsa həmin oduncağın satış dəyərinin bir misli qədər;
 
meşə  yolları  və  ona  bitişik  50  metrlik  zolaq  müəyyən  olunmuş  müddətdə 
qırıntı qalıqlarından qeyri qənaətbəxş təmizlənərsə, təmizlənməmiş sahənin hər 
hektarına 1 kub.m odunun nırx dəyərinin iki misli qədər;
 
ağacların  kötükləri  diametrinin  üçdə  birindən  hündür  kəsildikdə,  diametri  30 
santimetrədək olan ağacların kötükləri isə 10 santimetrdən hündür saxlandıqda, 
ağaclar və  kötüklərdəki damğalar və  nömrələr məhv edildikdə hər  bir  kötük  , 
damğa və nömrə üçün 0,2 kub.m. oduncağın nırx dəyəri miqdarında;
 
hər bir asılı qalmış ağac üçün 1 kub.m. oduncağın nırx dəyəri miqdarında;
 
tədarük  və  oduncağın  sürüdülməsi  zamanı  dağ  şəraitində  torpaq  eroziyası  baş 
verən  sahələrdə  torpağın  üst  qatı  məhv  edildikdə  eroziyaya  məruz  qalmış  hər 
hektar üçün 1 kub.m. oduncağın nırx dəyərinin 30 misli qədər.
 
Bu  bəndin  5-ci  və  6-cı  abzaslarındakı  cərimələr  meşə  təsərrüfatı  müəssisələri 
tərəfindən franko qırma sahəsindən preyskurant qiyməti ilə hesablanır.
4.3. Meşə əkinləri, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii bərpanın 
və cücərtilərin məhv edilməsi və ya zədələnməsi, ağac və kolların boy artımının 
dayandırılmasına  səbəb  olmadan  zədələnməsi,  meşələrdə  məhdudlaşdırıcı 
nişanların,  kvartal  dirəklərinin,  vizir  xətlərinin  məhv  edilməsi  və  korlanması, 
ağacların  və  kolların  qanunsuz  qırılması  və  zədələnməsi  (boy  artımının 
dayanması  dərəcəsinədək)  nəticəsində  meşə  təsərrüfatına  vurulmuş  ziyanın 
miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 
nırx dəyərləri ilə hesablanır.
4.4. Bu  Qaydaların  pozulmasına  görə  cərimələr  ağacların  nırx  dəyərinə  güzəşt 
edilmədən hesablanır.
4.5. Bu  Qaydalar  üzrə  nəzərdə  tutulmuş  cərimələrin  təyin  olunmasında  yaranmış 
mübahisəli məsələlər müəyyən olunmuş qaydada mövcud qanunvericiliyə uyğun 
olaraq həll olunur.
4.6. Oduncaq tədarükünü aparan meşə təsərrüfatı müəssisələri bu Qaydaları pozarkən 
meşə istifadəçiləri üçün nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.


73
Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI
“Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  “Meşələrin  qoruyucu  kateqoriyalara  aid  edilməsi,  meşələrin  bir  qoruyucu 
kateqoriyadan  başqa  qoruyucu  kateqoriyaya  keçirilməsi  Qaydası”,  “Meşəqırma 
Qaydaları”, “Meşə fondunun dövlət uçotu göstəricilərinin Siyahısı” və meşə fondunun 
dövlət uçotu sənədlərinin formaları təsdiq edilsin (əlavə olunur).
2.  “Meşələrin eroziya əleyhinə, xüsusi qiymətli meşə massivlərinə və digər qoruyucu 
kateqoriyalara  aid  edilməsi  qaydası  barədə”  Azərbaycan  SSR  Nazirlər  Sovetinin 
1979-cu il 8 fevral tarixli 58 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3.  Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri 
A. RASİZADƏ
Bakı şəhəri, 26 aprel 1999-cu il
№ 70


74
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin 
bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya 
keçirilməsi
QAYDASI
1.  Meşələrin  daşıdığı  torpaqqoruyucu,  susaxlayıcı,  iqlimtənzimləyici,  kurort  və  sair 
funksiyalar nəzərə alınmaqla meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, 
meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi bu 
Qayda ilə tənzimlənir.
2.  Azərbaycan  Respublikasının  meşə  fondu  dağ  və  düzən  meşələrindən  ibarətdir. 
İqtisadi  və  ekoloji  əhəmiyyətinə,  yerləşməsinə  və  yerinə  yetirdiyi  funksiyalara 
görə respublikanın meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu 
kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Qoruq meşələri — meşə fondunun tərkib hissəsi olmaqla xüsusi qorunma və təsərrüfat 
aparılma  rejiminə  malik,  nadir  bitki  və  heyvanat  aləminin  və  digər  təbii  komplekslərin 
saxlanılmasını,  artırılmasını  və  qorunmasını  təmin  edən,  eyni  zamanda  bu  amillərin  elmi 
əsaslarla dinamikasının öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir.
Kurort meşələri — sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin 
qorunmasını  və  yaxşılaşdırılmasını  təmin  edən,  ətraf  mühitin  çirklənməsinin  və  vaxtından 
əvvəl sıradan çıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti 
yaradan meşə sahələridir.
Xüsusi  qiymətli  meşə  massivləri  —  tərkibində  relikt  və  endemik  ağac  və  kol  cinsləri 
olan nadir meşələr, yüksək məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik 
cəhətdən  nadir  mənzərəli  və  xüsusi  torpaqqoruyucu,  susaxlayıcı,  sutənzimləyici  və  digər 
qoruyucu əhəmiyyətli meşə sahələridir.
Yabanı meyvə meşələri — buraya meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla 
yaradılmış,  tərkibində  qiymətli  meyvə,  giləmeyvə  və  qərzəkli  ağac  və  kol  cinsləri  olan 
meşələr, meşə-bağlar, bağlar və həmin cinslərdən salınmış plantasiyalar daxildir. Bu meşə 
sahələrindən meşə toxumçuluğunda və yeyinti sənayesində də istifadə olunur.
Dövlət  qoruyucu  meşə  zolaqları  —  xətti  qaydada  süni  salınmış  iqlimtənzimləyici, 
torpaqqoruyucu  və  susaxlayıcı  funksiyaları  yerinə  yetirən  meşələr  bu  kateqoriyaya  aiddir. 
Qoruyucu  meşə  sahələri  kənd  təsərrüfatı  bitkilərini  külək  və  su  eroziyasından  qoruyur, 
məhsuldarlığın artırılmasına imkan yaradır.
Sair meşələr — bu meşələrə yuxarıda göstərilən kateqoriyalara aid olmayan meşə sahələri 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə