Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

Tələsmirəm.  
Siz yəqin ki, başqa növ həyata öyrəşmisiniz.  
Başqa növ? Heç bilmədim ki, həyat da növlərə ayrılır.  
Demək istəyirəm ki, burdakı həyat sizə kədərli görünə bilər. Yəqin öz mühitinizin adamları üçün 
darıxırsınız. Öz rəfiqələriniz üçün.  
Rəfiqələrim. Gərək ki, Lüsi Keyptaunu nə üçün tərk etdiyimi sizə danışıb. Orda rəfiqələrlə o qədər də 
bəxtim gətirmirdi. 
Ona qarşı bu qədər amansız olmayın.  
Lüsiyə qarşı? Lüsiyə qarşı amansız olmağa mənim gücüm çatmır.   
Lüsiyə yox, Keyptaundakı qıza qarşı. Lüsi mənə deyib ki, Keyptaundakı bir qıza görə başınız çox ağrıyıb.  
Hə, qızın bu məsələ ilə əlaqəsi olsa da, problemlərimin mənbəyi əslində mən özüm idim. 
Lüsi deyir ki, Universitetdən getmək məcburiyyətində qalmısınız. Yəqin asan olmayıb. Təəssüf eləyirsiniz?  
Başqasının işinə qarışmağa necə də həvəsi var! Qəribədir, qalmaqalın qoxusu qadınlara necə şövq verir.   
Bu balaca, çirkin qadın Devidin onu heyrətləndirə bilməyəcəyinimi güman edir? Yoxsa  dünyadakı 
zorakılıq payını azaltmaq üçün təhqirləri öz üzərinə çəkən rahibələr kimi o da heyrətə eləməyi öz öhdəliyi 
hesab edir?   
Təəssüf edirəmmi? Bilmirəm. Keyptaunda baş verənlər məni bura gətirib çıxartdı. Burda özümü bədbəxt 
hiss eləmirəm. 
Bəs o vaxt təəssüf edirdiniz?  
O vaxt? Yəni əlaqənin qızğın vaxtında? Əlbəttə, yox. O vaxt insan tərəddüd eləmir. Yəqin özünüz də 
bilirsiniz.  
Bev qızarır. Birinci dəfədir ki, o orta yaşlı bir qadının belə təpədən dırnağacan qızardığını görür.  
Amma yəqin Qrehemstaun sizə çox sakit təsir bağışlayır, - Bev burnunun altında mızıldanır. 
Mən Qrehemstaunda yaşamağın əleyhinə deyiləm. Hər halda burda ağlımı başımdan alan yoxdur. Özü 
də axı mən Qrehemstaunda yox, qızımın fermasında yaşayıram. 
“Ağlımı başımdan alan yoxdur”. Hətta çirkin də olsa, qadına belə bir söz demək amansızlıqdır. Özü də o 
hamıya çirkin görünmür. Yəqin bir vaxtlar Bill Şou onda nəsə gözəllik tapıb. Bəlkə də təkcə Bill yox, 
başqaları da.   


Devid Bevin çiynindən azca yuxarıda yerləşən üzünün təravət saçdığı, çilli dərisindən gümrahlıq yağdığı 
günlərdə, iyirmi il əvvəl necə göründüyünü təsəvvüründə canlandırmağa çalışır və ani istəyə tabe olaraq, 
əlini uzadıb barmaqlarını onun dodaqlarında gəzdirməyə başlayır.  
Bev baxışlarını yerə diksə də, uzaqlaşmağa çalışmır. Əksinə, yenə də qızara-qızara, Devidin nəvazişinə 
cavab verərək dodaqlarını onun əlinə sürtür, demək olar hətta öpür.   
Vəssalam, bundan irəli getmirlər. Devid daha heç bir söz demədən dönüb klinikadan çıxır, Bevin 
arxasınca işığı söndürdüyünü eşidir.  
Ertəsi gün Bev ona zəng vurur: “Saat dörddə klinikada görüşək”. Bev soruşmur, gərgin səslə bəyanat 
verir. O az qalır soruşsun ki, “nə üçün?”, lakin xoşbəxtlikdən özünü saxlaya bilir. Lakin çox təəccüblənir. O 
əmindir ki, Bev əvvəllər heç vaxt belə hərəkət eləməyib. Görünür, o bütün məsumluğu ilə ərinə xəyanəti 
bu cür təsəvvür edir: qadın onu təngə gətirmiş pərəstişkarına zəng vurub hazır olduğunu xəbər verir.    
Bazar ertəsi klinika bağlıdır. O, içəri daxil olub, arxasınca qapını qıfıllayır. Bev cərrahiyə otağında arxası 
ona tərəf dayanıb. Devid onu qucaqlayır. Bevin qulağı onun çənəsinə toxunur. Devidin dodaqları Bevin 
qalın qıvrım saçlarına sürtülür.  
- Orda ədyal var – Bev deyir. Balaca şkafda aşağı rəfdə.  
Gərək ki, son bir saatı yuyunub, kirşanlanmaqla keçirmiş qadının evdən xəlvətcə gətirdiyi çəhrayı və boz 
rəngli iki ədyal. Bəlkə də o hər gecə yuyunub kirşanlanır, hər ehtimala qarşı ədyalları şkafda saxlayırdı. 
Görünür o düşünürdü ki, Devid böyük şəhərdən gəlib, adı böyük bir qalmaqalla bağlıdır, deməli çoxları ilə 
əlaqəyə girib və hər bir qadının böyük həvəslə onunla yatağa girəcəyini güman edir.    
Seçim böyük deyil, ya əməliyyat stolu ya da döşəmə. Devid ədyalları döşəməyə sərir. Boz ədyal altdan, 
çəhrayı isə üstdən. İşığı söndürür, otaqdan çıxıb arxa qapının bağlı olub-olmadığını yoxlayır və gözləyir. O 
Bevin paltarlarının xışıltısını eşidir. Heç vaxt ağlına gəlməzdi ki, Bev kimi bir qadınla yata bilər.  
Ədyalın altından Bevin yalnız başı görünür. Hətta otaqdakı işığın azlığı da mənzərənin çirkinliyini 
azaltmağa qadir deyil. Devid tumanını aşağı çəkib Bevin yanına soxulur, əllərini onun bədənində gəzdirir. 
Haqqında danışmağa dəyəcək döşləri yoxdur. Demək olar beldən məhrum, möhkəm bədənli Bev 
çəlləkdən fərqlənmir. O, Devidin əlinə nəsə verir. Prezervativ. Əvvəldən axıra qədər hər şey düşünülüb. 
Ən azı Devid üstünə düşən vəzifəni yerinə yetirir. Heç bir həzz və ikrah duymadan. Odur ki, Bev Şou 
özünü təbrik edə bilər. Planları gerçəkləşib. Devid Luriyə qadının kişiyə göstərə biləcəyi kömək göstərilib. 
Rəfiqəsi Lüsi Luriyə öz çətin qonağını məmnun eləmək üçün yardım edilib.  
Bu günü unutmamalıyam, - o, Bev Şounun yanında uzanıb düşünür. Melani İsaaksın şirin cavan 
bədənindən sonra düşdüyüm vəziyyətə bax. Bax buna, bəlkə də bundan betərinə öyrəşmək lazımdır.   
- Gecdir, - Bev Şou deyir. – Getməliyəm.  
Devid ədyalı kənara itələyib, özünü gizlətmək üçün heç bir cəhd göstərmədən ayağa qalxır. Qoy Bev öz 
sallaq çiyinli, arıq baldırlı Romeosuna doyunca baxsın – o düşünür. Doğrudan da gecdir. Üfüq tünd 


qırmızı şəfəqə boyanıb, ay çıxıb, tüstü havadan asılı qalıb, yaxınlıqdakı komalardan adamların donqultusu 
eşidilir. Qapıda Bev sonuncu dəfə ona sıxılıb başını sinəsinə qoyur. Devid müqavimət göstərmir. O, Bevin 
zəruri hesab elədiyi heç nəyə müqavimət göstərmir. Devid ilk böyük günündən sonra güzgünün 
qarşısında dayanmış Emma Bovarini xatırlayır. “Mənim məşuqum var! Məşuqum var!” – Emma 
dayanmadan oxuyurdu. Neynək, qoy yazıq Bev də nəsə oxusun. Özü də bəsdir Bevi yazıq adlandırdı. Bev 
yazıqdırsa, o özü ümumiyyətlə, müflis olmuş bir adamdır.  
 
 
 
XVIII 
 
 
Petras kim bilir, haradan traktor borc alıb. Neçə vaxtdır, paslana-paslana tövlədə atılıb qalan köhnə 
kotanı traktora qoşub, bir neçə saat içində torpağı şumlayır. O bütün bunları sanki Afrikada deyilmiş kimi 
çox böyük asanlıq və işgüzarlıqla yerinə yetirir. Keçmişdə isə, deyək ki, on il əvvəl o, əl kotanı ilə bir neçə 
gün əlləşməli olardı.  
Lüsi bu yeni Petrasla necə rəqabət apara bilər? Petras burda yerqazan, arabaçı, suvarıcı kimi peyda 
olmuşdu. İndi isə bu işləri görmək üçün həddən artıq məşğuldur. Maraqlıdır görəsən, Lüsi bu işləri 
görmək üçün adamı haradan tapacaq? Onun vəziyyətini şahmat oyununa bənzətsək, demək olar ki, Lüsi 
bütün cinahlarda uduzub. Əgər bir azca ağlı olsaydı, təslim olar, torpaq bankına müraciət edib, şərtləri 
razılaşdırar, fermanı Petrasa verib, yenidən sivilizasiyalı həyata qayıdardı. O, şəhər ətrafında itlər üçün 
xəstəxana aça, pişiklərlə məşğul ola bilərdi. O, hətta hippi olduğu günlərdə məşğul olduğu işlərə - etnik 
toxuculuğa, etnik dulusçuluğa qayıda, zənbil hörə, turistlərə muncuq sata bilərdi.    
Məğlubiyyət. Lüsinin on il sonra necə olacağını təsəvvür etmək çətin deyil: həddən artıq kökəlmiş, 
çoxdan dəbdən düşmüş donda ev heyvanları ilə söhbət edib, tək-tənha nahar edən, üzündən kədər 
yağan bir qadın. O qədər də xoşagələn həyat olmasa da, ömrünü itlərin də sənə kömək edə bilməyəcəyi
telefon zənginə heç kimin cavab verməyəcəyi bir yerdə növbəti hücumdan qorxa-qorxa keçirməkdən 
yaxşıdır.    
Devid yeni evi üçün seçdiyi yerdə- Lüsinin ferması ilə üzbəüz maili yamacda Petrasa yaxınlaşır:  
- Evi özünüz tikməyə hazırlaşmırsınız, elə deyil?  
Petras bığaltı gülümsünür.  
— Yox, tikinti ustalıq tələb edir. Kərpicin hörülməsi, suvaq işi üçün bacarıq lazımdır. Mən xəndək qazsam, 
daha yaxşıdır. Belə iş üçün xüsusi vərdiş tələb olunmur, uşaq da bacarar. Torpağı qazmaq əsl uşaq işidir.   


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə