Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə38/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

 
148 
Və gənc yavaşca cavab verdi: 
– Mən monastırdan qovulmuşam. 
– Qovulmusan!? – Rəhil səsləndi və Məryəm də əks-səda 
kimi bu sözü anasının dalıyca təkrarladı. 
O,  dediyinə  peşman  halda  başını  qaldırdı.  Qorxurdu  ki, 
onların  məhəbbət  və  mərhəmətləri  nifrət  və  həqarətə  çevrilə 
bilər. Lakin gördü ki, mərhəmət işığı hələ də onların gözlərində 
parlamaqdadır  və  qadınlar  səbirsizliklə  onun  hekayətinin 
davamını eşitmək istəyirlər. Və o, davam etdi: 
–  Bəli,  mən  monastırdan  qovuldum,  çünki  öz  əllərimlə 
özümə  gor  qazmaqda  davam  edə  bilməzdim,  qəlbim  də  yalan 
və  xırda  oğurluqlardan  yorulmuşdu.  Mən  monastırdan 
qovuldum,  çünki  mənim  nəfsim  özlərini  cahilliyin  əlinə 
tapşırmış  insanların  səxavətindən  bəhrələnmək  istəmədi  artıq. 
Mən  qovuldum,  çünki  kasıb  kəndlilərin  puluna  tikilmiş 
odalarda dinclik tapa bilmirdim. Mənim mədəm yetimlərin göz 
yaşları  ilə  yoğrulmuş  çörəyi  götürmürdü.  Mənim  dodaqlarım 
daha  dua  etmək  istəmirdilər.  O  duaları  ki,  başımın  üstündə 
duranlar  sadə  və  inanclı  adamlara  qızıl  və  yemək  bahasına 
satırdılar. Mən qovuldum monastırdan, bir cüzamlı kimi. Çünki 
monarxları sürdükləri həyat tərzinə görə yamanlayırdım. 
Rəhil və Məryəm söz tapana  qədər aralığa sükut çökdü. 
Sonra isə ikisi birdən soruşdu: 
– Atan, anan sağdırmı?  
Və o cavab verdi:  
–  Nə  atam  var  mənim,  nə  anam  və  nə  də  evim 
adlandıracaq yerim.  
Rəhil dərindən ah çəkdi, Məryəmsə mərhəmət və məhəb-
bətdən doğan göz yaşlarını gizlətmək üçün üzünü çevirdi. 


 
149 
Solmaqda  olan  çiçək  səhərin  şehindən  dirçələn  kimi,  xi-
laskarlarının  xeyirxahlığı  və  canıyananlığı  sayəsində  həyəcan-
lanmış gəncin ürəyi də canlandı. O onlara əsirlikdə olan əsgərin 
öz xilaskarlarına baxdığı kimi baxırdı. Və o, davam etdi: 
–  Valideynlərimi  yeddi  yaşım  tamam  olmamış  itirdim. 
Kəndin  keşişi  məni  Deyr  Kicayaya  apardı  və  monarxların 
himayəsinə  verdi.  Onlar  buna  şad  oldular,  zira,  mən  onların 
mal-qarasının və qoyunlarının qayğısına qalır və hər gün onları 
otarırdım.  Mənim  on  beş  yaşım  tamam  olunca  onlar  mənə  bu 
qara  əbanı  geyindirib  qurbangahın  yanına  gətirdilər.  Və  İqu-
men mənə bu sözlərlə müraciət etdi: «Allaha və Onun müqəd-
dəslərinə  and  iç  ki,  xeyirxahlıq,  təmənnasızlıq  və  itaət  tə-
ləblərinə  sadiq  qalacaqsan».  Mən  mənasını  hələ  anlamadan 
onun dediyi sözləri təkrarladım. 
Mənim  adım  Xəlil  idi.  Lakin  o  zamandan  monarxlar 
məni  Mübarək  qardaş  deyə  çağırmağa  başladılar.  Buna 
baxmayaraq  onlar  məni  qardaş  yerinə  qoymurdular.  Onlar  ən 
ləziz  yeməklərdən  yeyir  və  ən  nəfis  şərablardan  içirdilər. 
Mənimsə  yeməyim  qurudulmuş  meyvələr,  içdiyimsə  göz  yaşı 
qarışıq su idi. Onlar yumşaq yataqlarda yatırdı, mənsə tövləyə 
bitişik qaranlıq tikilidə daşın üstündə uyumalı olurdum. 
Tez-tez  soruşurdum  özümdən:  «Görən,  nə  vaxt  mən  də 
monarx  olacam  və  bu  bəxtəvər  din  xadimləri  ilə  onların  cah-
cəlalını  bölüşəcəm?  Nə  vaxt  olacaq  o  gün  ki,  mən  onların 
yediyi  yeməklərin,  içdiyi  şərabların  tamarzısı  olmayacam?  Nə 
vaxtacan  mən  özümdən  böyüklərin  qarşısında  qorxudan  tir-tir 
əsməli olacam?»  
Lakin  mənim  bütün  ümidlərim  əbəs  idi,  zira,  mən 
tabeçilikdə  olan  monarx  olaraq  qalırdım.  Üstəlik  mal-qaraya 


