Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə34/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   30   31   32   33   34   35   36   37   ...   82

 
133 
təçi  ol,  onların  iradəsi,  arzuları  və  istəklərindən  bizi  xəbərdar 
elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”. 
La  Vis  hiyləsində  bir  addım  da  irəli  gedərək  onu  əmin 
etdi:  “Mən  yuxuda  allahların  mənə  açdığı  bütün  sirrləri  sənə 
söyləyəcəm,  zira,  mən  səninlə  onlar  arasında  vasitəçiyəm”. 
Tayfa başçısı sevincindən La Visə iki ayğır, yeddi inək, yetmiş 
qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə 
yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi 
sənə çatacaq, ağa kimi yaşayacaqsan”.  
La  Vis  getmək  üçün  qalxdı,  lakin  tayfa  başçısı  onu 
saxlayıb  soruşdu:  “Bu  şər  allahı  dediyin  kimdir  ki,  gecənin 
işıqlı  allahı  ilə  döyüşə  girməyə  cəsarət  edir?  Biz  əvvəllər  heç 
onun  barəsində  eşitməmişdik”.  La  Vis  alnını  ovuşduraraq  ona 
belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, on-
da ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun 
arxasında  can  bir  qəlbdə  yaşayırdılar.  Onlara  allahlar  allahı 
şahlıq  edirdi.  O,  bacarıqda  hamıdan  üstün  idi  və  əbədiyyətin 
qanunlarında gizlədilmiş bir çox sirrlərin açarı yalnız onda idi. 
Lakin on ikinci əbədiyyətin yeddinci əsrində allahların allahına 
nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən 
bütün  yaradılmışlar  üzərində  mütləq  hakimiyyətindən  əl  çək-
mirsən,  varlığın  və  əbədiyyətin  sirlərini  bizdən  gizlədirsən? 
Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan 
oğul və qızların deyilikmi?” 
Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq haki-
miyyəti,  sirri  və  qüdrəti  mən  əbədi  olaraq  özümçün  saxlaya-
cam,  zira,  mənəm  hər  şeyin  əvvəli  və  hər  şeyin  sonu”.  Baatar 
söylədi:  “Əgər  sən  öz  güc  və  qüdrətini  mənimlə  bölüşməsən, 
mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi 


 
134 
olacağıq!”  Onda  allahların  allahı  göylərin  ənginliyindəki 
taxtından  qalxaraq  Süd  Yolunu  qılınc  edib  belinə  bağladı, 
günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq 
lərzəyə  gəldi:  “Şər  üsyankar!  Rədd  ol,  qaranlıq  və  rəzalətin 
hökm  sürdüyü  aşağı  dünyaya  və  orada  qal, nə  qədər ki,  günəş 
külə  dönməyəcək  və  ulduzlar  toz  olub  səpələnməyəcək”.  O 
saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı 
dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın 
sonunadək  atası  və  qardaşları  ilə  mübarizə  aparacaq,  onlara 
iman gətirən hər bir ruha qarşı duracaqdır”.  
La  Visə  diqqətlə  qulaq  asan  tayfa  başçısının  rəngi 
saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının 
adı Baatardır?”  La Vis  cavab verdi: “Allahların  yanında onun 
adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: 
Baalzebul,  Balial,  Şeytan,  Əhrimən,  Mara,  Abdon,  Devil  və 
nəhayət İblis. Ən məşhuru İblisdir”. 
Başçı  “İblis”  kəlməsini  küləyin  əsdirdiyi  quru  yarpaqla-
rın xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə təkrarla-
yandan  sonra  soruşdu:  “Bəs  nə  üçün  İblis  allahlara  olan 
nifrətini insanlara da yönəltmişdir?” 
La  Vis  cəld  cavab  verdi:  “İblis  ona  görə  insanlara  nifrət 
edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “De-
məli, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi.  La 
Vis  qəsdən  dumanlı  şəkildə  cavab  verdi:  “Bəli,  mənim  ağam. 
Buna baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, in-
sanlara  fəlakət,  gecələr  isə  qorxulu  yuxular  gətirir.  O  bir  qüv-
vədir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkin-
lərini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür 
xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli 


 
135 
allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüssələnir və 
biz  onun  davranışını  və  xasiyyətini  yaxşıca  öyrənməliyik  ki, 
onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”. 
Başçı  başını  tutub  pıçıldadı:  “Mən  indi  bildim  fırtınanı 
bizim  evlərimizə  yönəldən  və  heyvanlarımızı  tələf  edən  hansı 
qüvvədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sən La 
Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sir-
rinin  üstünü  açmış  və  onun  tələlərindən  qurtulmağın  yollarını 
öyrənmisən”. 
Başçının yanından evinə yollanan La Vis bugünkü uğuru-
na özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi 
ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yuxuda 
onları  qorxulu  ruhlar  incidir,  şər  qüvvələr  qarabaqara  iz-
ləyirdi”. 
İblis  danışmaqdan  yorulmuş  kimi  bir  anlığa  susdu.  Huri 
Samaan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi 
donub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm 
dartılmağa  başladı.  İblis  yenidən  sözünə  davam  etdi:  “Beləcə 
yer  üzündə  din  xadimləri  yarandı.  Mənim  səbəbimə.  La  Vis 
mənimlə  düşmənçiliyi  özünə  peşə  seçən  ilk  şəxs  oldu.  Onun 
ölümündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və 
bu peşə inkişaf etdi. O həddə qədər ki, o yalnız yetkin ağıl, həs-
sas şüur, təmiz ürək  və  zəngin  təxəyyülə  malik  insanların  mə-
nimsəyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Ba-
bildə insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qarşı-
sında gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim giz-
li  sirlərimi bilməyə iddialı  şəxsi insanlarla allahları birləşdirən 
qızıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin 
və  ayın  oğlu  adlandırırdılar;  Biblosda,  Efesdə  və  Antioxiyada 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə