46
20-22 iyun 2000 Bakıda İƏT üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclası olmuşdur.
20-24 iyun ÜGT Baş Katibi Mişel Dane Bakıda səfərdə olmuşdur.
21 iyul 2000 DGK Sədri İƏT Baş Katibi cənab Öndər Özərlə görüşmüşdür.
15 sentyabr 2000 DGK Sədri Beynəlxalq Valyuta Fondunun Azərbaycanda işgüzar səfərdə olan
missiyasının rəhbəri cənab Con Ueykman-Lini və Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Maykl
Meredi qəbul etmişdir.
5-8 dekabr 2000 Bakıda ÜGT Siyasi Komissiyasının 44-cü sessiyası keçirilmişdir.
2001
15-18 yanvar 2001 DGK Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında
işgüzar səfərdə olmuşdur.
17 fevral 2001 DGK Sədri İƏT Baş Katibi cənab Əbdülrəhim Qəvahi ilə görüşmüşdür.
2-3 oktyabr 2001 Bakıda "BYD Kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları
Konvensiyası"na qoşulan ölkələrin BYD İcrayə Şurası və Katibliyinin, BMT Avropa İqtisadi Komissiyasının və
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkil etdikləri seminar keçirilmişdir.
25 dekabr 2001 DGK Sədri BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident əlaqələndiricisi cənab
Marko Borsottini qəbul etmişdir.
2002
30 yanvar 2002 Bakıda ÜGT Regional Tədris Mərkəzinin təsis edilməsi barədə anlaşma
memorandumunu DGK Sədri cənab Kəmaləddin Heydərov və ÜGT-nin Baş Katibi cənab Mişel Dane
imzalamışlar.
25 iyun 2002 DGK Sədri Dünya Ticarət İnstitutunun Tədqiqat üzrə müdiri Saymon Leysini qəbul
etmişdir.
27-29 iyun 2002 DGK Sədri Brüsseldə ÜGT-nin 99/100-cü sessiyaları və ÜGT-nin 50 illik yubiley
mərasimində iştirak etmişdir.
2003
14 yanvar 2003 DGK Sədri və BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident əlaqələndiricisi
Marko Borsotti "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və
Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin üçüncü mərhələsinin başlanmasına dair sənəd
imzalamışlar.
25 mart 2003 DGK Sədri Dünya Bankının Gömrük üzrə Baş mütəxəssisi Mişel Carnoviezskini qəbul
etmişdir.
26-28 iyun 2003 DGK Sədri Brüsseldə ÜGT-nin 101/102-ci sessiyalarında iştirak etmişdir.
30 sentyabr 2003 Ümumdünya Gömrük Təşkilatının Bakıda Regional Tədris Mərkəzinin açılışı
olmuşdur.
2004
22-23 yanvar 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi ilə birgə təşkil etdiyi "Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda Amerika
Birləşmiş Ştatları, Fransa, Türkiyə, İran İslam Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı, Rusiya, Belçika, Bolqarıstan, Çin, Gürcüstan, Macarıstan, İtaliya, Qazaxıstan, Polşa, Türkmənistan,
Özbəkistan Qırğızıstan, Latviya, Moldova, Pakistan və Rumıniyanın məsul vəzifəli şəxslərinin, gömrük
xidmətləri rəhbərlərinin, həmçinin Ümumdünya Gömrük Təşkilatının, BMT İnkişaf Proqramının, Avropa
Komissiyasının, Cənubi-Şərqi Avropa Əməkdaşlıq Təşəbbüsünün (SECI), ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə
Agentliyi, Şərqi və Mərkəzi Avropa üzrə, Qərbi Avropa üzrə, Asiya/Sakit Okean ölkələri üzrə Regional
Məlumat Əlaqələndirmə İdarələrinin (RİLO) nümayəndələri iştirak etmişlər. Beynəlxalq konfransın yekununda
Bakı Bəyannaməsi qəbul edilmişdir.
Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında
səmərəli əməkdaşlığın davamı kimi, 18 may 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolu imzalanmışdır.
2005
16-18 may 2005-ci il tarixdə Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidmətləri
Rəhbərləri Şurasının 4-cü iclası keçirilmişdir.
47
19-21 may 2005-ci iltarixdə Bakı şəhərində "Gömrük və Benyəlxalq Ticarətin Təhlükəsizliyi"
mövzusunda 2-ci Ümumdünya Gömrük Sərgisi və Konfransı, 19 may 2005-ci il tarixdə də isə "Prezident
Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" mövzusunda Simpozium keçirilmişdir.
13 iyul 2005-ci il tarixdə GUAM Ticarətə və Nəql etməyə Yardım üzrə layihənin həyata keçirilməsi
üçün Rəhbəredici Komitənin üçüncü iclası keçirilmişdir.
25-27 iyul tarixində isə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris
Mərkəzində təsnifat və harmonikləşdirilmiş sistemə dair seminar keçirilmişdir.
14-15 sentyabr 2005-ci il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris
Mərkəzində ÜGT-nin MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərliyinin IV iclası keçirilmişdir.
2006
2-3 fevral 2006-cı il tarixdə Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı və Macarıstan Gömrük
Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir.
4-9 aprel 2006-cı il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris
Mərkəzində Koreya Gömrük Xidmətinin Tədqiqat və Texnologiyalar üzrə Direktorluğunun və Koreya
Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndələrinin iştirakı ilə "Azərbaycan
Gömrük Xidmətinin müasirəşdirilməsi və inkişaf etdirilməsi layihəsi" çərçivəsində, informasiya
texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir.
7 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Avropa Komissiyası
və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan "Azərbaycan Respublikasında Gömrük Xidmətinin
Təkmilləşdirilməsi Layihəsi" nin imzalanma mərasimi olmuşdur.
Azərbaycan gömrüyünün 15 illik fəaliyyəti dövründə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi
aşağıdakı işləri görmüşdür:
Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyası kursa uyğun olaraq
görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində dövlət müstəqilliyinin əsas atributlarından biri olan müasir
gömrük sistemi formalaşmış və çox funksiyalı bir kompleks olmaqla ölkənin iqtisadi dayaqlarından birinə
çevrilimişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən geniş miqyaslı iqtisadi islahatlar nəticəsində
ölkəmizdə iqtisadi və siyasi sabitlik gündən-günə möhkəmlənir, ölkə iqtisadiyyatının dinamik inkişafına nail
olunur, iqtisadiyyata investisiya qoyuluşunun tətbiqi sahələri genişlənir. Qeyri-neft sektorunun inkişafında
dönüş yaranıb. Sahibkarlığın inkişafına münbit şərait yaradılmışdır. Ölkə başçısı tərəfindən qəbul edilmiş dövlət
proqramları uğurla həyata keçirilir və beləliklə beynəlxalq aləmdə müstəqil Azərbaycanın nüfuzu əhəmiyyətli
dərəcədə artır.
Müstəqil dövlətimizin iqtisadi rıçaqlarından biri sayılan Azərbaycan gömrüyü də iqtisadi islahatların
gedişində həlledici rol oynayır. Müstəqilliyimizin on beş illik dövrünün ilk illərində bütövlükdə ölkəmiz üçün
çətin illər olmaqla, Azərbaycan Gömrük xidmətinin formalaşmasında da çətinliklər yaranmışdır. Ölkədə qedən
ictimai - siyasi proseslər dövlət quruculuğunda olduğu kimi, gömrük quruculuğundan da yan keçmədi. Nəticədə
qısa zaman kəsiyində ölkənin milli gömrük xidmət orqanını yaratmaq, köhnə inzibati sərhədlərdə yeni gömrük-
buraxılış məntəqələri açmaq müəyyən çətinliklərlə üzləşdi.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının tələbilə 1993-cü ilin ortalarında yenidən
hakimiyyətə gəlməsi ölkədə həkimiyyət böhranının sona çatmasına və siyasi sabitlik yaratmağa kömək etdi.
Azərbaycanla dünyanın aparıcı şirkətləri arasında "Əsrin müqaviləsi" imzalandı. Nəticədə
respublikaya xarici investisiya qoyuluşu və təyinatlı malların idxalı artdı.
Bununla da xarici-iqtisadi fəaliyyəti tənzim edə biləcək çevik gömrük-tarif siyasəti həyata keçirmək,
idxalçılara sağlam rəqabət şəraiti yaratmaq, ixrac potensialını artırmaq və büdcə gəlirlərinin təşkilində yaxından
iştirak etmək zərurəti yarandı. Bunun üçün ilk növbədə gömrük işinin hüquqi bazasını yaratmaq, gömrük
orqanlarının normativ-hüquqi və maddi-texniki bazasını möhkəmləndirmək əsas vəzifə kimi qarşıya
qoyulmuşdu.
Ulu öndər Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində gömrük orqanlarının maddi-texniki
bazası xeyli möhkəmləndirildi, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə Komitənin Mərkəzi
Laboratoriyası ən müasir avadanlıqlarla təchiz edildi, gömrük buraxılış məntəqələri üçün zəruri texniki vasitələr
alındı, gömrük idarələrində tikinti və təmir işləri aparılmaqla müasir standartlara cavab verən binalar istifadəyə
verildi.
Hazırda Avropa Birliyi Gömrük Xidmətinin dəstəyi ilə Avropa standartlarına cavab verə biləcək yeni
"Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" işlənib hazırlanır.