Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə32/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   28   29   30   31   32   33   34   35   ...   82

 
126 
 
 
 
 
 
 
İ B L İ S 
 
Camaat  huri
1
  Samaana  ruhani  və  dini  məsələlər  üzrə 
böyük  nüfuz  sahibinə  baxan  kimi  baxırdılar.  Zira,  günahların 
səbəbləri,  cənnət,  cəhənnəm  və  qır  qazanı  haqqında  heç  kim 
ondan çox bilmirdi. 
Onun  işi  Şimali  Livanın  kəndlərini  gəzmək  və  moizələr 
oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin 
qurduğu  tələlərdən  onları  xəbərdar  etməkdən  ibarət  idi.  İblis  
hurinin  ən  qatı  düşməni  idi  və  Samaan  gecə-gündüz  onunla 
müharibə aparırdı. 
Fəllahlar
2
 huri Samaana hörmət edir, onun moizə və dua-
larının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; 
yığılan məhsulda da Samaanın öz payı vardı. 
Payız  günlərinin  birində  huri  Samaan  səhralıqdan 
keçərək  ucqar  bir  kəndə  doğru  yollanarkən  qəfildən  həzin  bir 
inilti eşitdi. Ətrafına boylanaraq baxanda yolun kənarında, otun 
üzərində  uzanılı  halda  çılpaq  bir  kişi  gördü.  O,  ağır 
yaralanmışdı,  yarasından  hələ  də  qanın  sızdığını  görmək  olur-
                                                 
1
 Livanlılarda müqəddəs ata. 
2
 Livan kəndliləri. 


 
127 
du.  “Mənə  yazığın  gəlsin, –  deyə  yaralı  yalvardı, –  məni xilas 
elə, ölürəm!” 
Huri  Samaan  qətiyyətsiz  şəkildə  yaralıya  baxdı  və  öz-
özünə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq istə-
yib, əvəzində özü zərər çəkib... Onun artıq son nəfəsidir, məni 
onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”. 
O  öz  yoluna  davam  etmək  istəyəndə  yaralı  bir  də 
dilləndi: 
“Tək  qoyma  məni  burda,  sən  getsən,  mən  yəqin 
öləsiyəm”. 
Huri  Samaan  yenə  düşündü,  yaralıya  kömək  etmək  istə-
mədiyini  anlayınca  sarsıldı  və  rəngi  ağarmış  halda  dodaqları 
əsə-əsə  öz-özünə:  “Bu,  yəqin  kimsəsiz  dağlarda  sərgərdan 
gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası 
dəhşətlidi.  Mən  nə  edə  bilərəm  axı?  Qəlblərin  həkimi  bədən 
xəstəliklərini sağalda bilməz”. 
Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək 
səslə çağırdı: “Yaxın gəl, biz səninlə uzun zamandan bəri dost 
olmuşuq.  Sən  huri  Samaan,  müqəddəs  atasan,  mən  isə  nə 
quldur,  nə  də  ki,  dəliyəm.  Qoyma  məni  bu  kimsəsiz  yerdə 
ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”. 
Huri  Samaan  can  verənə  yaxınlaşıb  ona  sarı  əyildi.  O, 
qarşısında  tanış  olmayan,  ziddiyyətli  bir  sifət  gördü.  Bu  üzün 
cizgilərində  sanki  ağılla  biclik,  eybəcərliklə  gözəllik,  məkrlə 
yumşaqlıq birləşmişdi. O dikələrək səndirlədi: “Sən kimsən?”– 
deyə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mə-
nim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, 
yaxındakı  bulağa  çatdır  məni.  Yaralarımı  yu  və  öz  yaylığınla 
bağla”. 


 
128 
Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanı-
mıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”. 
Yaralı  xırıldadı:  “Yaxşı  bilirsən,  mən  kiməm.  Min  dəfə 
görmüsən məni. Canından əzizəm sənə mən”. 
Huri  qeyzlənərək  söylədi:  “Ax  səni  yalançı!  Ölüm  aya-
ğında adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç 
zaman görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı 
axa-axa  qoyub  gedəcəm.  Öl,  cəhənnəm  ol”.  Yaralı  dikələrək 
hurinin  gözlərinə  diqqətlə  baxdı  və  onun  dodaqlarında  bic  tə-
bəssüm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, 
– dedi. 
Bu  sözləri  eşidəndə  huri  Samaan  dəhşətə  gələrək  elə 
çığırdı  ki,  səsi  bütün  vadiyə  düşdü.  Yalnız  indi  can  verənin 
kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən 
şəkildəki demonları xatırlatdığını sezməyə başladı. 
“Allah  qəsdən  mənə  sənin  cəhənnəmlik  sifətini  göstərdi 
ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!”  
– deyə qışqırdı.  
İblis  söylədi:  “Tələsmə,  müqəddəs  ata,  vaxtı  da  boş-boş 
söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı 
sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” . 
Huri  cavabında:  “Hər  gün  Allahın  prosvirasına
1
  toxunan 
əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxun-
mayacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənətlən-
miş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin 
qənimisən”. 
                                                 
1
  Kilsədə  ibadət  vaxtı  yeyilən  fətir.  Xristian  təsəvvürlərinə  görə  İsanın 
bədəni. 


 
129 
İblis  ağrı  içində  hərəkətə  gəlib,  dirsəkləndi  və  cavab 
verdi:  “Sən  nə  danışdığını  bilmirsən  və  ruhunu  nə  boyda 
günahla yüklədiyinin fərqində də deyilsən. Bir qulaq as mənim 
hekayətimə.  Mən  bu  kimsəsiz  vadilərdə  gəzişdiyim  zaman  bir 
dəstə  mələyə  rast  gəldim.  Məni  amansızcasına  əzişdirdilər. 
Əgər  onlardan  birinin  iti  qılıncı  olmasaydı,  mən  onların 
hamısının  axırına  çıxa  bilərdim.  Amma  bir  silahsız  silahlıya 
qarşı nə edə bilər ki?” 
İblis  bir  anlığa  susdu,  sinəsində  qaralan  yarasını  əli  ilə 
örtüb sözünə  davam  etdi: “Silahlı  mələk  – deyəsən  o,  Mikayıl 
idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə 
vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”. 
Huri  gözlərini  göyə  tutub  təntənəli  bir  şəkildə  söylədi: 
“Eşq  olsun  Mikayıla  ki,  bəşəriyyəti  mənfur  düşməndən  xilas 
elədi”! 
İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim 
sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı 
tərifləyirsən.  Hansı  ki,  onun  sənə  heç  bir  xeyiri  dəyməyib. 
Məni  bu  ağır  dəqiqələrimdə  lənətləsən  də,  bil  ki,  sənin 
firavanlığının  və  səadətinin  səbəbi  mən  olmuşam  və  indi  də 
mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar 
olmaq  istəməsən  də,  həmişə  mənim  sayəmdə  dolanmısan. 
Məgər  sən  indi  o  qədər  varlısan  ki,  daha  heç  nəyə  ehtiyacın 
yoxdur?  Məgər  bilmirsən  ki,  sənin  arvadının  və  çoxsaylı 
uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə 
edəcəksən?  Nə  işlə  məşğul  olacaqsan,  mənim  adım  belə 
qalmasa?  İyirmi  beş  ildir  ki,  sən  bu  dağlarda  gəzir,  insanları 
mənim  tələlərimdən  agah  edirsən;  camaat  isə  sənin  bu 
moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə