Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

Mən daha danışa bilmirəm, Devid, bacarmıram. — qızı astadan, sanki sözlər ağzında əriyəcəkmiş kimi 
tələsə-tələsə cavab verir. – Bilirəm ki, fikrimi dolaşıq ifadə edirəm. Kaş izah edə biləydim. Amma izah 
eləyə bilmirəm. Sən sən, mən də mən olduğum üçün izah eləyə bilmirəm. Bağışla. Maşına görə 
heyfsilənirəm. Təəssüf  ki, uzun yoldan sonra məyus oldun.  
Lüsi başını qollarının üstünə qoyur, çiyinləri silkələnir, o daha göz yaşlarına müqavimət göstərmir.  
Devidi yenə də həminki duyğu dalğası bürüyür: ölgünlük, laqeydlik, eyni zamanda sanki daxildən 
aşındığını, ürəyindən geriyə yalnız quru qabığın qaldığını hiss etdirən süstlük. Bu vəziyyətdəki insan 
ölüləri zühur etdirə biləcək musiqini, sözləri tapa bilərmi? – o düşünür.   
Onlardan beş metr uzaqlıqda səkidə oturan ayaqlarına çəkələk geyinmiş, cırıq paltarlı qadın qəzəbli 
baxışlarla atanı və qızını süzür. Devid əlini qorumaq istərcəsinə qızının çiyninə qoyur. “Mənim qızım, - o 
düşünür, - sevimli qızım. İstiqamətləndirməli, düz yola çağırmalı olduğum qızım. Tezliklə, özü mənə yol 
göstərməyə  başlayacaq qızım”. Bəs bu qadın onun fikirlərini iyləməyə qadirdirmi?  
Maşını Devid idarə etməli olur. Atasının təəccübünə baxmayaraq, yol yarılandıqdan sonra, Lüsi özü 
onunla danışır.  
- Elə bil mənimlə şəxsi qərəzləri vardı.  O qədər nifrətlə davranırdılar ki. Məni ən çox sarsıdan da bu idi. 
Qalanı isə... gözlənilən idi. Axı niyə mənə bu qədər nifrət edirdilər? Onları birinci dəfə idi, görürdüm.   
Devid Lüsinin sözlərinin davamını gözləyir, amma o daha heç nə demir.  
Əslində, onların dili ilə tarix danışırdı. – nəhayət, Devid dillənir. – tarix amansızdır. Sənə kömək 
eləyəcəksə, məsələyə bu cür yanaşmağa çalış. Sənə qarşı münasibətləri şəxsi təsir bağışlasa da, əslində 
belə deyildi. Əcdadlardan qalma miras, vəssalam.   
Bu ağrıları dindirmir. Sarsıntı elə-belə heç yana yox olmaq istəmir. Yəni nifrət edildiyini anlamağın 
yaratdığı sarsıntı.   
Hələ də qorxursan?  
Hə.  
Qorxursan ki, geri qayıdarlar?  
Hə.  
Və düşünürsən ki, onlara qarşı ittiham qaldırmasan, geri qayıtmazlar? Özünü buna inandırmısan?  
Yox.  
Bəs nə?  
Lüsi susur. 