 
150 
baxmaqdan əlavə üzərimə yeni vəzifələr də qoymuşdular. Mən 
çiyinlərimdə  ağır  daşlar  daşımalı,  quyu  və  kanallar  qazmalı 
idim.  Mən  özümü  əməyimin  əvəzinə  mənə  mükafat  kimi 
verilən bir neçə quru çörək qırığı ilə dolandırmalı idim.  
Getməyə  yerim  yox  idi.  Monastırın  sakinləri  isə  öz 
əməlləri  ilə  məndə  ikrah  oyadırdılar.  Onlar  mənim  bütün 
fikirlərimi  zəhərlədilər.  Mən  elə  düşünməyə  başlamışdım  ki, 
guya bütün dünya – fəlakət və bədbəxtlik okeanı, monastır isə 
sığınacaq  tapa  biləcəyin  yeganə  sakit  bir  limandır.  Lakin 
onların  firavanlığının  mənbəyini  anlayınca,  mən  sevindim  ki, 
bu nemətləri onlarla paylaşmamışam. 
Xəlil  dikəldi  və  heyrətlə  ətrafa  baxdı,  sanki  bu  komada 
onun  gözünə  nəsə  möcüzəli  bir  şey  görünmüşdü.  Rəhil  və 
Məryəm susurdular və o, davam etdi: 
–  Mənim  atamı  əlimdən  almış  və  mən  yetimi  monastıra 
salmış Allah istəməmişdir ki, mən bütün ömrümü orda keçirim, 
kor-koranə  təhlükəli  cəngəlliklərə  doğru  irəliləyim.  Və  o 
istəmədi  ki,  mən  ömrümün  axırınadək  bədbəxt  bir  qul  olum. 
Allah  mənim  gözlərimi  qulaqlarımı  açaraq  mənə  parlaq  nuru 
göstərdi və Həqiqət dillənərkən onu eşitməyi öyrətdi. 
Rəhil öz-özünə: 
–  Bütün  insanların  başının  üstündə  parlayan  günəşdən 
başqa  bir  işıq  varmı?  Və  insanlar  Həqiqəti  anlamağa 
qadirdirlərmi? – dedi. 
Xəlil cavab verdi: 
–  Əsil  işıq  –  insanın  özündədir;  o,  ürəyə  ruhun  sirlərini 
açaraq  onu  xoşbəxt  və  həyatdan  razı  edir.  Həqiqət  ulduzlara 
bənzəyir:  o,  gecənin  qaranlığında  görünür.  Həqiqət  dünyada 
gözəl  nə  varsa,  ona  bərabərdir.  O  öz  hüsnünü  yalnız  yalanı 


 
151 
görmüşlərə  göstərir.  Həqiqət  dərin  xeyirxahlıqdır,  o  bizə 
gündəlik  həyatda  səadət  tapmağı  öyrədir  və  bu  səadəti  digər 
insanlarla paylaşmağa çağırır. 
Rəhil tərəddüdlə söylədi: 
– Çoxları çalışır ki, düzgün saydıqlarına əsasən  yaşasın-
lar.  Və  çoxları  da  var  ki,  başqalarına  mərhəmətlə  yanaşmağı 
Allahın  öz  səxavətindən  insana  verdiyi  qanunun  kölgəsi  sayır. 
Buna  baxmayaraq  onlar  həyatda  sevinə  bilmir  və  ölənə  qədər 
bədbəxt qalırlar. 
Xəlil ona belə cavab verdi: 
– İnsanı bədbəxt eyləyən din və təlimlər puçdular, əslində 
insanı qəm və qüssəyə gətirib çıxaran xeyirxahlıq da yalandır. 
Zira,  insan  səadət  üçün  yaradılıb  və  onun  borcu  səadətə  yol 
açmaq və bu yolda Allahın incilərini təbliğ etməkdir. O kəs ki 
bu dünyada  göy  səltənətini görə bilmir, onu o biri dünyada da 
görə  bilməyəcək.  Biz  bu  həyata  sürgün  olunmuşlar  təki 
gəlmədik.  Allahın  məsum  məxluqları  kimi  gəldik.  Gəldik  ki, 
müqəddəs  və  əbədi  ruha  səcdə  eləməyi  və  özümüzdə  həyatın 
gözəlliyinin  gizli  sirlərini  axtarmağı  öyrənək.  Nazaretlinin 
təlimindən  öyrəndiyim  həqiqət  budur.  Budur  mənim  içimdə 
parlayan  və  ruhumu  əzən  monastırın  qaranlıq  güşələrini 
işıqlandıran nur. Göz yaşları içində, ac və susuz ikən ağacların 
kölgəsində  oturduğum  zaman  o  gözəl  vadilərin  və  düzlərin 
mənə anlatdıqları dərin sirr bundan ibarətdir. 
Monastır bu dinə qulluq etməli idi. Zira, Allah onu belə 
yaratmaq istəmişdi. İnsanın bizə öyrətdiyi budur. 
Bir  dəfə,  ruhum  Həqqin  ilahi  gözəlliyindən  sərməst 
olduğu  zaman  mən  cəsarətlə  bağda  toplaşmış  monarxlar 
qarşısına  çıxaraq  onların  pis  əməllərini  yamanladım:  «Niyə 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə