CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
45
Bakının azad edilməsində türk ordusunun
göstərdiyi xidmətləri
yüksək qiymətləndirən Fətəli xan Xoyski Qafqaz İslam Ordusunun
komandanı Nuru Paşaya yazırdı:
“Təhti komandanızda olan
cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı
Bakının düşməndən xilas edildiyi
münasibəti ilə millətin Zati-aliyi-
həmiyyət pərvəranələrizə və
dünyanın ən nəcib əsgəri olan türk
oğullarına minnətdar olduğumuzu
ərz etməklə iftixar edirəm,
Əfəndim”.
36
Hökumətin ən zəruri
addımlarından
biri də milli ordunun
yaradılması oldu. 1918-ci il oktyabrın
23-də yeni əsasda Hərbi Nazirlik təsis
edildi. Nazirlər Şurasının sədri Fətəli
xan Xoyski hərbi nazir, tam artilleriya
generalı S.Mehmandarov isə hərbi
nazirin müavini təyin edildi. Nazir
müavini S.Mehmandarov 1918-ci
il noyabrın 15-də verdiyi əmrində
ordu quruculuğuna xüsusi diqqət
yetirir və “
bütün səviyyədə olan rəisləri əsas diqqətini qoşunlarda
təlim və tərbiyəyə, onlarda möhkəm intizam aşılanmasına,
işə məsuliyyət və məhəbbət hisslərinin, xidməti mülkiyyətə
marağın oyadılmasına, qanun-qaydaya riayət edilməsinə və
nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehriban münasibət
göstərilməsinə çağırırdı”.
37
Başqa bir əmrində isə o,
Azərbaycan
ordusunun yaradılması və formalaşdırılmasında əsas məqsədin
nədən ibarət olduğunu açıqlayırdı:
“Azərbaycan qoşunları heç
bir təcavüzkar məqsəd güdmür. O, yalnız dövlət sərhədinin
müdafiəsi, dövlət daxilində qanun-qaydanın qorunması,
mümkün ola biləcək anarxiyanın aradan qaldırılması, bandaların
soyğunçu basqınlarına son qoyulması məqsədi ilə yaradılmış
və yaradılmaqdadır”
38
. Ordu quruculuğuna
bu tələblərlə yanaşan
36 “Azərbaycan” qəzeti, 3 oktyabr 1918-ci il
37 “Azərbaycan” qəzeti (rus dilində), 18 noyabr 1918-ci il
38 Azərbaycan Respublikası MAİ, f. 2898, siy. 2, iş 49, v. 23.
Fətəli xan Xoyski
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
46
S.Mehmandarovun rəhbərliyi altında Bakıda qısa müddətdə Hərbi
Nazirliyin aparatı yaradıldı.
Bakı azad edildikdən sonra dinc dövlət quruculuğu dövrü uzun
sürmədi. Osmanlı müharibədə məğlub olub Mudros barışığı ilə ordu
hissələrini Bakıdan çıxardıqdan sonra general Tomson başda olmaqla
müttəfiq qoşunları gəldi.
Müdaxiləçilərin istiqlalımıza düşmən münasibət bəsləmələrinə
baxmayaraq, beş aylıq fasilədən sonra Milli Şura çətinliklə toplaşaraq
1918-ci il noyabrın 19-da parlament yaratmaq haqqında qanun
qəbul etdi. Bu qanunla yaranmış fövqəladə
vəziyyətlə əlaqədar
olaraq Müəssislər Məclisinin çağırılması mümkün olmadığı üçün
Milli Şuranın ümumdövlət qanunvericilik orqanına – Azərbaycan
parlamentinə çevrilməsi qərara alındı. Qanuna müvafiq olaraq
birpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Bu qanunu
düşmənçiliklə qarşılayan qeyri-millət nümayəndələri siyasi vəziyyəti
daha da gərginləşdirdilər. Yalnız Azərbaycan hökumətinin düzgün
və çevik siyasəti, general Tomsonu inandıra bildi ki, Azərbaycan
hökuməti Bakıda ciddi siyasi qüvvədir və onunla dialoq zəruridir.
Bütün danışıqlar nəticəsində Tomson parlamentin açılışına mane
olmayacağını bildirdi. Azərbaycan parlamentinin açılışı ərəfəsində
Üzeyir Hacıbəyov yazırdı:
“Gözlər var ki, dünənə qədər əsir olan
bir milləti bu gün sərbəst görmək istəmir, qulaqlar var ki, lal
edilmiş bir dilin söz söyləməsini eşitmək istəmir, qəlblər var ki,
bir əsrdən məhkum qalan millətin bu gün hakim deyil, yalnız
müstəqil və azad olmasını qəbul etmək istəmir”
39
.
Böyük çətinliklərə baxmayaraq, 1918-ci il dekabrın 7-də
parlamentin açılışı ölkənin istər daxili, istərsə də beynəlxalq həyatında
çox mühüm hadisə oldu. Fətəli xan Xoyski hakimiyyəti parlamentə
təhvil verdi. Qısa müddətdə parlament Azərbaycanın siyasi, iqtisadi
və mədəni həyatı ilə bağlı xeyli tədbirlər həyata keçirdi.
1918-ci il dekabrın 15-də isə türk qoşunları Azərbaycandan çıxarıldı.
Həmin ilin sonundan başlayaraq Hərbi Nazirliyin rəhbərliyində
və strukturunda müəyyən dəyişikliklər edildi. Nazirlər Şurasının
25 dekabr 1918-ci il tarixli qərarı ilə artilleriya generalı Səməd bəy
Mehmandarov hərbi nazir, 29 dekabr tarixli qərarı ilə general Əliağa
39 “Azərbaycan” qəzeti, 5 dekabr 1918-ci il.
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
47
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun
zabitləri. Gəncə, 1918-ci il
Şıxlinski nazir müavini təyin edildi. Yüksək hərbi biliyə və təcrübəyə
malik olan generallar Azərbaycanın
müstəqilliyini, dövlətçiliyini
möhkəmləndirmək və ərazi bütövlüyünü təmin etmək məqsədi ilə
ordunun formalaşdırılması istiqamətində mühüm və təxirəsalınmaz
işlər görməyə başladılar.
Bütün bunlarla ya-
naşı, 1919-cu il yanvar
ayının 22-də müttəfiq
qoşunların baş koman-
danı general C.Milton
Bakıya gəldi. Ertəsi gün
o, Azərbaycanın Na-
zirlər Şurasının sədri
F.Xoyski ilə görüşdə
bildirdi ki,
ingilis hö-
kuməti Azərbaycan
hökumətini yeganə qa-
nuni hakimiyyət kimi tanıyır, müttəfiq qoşunların komandanlığı ona
yardım göstərərək, “yeni yaranmış dövlətin daxili işlərinə heç zaman
qarışmayacaq”. C.Miltonun bəyanatı 1919-cu ilin yanvarında L.Biçe-
raxov tərəfindən Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək məqsə-
di güdən “Qafqaz-Xəzər hökuməti” adlı qanunsuz hökumətin taleyini
həll etmiş oldu. Artıq fevral ayının 28-də Azərbaycan hökuməti müt-
təfiqlərin komandanlığına nota verib L.Biçeraxov dəstələrinin 24 saat
müddətində Bakıdan çıxarılmasını və erməni silahlı qüvvələrinin bu-
raxılmasını tələb etdi. Azərbaycan hökumətinin bu tələbinə ingilislər
müsbət cavab verdilər.
Aydındır ki, Azərbaycan parlamentinin ilk tədbirlərindən biri 1919-
cu il yanvar ayının 8-də Fransaya - Paris Sülh Konfransına
səlahiyyətli
nümayəndələrin göndərilməsi oldu. Digər tədbir isə aprel ayının 25-
də Tiflisdə respublikalar arasında siyasi, iqtisadi, maliyyə məsələlərini
nizama salmaq və həmçinin sərhədlər məsələsindəki münaqişələri həll
etmək üçün Qafqaz Konfransının çağrılması oldu. Lakin Denikinin
Dağıstana basqını və Ermənistanın digər iki Qafqaz respublikasından
fərqli olaraq ərazi münaqişələrini həll etməyə çalışmaması konfransa
öz işini başa çatdırmağa imkan vermədi.