Lüsi, hər şey o qədər sadədir ki. İt damlarına qıfıl vur. Dərhal. Evə qıfıl vur, fermaya keşik çəkmək üçün 
Petrasa pul ver. Ölkədəki vəziyyət düzələnə qədər yarım il istirahət elə. Hollandiyaya get. Mən pul 
verərəm. Geri qayıdanda isə vəziyyətini təmkinlə dəyərləndirə, həyata yenidən başlaya bilərsən.  
Devid, əgər indi getsəm, qayıtmayacağam. Təklifə görə sağ ol. Amma sən mənə özümün dəfələrlə götür-
qoy eləmədiyim heç nə təklif edə bilməzsən.  
Bəs neynəmək fikrindəsən?  
Bilmirəm. Amma yaxşı ya pis qərarı özüm vermək istəyirəm. Elə şeylər var ki, sən sadəcə başa 
düşmürsən?  
Nəyi başa düşmürəm?    
Əvvəla o gün mənim başıma nə gəldiyini başa düşmürsən. Mənim xoşbəxtliyimi düşünürsən, buna görə 
sənə minnətdaram. Sən hər şeyi başa düşdüyünü düşünürsən, əslində isə belə deyil. Çünki başa düşə 
bilməzsən.  
Devid sürəti azaldıb maşını saxlamaq istəyir.  
- Yox, - Lüsi deyir, - burda yox. Bura pis yerdir, burda dayanmaq təhlükəlidir.    
Devid maşının sürətini artırır.  
Əksinə - o deyir, - mən hər şeyi çox yaxşı başa düşürəm. Mən indiyə qədər dilimizə gətirməyə cürət 
eləmədiyimiz sözü deyəcəyəm. Səni zorlayıblar. Bir neçə dəfə. Üç kişi.  
Və?  
Sən öz həyatına görə qorxurdun. Qorxurdun ki, bədənindən istifadə etdikdən sonra səni öldürəcəklər. 
Səndən xilas olacaqlar. Çünki sən onlar üçün heç nə idin.  
- Və? – Lüsinin səsi pıçıltıya keçir.  
- Mənsə heç nə eləmədim. Səni xilas eləmədim. – Bu isə artıq onun öz etirafıdır.  
Lüsi səbirsizliklə əlini yelləyir.  
Özünü günahlandırma, Devid. Səndən məni xilas eləməyini necə gözləmək olardı? Onlar bircə həftə əvvəl 
peyda olsaydılar, mən evdə tək olacaqdım. Amma sən haqlısan mən onlar üçün heç nə idim.  
Səssizlik. 
Məncə əvvəllər də belə iş tutublar. – Lüsi deyir, bu dəfə səsi daha toxtaqdır. - ən azı ikisi. Məncə onlar 
hər şeydən əvvəl və birinci növbədə təcavüzçüdürlər. Oğurluq isə təsadüfidir. Məncə, zorlamaq onların 
peşəsidir.     
— Səncə qayıdacaqlar? 


— Görünür, mən onların zonasında yaşayıram. Məni artıq hədəf seçiblər. Və geri qayıdacaqlar. 
Onda sən burda qala bilməzsən. 
Niyə? 
— Çünki burda qalmaqla, onları dəvət etmiş olursan.  
Lüsi cavab verməmişdən əvvəl xeyli fikirləşir.  
Məsələyə başqa yöndən baxmaq olmazmı, Devid? Bəlkə... bəlkə bu, burda qalmaq üçün ödənməli olan 
bədəldir? Bəlkə onlar belə düşünürlər? Onlar məni hansısa mülkiyyətin sahibi kimi görür, özlərini isə 
borcların, ya da vergilərin toplayıcısı hesab edirlər. Nəyə görə mənə heç bir bədəl ödəmədən burda 
yaşamağa icazə verilməlidir? Yəqin öz-özlərinə belə deyirlər.   
Onlar öz-özlərinə çox söz deyirlər. Özlərinə bəraət qazandırmaq üçün hekayələr uydurmaq onların 
marağındadır. Öz hisslərinə etibar elə, Lüsi. Axı dedin ki, onlarda özünə qarşı yalnız nifrət hiss eləyirdin.  
Nifrət... Devid, söhbət kişilərdən və seksdən gedəndə, məni nə iləsə təəccübləndirmək daha mümkün 
deyil. Bəlkə də kişi qadına nifrət elədiyi üçün daha çox ehtirasa gəlir. Sən kişisən, sən bilərsən. Sən yad 
bir qadına sahib olanda, onu tutub əlindən çıxmağa qoymayanda, bütün ağırlığını qadının üstünə 
salanda, bu bir az da adam öldürməyə bənzəmirmi? Bıçağı batırıb qurbanı qan içində qoyub getməyə 
bənzəmirmi? Bu, cinayət işləyib cəzasız qalmaq kimi deyilmi?  
“Sən kişisən, sən bilərsən”. Ata ilə belə danışarlarmı? Devid də o kişilərdən biridir?  
Bəlkə də. – o deyir. – Bəzən. Bəzi kişilər üçün. - Ardınca isə düşünmədən tələsik soruşur. –  Hər ikisi ilə də 
ölümlə mübarizə etdiyini hiss edirdin? 
Bir – birlərini qızışdırırdılar. Görünür, elə buna görə də bu işi bir yerdə görürdülər. İt sürüsü kimi.  
Bəs oğlan?   
Onu öyrənməyə gətirmişdilər.  
Kombi “Saqo palmaları” lövhəsinin yanından ötür. Vaxt demək olar ki, qurtarıb.  
Əgər onlar ağ olsaydılar, başqa cür danışardın, - Devid deyir. - Deyək ki, Despaçdan gəlmiş ağdərili 
talançılar olsaydılar, belə düşünməzdin.  
Düşünməzdim?  
Yox, düşünməzdin.  Səni günahlandırmıram, amma danışdıqlarında bir yenilik var: köləlik. Onlar səni 
köləyə çevirmək istəyirlər.  
Yox, köləlik yox. Ram etmə, susdurma.  
Devid başını bulayır.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə