Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə37/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

 
144 
Rəhil  yaxınlaşaraq  bədbəxtin  başını  qaldırdı.  Hiss  elədi 
ki, yazığın ürəyi getdikcə daha zəif vurur, sanki hər döyüntü ilə 
onu  həyatla  bağlayan  bağlardan  biri  də  qırılırdı.  Rəhil  qızını 
çağırdı: 
– Bura gəl, Məryəm, mənə kömək elə, onu tapmışam! 
Məryəm soyuqdan və qorxudan əsə-əsə anasına tərəf qaç-
dı.  Yerdə  hərəkətsiz  halda  uzanmış  cavan  oğlanı  görəndə  qış-
qırdı: 
–  Qorxma,  o  hələ  sağdır.  Mənə  kömək  elə,  onu  evə 
aparaq. 
Güclü  küləyə  sinə  gərərək,  dərin  qarın  içinə  bata-bata, 
qadınlar bu  gənci çətinliklə də olsa komalarına  gətirə  bildilər. 
Və ona ocağın başında yer saldılar. Rəhil onun donmuş əllərini 
ovuşdurmağa  başladı.  Məryəm  isə  gəncin  saçlarını  paltarının 
ətəyi ilə quruladı. 
Bir  neçə  dəqiqədən  sonra  gəncin  göz  qapaqları  tərpəndi 
və  o,  dərindən  nəfəs  aldı.  Bu  nəfəs  mərhəmətli  qadınların 
ürəyinə  ümid  saldı.  Onlar  onun  çəkmələrini  və  qara  əbasını 
soyundurdular. Məryəm başını qalıdırıb anasına baxaraq dedi: 
– Bir onun paltarına bax, ana. Bu monarx libasıdı. 
Rəhil  ocağa  quru  çırpı  atmaqda  davam  edərək,  çaşqın 
halda döndü və: 
– Belə havada monarxlar monastırı tərk etmirlər, – deyə 
cavab verdi. 
Məryəm isə əlavə etdi: 
–  Saqqalı  da  yoxdur  onun,  monarxlarsa  saqqal 
saxlayırlar. 
Rəhil gəncə mərhəmət və ana məhəbbəti ilə baxıb qızına 
söylədi: 


 
145 
– Nə fərqi var, monarx olsun, ya cani. Ayaqlarını yaxşıca 
qurula, qızım.  
Rəhil  daxılı  açıb  ordan  şərab  kuzəsini  götürdü  və  saxsı 
cama  bir  qədər  şərab  süzdü.  Məryəm  gəncin  başını  saxlayırdı 
anası ona şərab içirdənədək. Bu, onun ürəyini qüvvətləndirməli 
idi.  
Bir  qədər  şərab  içəndən  sonra  o,  birinci  dəfə  olaraq 
gözlərini açdı və öz xilaskarlarına baxdı. Bu baxışda kədər və 
minnətdarlığın göz  yaşları vardı. Bu, ölümün iti caynaqlarının 
ağrısını yaşayandan sonra həyatın şəfqətli təmasını öz üzərində 
hiss etmiş insanın baxışı idi. Dirçələn ümidlə dolu idi bu baxış. 
Sonra o başını aşağı əyib titrəyən dodaqları ilə söylədi: 
– Allah razı olsun hər ikinizdən. 
Rəhil əlini onun çiyninə qoyub dedi: 
–  Sakit  ol,  qardaş.  Özünü  danışıqla  yorma,  hələ  çox 
zəifsən. 
Məryəm isə əlavə etdi:  
–  Başını  yastığa  qoy,  qardaş,  biz  isə  səni  ocağa  yaxın 
çəkərik. 
Rəhil  yenidən  camı  şərabla  dolduraraq  cavan  oğlana 
ötürdü. Qızına isə dönüb: 
– Onun libasını ocağın üstündən as, qurusun, -dedi. 
Anasının  tapşırığını  yerinə  yetirən  Məryəm  bu  qəfil 
qonağın yanına qayıtdı. O, qonağa hədsiz mərhəmətlə baxırdı, 
ona  kömək  etmək  üçün  bütün  qəlbinin  istisini  onun  ürəyinə 
axıtmağa hazır idi. 
Rəhil iki çörək, turşu və qurudulmuş meyvələr gətirdi və 
qonağı  ana  körpəsini  yedirdən  təki  azca-azca  yedizdirməyə 
başladı. Az keçmiş o bir qədər güclənərək dirçəlmiş və qalxıb 


 
146 
ocağın  yanındakı  palazın  üstündə  oturmuşdu.  İstidən  onun 
qəmli  üzü  allanmışdı.  Gözlərinə  işıq  gəlmişdi.  O,  başını  asta-
asta tərpədərək söylədi: 
–  Döyüş  gedir  insanın  ürəyində  mərhəmətlə  qəddarlıq 
arasında, bu müdhiş gecənin tufanına bənzər. Lakin mərhəmət 
qəddarlığa qalib  gələcək, zira,  o, ilahidir. Bu gecənin  tənhalıq 
dəhşəti isə gün parlayınca yox olub gedəcək. 
Bir  dəqiqəliyə  araya  sükut  çökdü,  sonra  isə  o,  pıçıltı  ilə 
əlavə etdi: 
– İnsan əli məni ümidsizliyə itələdi və insan əli də xilas 
etdi. Necə qəddardı insan və necə də mərhəmətlidi!  
Və Rəhil soruşdu: 
–  Bu  qorxulu  gecədə  necə  oldu  ki,  sən  monastırı  tərk 
eləməli  oldun?  Heç  vəhşi  heyvanlar  belə  mağaralarından 
çıxmazlar belə havada. 
Cavan  oğlan  ürəyinin  dərinliyindən  axan  göz  yaşlarının 
qarşısını kəsmək üçün gözlərini qapadı və cavab verdi: 
– Tülkülərin oyuqları, göy quşlarının  yuvaları var, insan 
oğlununsa başını qoymağa yeri yoxdur.
1
 
Rəhil dedi:  
– İsa özü haqqında demişdi bu sözləri. 
Cavan oğlansa davam edirdi: 
–  Bu  yalan,  riya  və  pozğunluq  əsrində  Ruhun  və 
Həqiqətin  cığırı  ilə  yerimək  istəyən  hər  bir  kəs  belə  cavab 
verir. 
Bir neçə dəqiqə fikirləşdikdən sonra Rəhil etiraz etdi: 
                                                 
1
 Луканын Инъили 9:58. 


 
147 
–  Bəs  axı,  monastırda  çoxlu  rahat  otaqlar,  qızıl  dolu 
sandıqlar  və  çoxlu  yemək  var.  Monastırın  tövlələrində  yaxşı 
bəslənmiş mal-qara və qarnı tox qoyunlar var. Nə məcbur etdi 
səni  ki,  bu  ölümcül  təhlükəli  gecədə  belə  bir  yuvanı  tərk 
edəsən? 
Cavan oğlan nəfəsini dərindən alaraq cavab verdi: 
– Mən monastırdan ona görə getdim ki, ora nifrət etdim. 
Rəhil soruşdu: 
–  Amma,  axı,  monastırın  monarxı  döyüş  meydanında 
əsgər  kimi  olmalıdır:  ondan  tələb  olunan  –  rəisin  əmrlərinə 
düşünmədən itaət  etməkdir. Mən  eşitmişəm ki,  yalnız  o adam 
monarx  ola  bilər  ki,  o,  öz  iradəsindən,  fikirlərindən  və 
ümumiyyətlə  onun  idrakına  aid  olan  bütün  şeylərdən  imtina 
etmiş  olsun.  Amma  yaxşı  iqumen
1
  öz  monarxları  qarşısında 
ağılsız  tələblər  qoymur.  Necə  ola  bilər  ki,  Deyr  Kicayanın 
ruhani  ustadı  sənə  həyatını  borana  və  qara  tapşırmaq  əmrini 
vermiş olsun? 
Və o cavab verdi: 
–  İqumenin  fikrincə,  insan  kor,  cahil,  hissiyyatsız  və  lal 
olmayınca  monarx  ola  bilməz.  Mən  monastırı  tərk  etdim. 
Çünki mən idraklı adamam – görən, duyan və eşidən. 
Məryəm və Rəhil ona elə baxırdılar ki, sanki onun üzün-
də  gizli  bir  sirr  aşkarlanmışdı.  Bir  qədər  düşündükdən  sonra 
Rəhil soruşdu: 
–  Məgər  görən  və  eşidən  insan  belə  gecədə  yola  çıxar? 
Qar  adamın  gözünü  çıxarır,  küləyin  vıyıltısı  isə  bütün  səsləri 
batırır. 
                                                 
1
 Игумен – монастырын рущани башчысы. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə