Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə27/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   23   24   25   26   27   28   29   30   ...   125

70
bilər. Belə halda növbəti ilin qırma həcmi həmin miqdarda azaldılmalıdır və bu 
əməliyyat müvafiq qaydada rəsmiləşdirilməlidir. [7]
3.3. Meşə təsərrüfatı müəssisəsi tərəfindən meşə istifadəçiləri üçün nəzərdə tutulmuş 
qaydada  oduncaq  tədarük  edilərkən,  meşəyə  xidmət  və  sanitariya  qırmaları, 
yanğın əleyhinə və sair meşə təsərrüfatı tədbirləri aparılarkən və qırma yerlərində 
oduncaq  alıcıya  satılarsa,  oduncağın  daşınma  müddəti  meşə  qırma  biletində, 
orderdə göstərilməsi nəzərdə tutulmur.
 
Alıcılar tərəfindən, habelə meşə təsərrüfatı müəssisəsinin sərəncamına daxil olan 
(sahibsiz,  özbaşına  kəsilmiş,  meşə  istifadəçiləri  tərəfindən  müəyyən  olunmuş 
müddətdə daşınmayan) oduncağın daşınma müddəti meşə təsərrüfatı müəssisəsi 
tərəfindən müəyyən edilir.
3.4. Meşə  təsərrüfatı  müəssisələri  meşə  istifadəçiləri  tərəfindən  bu  Qaydalara 
əməl  edilməsinə  sistematik  nəzarəti  həyata  keçirir,  işlər  qurtardıqdan  sonra 
qırma sahələrindən düzgün və tam istifadə edilməsini, oduncağın tədarükünün 
həmçinin, köküstə qalmış, daşınmamış oduncağın yerinə müayinə edir.
 
Qırma yerlərinin (sahələrinin) müayinəsi müəyyən edilmiş oduncağın daşınma 
müddəti başa çatdıqdan sonra 30 gün ərzində aparılır.
 
Qırma yerlərinin (sahələrinin) və tədarük olunmuş oduncağın müayinəsi günü 
barədə meşə istifadəçi meşə təsərrüfatı müəssisəsi tərəfindən təyin olunan gündən 
15 gün qabaq məlumatlandırılır.
 
Oduncaq tədarükü və daşınması meşə qırma biletində, orderdə müəyyən edilmiş 
müddətdən  tez  qurtardıqda,  meşə  istifadəçisi  10  gün  əvvəl  müvafiq  meşə 
təsərrüfatı müəssisəsinə işlərin qurtarma müddəti barədə məlumat verir.
 
Hava şəraiti qeyri-qənaətbəxş olduqda (qar yağarsa, çaylar daşarsa və s.) müayinə 
meşə təsərrüfatı müəssisəsi tərəfindən təyin olunan vaxta keçirilə bilər.
3.5. Qırma  yerlərinin  (sahələrinin)  tədarük  olunmuş  oduncağın  müayinəsi  meşə 
təsərrüfatı  müəssisəsi  və  meşə  istifadəçisi  tərəfindən  2  nüsxədən  ibarət  tərtib 
olunmuş  akta  qeyd  olunur  və  müayinənin  nəticələri  15  gün  müddətində 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə  təqdim 
olunur. 
 
Meşə  istifadəçisi  aktın  tərtib  olunmasından  imtina  etdikdə,  meşə  təsərrüfatı 
müəssisəsi müayinəni onun iştirakı olmadan aparmaq hüququna malikdir. Akt 
tərtib olunduğu gündən qüvvəyə minir.
 
Müayinə  aktının  forması  «Azərbmeşə»  İstehsalat  Birliyi  tərəfindən  müəyyən 
olunur.
3.6. Meşə  istifadəçilərinə  qırma  sahələri  ayrıldıqda  meşə  təsərrüfatı  müəssisələri 
qırıntı  zamanı  alınacaq  oduncağın  dəqiq  hesablanması  üçün  nümunə  sahələri 
ayırır. Sahə uçota alındıqda, nümunə hesablama sahələrində faktiki hazırlanmış 
oduncağın  miqdarı  meşəqırma  biletində,  orderdə  göstərilən  miqdardan  10 
faizdən çoxdursa, meşə istifadəçisi əlavə tədarük edilmiş oduncağın miqdarının 
dəyərini ödəyir. Oduncaqdan səmərəli istifadə nəticəsində meşəqırma biletində 
göstəriləndən artıq işlik oduncaq alınarsa, bu halda meşə istifadəçilərindən əlavə 
pul tutulmur.
3.7. Meşədə hazır oduncaq qaldıqda və obyektiv səbəblərdən təyin olunmuş müddətə 
daşınmadıqda, meşə istifadəçiləri oduncağın daşınmasına 3 ay ərzində möhlət 
almaq hüququna malikdirlər.
 
Köküstü oduncaq buraxılışına, onun tədarükünə və ya daşınmasına 5 aydan artıq 
olmamaq  şərtilə  meşə  istifadəçilərin  yazılı  ərizələri  əsasında  meşə  təsərrüfatı 
müəssisələri tərəfindən möhlət verilə bilər.


71
 
Oduncağın tədarükünə möhlət verildikdə meşə istifadəçisindən köküstə qalmış 
oduncağın nırx dəyərinin 1,5 faiz miqdarında cərimə tutulur.
 
Oduncağın daşınmasına möhlət verildikdə meşə istifadəçiləri hər ay möhlət üçün 
daşınmayan oduncağın preskurant qiymətinin 1,5 faiz miqdarında cərimə ödəyirlər.
 
Möhlətin verilməsi haqqında meşə təsərrüfatı müəssisəsi meşəqırma biletində, 
orderdə müvafiq qeydlər aparır.
3.8. Müəyyən  olunmuş  müddətlərdə  (verilmiş  möhlətdə  nəzərə  alınmaqla) 
daşınmayan  oduncağın  həmçinin  özbaşına  tədarük  olunmuş  oduncaq  əvəzsiz 
olaraq meşə təsərrüfatı müəssisəsinin sərəncamına daxil olur, ümumi qayda üzrə 
satılır və əldə olunmuş vəsait hesabına meşələrin qorunub saxlanması və təkrar 
istehsalı fonduna mədaxil olunur.
 
Oduncaq anbara, dəmir və şose yollarına, qurğu və emal üçün nəzərdə tutulan 
yerlərə, meşə yollarının yanındakı anbarlara, başqa düzəldilmiş və meşəqırma 
biletində, orderdə göstərilən yerlərə daşınarsa, daşınmış hesab olunur.
3.9. Meşə  istifadəçiləri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 
təsdiq edilmiş nırx dəyərinə uyğun olaraq köküstü buraxılan oduncağın qiymətini 
ödəyirlər.
 
Meşə təsərrüfatı müəssisələri meşəyə xidmət və sanitariya qırmaları apararkən, 
habelə  meşə  quruluşu  və  başqa  meşə  təsərrüfatı  tədbirləri  həyata  keçirərkən 
alınan oduncağın dəyərini ödəməkdən azad olunurlar.
 
Meşə  yanğınları,  göbələk  xəstəlikləri  nəticəsində  və  həşəratlarla  zədələnmiş, 
tufan, külək tərəfindən yıxılmış və köküstə qurumuş meşə qırılarkən oduncaq 
güzəştlə buraxılır.
3.10. Oduncaq ödənişsiz və ya güzəştlə buraxılarsa meşəqırma biletində və orderdə nırx 
qiymətlərindən başqa güzəştli və ödənişsiz buraxılmasının əsası göstərilməlidir.
3.11.Köküstü  oduncaq  buraxılışının  dəyərinin  hesablanmasında  səhvlərə  yol 
verilmişdirsə  növbəti  ödəniş  zamanı  bu  hesablamalar  yenidən  aparılır.  Meşə 
istifadəçisi hesablaşmanın fərqinin ödənilməsindən azad olunmurlar.
3.12.Oduncaq tədarükü qurtardıqda meşə istifadəçiləri ilə aşağıdakı sənədlərə əsasən 
qarşılıqlı hesablaşmalar aparılır:
 
meşəqırma biletləri, orderlər;
 
qırıntı yerlərinin (sahəsinin) pul-qiymət cədvəli;
 
qırıntı yerlərinin (sahələrinin) müayinə aktı.
 
Ödənişlər  yenidən  hesablanarsa  və  bu  Qaydaların  pozulması  barədə  meşə 
təsərrüfatı  müəssisələri,  «Azərbmeşə»  İstehsalat  Birliyi  və  digər  səlahiyyətli 
orqanlar  tərəfindən  müvafiq  aktlar  tərtib  edilərsə  qeyd  olunan  materiallar 
hesablaşma sənədlərinə əlavə edilir.
4.  BU QAYDALARIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT.
4.1. Meşə  istifadəçisi  meşəqırma  biletini,  orderi  müəyyən  olunmuş  müddətdə 
almadıqda  ayrılmış  meşəqırma  həcminin  nırx  dəyərinin  10  faizi  məbləğində 
cərimə olunur.
4.2. Meşə qırmaları və tədarükü zamanı bu Qaydaların pozulmasına yol verən meşə 
istifadəçilərinə aşağıdakı miqdarda cərimə hesablanır:
 
meşə  qırmaları  aparılarkən  toxumluq  ağacların  və  qırıntıya  təyin  edilməmiş 
ağacların kəsilməsinə və ya zədələnməsinə görə hər bir kəsilmiş və ya zədələnmiş 
toxumluq və sair ağacların nırx dəyərinin üç misli qədər;
 
qadağan olunmuş vaxtda oduncaq hazırlanarsa və ya sürüdülərsə hər bir kəsilmiş 
və ya sürüdülmüş ağacın nırx dəyərinin üç misli qədər;


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə