Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Mən müdafiə edəcəyəm.  
Keçən dəfə müdafiə eləmədiniz. 
Petrasın borunun üzərinə daha bir qat sürtgü yağı çəkir.   
Nə baş verdiyini bildiyinizi desəniz də, o gün siz onu müdafiə eləmədiniz, - Devid təkrar edir. – Siz çıxıb 
gedəndən sonra hardansa üç quldur peyda oldu, indi isə məlum olur ki, aralarından biri ilə dostsuz. Sizcə, 
mən nə düşünməliyəm? - Birinci dəfədir ki, Devidi Petrası ittiham eləməyə bu qədər yaxındır. Niyə də 
yox?  
Oğlanın günahı yoxdur,- Petras deyir. O cinayətkar deyil. Oğru da deyil.  
Mən yalnız oğruluqdan danışmıram. Daha ağır başqa bir cinayət də işlənib. Dediyinizə görə, nə baş 
verdiyini bilirsiniz. Deməli, nə demək istədiyimi də başa düşürsünüz.  
Onun günahı yoxdur. Həddən artıq cavandır. Siz böyük səhv eləyirsiniz.  
Dəqiq bilirsiniz?  
Bilirəm.  
Borular hazırdır. Petras xamıtı, əyib ayağa qalxır, belini dikəldir.  
— Bilirəm. Dedim axı mən bilirəm. 
— Bilirsiniz. Gələcək sizə məlumdur. Sizə daha nə deyə bilərəm. Fikrinizi dediniz. Daha sizə lazım 
deyiləm?  
Yox, indi qalır bircə boruları basdırmaq.  
Petrasın əminliyinə baxmayaraq, sığorta şirkətindən Devidin qaldırdığı ididiaya heç bir cavab gəlməyib. 
O, maşınsız özünü fermada girov kimi hiss edir.  
Bir axşam o, Bev Şouya ürəyini açıb hər şeyi danışır.  
Lüsi ilə aramız dəyib- o deyir. – Olsun ki, burda təəccüblü heç nə yoxdur. Valideynlər və uşaqlar birgə 
yaşamaq üçün yaranmayıblar. Başqa vaxt olsaydı, çoxdan çıxıb gedərdim, Keyptauna qayıdardım. Amma 
Lüsini fermada tək qoya bilmərəm. Mən onu fermanı Petrasa təhvil verib getmək üçün dilə tutmağa 
çalışıram. Amma o mənə qulaq asmır.  
Uşaqlara azadlıq vermək lazımdır, Devid. Axı ömür boyu Lüsinin qayğısına qala bilməzsiniz.  
Mən ona çoxdan azadlıq vermişəm. Başqa atalardan fərqli olaraq, onu həyatdan təcrid etməyə can 
atmamışam. Amma indi vəziyyət başqa cürdür. O təhlükədədir. Bunu artıq bizə sübut eləyiblər.    
— Hər şey yaxşı olacaq. Petras onu öz qanadının altına alacaq.  


Petras? Bu Petrasın nəyinə lazımdır?  
 - Petrası yaxşı tanımırsınız. O, Lüsinin bostanı gəlir gətirsin deyə aylarla nökər kimi çalışıb. Onsuz Lüsi 
fermanı bugünkü vəziyyətinə  çatdıra bilməzdi. Demirəm ki, qızınız hər şeyi ona borcludur. Amma sözsüz 
ki, çox şey borcludur.  
— Ola bilər. Bəs Petras ona nə borcludur?  
Petras əxlaqlı adamdır, ona etibar edə bilərsiniz.  
Petrasa etibar eləmək? Sırf saqqal uzadıb, tənbəki çəkdiyinə, əlində çubuqla gəzdiyinə görə Petrası qoca 
əxlaqlı kafr  hesab edirsiniz? Əslində  o nə qoca kafr, nə də əxlaqlı adamdır. Gün kimi aydındır ki, Petras 
yatıb yuxusunda Lüsini burdan rədd elədiyini görür. Sübut lazım olsa, Lüsinin və mənim başıma gələnləri 
xatırlamaq kifayət eləyər. Petras tərəfindən olmasa da, bu hücum əvvəlcədən planlaşdırılmışdı. Və o bu 
cinayətə göz yumub, bizə xəbərdarlıq eləməyib, həmin gün bizdən uzaqda olmaq üçün əvvəlcədən tədbir 
töküb.   
Devidin qəzəbi Bev Şounu çaşdırır.  
Yazıq Lüsi, - o pıçıldayır, - gör başına nələr gəlib!  
Mən bilirəm, başına nə gəlib, ordaydım.  
Bev gözlərini geniş açıb ona baxır.  
— Devid axı siz orda deyildiniz. Lüsi özü deyib. Siz orda deyildiniz.  
“Sən orda deyildin. Sən bilmirsən, nə olub”. Devid heç nə başa düşmür. Lüsiyə, Bev Şouya görə, o harada 
olmayıb? Quldurların qızını alçaltdığı o otaqda? Bəlkə onlar Devidin zorlamanın nə olduğunu bilmədiyini 
düşünürlər? O, orada təsəvvür eləyə bilməyəcəyi nə görə bilərdi? Bəlkə onlar düşünürlər ki, heç bir kişi 
zorlanan qadının nə çəkdiyini başa düşə bilməz? Cavabın nə olduğundan asılı olmayaraq, Devid onunla 
yad kimi rəftar edildiyi üçün özünü təhqir olunmuş hesab edir.    
 
Devid oğurlanmış televizorun əvəzinə yenisini alır. Axşamlar şam yeməyindən sonra Lüsi ilə divanda 
yanaşı oturub, yeni kiçik televizorda xəbərlərə və əgər səbirləri çatsa, əyləncə verilişlərinə baxırlar. Həm 
onun, həm də Lüsinin fikrincə, Devidin gedişi çox yubanıb – . O, çamadanlarla yaşamaqdan, evə doğru 
uzanan cığırda çınqılların xışıltısına qulaq kəsilməkdən yorulub. O, yenə öz yazı stolunun arxasına 
keçmək, öz çarpayısında yatmaq istəyir. Keyptaun isə demək olar, tamamilə başa bir ölkədə yerləşir. 
Bevin məsləhətinə, Petrasın verməyə çalışdığı təminata, Lüsinin təkidlə susmasına baxmayaraq, Devid 
qızını qoyub gedə bilmir. Gözü artıq tamamilə sağalıb. Başının dərisi də sağalmağa başlayıb, daha 
yağlanmış sarğıya ehtiyac olmasa da, hələ də gündəlik qulluq tələb olunur. Deyəsən, zaman doğrudan da 
yaraları sağaldır. Deyəsən, Lüsi də sağalır, sağalmasa da unudur, o günün xatirələri üzərinə örtük çəkir. 
Deməli, elə bir an gələcək ki, Lüsi “Soyğun vaxtı” deyib, o günü yalnız talan günü kimi xatırlaya bilər.       


O, Lüsinin evdə özünü sərbəst hiss etməsi üçün gündüz saatlarını açıq səma altında keçirməyə çalışır. 
Bostanda eşələnir, yorulanda isə, dəhnənin yanında oturub, ördək ailəsinin sakit həyatını müşahidə edir, 
kədər içində Bayron layihəsi haqqında düşünür.  
Layihədə heç bir irəliləyiş yoxdur. Hələ ki Devidin əlində kəsik-kəsik fraqmentlərdən başqa heç nə 
yoxdur. İlk səhnənin ilk sözlərini hələ də yaza bilməyib. İlk notlar, hələ tüstü zolaqları kimi bulanıqdır. 
Devid artıq qorxmaya başlayıb ki, özündən uydurduğu əhvalatın bir ildir ki, onunla bərabər yaşayan 
personajları tezliklə bir – birinin ardınca yox ola bilərlər. Bu itki onun qəlbini baş ağrısı qədər mənasız və 
boz kədərlə doldurur.      
Fürsət tapan kimi o, Heyvanları Müdafiə Cəmiyyətinin klinikasına gedib, orda xüsusi bacarıq tələb 
eləməyən hər hansı işi görməyə çalışır: heyvanları yemləyir, klinikanı təmizləyib, döşəmələri silir.  
Klinikanın qulluq göstərdiyi heyvanlar əsasən itlər və nadir hallarda pişiklər olur: görünür, D. kəndində 
mal-qaraya baxan öz farmakopeyası olan başqa bir ara baytarı var. Cəmiyyətə gətirilən itlər heyvan 
taunundan, pəncə sınmalarından, çirk bağlamış yaralardan, qoturdan, xoş və bədxassəli şişlərdən 
qocalıqdan, bağırsaq parazitlərindən, əsasən də öz nəsil artırma qabiliyyətlərindən əziyyət çəkirlər. 
Onların sayı həddindən çoxdur. İtlərini bura gətirən adamlar birbaşa :”öldürün” deməsələr də, məhz 
buna, heyvandan yaxa qurtaracaqlarına, onun öz-özünə harasa yoxa çıxacağına ümid edirlər. Onlardan 
faktiki olaraq, xahiş edilən isə Losung  (almanlar yerinə düşən boş abstraksiya tapmaqda ustadırlar) – 
sublimasiyadır, spirtin heç bir dad, qalıq buraxmadan sudan ayrılması kimi.    
Beləliklə, Bazar günləri klinikanın qapıları bağlanır, Devid Bev Şouya həftə ərzində yığılmış lazımsız itləri 
öldürməyə kömək edir. O, heyvanları bir-bir qəfəsdən çıxarıb cərrahiyə otağına ya aparır, ya da daşıyır. 
Ömürlərinin son dəqiqələrində Bev itlərin hər birinə tam diqqət göstərir. Heyvanları tumarlayıb, onlarla 
söhbət edir, həyatdan gedişlərini yüngülləşdirməyə çalışır. Əgər onları ovsunlamaq mümkün olmursa - 
əksər hallarda elə belə də olur- səbəb yalnız Devidin varlığıdır: çünki o səhv iy (xəcalət iyi) buraxır 
(“heyvanlar fikirləri iyləyə bilirlər”). Buna baxmayaraq, iynə venanı axtarıb tapana, narkotik ürəyi vurana, 
pəncələri dartılıb, gözləri donuqlaşana qədər heyvanları məhz o tutur.      
Devid zamanla vərdiş edəcəyini düşünsə də, hələ də bu prosesə öyrəşə bilməyib. O nə qədər çox qətlə 
kömək edirsə, əsəbləri bir o qədər çox gərilir. Bir bazar axşamı Lüsinin kombisi ilə evə qayıdarkən özünə 
gələ bilmək üçün hətta maşını bir kənarda saxlamalı olur. Devid gözündən axan yaşları saxlaya bilmir, 
əlləri əsir.    
O niyə bu hala düşdüyünü özünə izah edə bilmir. Bu vaxta qədər o, heyvanlara qarşı müəyyən qədər 
laqeyd qala bilmişdi. Heyvanlara qarşı zorakılığı qəbul eləməsə də, ümumiyyətlə, amansız yoxsa 
mərhəmətli bir insan olduğunu deyə bilməz. O, hesab edir ki, vəzifələri amansız olmağı tələb edən 
insanların, məsələn sallaqxana işçilərini ruhları zireh bağlayır. Daşürəklilik Devidə xas bir vərdiş deyil. 
Görünür, o amansızlıq qabiliyyətindən məhrumdur.      
Cərrahiyə otağında baş verənlər ona dərindən təsir edib. O əmindir, ki, itlər öləcəklərini başa düşürlər. 
Prosedurun rahatlığına və ağrısızlığına, Bevin onlara aşıladığı xoş fikirlərə cəsədlərin qoyulduğu germetik 
kisələrə baxmayaraq, itlər hələ həyətdə ikən klinikada nə baş verdiyini bilirlər. Onlar qulaqlarını qısıb, 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə