Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

141
Təməlqoyma mərasimində prezident İlham Əliyev Respublikamızda sayca 14-
cü olacaq bu kompleksin vaxtında hazır olması ilə bağlı tövsiyə və tapşırıqlarını 
verərək dedi ki, kompleks elə tikilməlidir ki, gələcəkdə burada həm də beynəlxalq 
səviyyəli müxtəlif idman yarışlarının keçirilməsi mümkün olsun.
Olimpiya hərəkatına qoşulan şəhərlərimizdən biri də Şəmkirdir. 2006-cı il no-
yabrın  1-də  ölkəmizin  qərb  rayonlarına  səfəri  çərçivəsində  dövlətimizin  başçısı, 
MOK prezidenti İlham Əliyev Şəmkir Olimpiya İdman Kompleksinin təməlqoyma 
mərasimində iştirak edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında 
nəzərdə  tutulmuş  bu  kompleksə  idman  oyunları,  güləş,  boks,  ağır  atletika  və 
gimnastika  salonları,  idman  meydançası,  su  hovuzu,  iki  tennis  kortu,  30  yerlik 
mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, 
maşınlar üçün dayanacaq və birmərtəbəli kotteclər daxildir.
Tikintiyə xeyir-dua verən dövlət başçısı içində “Bu kompleksin təməli 1 noyabr 
2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 
qoyulmuşdur” sözləri yazılmış vərəq olan kapsulu obyektin bünövrəsinə qoyub 
və bünövrəyə ilk beton qarışığını töküb.
İsmayıllı  şəhərinin  şimal-qərbində,  Bakı-İsmayıllı-Qəbələ  yolunun  kənarında 
ötən  ilin  dekabrında  tikintisinə  başlanmış  olimpiya  idman  kompleksi  gələn  ilin 
sentyabrında istifadəyə veriləcək. 12 hektar ərazini əhatə edən bu böyük idman 
mərkəzində örtülü idman zalı, üzgüçülük hovuzu, voleybol, yüngül atletika mey-
dançası və bir sıra xidmət obyektləri inşa olunacaq.
Maddi-texniki baza möhkəmlənir
Prezident İlham Əliyev Masallı Olimpiya 
Kompleksində idmançılar üçün yaradılmış 
şəraitlə maraqlanır 


142
10 il öncə başlanan yol
Daha bir kompleksin inşasına 2007-ci il yanvarın 11-də Oğuz şəhərində baş-
lanılıb. Kompleksin təməlqoyma mərasimində çıxış edən gənclər və idman naziri 
Azad Rəhimov son illər respublikamızın ayrı-ayrı rayonlarında dünya standartlarına 
cavab verən müasir idman qurğularının inşa edilməsini prezident İlham Əliyevin 
ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi 
olduğunu qeyd edib.
Qurğunun  tikintisinə  5,5  milyon  manat  vəsait  xərclənəcək.  Kompleksdə  25 
metrlik üzgüçülük hovuzu, güləş, idman oyunları və məşq salonları, inzibati otaq-
lar, 3 min tamaşaçı yeri olan futbol stadionu, 2 tennis kortu, əl oyunları meydança-
ları, habelə 30 idmançının qalması üçün nəzərdə tutulan 5 kottec inşa ediləcəkdir. 
Kompleksin 2008-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.
Tovuz rayonunda Olimpiya İdman Kompleksinin təməli bu il mayın 30-da qo-
yulub. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak 
etdiyi bu kompleks gələn il idmançıların istifadəsinə veriləcək.
Sözsüz ki, vaxtilə Azərbaycan otüstü hokkey komandalarının SSRİ miqyasın-
da ən güclülərdən sayıldığı çoxlarının yadındadır. SSRİ-nin dağılmasından sonra 
tənəzzülə uğramış idman növlərimizdən biri də məhz otüstü hokkey olmuşdu. 
Yalnız son illərdə bu sahəyə dövlət səviyyəsində diqqət ənənələrimizin bərpası 
yolunda  əməli  işlərin  görülməsi  ilə  müşayiət  olunur.  Bakının  mərkəzində  müa-
sir tələblərə cavab verən otüstü hokkey kompleksinin inşası bu idman növünün 
inkişafı üçün böyük perspektivlər yaradır. Hazırda beynəlxalq səviyyəli yarışların 
Prezident İlham Əliyev və 
AOK rəhbəri Patrik Hikkey
Masallı Olimpiya İdman Kompleksinin 
rəmzi qırmızı lentini kəsirlər


143
keçirilməsi, eləcə də yığma və klub komandalarımızın hazırlığı üçün böyük imkan-
lar açan bu qurğu 2003-cü il mayın 19-dan idmançılarımızın istifadəsindədir.
Azərbaycanda  son  vaxtlar  tikilən  müasir  idman  qurğularından  biri  də  Yaxt 
klubdur. Milli Parkda inşa edilmiş bu idman qurğusu ölkədə yelkənli qayıq idman 
növünün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Burada yara-
dılmış şərait təkcə daxili deyil, həm də beynəlxaq yarışların keçirilməsinə imkan ve-
rir. 2003-cü il sentyabrın 5-də təntənəli açılış mərasimində iştirak edən MOK pre-
zidenti İlham Əliyev bu idman qurğusunun açılışını bildirən qırmızı lenti kəsdikdən 
və Yaxt klubun imkanları ilə tanış olduqdan sonra, nitq söyləyərkən dedi ki, dünya 
standartları səviyyəsində yaradılaraq idmançılarımızın istifadəsinə verilən bu Yaxt 
klubdan təkcə yelkənli qayıq idman növü təmsilçiləri deyil, eyni zamanda digər 
idman növləri ilə məşğul olanlar da istifadə edə bilərlər.
Binəqədi rayonu ərazisində, motodromun arxasında, geniş ərazidə salınmış, 
2003-cü il sentyabrın 8-də istifadəyə verilən Stend Atıcılığı Mərkəzi bu idman növü 
ilə məşğul olanlar üçün böyük hədiyyədir. Bu vaxtadək beynəlxalq yarışlara hazır-
lıq üçün xarici ölkələrə üz tutan idmançılarımızın məsul yarışlara Vətəndə hazırlaşa 
bilmələri üçün artıq Azərbaycanın özündə imkan yaradılıb. Bundan əlavə, idma-
nın bu növü ilə məşğul olmaq üçün hər bir şəraiti olan bu kompleks gələcəkdə 
ölkəmizdə beynəlxalq yarışların təşkilinə də imkan verir. Finlandiyadan gətirilərək 
quraşdırılmış xüsusi idman avadanlığı bütün tələblərə cavab verir.
Son illərdə Azərbaycanda yüksək inkişaf səviyyəsinə çatmış idman növlərindən 
Maddi-texniki baza möhkəmlənir
Qazax Olimpiya İdman Kompleksinin 
açılış mərasimində 


144
10 il öncə başlanan yol
biri də taekvondodur. Bakıda yenicə tikilib istifadəyə verilən “Musado” taekvondo 
idman kompleksi bu növün gələcəkdə daha böyük inkişafı üçün geniş imkanlar 
açır. Tərkibində mehmanxana, xüsusi idman otaqları, üzgüçülük hovuzu, istirahət 
zonası və digər bölmələri olan bu gözəl idman mərkəzi dünyada analoqu olma-
yan bir kompleksdir.
Dövlətimizin başçısı İlham Əliyevin və Dünya Taekvondo Federasiyasının pre-
zidenti Kim Un Yonqun iştirakı ilə bu mərkəzin təntənəli açılış mərasimi 2003-cü il 
oktyabrın 10-da keçirilib.
Bakı şəhərində daha bir idman qurğusu - “ABU ARENA” idman kompleksi 
2004-cü il aprelin 19-da istifadəyə verildi. Təntənəli açılış mərasimində Azərbaycan 
Prezidenti İlham Əliyev nitq söyləyərək bu idman mərkəzinin ölkədə həndbolun 
inkişafına öz təsirini göstərəcəyindən əmin olduğunu bildirdi. Tədbirdə çıxış edən 
Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov dövlətimizin baş-
çısının  BOK-un  ən  ali  olimpiya  mükafatı  -  “Olimpiya  ordeni”  ilə  təltif  olunması 
barədə qərarı oxuyaraq həmin ordeni prezident İlham Əliyevə təqdim etdi.
Son illərdə yeni idman komplekslərinin inşası ilə yanaşı, prezident İlham Əliyevin 
təşəbbüsü və göstərişi ilə köhnə idman bazalarının təmir olunaraq yeniləşdirilməsi 
də  diqqət  mərkəzindədir.  Hələ  sovet  hakimiyyəti  illərində  inşa  olunmuş,  lakin 
müstəqilliyimizin  ilk  illərində  baxımsızlıq  üzündən  bərbad  vəziyyətə  düşmüş  bir 
sıra idman qurğuları son illərdə məhz Azərbaycan Prezidentinin xüsusi tapşırıqları 
əsasında yenidən təmir olunaraq həyata qaytarılıb.
Respublika Olimpiya Mərkəzi 
təmirdən sonra


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə