Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

157
SON İLLƏRDƏ İSTİFADƏYƏ VERİLMİŞ İDMAN MƏRKƏZLƏRİ
Şamaxı Olimpiya İdman Kompleksi - 26 aprel 2005-ci il
Maddi-texniki baza möhkəmlənir
Naxçıvan Üzgüçülük Mərkəzi - 2 sentyabr 2004-cü il


158
10 il öncə başlanan yol
SON İLLƏRDƏ İSTİFADƏYƏ VERİLMİŞ İDMAN MƏRKƏZLƏRİ
Gəncə Üzgüçülük Mərkəzi - 31 dekabr 2006-cı il
Zaqatala Olimpiya İdman Kompleksi - 12 aprel 2006-cı il


159
Masallı Olimpiya İdman Kompleksi - 9 aprel 2007-ci il
Qazax Olimpiya İdman Kompleksi - 30 may 2007-ci il
SON İLLƏRDƏ İSTİFADƏYƏ VERİLMİŞ İDMAN MƏRKƏZLƏRİ
Maddi-texniki baza möhkəmlənir



Bakı dünyanın 
idman 
mərkəzlərindən 
birinə çevrilir
Biz Azərbaycanı dünyanın idman mərkəzlərindən 
birinə çevirməyə söz 
vermişdik. Biz bunu etdik. İndi ölkəmizdə 
qitə və dünya çempionatları, yüksək 
səviyyəli yarışlar, beynəlxalq idman tədbirləri 
bir-birini əvəzləməkdədir.
İlham Əliyev


162
10 il öncə başlanan yol


163
Son illər Azərbaycan idmanının yüksələn xətlə inkişaf etməsində ölkədə təşkil 
edilən  beynəlxalq  yarışların  da  böyük  rolu  var.  Ayrı-ayrı  növlərin  populyarlaş-
masında, yeniyetmələrin idman bölmələrinə kütləvi axınının yaranmasında belə 
tədbirlər  əvəzedilməzdir.  Bütün  bunların  gerçəkləşməsi  isə  ölkəmizdə  ictimai-
siyasi sabitliyin yaranması, sürətli iqtisadi inkişafın nəticəsi və ölkə rəhbərinin idma-
na böyük qayğısı sayəsində mümkün olub.
Boks,  güləş,  bədii  gimnastika,  taekvondo,  cüdo,  şahmat,  karate,  voleybol, 
həndbol,  otüstü  hokkey,  bodibildinq  və  digər  növlərdə  nüfuzlu  beynəlxalq 
turnirlər,  qitə və  dünya çempionatları,  kubok  yarışlarının  ölkəmizdə  təşkil  olun-
ması artıq ənənə halını alıb. Bir vaxtlar televiziya ekranlarından həsrətlə izlədiyimiz 
yarışlara bu gün Bakının idman qurğularında tamaşa etmək bizlər üçün adi həyat 
tərzinə çevrilib. Avropa və dünya çempionatları, dünya kuboku yarışlarının, Olim-
piya  oyunlarına  lisenziya  verən  nüfuzlu  beynəlxalq  turnirlərin  yüksək  səviyyədə 
keçirilməsi beynəlxalq qurumların ölkəmizə etimadının ilbəil artması ilə müşayiət 
olunur.
Bütün  bu  uğurların  isə  bir  səbəbi  var:  dövlətçiliyimizin  banisi,  1993-cü  ildə 
xalqın istəyi və təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev 
Vətənimizi həmin ərəfədə mövcud olan vətəndaş qarşıdurmasının hökm sürdüyü 
və tənəzzüldə olan ölkədən sabit və dinamik inkişaf edən dövlətə çevirməklə, 
Respublikamızın beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynadı. Məhz bu 
amil sayəsində bu gün beynəlxalq idman qurumları bir çox mötəbər yarışların, 
Avropa və dünya çempionatlarının Azərbaycanda təşkilinə, tərəddüd etmədən 
razılıq verirlər. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq fe-
derasiyaların rəhbərləri ilə şəxsən görüşərək, müvafiq idman növlərinin ölkəmizdə 
inkişafı  mövzusunda  fikir  mübadiləsi  aparması,  Azərbaycanda  idmanın  maddi-
texniki  bazasının  möhkəmləndirilməsi  barədə  ətraflı  məlumat  verməsi,  Bakı-
ya daha nüfuzlu yarışların etibar edilməsinə təminat yaradır. Belə yarışların sayı 
və  miqyası  ildən-ilə  genişlənir.  Bu  isə  ölkəmizin  yarışları  yüksək  səviyyədə  təşkil 
edərək, beynəlxalq federasiyaların etimadını doğrultmasından irəli gəlir. Həmin 
yarışların yüksək təşkilatçılıq bacarığı ilə keçirilməsi artıq dəfələrlə beynəlxalq qu-
rumlar tərəfindən etiraf olunub, alqışlanıb və buna görə də dövlətimizə, onun 
rəhbərinə təşəkkür məktubları göndərilib.
Azərbaycanda son illərdə inşa olunan müasir olimpiya idman kompleks-lərinin 
imkanları və beynəlxalq yarışların təşkilində qazanılan təcrübə Bakının hətta pla-
netin ən böyük idman yarışı olan Olimpiya Oyunlarına evsahibliyi etməsi imkan-
larını artırıb. Qeyd edək ki, artıq bu iddiasını ortaya qoyan ölkəmiz 2016-cı il Yay 
Olimpiya  Oyunlarının  paytaxtımızda  keçirilməsi  məqsədilə  Beynəlxalq  Olimpiya 
Komitəsinə müraciət də edib. Bu ilin aprelində Masallı Olimpiya Kompleksinin açı-
lış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev həmin məsələ ilə 
bağlı öz fikirlərini bölüşərkən qeyd edib ki, bu iddia ölkəmizin son illərdə nail oldu-
ğu hərtərəfli inkişafın nəticəsidir: “Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan 2016-cı 
ildə Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi üçün rəsmi qaydada müraciət 
etmişdir.  Deyə  bilərəm  ki,  bu,  postsovet  məkanında  Yay  Olimpiya  Oyunlarının 
keçirilməsi üçün ilk belə bir müraciətdir. Mən onu deyə bilərəm ki, bir neçə il bun-
dan əvvəl, bəlkə də, heç kimin ağlına da gəlməzdi ki, biz belə bir təşəbbüslə çıxış 
edərik. Ancaq bu gün Azərbaycanın həm idman potensialı, həm idmanın maddi-
texniki bazası, idmançılarımızın nailiyyətləri, eyni zamanda, ölkəmizin maddi imkan-
ları belə qərarın qəbul olunmasında ən başlıca rol oynamışdır. Yəni, bizim ölkəmiz 
Olimpiya Oyunlarını keçirməyə hazırdır, buna qadirdir və bütün imkanlar var. Mən 
ümid edirəm ki, beynəlxalq idman qurumları bizim müraciətimizə diqqətlə yanaşa-
caqdır. Onu da başa düşürük ki, adətən, ilk dəfə edilən müraciət təmin olunmur. 
Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilir


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə