Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

O yaxşıdır? Lüsi yaxşıdır? Petras sual verir? Suala oxşamır, amma nəzakət nöqteyi- nəzərindən o, Petrasın 
sözlərini başqa cür qəbul edə bilməz. Sual verilib, bəs cavab nədir?  
- Sağam – Devid deyir. – insan sağ olduğu müddətcə yaxşı hesab oluna bilər. Odur ki, hə yaxşıyam.  
Devid susub gözləyir. Səssizlik uzanır. Petras bu səssizliyi “Bəs Lüsi?” sualı ilə doldurmalı olacaq. Yox, o 
yanılıb.  
- Lüsi sabah bazara gedəcək?- Petras soruşur.  
Bilmirəm.  
Əgər getməsə, yerini itirəcək. - Petras deyir. – Ola bilər.  
Petras sabah bazara gedib – getməyəcəyini soruşur. - Devid Lüsiyə məlumat verir. – O sənin piştaxtanı 
itirəcəyindən qorxur.  
Niyə ikiniz bir yerdə getmirsiniz? – Lüsi deyir. – Mənim həvəsim yoxdur.  
Əminsən? Bir həftəni itirməyə heyfin gəlmir?  
Lüsi cavab vermir, üzünü gizlədir. Devid özü səbəbini başa düşür. Rüsvayçılığa görə. Xəcalət çəkdiyinə 
görə. Çağırılmamış qonaqların nail olduqları budur: özündən əmin, müasir bir qadını gör nə hala salıblar. 
Qızının başına gətirilənlər haqqında rəvayət qara bir ləkə kimi bütün mahala yayılır. Daha doğrusu, bu 
rəvayət Lüsinin yox, onların haqqındadır. Lüsini necə yerinə oturtduqları, ona qadının nə üçün mövcud 
olduğunu necə başa saldıqları haqqında rəvayət.     
Tək göz və başında sarğı ilə insan arasına çıxmaq Devid üçün də asan deyil. Amma o, qızının xatirinə 
bazara gedib, orada Petrasın yanında əyləşir, maraq dolu baxışlara dözür, Lüsinin dərdinə şərik olmağı 
özünə borc bilən tanışlarına nəzakətlə cavab verir. 
 – Bəli, maşınımızı itirdik - o deyir. - əlbəttə, itləri də. Birindən başqa hamısını. Yox, yox qızım yaxşıdır, bu 
gün bir az naxoşlayıb. Yox, çox da ümidimiz yoxdur. Polisin işi başından aşır, özünüz də bilirsiniz. Hə, 
mütləq çatdıraram.   
Devid başlarına gətirilənləri “Herald” qəzetindən oxuyur: “naməlum basqınçılar” – üç nəfəri belə 
adlandırıblar. “Üç naməlum basqınçı xanım Lüsi Lurinin Seylem ətrafında atası ilə birlikdə yaşadığı 
fermasına basqın edib. Onlar odlu silah, elektrik və geyim əşyaları oğurlayaraq, hadisə yerindən 
uzaqlaşıblar. Qəribə də olsa, basqınçılar CA 507644 nömrə nişanlı, 1993-cü il istehsalı “toyota - karolla” 
ilə fermadan uzaqlaşmazdan əvvəl, altı keşikçi itini güllələyiblər. Hadisə zamanı yüngül xəsarət alan 
Mister Luri  tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.    
Yaşlı ata mister Luri ilə təbiət nəğməkarı Vilyam Vordsvortun yaradıcılığı üzrə ixtisaslaşmış, bu yaxınlara 
qədər Keyptaun Universitetində çalışan professor Luri arasında əlaqənin məqalədə nəzərə 
çarpdırılmaması Devidi sevindirir.   


Alverdə  o, demək olar, iştirak eləmir. Petras məharətlə və sürətlə malları düzür, qiymətləri deyir, pulu 
alıb, artığını qaytarır. Əslində işləyən yalnız Petrasdır. O isə oturub əllərini qızdırmağa çalışır. Keçmişdə 
olduğu kimi. Ağa və işçi. Bircə fərq var ki, o, Petrasa göstəriş vermir. Petras lazım olan işi özü görür, 
vəssalam.  
Alver o qədər də yaxşı getmir. Səbəb, heç şübhəsiz, Lüsinin yoxluğudur. Güllərlə dolu yeşikləri, tərəvəz 
kisələrini təzədən kombiyə yükləmək lazım gəlir. Petras başını bulayır: - yaxşı deyil – o deyir.  
Petras hələ də yoxluğunun səbəbini izah eləməyib. Petrasın istədiyi vaxt gəlib istədiyi vaxt getmək 
hüququ var. Susmağa da haqqı var. Cavablanmamış suallar isə qalır. Petras basqınçıların kim olduğunu 
bilirmi? Onların deyək ki, Ettingeri yox, məhz Lüsini hədəf seçməsinə Petrasın haradasa ağzından 
qaçırdığı bir söz səbəb ola bilərdimi? Petras onların nə planlaşdırdığını əvvəlcədən bilirdimi?   
Keçmişdə Petrasla açıq söhbət eləmək olardı. Keçmişdə bu söhbətdən sonra özündən çıxıb onu qovmaq, 
əvəzinə başqasını işə götürmək olardı. Petras isə əməkhaqqı alsa da, artıq muzdlu işçi sayılmır. Petrasın 
kim olduğunu müəyyən eləmək çox çətindir. Deyəsən, “qonşu” sözü ona daha çox uyğun gəlir. Petras 
əlverişli olduğu üçün əməyini satan qonşudur. O öz əməyini şübhə səbəbi ilə işdən azad edilmə haqqında 
heç bir maddənin daxil edilmədiyi yazılmamış razılıq əsasında satır. O, Lüsi və Petras indi yeni dünyada 
yaşayırlar. Və Petras bunu bilir. Devid də bilir. Petras Devidin bunu bildiyini bilir.  
Buna baxmayaraq, Devid onunla özünü rahat hiss edir. O hətta Petras rəğbət bəsləməyə də hazırdır. 
Petrasla eyni nəslin adamlarıdırlar. Şübhəsiz, Petrasın başına çox iş gəlib, danışmağa sözü çoxdur. Devid 
bir gün Petrasın rəvayətlərinə qulaq asmaq istərdi. Amma ingilis dilində yox. O getdikcə daha çox inanır 
ki, Cənubi Afrikada ingilis dili ilə bütün həqiqəti çatdırmaq mümkün deyil. İngils dilinin lap çoxdan 
bərkiyib daşlaşmış cümlələri bir vaxtki aydınlığını itirib. Can verən və palçıqda boğulub qalan dinozavrlar 
kimi ingilis dili də daşlaşıb. Petrasın rəvayətləri ingilis dilinin qəlibinə salınıb çıxdıqdan sonra, podaqralı 
qocalara bənzəyəcək. 
Petrasın əlləri və üzü Devidin xoşuna gəlir. Əgər dünyada halal əmək deyilən nəsə varsa, Petrasın 
görkəmində bunun izlərini tapmaq mümkündür: səbirli, işgüzar ayaqları üzərində möhkəm dayanan bir 
adam. Peyzan - bu ölkənin insanı.  
Fitnəçi, fırıldaqçı və bütün peyzanlar kimi yalançı. Halal əmək, halal kələkbazlıq. Devidin Petrasın sonda 
nəyi hədəflədiyi ilə bağlı fərziyyələri də var. Əlbəttə, Petras sona qədər öz bir hektar yarımlıq ərazisini 
şumlamaqla qane olan deyil. Lüsi burada öz hippi yoldaşlarından çox davam gətirsə də, Petras üçün hələ 
də əsl fermerdən çox, kənd həyatına maraq göstərən naşı, boş bir insan olaraq qalır. O, məmnuniyyətlə 
Lüsinin torpağına sahib olmaq istəyərdi. Sonra isə Ettingerin torpağının, heç olmasa bir hissəsinə, 
heyvanları otlatmaq üçün kifayət edəcək hissəsinə. Ettingerin öhdəsindən gəlmək isə asan olmayacaq. 
Ettinger də onun kimi peyzan, inadcıl torpaq adamıdır. Amma qoca gec-tez öləcək, oğlu isə çıxıb gedib. 
Bax burda Ettinger səfehlik eləyib. Əsl peyzanın çoxlu oğlu olmalıdır.      
Petrasın ümidlə baxdığı gələcəkdə Lüsi kimi adamlara yer yoxdur. Amma bu, Petrası düşmənə çevirə 
bilməz. Kənd həyatı həmişə belə olub. Qonşu həmişə  qonşusunun tarlasına ziyanvericilərin daraşmasını, 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə