Devid müayinə otağından başı və gözü sarğılı halda çalır. Biləyinə kiçik buz kisəsi bağlanıb. Bill Şou qəbul
otağında onu gözləyir. Boyu çiyninə güclə çatan Bill onu qucaqlayır.
- Dəhşət, dəhşət – o deyir. – Lüsi bizdə qalacaq. Sizi burdan özü götürmək istəyirdi, amma Bev onu
buraxmaq istəmədi. Necəsiniz?
- Yaxşıyam. Yüngül yanıqlardı, ciddi bir şey yoxdur. Bağışlayın, sizin də axşamınızı korladıq.
- Boş şeydir! – Bill deyir. – Bəs dostlar hansı günlər üçündür? Siz də belə hərəkət edərdiniz.
Zərrəcə istehza payı olmadan deyilmiş bu sözlər Devidin beynində ilişib qalır. Bill Şou inanır ki, onun
başına zərbə vurub sonra yandırsalar, Devid Luri xəstəxanaya gəlib, hətta əlində qəzet belə olmadan
qəbul otağında oturub gözləyəcək ki, onu evinə aparsın. Bill Şou buna ona görə inanır ki, onlar nə vaxtsa
birlikdə bir fincan çay içiblər və deməli artıq bir-birlərinə qarşı öhdəlik daşıyırlar.
Doğrudanmı, buradan iki yüz kilometr uzaqda Hankidə doğulmuş, dəmir məmulatları dükanında işləyən
Bill həyatda o qədər az şey görüb ki, özünə dost qazanmağa o qədər də həvəsi olmayan, kişilər arasındakı
dostluğa şübhə ilə yanaşan insanların varlığından xəbərsizdir? Müasir ingilis sözü “friend”, “dost” qədim
“freon”, yəni “sevmək” felindən əmələ gəlib. Deməli, Bill Şounun nöqteyi-nəzərindən belə çıxır ki,
birlikdə çay içən insanlar bir-birlərinə sevgi bağları ilə bağlanırlar. Bəs Bil, Bev Şou və qoca Ettinger, bu
insanlar arasında müəyyən bağlılıq olmasaydı, indi o, harada olardı? Telefonu sındırılmış xarabaya
çevrilmiş fermada ölü itlərin arasında.
Dəhşətli hadisədir – Bil Şou maşında bir də təkrar edir. – Qəzetdən oxumaq da pisdir, amma tanıdığın bir
adamın başına gələndə, - Bill başını bulayır, - daha dərindən dərk edirsən. Elə bil yenə müharibə başlayıb.
Devid cavab vermək zəhmətinə qatlaşmır. Bu gün hələ ölməyib, hələ yaşayır. Bu gün üstündən xətt
çəkmək üçün deyilən hər sözü (“Müharibə”, “dəhşət”) udub öz qara boğazından ötürür.
Bev Şou onları qapıda qarşılayır.
Lüsi sakitləşdirici qəbul edib – Bev deyir. – indi uzanıb; yaxşısı budur, ona toxunmayaq.
Polisə gedib?
Hə, maşınınız axtarışdadır.
Bəs həkimə?
Hər şeyi eləmişik. Siz necəsiniz? Lüsi dedi ki, möhkəm yanmısınız.
Yanmışam, amma göründüyü qədər də yox.
Onda yemək yeyib bir az istirahət eləmək lazımdı.
Ac deyiləm.
Bev köhnə dəbli iri çuqun vannanı su ilə doldurur. Devid buğlanan suyun içində uzanıb dincliyini almağa
çalışır. Vannadan çıxmaq vaxtı gələndə, ayağı sürüşür, özünü yıxılmaqdan güclə saxlayır, uşaq kimi
zəifdir, bir tərəfdən də başı fırlanır. Bill Şounu çağırıb xəcalət çəkə-çəkə ondan kömək istəmək lazım
gələcək. O, Billin köməyi ilə vannadan çıxır, qurulanır, ev sahibindən borc aldığı pijamanı geyinir. Bir
azdan Devid Bev və Billin astadan danışdıqlarını eşidir və başa düşür ki, söhbət ondan gedir.
O, xəstəxanadan ağrıkəsici tübik, yanıq yerləri üçün sarğı materialı və başı üçün alüminium dayaqla
qayıdıb. Bev Şou onu pişik iyi çökmüş divana uzandırır; Devid təəccüblü dərəcədə tez yuxuya gedib, gecə
yarısı son dərəcə ayıq başla yuxudan oyanır. Yuxuda “Gəl, gəl məni xilas elə” – qışqıran Lüsini görüb.
Qızının köməyə çağıran səsi hələ də qulağındadır. Yuxuda Lüsi saçlarını arxaya daramış, qollarını açıb ağ
işığın əhatəsində dayanmışdı.
Devid ayağa qalxır, söykəndiyi stulu aşırdır. İşıq yanır, Bev Şou gecə köynəyində qarşısında dayanıb. “Lüsi
ilə danışmalıyam” - dili şişmiş Devid çətinliklə tələffüz edir.
Lüsinin otağının qapısı açılır. O, heç də Devidin yuxuda gördüyü kimi deyil. Üzü yatmaqdan şişib, özünün
olmadığı aydın nəzərə çarpan xələtin kəmərini bağlamaqla məşğuldur.
Bağışla, yuxu görmüşəm. – Devid deyir – “yuxu” sözü birdən birə ona çox arxaik, həddən artıq saxta təsir
bağışlayır. – Elə bil sən məni çağırdın.
Lüsi başını silkələyir.
- Çağırmamışam, get yat.
Əlbəttə, o haqlıdır. Səhər saat üçdür. Lakin gün ərzində artıq ikinci dəfədir ki, qızı onunla uşaq ya da
əldən düşmüş bir qoca kimi rəftar edir.
Devid yatmağa çalışsa da, daha yuxuya gedə bilmir. Görünür, dərmanlardandı – o düşünür, yuxu yox,
yəqin ki, kimyəvi hallyusinasiya görmüşəm. İşıqla əhatələnmiş qadın hələ də gözlərinin qarşısından
çəkilməyib. “Xilas elə!”- qızı qışqırır, Lüsinin ağzından çıxan israrlı sözlər son dərəcə aydın və ucadan
eşidilir. Bəlkə qızının ruhu bədənindən çıxaraq onun yanına gəlib? Ruha inanmayan insanların da ruhu
ola bilərlərmi? Bəs bu ruhlar bədənlərindən müstəqil yaşaya bilərlərmi?
Səhərin açılmağına saatlar qalır. Devidin biləyi sızıldayır, gözləri yanır, başının qızarmış dərisi ağrıyır. O,
stolüstü lampanı yandırıb ayağa qalxır. Ədyala bürünüb Lüsinin qapısını itələyir və içəri keçir. Çarpayının
yanındakı kresloda əyləşir. O, qızının oyaq olduğunu aydın hiss eləyir.
Burda nə işi var? Qızına keşik çəkir, onu bəlalardan qoruyur, şər qüvvələri uzaqlaşdırır? Uzun müddət
sonra Devid qızının mürgüləməyə başladığını hiss edir. Lüsinin dodaqlarında kiçik bir qabarcıq peyda
olur, o, güclə eşidilən səslə xoruldayır.
Səhər. Bev Şou Devidi çay və qarğıdalı partlaqlarından ibarət səhər yeməyinə qonaq etdikdən sonra
Lüsinin otağına gedir.
Necədir? – Bev qayıdanda, o soruşur.
Cavabında Bev yüngülcə başını silkələyir. İşinizə qalmayıb –sanki o demək istəyir. Aybaşı, doğuş, zorlama,
qanla qarışıq əzablar qadınların ağır yükü, özləri arasında məhrəm sirdir. Artıq birinci dəfə deyil ki, o öz-
özündən soruşur: qadınlar qadın icmalarında yaşayıb yalnız öz istədikləri vaxt kişiləri qəbul etsəydilər,
daha xoşbəxt olmazdılarmı? Bəlkə də o, Lüsini lezbiyan hesab etməklə yanılırdı. Bəlkə də o sadəcə
qadınların əhatəsində olmağa üstünlük verirdi. Bəlkə də lezbiyanlğın tərifi də elə budur: kişilərə ehtiyacı
olmayan qadın. Təəccüblü deyil ki, onlar – Lüsi və Helen zorlamaya bu dərəcədə ikrahla yanaşırlar. Xaos
və qarışıqlığın tanrısı olan zorlama insan tənhalığını təhqir edir. Lezbiyan qadını zorlamaq isə bakirə qızı
zorlamaqdan da pisdir. Bu zaman zərbə daha da sarsıdıcı olur. O üç nəfər nə etdiklərini bilirdilərmi? Artıq
söz-söhbət yayılmağa başlayıbmı?
Saat doqquzda Bill Şou işə getdikdən sonra, Devid Lüsinin qapısını döyür. Qızı üzünü divara çevirib
uzanıb. Devid qızının yanında oturub, yanağına toxunur. Lüsinin yanağı göz yaşlarından islanıb.
Belə mövzularda danışmaq asan deyil. – Devid deyir. – amma həkimə getmisənmi?
Lüsi çarpayıda oturub burnunu silir.
Dünən terapevtə getdim.
O, bütün mümkün nəticələri nəzərə aldımı?
Yox, - Lüsinin səsində qəzəb duyulur – həkim bütün nəticələri necə nəzərə ala bilər? Nə danışdığını başa
düşürsən?
Devid ayağa qalxır. Əgər Lüsi acıqlanmağı üstün tutursa, bunu o da bacarar.
Bağışla ki, soruşdum. – o deyir. – Bugünkü planlarımız necədir?
Planlar? Fermaya qayıdıb oranı qaydaya salmaq.
Bəs sonra?
Sonra əvvəlki həyatımıza davam eləmək.
Fermada?
Əlbəttə, fermada.
Lüsi, yaxşı fikirləş. Vəziyyət dəyişib. Həyata qaldığımız yerdən davam eləyə bilmərik.
Niyə də yox?
Çünki yaxşı fikir deyil, çünki təhlükəlidir.
Ora həmişə təhlükəli olub. Ora qayıtmaq plan deyil, sadəcə qayıdıram.
Lüsi özgəsinin gecə köynəyində çarpayıda oturub – çiyinlərini şax tutaraq parıldayan gözlərlə ona qarşı
çıxır. O, daha atasının ağıllı qızı deyil. Daha yox.
Dostları ilə paylaş: |